Microsoft Word Elmi Mecmue 21


Mübariz Məhəmmədəli oğlu Camalov  46   XÜLASƏ



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə18/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   14   15   16   17   18   19   20   21   ...   161

 

Mübariz Məhəmmədəli oğlu Camalov 

46

 



XÜLASƏ 

 

Tarix boyunca cəmiyyətlər və cəmiyyət içərisindəki ictimai hadisə, fenomen və 



qurumlar dəyişmiş  və inkişaf etmişdir. Bu dəyişmə  və inkişaflardan biri də  qərbdə 

meydana gələn və demək olar ki, bütün dünyanı öz təsiri altına salan müasirləşmədir. 

Müasirləşmə  sənət, elm, fəlsəfə, din, texnologiya kimi həyatın hər sahəsində 

özünəməxsus yeniliklərlə təzahür etmişdir. İslamda müasirləşmə deyildiyi zaman da 

eyni şəkildə dəyişmə, yenilənmə, inkişaf və təkamül kimi mənalar zehində cəmləşir. 

 

 



RESUME 

 

Throughout history societies and social events, institutions in the community 

have changed and devoloped. One of these changes and developments is 

modernization that has occurred in the west and taken hold of almost the whole 

world. Modernity has apeared in the art, science, philosophy, religion, technology 

and in all aspects of life. Islamic modernity has same meaning like renewal, 

development and evolution. 

 

 



РЕЗЮМЕ 

 

В  ходе  всей  истории  различные  общества  и  входящие  в  них  события, 

феномены и образования менялись и развивались день ото дня. Модернизация 

одно  из  таких  изменений  и  развитий,  которое  образовалось  в  Западе  и  взяло 

под  свое  влияние  весь  мир.  Модернизация  происходит  в  искусстве,  науке, 

философии,  религии  и  технике,  и  приводит  к  новообразованиям  каждой 

отрасли  по  своему.  Когда  разговор  идет  о  модернизации  в  Исламе,  мы  этим 

подразумеваем развитие, обновление, новообразования и совершенство. 

 

 

 



Çapa tövsiyə etdi: i.f.d. N.G.Abuzərov 

 


İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

47

 



 

İLAHİ EŞQ VƏ TÜRK ƏDƏBİYYATINDA  

TƏCƏSSÜMÜ 

 

f.f.d. dos. Nigar İsmayılzadə 

 

 

Açar sözlər: ilahi eşq, aşiq, təsəvvüf  

Ключевые слова: божественная любовь, влюбленный, суфизм 

Key words: divine love, lover, sufism 

 

İnsan iki varlıqdan meydana gəlmişdir: ruh və  bədən. Ruh göylərə, bədən 

torpağa mənsubdur. Uca Tanrı varlığın  ən kamilini və gözəlini yaratmışdır. Dünya 

həyatı insan ruhunun kamilləşməsi üçün bir imtahandır. Dünyaya gəlməyimizdə əsas 

məqsəd Allahı tanımaq, onun buyurduqlarına  əməl edərək kamilləşməkdir.  Əbədi 

səadətə qovuşmaq üçün insan ona verilən ruhu kirlətməməli, sahib olduğu 

qabiliyyətləri inkişaf etdirməli, Tanrını tanıyıb ona qovuşmaq eşqiylə kamilləş-

məlidir. Allahı yada salmaq, ona ibadət etmək qəlbdəki ilahi eşqi inkişaf etdirir. 

Allah eşqi insanın ruhunu təmizləyir, pis əməllərdən uzaqlaşdırır, ruhu göylərə 

yüksəldir. Eşq elə bir təmiz çaydır ki, axdığı yerdə bütün kirləri təmizləyər. 

Möminlər Tanrının və Peyğəmbərin adları xatırlanan zaman qəlbləri eşqlə yanar.  

Varlığın var olma səbəbi eşqdir: varlığın varlıqdakı qayəsi də  eşqdir. Həyat 

əvvəldən sona qədər eşqdir, sevgidir, məhəbbətdir. Hər yaradılışda həyata qədəm 

qoyduğu andan eşq vardır. Eşq duyğusu varlıq silsiləsində sadəcə insana məxsus bir 

xüsusiyyətdir.  İnsanın Yaradan ilə  təmasa girməsi ancaq eşq yolu ilə mümkündür. 

Eşq insanla Rəbbi arasında bir vasitə  və alovdur. Kainatı anlamaq üçün ağıl və 

məntiq kifayət deyildir.   Eşq olmasaydı varlıq aləmi də olmazdı.   

Ərəb dilində “işq” kökündən meydana gələn eşq lüğətdə sevda, hədsiz və 

şiddətli sevgi, hər hansı bir şəxsin özünü bir bütün olaraq sevgilisinə  həsr etmək, 

sevgilisindən başqa gözəl görməyəcək qədər ona bağlanması mənasına gəlir. Yenə də 

eyni kökdən olan “sarmaşıq” mənasını ifadə edən “aşəqa” da eşq sözü ilə bağlıdır. 

Sarmaşıq  əhatə etdiyi ağacın suyunu içdiyi kimi, yarpağını soldurur, bəzən də 

qurudursa, sevgi de sevənin sevgilisindən başqa şeylərdən əlaqəsini kəsdirir və onu 

soldurur (13, 71). 




 Nigar İsmayılzadə 

48

İslami  ədəbiyyatda eşq ilahi və  bəşəri olmaqla əsasən iki mənada istifadə 



edilmişdir. İlahi eşqi ümumilikdə “həqiqi eşq”, bəşəri eşqi də “məcazi” və ya “üzri” 

eşq adlandırmışlar. Məcazi eşq bu dünyadakı gözəllərə, gözəlliklərə, dostlara 

duyulan sevgidir. Bu eşq de zərərli deyil. Çünki insan kimi və  nəyi sevirsə sevsin 

yenə də Tanrını, yəni onun təzahür etdiyi şeyi sevmiş olur. Bilindiyi kimi Allah hər 

şeydə  təzahür etmişdir. Bu halda bütün sevgi Allaha yönəlmişdir. Hər gözəlin 

gözəlliyi Allahın camal sifətinin bir əksidir. Bu dünyada məcazi eşqi yaşamayan şəxs 

mənəvi eşqə çata bilməz. Bu yolda könlün yanması  və  çırpınması lazımdır. Aşiqin 

sevgiliyə çata biləcəyi yol aydın olmalıdır. Bu yolda qarşılaşdığı  çətinlikləri və 

maneələri qaldırmaq üçün tədbirli olmalıdır. Məcazi eşq vadisində  aşiq dərələrdən

təpələrdən, dağlardan, diyarlardan diyara sevgilinin dalınca qaçar, min bir 

çətinliklərə boyun əyər, bütün bunlardan sonra əsasən sevgilisinə qovuşa bilməz. 

Məcazi eşqə Qurandakı  işarə bu ayədir: “Yusifin məhəbbəti Züleyxanın ağlını 

başından çıxardı, qəlbini bütünlüklə əhatə etdi” (16, s.90).  

İlahi eşq yolundakı  hər aşiqin Tanrıya inancı olmalıdır.  İlahi eşq hər halda 

Tanrıya möhtacdır. Tanrının ilahi nuru bir insanın qəlbinə girməyənə qədər o insan 

həqiqi aşiq sayıla bilməz (10, 275). 

Həqiqi eşqin hansı səbəbdən qaynaqlanmasına baxmayaraq əgər sevgilinin fiziki 

gözəlliyi ilə məhdudlaşırsa bu həqiqi deyil, məcazi eşqdir. Məcnun kimi birçox aşiq

məşuq uğrunda bir çox iztirablara sinə  gərmiş, canını  fəda etməyə hazır imiş.  Ən 

başda duran sevgilisinin xoşbəxtliyidir. Məcazi eşqə  əsaslanan aşiqlər ilahi eşqə 

çatmaq üçün onu körpü adlandırmışlar və bu körpünün aşiqi tez gec Tanrısına 

qovuşduracağını düşünmüşlər. Çünki onlara görə məcazi eşqin simvolu olan Məcnun 

Leylini vasitə sayıb ilahi eşqə çatmışdır. Buna görə bəşəri eşqi dərin yaşayanlar, bu 

duyğudan məhrum olanlar nə  qədər ilahi eşqə çatmaq istəsələr də bu imtahandan 

keçə bilməyib həmin yolu tərk edərlər. (17,120). “Leyli və  Məcnun” məsnəvisi 

məcazi eşqdən həqiqi eşqə yüksəlməkdən bəhs edir. Leylini məktəbdə ikən sevməyə 

başlayan Məcnun eşq yolunda əziyyət çəkib kamilləşdikcə Tanrıya yaxınlaşır. Hətta 

bir gün vüsalına qovuşmaq üçün onu çöldə axtaran sevgilisini tanımır. Artıq “tək 

varlıq” içində əridiyini bildirən bu misralar ilə Leyliyə müraciət edir: 

 

Gər mən, mən isəm nəsin sən ey yar? 



 

Gər sən, sən isən, nəyəm mən-i zar? (3,129-130). 

Mövlana Cəlaləddin Ruminin düşüncə sistemində eşq anlayışı olduqca mərkəzi 

mövqedə yerləşir. Mövlanaya görə  eşq təkamülün  əsas hissəsidir. O, bəşəri eşqlə 

ilahi eşq arasında müqayisə edilməyəcək qədər fərq olduğunu deyir. “Sən canına can 

qatan, heç ölməyəcək olan diriyə aşiq ol. Haqqa qarşı duyulan eşqdə, onu sevən də,  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə