Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə25/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   21   22   23   24   25   26   27   28   ...   161


Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

63

 

 

ƏRƏB ƏDƏBİ DİLİNDƏ MÜBTƏDA VƏ  

TAMAMLIQ BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR 

 

dos. Solmaz Hüseynova 



BDU İlahiyyat fakültəsi 

 

 



 

Açar sözlər: budaq cümlə, tabelilik bağlayıcıları, qeyri-müəyyən əvəzliklər 

Ключевые  слова:  придаточное  предложение,  сложносочинительные 

союзы, неопределенные местоимения 

Key words: subordinate clause, complex conjunctions, indefinite pronouns 

 

Adı çəkilən cümlə növlərindən danışmazdan əvvəl məqalənin adına müəyyən bir 



aydınlıq gətirmək istərdik. Niyə görə məhz mübtəda və tamamlıq budaq cümlələrini 

birlikdə təhlil etmək fikri yarandı? Mübtəda və tamamlıq budaq cümlələri kim? nə? 

nəyi? nəyə? nə haqda? suallarına cavab verir. Bu cümlələrin quruluşunda, budaq 

cümlələrin baş cümlələrə bağlanmasında oxşarlıq mövcuddur. Onu da deyək ki

klassik ərəb qrammatikasında mürəkkəb cümlə istilahı olsa da, "baş cümlə" termin-

lərinə rast gəlinmir. 

Bu terminlər  ərəbşünaslıqda işlənir ki, belə cümlələr haqqında danışarkən 

onlardan istifadə etməmək qeyri- mümkündür. Ərəb qrammatikasında  اربخ ةعقاو ةلمج  

- başqa cümlənin xəbərlik funksiyasını yerinə yetirən cümlə      لاعفم  ةعقاو  ةلمج      - 

tamamlığın funksiyasını yerinə yetirən cümlə kimi istilahlar işlədilir ki, bunları da 

xəbər və tamamlıq budaq cümlələri kimi başa düşmək olar. Aşağıdakı termini də 

budaq cümlə kimi anlamaq mümkündür: 

 

               بارعلأا نم لحم اھل ةلمجل ةعبات ةلمج



                                                                 

 

Bu termini "cümlə üzvlü funksiyasını yerinə yetirən cümləyə  əlavə olan və ya 



ona tabe olan cümlə" kimi tərcümə etmək olar. 

Tabeli mürəkkəb cümləni təşkil edən tarkib hissələrindən biri digərindən asılı 

vəziyyətdə olur. Bu tərkib hissələrindən müstəqil olanı baş, asılı olanı isə budaq 

cümlə adlanır (4, 389). 

Tabeli mürəkkəb cümlədə budaq cümlənin baş cümlədən asılılığı heç də eyni 

dərəcədə olmur. Ərəb dilində tabeli mürəkkəb cümlənin komponentlərinin bir-birinə 




Solmaz Hüseynova 

64

bağlanmasında bağlayıcıların, qeyri-müəyyən əvəzliklərin, nisbi əvəzliklərin rolu çox 



böyükdür. 

Haqqında söhbət açdığımız mübtəda budaq  cümləsi baş cümlənin mübtədası 

haqqında geniş tasəvvür yaratmaq üçün işlədilir.  Əgər baş cümlədə mübtəda 

işlənməzsə, budaq cümlənin baş cümlədəki  vəzifəsinə  görə mübtəda  budaq cümləli 

tabeli mürəkkəb  cümlələri bir neçə qrupa bölmək olar.   

Ərəb dilində çox zaman  belə baş  cümlələr mübtədası buraxılmış  kontekstual 

yarımçıq cümlələrdən  ibarət olur. Belə yarımçıq  cümlələr ismi xəbərlərdir ki, onlar, 

sifətlər və ismi - məfullarla ifadə olunur ki, onlar da müəyyənlik və qeyri 

müəyyənlikdə işlənə bilir: 

                                                                    حضاولا ، حضاو ، مولعملا ، مولعم

                  

     


Belə xəbərlər ön qoşmalarla və adətən  نم   ön qoşması ilə işlədilir: 

عقوتملا نم ، رظتنملا نم ، حضاولا نم ، مولعملا نم 

(Məlumdur  (məlumdandır), aydındır, gözlənilir). 

Bəzən isə baş cümlələr  sadəcə fellərdən, fellərlə  işlənən mənsubiyyət 

şəkilçilərindən və ön qoşmalardan  ibarət olur: 

يل ودبي ، ينغلب 

(Mənə çatmışdır, mənə belə gəlir) 

Baş və budaq  cümlələr bir-birinə   ﱠنأ   və   ْنأ  tabelilik bağlayıcıları ilə bağlanır  

(4; 113,124). 

ا جاتنا ديزتس ةيناجيابرذلآا ةموكحلا نأ عقوتملا نم

.زاغلاو طفنل

 

Azərbaycan hökümətinin neft və qaz istehsalını artıracağı gözlənilir  



(hərfən: Gözlənilir ki, Azərbaycan höküməti  neft və qaz istehsalını  artıracaqdır). 

 ىعسأ لا مث ، ناديز يجرج موحرملا بتك نم اھريغب و ءلابرك ةداغب بجعأ نأ ابيرغ ودبي دق و

ل

 هتفرعم


.هب لاصتلاا و 

Yəqin cox qəribə görünər ki, mərhum Cürci Zeydanın  "Kərbala gözəli" və 

başqa  kitablarını  mən çox bəyənirdim  və onunla tanış olmağa və münasibət yarat-

mağa çalışmışdım (H.Heykəl). 

ةظحللا كلت يف اھلزنم نم ناريجلا ةاتف تجرخ نأ نقتا و

 

.مامحتسلااةبيقح ةلماح



 

Belə oldu ki, həmin anda qonşunun qızı hamam çantasını götürərək öz 

mənzilindən çıxdı. 

Mübtəda budaq cümləli  baş  cümlələrə   يتلا ، يذلا  (müvafiq olaraq bu əvəzlik-

lərin  təsniyə  və  cəmləri) nisbi  əvəzlikləri və    "  نم "  və      " ام

   "  qeyri-müəyyən  

əvəzlikləri  ilə də bağlana  bilər. Məsələn: 

 ، ماعنلأا )  مكيلع ملاس لقف انتايأب نونمؤي نيذلا كءاج اذأ و

54

 

(



 


Ərəb ədəbi dilində mübtəda və tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr 

65

Ayələrimizə iman edənlər sizin yanınıza gəldikdə onlara de : Sizə salam olsun. 



جلا باحصأ كئلاوأ تاحلاصلا اولمع و انماء نيذلا و

 ، ةرقبلا) نودلاخ اھيف مھ ةن

82

 

(



 

Kimlər ki  (hansılarkı)  yaxşı  işlər görür, onlar cənnətlikdilər və orada əbədi 

qalacaqlar. 

 ، ةرقبلا ةروس ) نينمؤمب مھ ام و رخلاا مويلاب و  اب ا ّ◌ ّنما لوقي نم سانلا نم و

8

 

(



 

İnsanlardan biz Allaha və axirət gününə inanaraq deyənlər vardır, lakin onlar

inanmırlar. 

 ، ةرقبلا ) نودلاخ اھيف مھ و رانلا باحصأ كئلأف هتئيطخ هب تطاحا و ةئيس بسك نم ، ىلب

81

 

(



 

Bəli, kim ki günah qazanmışdır və günahları onları bürümüşdür, onlar cəhənnəm 

əhlidirlər və orada əbədi qalacaqlar. 

Bunu da qeyd etmək  lazımdır ki,  " نم " qeyri-müəyyən əvəzliyi həm mübtəda 

budaq cümləli, həm də şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə işlədilir. 

Əgər cümlənin xəbəri felin xəbər  şəklindədirsə, belə cümlələr mübtəda budaq 

cümləsidir. 

Yuxarıda buna aid misal gətirmişdik.  Xəbərlər felin indiki - gələcək zamanında 

olduğu kimi, keçmiş  zamanda da ola bilər.  

نم  qeyri-müəyyən  əvəzliyi olan mübtəda budaq cümlələri  bir çox ərəb  atalar 

sözlərində ifadə edilmişdir. 

ءاس ام يقل ءاش ام لعج نم 

İstədiyini edən istəmədiyinə rast gələr. 

هيلع باش ءيش ىلع بش نم 

Kim nə ilə doğulubsa, onunla da qocalar. 

Xəbər felin şərt formasındadırsa, cümlə  şərt budaq cümləli tabeli mürəkkəb  

cümlədir.  Ərəb qrammatikasında buna   ةيطرشلا  ةلمجلا        -    şərt cümləsi deyilir. 

Məsələn: 

هشومخ  ْلمتحيلف طقلا ِبعلاي نم 

Pşiklə oynayan onun cırmağına dözməlidir. 

 ، ناقرفلا ) اماثأ َقْلَي كلذ  ْلعفي نم و

68

 



(

 

Onu edən  şəxs günahını tapar. 



Hərfi tərcümə: Kim bunları edərsə, cəzasını tapar. 

Bu ayənin tərcüməsindən də bəlli olur ki. qrammatikaya görə, həmin cümlə həm 

mübtəda, həm də şərt budaq  cümləsi kimi qəbul  edilə bilər. 

 ، ناقرفلا ) اباتم ﷲ ىلا بوتي هنأف احلاص لمع و بات نم

71

 

(



 

Kim tövbə edib yaxşı  işlər görərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. 

Bu cümləni isə, şübhəsiz mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə hesab 

etmək olar. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə