Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə84/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   80   81   82   83   84   85   86   87   ...   108

 
276
trasiyasına o hallarda mütənasib olur ki, onun məhluldakı miq-
darı 10
-4
 – 10
-5
 q/ml  həddindən çox olmasın.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 28. Fluoresseinin suda məhlulunun fluoressensiyasının 
energetik (a) və kvant (b) çıxımının həyəcanlandırıcı işığın 
dalğa uzunluğundan asılılığı. (S.İ.Vavilov qanunu)  
 
Daha yüksək qatılıqlarda (konsentrasiyalarda) məhlulda 
lüminessensiya intensivliyini (Lİ) azalda bilən “öz-özünə sön-
mə” kimi adlandırılan konsentrasiyalı “sönmə” müşahidə 
edilir. Konsentrasiyalı sönmə faktını  məhlulu durulaşdırmaqla 
müəyyən etmək olar. 


 
277
Lüminessensiyanın “sönməsi” məhlulda kənar qatışıq-
ların mövcudluğu ilə də baş verə bilər. Qeyri-lüminessensiyalı 
qatışıqlar, həm həyəcanlanma və  həm də lüminessensiya 
enerjisini tutaraq maddənin lüminessensiya intensivliyini dəyi-
şir. Əgər qatışıq lüminessensiyalanırsa, onda o, öz işıqlanması 
ilə tədqiqat nəticələrini təhrif edən (dəyişən) fon əmələ gətirir. 
Belə hallarda lüminessensiyalı analiz aparılanadək, tədqiq 
olunan məhsul çökdürmə, ekstraksiya, xromatoqrafiya və digər 
üsullardan istifadə edilərək qatışıqlardan təmizlənir. Məhsulun 
qazsızlaşdırılması da məqsədəuyğun hesab edilir, belə ki, bəzi 
qazlar, xüsusən də oksigen lüminessensiyanı “söndürə” bilər.  
Bir çox fluoressensiya məhlullarında “sönmə tempera-
turu” kimi adlandırılan temperaturun yüksəlməsi zamanı 
“sönmə” müşahidə olunur. Temperaturun azalması lüminessen-
siya intensivliyinin böyüməsinə və spektrin strukturunun yaxşı-
laşmasına səbəb olur. Bir çox hallarda, otaq temperaturunda lü-
minessensiyalanmayan birləşmələr, kiçik temperaturlarda lümi-
nessensiyalanmağa başlanır. Elmi tədqiqatların yerinə yeti-
rilməsi zamanı maye azotdan geniş miqyasda istifadə olunur. 
Konserogen maddələri, o cümlədən benzpirenləri ayırmaq üçün 
E.P.Şpolski tərəfindən işlənib hazırlanmış, aşağı temperatur-
larda qeyri-düzxətli lüminessensiya üsulu özünü doğruldur. 
Çoxnüvəli aromatik karbohidrogenlər maye azot tempera-
turunda dondurulmuş n – parafin məhlullarında qeyri-düzxətli 
spektrlərə görə  təyin edilərkən analizin yüksək dəqiqliyi  əldə 
olunur. 
Lüminessentli analizdə, tədqiq olunan obyekti görünən 
spektrin qısadalğalı hissəsi (380 – 485 nm dalğa uzunluğu 
diapazonuna malik bənövşəyi və göy şüalarla) və ya daha tez-
tez uzundalğalı ultrabənövşəyi diapazonda (320 – 380 nm) və 
bəzən orta və uzundalğalı ultrabənövşəyi diapazonlarda (280 – 
320 və 200 – 280 nm) ultrabənövşəyi radiasiya ilə  işıqlan-
dırmaqla fotohəyəcanlanma tətbiq edilir. 
700-1000 nm diapazonunda qırmızı və infraqırmızı şüalar 
ola bilər ki, gələcəkdə lüminessentli analizdə tətbiq oluna bilər. 


 
278
Bəzi elmi-tədqiqat işlərində göstərilir ki, müxtəlif maddələr və 
o cümlədən qida məhsulları  qırmızı  və infraqırmızı lümines-
sensiya ilə üstünlük təşkil edir. 
Spektrin görünən oblastında işıq mənbəyi lümines-
sensiyanın müşahidə olunması  və ölçülməsinə mane olmasın 
deyə, onu - adətən həyəcanlandırıcı şüalanma buraxan və spek-
trin mane olan hissəsini udan xüsusi işıq filtrlərinin köməyi ilə 
aradan götürülür. 
Lüminessensiyalı analizdə  işıq mənbəyi qismində civə 
buxarlarında qaz boşalmasının istifadəsinə  əsaslanan civəli 
lampalar daha geniş yayılmışdır. Belə ki, Stoks-Lommel qa-
nununa görə lüminessensiya spektri həmişə udulma spektrinə 
nisbətən uzun dalğalar tərəfə yerini dəyişir, lüminessensiyanı 
həyəcanlandırmaq üçün tez-tez bu spektrin ayrı-ayrı sahələrini 
nikel oksidi ilə boyanan şüşədən hazırlanmış elə “qara şüşələr” 
kimi də adlandırılan UFS markalı  işıq filtrinin köməyi ilə 
ayıraraq spektrin uzundalğalı ultrabənövşəyi oblastını istifadə 
edilir. UFS markalı  işıq filtrləri görünən spektrin çox hissəsi 
üçün qeyri-şəffafdır, amma ultrabənövşəyi  şüaları yaxşı 
keçirilir. UFS – 1 markalı  şüşə 250-dən 400 nm-dək spektr 
oblastı ayırır. UFS – 2 markalı filtr 270 nm-dən 330 nm-dək 
dalğa uzunluqlu şüaları keçirir. UFS – 3 markalı işıq filtri (Vud 
şüşəsi) 360 nm-dək keçirmə maksimumu ilə 320 nm-dən 400 
nm-dək olan spektral sahələri ayırır. UFS – 4 markalı filtr 340 
nm-dən 390 nm-dək keçirmə (buraxma) oblastı ilə xarakterizə 
olunur. Bəzən K
2
Cr
2
O
4
, CuSO
4
, NiSO
4
, CoSO
4
 və digər qeyri-
üzvi duz məhlulları şəklində maye işıq filtrlərindən də istifadə 
edilir. 
Buna baxmayaraq, “qara şüşələrin” bütün markaları 650 
nm-dən başlayaraq uzundalğalı  şüalanma (radiasiya) buraxılır 
ki, fotoelementlərə malik bəzi lüminessensiya cihazları bu şüa-
lara həssasdır. Spektrin bu oblastını aradan götürmək üçün 
cihazın fotoelementindən  əvvəl ikinci işıq filtri kimi adlan-
dırılan əlavə işıq filtrinin qurulmasını nəzərdə tutan çarpazlaş-
dırılmış  işıq filtrləri üsulundan istifadə edilir. Uzundalğalı 


 
279
radiasiyanı, mis sulfatın sulu məhlulu ilə ammonyakın sulu 
məhlulu qarışığından ibarət olan ikinci maye işıq filtrləri yaxşı 
udur. 
 
4.2. Qida məhsullarının keyfiyyətliliyinin  
təyin olunması 
 
Lüminessensiya rənginin vizual olaraq müşahidə edilməsi 
meyvə  və  tərəvəzlərin korlanmasının diaqnostikası,  ətin və 
unun sortunun süd məhsullarının, qida yağlarının təbiətininin 
aşkar edilməsi, bəzi qida məhsullarının zərərsizliyinin müəy-
yən edilməsi üçün istifadə edilə bilər. 
Sağlam kartofun kəsiyi yaşıl fluoressensiyaya malik olur. 
Belə kartof fitoftorla yoluxduqda intensiv göy, zəif donduqda 
ağımtıl, dairəvi çürüklə zədələndikdə yaşılımtıl, virus xəstəlik-
ləri əmələ gəldikdə isə yumruların damarlı hissəsində üstünlük 
təşkil edən müxtəlif rənglərə boyanır. Limon və portağal mavi 
çalarlı sarı fluoressensiyaya, naringi isə bənövşəyi çalarlı tünd 
çəhrayı fluoressensiyaya malik olur. Mavi rəngli kiflərlə 
zədələndikdə, zədələnmə yerlərində  ləkələr  şəklində tünd göy 
rəngli fluoressensiya əmələ gəlir. 
Təzə-tər meyvə  və  tərəvəzlərin fluoressensiya rənginin 
dəyişməsi, onların digər üsullarla müəyyənləşdirilə bilməyən 
korlanmasının başlanmasının olduqca ilkin mərhələsində aşkar 
etməyə imkan verir. Lüminessentli analiz saxlanılmaq üçün 
göndərilən, eləcə  də uzunmüddətli daşınma və ya konservləş-
dirmək üçün nəzərdə tutulan meyvə və tərəvəzlərin sort seçimi 
zamanı effektli ola bilər. Son halda istehsal olunan hazır kon-
servlərdə zay məhsulun miqdarı kəskin olaraq azalır. 
Cənub rayonlarında Günəş  işığından ultrabənövşəyi 
radiasiyanı (şüalanmanı) filtrləyən   “q a r a   ş ü ş  ə y ə” malik 
sadə günəş lümineskopu tətbiq ediləndir.  
Lüminessensiya rənginin dəyişməsi qida məhsullarının 
bəzi qüsurlarını  aşkar etməyə imkan verir. Ətdə  Cysticercus 
cellulosea  və  Cysticercus bovis mövcudluğu parlaq çəhrayı 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə