Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə28/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   24   25   26   27   28   29   30   31   ...   161

İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

73

Yəiş ibn Əli ibn Yəiş ( hicri 556 – 643  ), Əbulqasım  Mahmud  ibn  Ömər  əz – 



Zəməxşəri ( hicri  467 – 538 )  kimi  görkəmli  nümayəndələri  vardır. Bu nümayən-

dələr  içərisində biz İbn Xəllikanın müəllimhicri  olmuş ibn Yəiş üzərində  dayanmaq 

istərdik. 

Əsli  etibarı  ilə Mosuldan  olan  bu  dilçinin  tam adı (Əbul-baqa Muvaffaqud-

din Yəiş  ibn   Məhəmməd  əl – Əsədi  əl- Hələbi)-dir.

1

 Ərəb  dili  alimi  olan   İbn 



553

   


hicri    Yəi

ş

 



-

cü il  ramazan  ayının   3– də ( miladi 1158 – ci il sentyabr ayını 

28 – də  Hələbdə  doğulmuş , əslən  mosullu  olan  babası Yəişə  görə  İbn Yəiş  kimi  

tanınır. Hələbdə olarkən  Əbus- Səha  Futyən  əl – Hələbi  və  Əbul  Abbas  əl – 

Məğribi ən – Niruzidən  nəhv  elmini  öyrəndiyi  zaman  hicri 577 – ci ( miladi 1181- 

ci )ildə Kəmaləddin əl –Ənbarinin dərslərində iştirak  etmək  üçün Bağdada getməyə 

hazırlaşır. Amma  Mosula gəlib çıxanda Əl- Ənbarinin  vəfat  etdiyini  öyrənir. Bu 

həmin Əbul- Bərəkək əl- Ənbari idi ki, adı  son  bağdadlılardan  olan İbn əş – Şəcəri, 

Əz- Zəməxşəri,  Əbul – baqa ` əl – Ənbari ad-Darir, İbn  Yəiş,  Ər – Rida  əl – 

Astrabadinin  adları ilə  birlikdə  çəkilir. 

Əl- Ənbari  uzun  müddət Bağdad  məktəbində   fəaliyyət göstərmiş , İbn əş – 

Şəcərinin  şagirdi  olmuş    və dilçilik  fəaliyyətində    Əbu  Əli  əl- Fərisdiən  çox  

istifadə  etmişdi.  ( Bəsrə məktəbinə  çox  meyl edən  bu  dilçini  hətta  ibn  Nədim  

öz “Əl- Fihrist “ ində  elə bəsrəli  hesab etmişdir). Əl- Ənbarinin  əsərləri  arasında  

Əl – Fərisinin  “İzah”  əsərinə yazılmış geniş    bir    şərh (“Kitəb  havaşil – idah”), 

“Kitəbul  - insaf  fi  xiləfil basriyyin val – kufiyyin” , “Əsrar əl – arabiyyə”, “Kitəb 

ilm  əl – cədəl  ən –nəhvi”, Lumə`  əl - ədilləti “ , “Nuza`atul - əlibbə fi təracimin 

nuhat” kimi  biblioqrafik əsərləri  vardır. 

İbn  Yəiş   bir  müddət  Mosulda  qalmış  və  Əbülfəz   Abdulla  ibn Əhməd əl          

Xətib  ət – Tusi  ilə    Əbu  Məhəmməd  Abdulla  ibn  Ömər ibn  Suveydə  ət – 

Tikritidən hədis  elminə  yiyələnmiş , sonra  Hələbə  qayıdaraq  hədis  elminə  davam  

etmiş  və  Dəməşqə  gedərək  Əbul - Yumn əl - Kindi  və İbn  Əbu  Asrün  kimi   

mühəddislərinin  yanında   təhsilini tamamlamış, eləcə  də  Əl – Kindinin  yanında  

Əl -  Haririnin  “Əl- Məqamət”  əsərinin sirlərinə    bələd  olmuş, müəllimlərindən  

ərəb  dili  və  ədəbiyyatı,  dini  elmlər  sahələrində  tədris ilə  məşğul  olmaq  icazəsi  

aldıqdan  sonra  Hələbə  dönmüşdü. 

Həyatının  qalan  hissəsini  şagird  yetişdirməyə  həsr  edən  İbn  Yəiş  camilərdə  

dərs   vermişdi. Məhz  həmin  bu  dövrdə , yəni  hicri  626 – 627 – ci  (miladi 1229 - 

                                                 

1

 İslam  Ansiklopedisi,20  cild;  səh 445- 446, TDV  yayınları 




 Aslanov Süsən Yusif  qızı 

74

1230- cu) illərdə o, Rəvahiyyə    mədrəsəsi ilə  Dəməşq camisində    dərs verərkə  İbn 



Xəllikan  ondan Mosulda anadan olub orada qrammatiklərdən  dərs almış,Bağdadda 

kamilləşən, qırx il Əbu  Əli  əl- Fərisi  ilə  dostluq  etmiş    Əbul  Fəth  Osman ibn 

Cinninin  əllidən  artıq  əsərləri  içərisində  onun Əbu  Əli  əl – Fərisinin təzkirəsinə 

yazılmış (يلع يبا ةركذت  دييات و دقلا  وذ  و عمللا)    (İşıqlanma,bənzətmə və  Əbu   Əlinin    

təzkirəsinə kömək)    adlı   geniş  bir  şərhi ilə  tanış olmuşdu.

2

 



Hicri  643 – cü  ilin  cumədəl - ulə  ayının  25-də  (miladi  1245-ci ilin  oktyabr  

ayının  18 – də ) Hələbdə  vəfat etmiş  ibn  Yəiş  Məqami -  İbrahimdəki  türbəsinəki  

torpağa  tapşırıldı. Cəld,  şirinsöhbət, comərd   və  şəfqətli  bir adam  kimi  tanınan  

İbn  Yəişin zarafatları    İbn  Xəllikanın  əsərlərindən  yalnız  birinin,  bizim  

günlərədək  gəlib  çıxdığı  “Vafəyətul - əyən” əsərində  verilir. Əz – Zəməxşərinin  

dörd  hissədən  ibarət   bir  cildlik  “Əl – Mufassal” (bu əsər  Sibəveyhinin  “əl- 

Kitəb”  əsərinin  icmalı təsirini  daşıyır) əsərinə yetmiş yaşında  yazmış  olduğu  və 

on  cilddən  ibarət  geniş  bir şərhin  müəllifi  olan  İbn Yəiş Sibəveyhinin  doktrinası  

ilə    Bəsrə    məktəbinin  davamçısı “.0 hesab  olunur. Əsərlərində  Kufə    və    Bəsrə 

məktəblərinin  arasındakı  fərqlərə    yer    ayırır və açıqlamalarında “itnab” üsulu  

mövcuddur. 

İbn  Yəişin  şagirdləri  arasında  ilk  növbədə  İbn  Xəllikanın  adı  çəkilir.Onun  

şagirdləri  arasında  bir  çox  mühəddislər  də  vardır. Qadil – qudat Taqyuddin ibn 

Kəzun əl – Həməvi, Kəmaləddin  İshaq  ibn  Əbu  Bəkr  əl- Əsədi  əl – Hələbi ən – 

Nəhhas  və  qardaşı Bəhəuddin,  Yaqut  əlı  - Həməvi,  İbn  Amrün ibn  Malik  ət – 

Tayyi, İbn Vasil və  Əş – Şərisi vardır. 

İbn Yəişin əsərlərinə gəlincə, onlardan Əz- Zəməxşərinin “Əl-Mufassal” əsərinə  

yazdığı    şərhdir ki,  bu, əsərə yazılan  şərhlərin  ən  mükəmməli  hesab olunur. O, 

burada Sibəveyhi, Əl – Əxfəş əl – Ausat, Əbu Əli əl – Fərisi, Əbu Ömər əl – Cərmi, 

Əbu  Osman əl – Mazini və  İbn Cinni  kimi  alimlərin  görüşlərini də  tez-tez  şərh 

edir.  Əsər ilk  dəfə  1876 – 1886-cı  illərdə  Leypsiqdə G.Yanh tərəfindən  nəşr  

olunmuşdur.Daha  sonra  Əl-  Əzhər universiteti  şeyxliyi  və alimlər  heyətinin  

təshih  və təliqləri ilə  Qahirədə tarixi  göstərilmədən  nəşr  olunmuşdur. Bu  nəşrin  

Beyrutda  ofset  üsulu  ilə  basqısı vardır. Asim  Behçət əl- Baytar  şərhin  müxtəlif  

biblioqtrafik  göstəricilərini  çıxararaq  “Fəhərisu şərhi əl –Mufassal li –bni Yəişin”  

adı    ilə  1411ci- (1990-cı) ildə    Dəməşqdə  nəşr  etmişdir.  Əsərin  bir  başqa  

                                                 

2

               ،٤٨٤ص    ،  ١٢٨٤        نارھط ، يناثلا  ءزجلا   ؛نامزلا     ءانب ا     و    ءابنا  و  ن ايعلاا 



تايفو 

״  ناكلخ 

نبإ 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə