Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə85/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   81   82   83   84   85   86   87   88   ...   108

 
280
nöqtələrə  əsasən aşkar olunur ki, bunların da xarakterik 
fluoressensiyası helmintoz sürfələrində mayenin tərkibi ilə 
şərtlənir. 
Fluoressensiya rənginə əsasən süd və süd məhsullarının 
təbiəti və keyfiyyətliliyi haqqında mühakimə yürütmək olar 
(60). Sağlam inəklərdən sağılan təzə süd açıq-sarı  rəngli 
fluoressensiyaya, xəstə inəklərdən sağılan, eləcə də soda və ya 
15% su əlavə edilmiş süd sarımtıl çalarlı solğun rəngə malik 
olur. Lüminessensiyanın rənginə  əsasən südün saxtalaşdırıl-
ması halını üzə  çıxarmaq (aşkar etmək) mümkündür. Fluores-
sensiyalı mikroskopiya üsulu ilə süddə  kəskin yaşılımtıl-
sarımtıl fluoressensiya ilə üstünlük təşkil edən bağırsaq çöpü 
bakteriyaları qrupunun mövcudluğu aşkar edilir. Kontrastı (zid-
diyyətli rəngi) gücləndirmək üçün konqo-rubin və ya aqolitmin 
əlavə edilir. Süddə  vərəm çöplərinin olması, onların qaranlıq 
fonda parlaq-sarı çöplər şəklində xarakterik fluoressensiyasına 
görə  aşkarlanır. Yetişməmiş pendir kəsiyinin fluoressensiyası 
sarı  rəngə malik olur. Pendir kütləsi yetişdikdə fluoressensiya 
boz-göy rəngdən bənövşəyi rəngədək çalar qazanır. 
Lüminessensiya rənginə görə bitki yağı  bəzi müx-
təlifliklərə malikdir. Fluoressensiya üsulu ilə bitki yağlarında 
mineral yağ qatışıqlarını  aşkar etmək olar. Heyvani mənşəli 
(mal, donuz, qoyun) ərinmiş piyləri fluoressensiya edilmir, 
inək yağı bülbülü-sarı fluoressensiyaya, marqarin isə mavi flu-
oressensiyaya malikdir. Bu əlamət heyvan piylərinin tərkibində 
sadə üsulla marqarin qatışıqlarını müəyyən etməyə imkan verir. 
Lüminessentli analiz qida piylərinin oksidləşmə  dərə-
cəsini müəyyənləşdirməyə imkan verir (85, 107). Fluoressen-
siya məqsədilə sınaq şüşəsinə tədqiq edilən yağdan 3-4 ml yer-
ləşdirir, eyni miqdarda distilləolunmuş su və 3-4 damcı 
ammonyakın sulu məhlulu əlavə edilir.  
Qarışığı intensiv olaraq çalxalayır və sınaq şüşəsində yağ 
və su fazaları tam ayrılanadək sentrifuqalanır. Lüminessensiya 
ОЛД-4 markalı cihazın köməyi ilə  təyin edirlər. Ultrabənöv-
şəyi şüalar selində sulu təbəqənin işıqlanması müşahidə edilir. 


 
281
Oksidləşmiş maddələrin miqdarı 1,0%-dən çox olduqda dəqiq 
mavi işıqlanma, 0,5%-dən 1,0%-dək olduqda mavi-tüstü çalarlı 
yaşılımtıl işıqlanma, əgər oksidləşən maddələrin miqdarı 0,5%-dən 
kiçik olduqda isə yaşıl rəngli lüminessensiya əmələ gəlir. 
Unun fluoressensiya rəngini müşahidə etməklə onun 
sortunu, növünü və  tərkibində mövcud olan zərərli qatışıqları 
təyin etmək olar. Buğda və çovdar dənlərinin qabıqları, aleyron 
təbəqəsi və rüşeymləri endospermlə müqayisədə daha intensiv 
göy işıqlanmaya malikdir. Bunun nəticəsi olaraq, unun sortu 
aşağı olduqca məhsul bir o qədər daha parlaq fluoressensiya ilə 
üstünlük təşkil edir. Unun müxtəlif növləri də  işıqlanma 
rənglərinə görə fərqlənir. Səməni unu qeyri-parlaq-ağımtıl, no-
xud unu çəhrayı, soya unu isə göy-yaşıl fluoressensiyaya ma-
likdir. Çovdar mahmızı (toxumda göbələk xəstəliyi) hissə-
cikləri tünd çəhrayı  rəngli fluoressensiya əks etdirilir. Çovdar 
mahmızı xəstəliyi mövcud olan un bənövşəyi sayrışan (parlaq) 
işıqlanma qazanır. 
Fluoressensiya rənginə və intensivliyinə digər amillər də 
təsir edir. Məsələn, buğda və çovdar unları qurudulan zaman 
fluoressensiya parlaq göy rəngdən sarı rəngədək dəyişir. Buğ-
danı  və unu saxlayan zaman fluoressensiya rəngində müxtəlif 
çalar əmələ gəlir. 
Lüminessensiyaya vizual müşahidə ilə yumurta məhsul-
larının təzəlik dərəcəsini xarakterizə etmək olar. Məsələn, ağ 
rəngli qabığa malik təzə toyuq yumurtası intensiv qırmızı fluo-
ressensiyaya malik olur, saxlanılarkən isə bu fluoressensiyanın 
rəngi maviyə çevrilir. Daha tünd rəngli qabığa malik toyuq 
yumurtalarını saxladıqda lüminessensiyada mavi-bənövşəyi ton 
əmələ gəlir.  
Lüminessensiya ilə  vəsfi analiz üsulundan istifadə et-
məklə  ətin hansı növdən olduğunu təyin etmək və onun sortu 
haqqında təqribi fikir söyləmək olar. Heyvan ətinin  əzələ 
toxuması  qırmızımtıl-qəhvəyi çalarlı xüsusi fluoressensiya ilə 
üstünlük təşkil edir, belə ki, mal ətinin əzələləri üçün məxməri-
tünd-qırmızı çalarlar, qoyun əti üçün tünd-qəhvəyi, donuz əti 


 
282
üçün isə açıq-qəhvəyi çalarlar xarakterikdir. Xüsusi birləşdirici 
(vətərlər,  əzələləri bürüyən pərdələr) və  qığırdaq toxumaları 
parlaq mavi rəngdə lüminessensiya edirlər, piy toxumaları isə 
açıq sarı rəngli işıqlanmaya malikdir. 
Ət xarab olan zaman onun fluoressensiya rəngi dəyişir. 
Xarabolmanın birinci mərhələsində mal ətinin  əzələ toxu-
masının fluoressensiyasının tünd-qırmızı rəngli fonunda, məh-
sulun korlanmasının dərinləşməsinə görə genişlənən yaşıl 
nöqtələr  əmələ  gəlir. Köhnə  ətin  əzələləri bütöv yaşıl rənglə 
örtülmüş tünd-qırmızı rənglə fluoressensi-yalanır. 
Lüminessensiya intensivliyinin (Lİ) fotoelektrik ölçül-
məsi balığın və  ətin təzəliyi haqqında fikir yürütməyə imkan 
verir. Fotoelement zəncirində yaranan cərəyanın gücü lümines-
sensiyanın fotoelement üzərinə düşən işıq selinə mütənasib 
olur. Cərəyanın gücü qalvanometr vasitəsilə ölçülür. Şkalanın 
qabaqcadan dərəcələrə bölünməsi sınaq nümunəsinin kontrol 
nümunə ilə bilavasitə müqayisələndirilməsi aparılma-dan 
lüminessensiya intensivliyini ölçməyə imkan verir. 
Ətin və balığın təzəliyini təyin etmək üçün yeni bir neçə 
lüminessent cihazları konstruksiya edilərək istehlaka buraxıl-
mışdır. Danilov və Kondratenko tərəfindən yaradılmış fotometr 
müxtəlif intensivlikli lüminessensiya şüalanmalarını qeyd 
etmək üçün bir neçə şkalaya malikdir. 
Ətin təzəliyi qiymətləndirilən zaman, məhsulun xırdalan-
mış  çəki nümunəsini 1:10 nisbətində distilləolunmuş su ilə 
qarışdırılır və ekstrakt hazırlanır. Təzə mal ətindən alınan sulu 
ekstraktlar sarımtıl-yaşıl rəngli lüminessensiya ilə alınan 
xarakterizə olunur. Təzəliyi  şübhəli olan ət ekstraktları yaşıl-
mavi rənglə fluoressensiya edir. Tamamilə köhnə olan ətdən 
alınan ekstraktlar süd rəngli işıqlanmaya malik olur. Təzə halda 
pörtülmüş və soyudulmuş ət nümunələrinin sulu ekstraktlarının 
lüminessensiya intensivliyi (Lİ) olduqca kiçikdir və praktiki 
olaraq cihaz vasitəsilə ölçülə bilmir. Təzə halda dondurulmuş 
ət üçün ekstraktların 528-544 nm spektr maksimumunda 2-dən 
10 mksb-dək hədlərdə lüminessensiya intensivliyi xarak-


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə