Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə81/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   77   78   79   80   81   82   83   84   ...   108

 
264
Aminturşuların ion mübadilə xromatoqrafiyası nümunə-
nin hazırlanması  və  tədqiq olunan nümunədə aminturşu tər-
kibinin miqdarca hesablanması istisna olmaqla, demək olar ki, 
analiz bütün mərhələlərini avtomatlaşdırmağa imkan verən 
aminturşu analizatorlarının yaranması geniş populyarlıq qazan-
dı, bununla belə hesabat texnikası da, həmçinin, avtomat-
laşdırıla bilər.
 
Sərbəst aminturşuları
 
tərkibini öyrənərkən, 3-5 q miqda-
rında ət və ya balıq, 5-10 q miqdarında un və ya tərəvəz xam-
mallarının xırdalanmış çəki nümunəsini dörd-beş
 
dəfə, heyvani 
mənşəlilər etil spirti ilə, bitki mənşəlilər isə su ilə  işləyir. Bu 
zaman mikroxırdalayıcıdan istifadə edilir, homogenləşdirilmiş 
məhsullar isə sentrifuqalanır. Zülalları  kənarlaşdırmaq üçün 
məhsullardan alınan ekstraktları xloroformla işləmək olar.
 
Sonra sərbəst aminturşulara malik sulu faza qarışıqlardan 
ion mübadiləsi qatranı ilə  və ya vakuum-rotasiyalı buxar-
landırıcıda quruyanadək buxarlandırmaqla təmizlənir. Quru 
qalığı aktiv turşuluğu
 
pH
 
2,2 olan natrium-sitratlı məhlulla (bu 
məhlula konservant kimi fenol və kapril turşusu  əlavə etmək 
olar) durulaşdırılır. Kolonkada aminturşuların məhlullarını 
təmizləmək üçün ənənəvi KU – 2 markalı  və ya xaricdən 
gətirilən Daneks –50, Zeo – Karb – 215, Zeo – Karb – 225 və 
başqa markalı kationitlərdən istifadə edilir. Elektroneytral 
molekul
l
ar (məsələn

şəkərlər) və anionlar kolonkada qalmır, 
aminturşular və kationlar isə ion mübadilə qatranları tərəfindən 
udulur, yəni adsorbsiya olunur. 
 
Kolonkanı 30-40 ml su ilə yuyulur və bu yuyuntu
 
suyu 
tullanılır, aminturşuların isə kolonkadan dəqiqədə 1 ml sürəti 
ilə 50 ml 6
 
n. NH
4
OH məhlulu buraxmaqla elyurə
 
 edilir, yəni 
yuyulur. Aminturşular məhlulunu vakuumda və ya su hama-
mında quruyanadək buxarlandırılır, yəni 15-20 ml su əlavə 
edilir və daha 2 dəfə, ammonyakın izləri yox olanadək təkrarən 
buxarlandırılır.
 
Məhsulun aminturşu tərkibi ümumi analiz edə-
rək zülalları və peptidləri, onları təşkil edən aminturşularınadək 


 
265
hidroliz edilir. Təqribən 50 mq-dək zülallara malik olan xırda-
lanmış  məhsulun 50 ml-dək çəki nümunəsi 6 n. xlorid tur-
şusunun iştirakı ilə, 110-120
0
C istilikdə 24 saat ərzində  qız-
dırmaq yolu ilə qaynaqlanmış  şüşə ampulada hidrolizə  məruz 
qoyulur.
 
Soyudulduqdan sonra hidrolizat filtrlənir. Xlorid turşu-
sunu vakuum altında distillə edir (qovur), bir neçə dəfə xlorid 
turşusunun iyi yox olanadək distilləolunmuş su ilə yuyulur.  
 
 
 
Şəkil 25. Qırmızı kələmin avtomatik aminanalizatorda 
alınmış aminturşu tərkibinin xromatoqramı 
 
1 – lizin; 2 – histidin; 3 – ammonyak; 4 – arginin;  
5 – asparagin turşusu; 6 – treonin; 7 – serin; 
 
 8 – qlyutamin turşusu; 9 – prolin; 10 – qlisin;  
11 – alanin; 12 – sistin; 13 – valin; 14 – metionin;       
15 – izoleysin; 16 – leysin; 17 – tirozin; 18 – fenilalanin;  
19 – aminoyağ turşusu
 


 
266
Quruyanadək buxarlandırılmış hidrolizatı, aktiv turşuluğu 
pH
 
2,2 olan 10 ml natrium-sitratlı bufer məhlulunda həll edir 
və analiz üçün istifadə olunur.
 
Avtomatik aminanalizatorlar minimum əl  əməyi sərf et-
məklə zülali hidrolizatların aminturşu tərkibinin və ya qida 
məhsullarından çıxarılan sərbəst aminturşu qarışıqlarının 
analizini həyata keçirməyə imkan verir. Elyuasiya edən bufer 
məhlulları iondəyişdirici kolonkalardan, aşkarlanması  α – 
aminturşuların ninhidrinlə hamıya məlum olan rəng reaksi-
yasına  əsaslanan aminturşular fraksiyasınal yuyur. Analiza-
torun kolonkadan kiçik sürətlə (20 – 130 ml/saat) axan mayeyə 
olan adi iş rejimi zamanı buferləşdirilmiş ninhidrinli reagent 
əlavə edilir və qarışığı  rəngin intensivləşməsi üçün 100
0

istiliyə  qədər qızdırılır. Maye axınının sabit sürəti  şəraitində 
reaksiya qarışığının boyanma intensivliyi, axarı olan kalo-
rimetrlə ölçülür və özü yazan qurğu ilə qeydə alınır (şəkil 25) . 
Sınaq nümunəsindəki aminturşuların tərkibi piklərin 
sahələrinə görə hesablanır, belə ki, maddə miqdarının təyinat 
dəqiqliyi pikin formasından asılıdır. Daha yaxşı nəticələr, pikin 
simmetriyası
 
  H
 
a
 
u
 

 
formasına yaxınlaşdığı hallarda əldə 
edilir. Analiz nəticələrinin etibarlılığına zəmanət məqsədilə, 
fon xəttinin üzəridəki enmə hündürlüyün pikin hündürlüyünə 
olan nisbəti 0,4-dən böyük olmayan piklərin sahəsini hesab-
lamaq məsləhət görülür. Pik sahələrinin hesablanmasını 
sürətləndirmək üçün elektron və mexaniki inteqratorlar istifadə 
oluna bilər. Sınaq nümunəsindəki aminturşuların konsentrasi-
yasının pikin hündürlüyünə görə avtomatik hesablanması 
metodları işlənib hazırlanır. 
Hər bir aminturşunun miqdarını mütləq vahidlərlə he-
sablamaq məqsədilə, leysinə görə kalibrləyici qrafik qurulur. 
Belə ki, müxtəlif aminturşuların ninhidrinlə reaksiya məh-
sulları, aminturşuların eyni konsentrasiyasında boyanma in-
tensivliyinə görə xeyli fərqlənir, hesablanma formuluna “rəng 
əmsalı” və ya “rəng çıxımı” kimi adlandırılan  əmsal daxil 
edilir. 


 
267
 
3.10. Molekulyar-şəbəkəli xromatoqrafiya
 
 
3.10.1. Molekulyar-şəbəkəli xromatoqrafiya  
üsulunun əsasları
 
 
Molekulyar-şəbəkəli xromatoqrafiya üsulu zülalları ayır-
maq üçün geniş  tətbiq olunur, eyni bərabərlikdə olan yüksək 
məsaməli qeyri-ion mənşəli heldən istifadə edən zaman maddə 
qatışıqlarını onların molekullarının ölçülərinə görə fraksiyalara 
ayırmağa imkan verir. Ayrılan maddələrin molekulları onların 
ölçülərindən asılı olaraq, sərbəst (hərəkət edən) həlledici və 
qabaran helin məsaməli hissəciklərin boşluğunu dolduran 
hərəkətsiz həlledici arasında paylanır. Molekulların “hel şəbə-
kəsindən” keçmə sürəti, onların dənəciklərə daxil olma və 
dənəciklərin tərkibində tutulub saxlanma qabiliyyətindən 
asılıdır. 
Başqa sözlərlə, maddənin kolonkada qalma müddəti
diffuziya sürətinə müvafiqdir, yəni maddə molekulları onlar 
üçün mümkün olan sahəyə (dənəciklərə) daxil olmağı bacar-
malıdır. Belə  dənəciklərin ölçüləri və miqdarı helin canlanma 
dərəcəsi ilə, yəni onun qabarma qabiliyyəti ilə müəyyən olunur. 
Maye xromatoqrafiyasının daha tez-tez “hel xroma-
toqrafiyası” kimi adlandırılan bu müxtəlifliyin əsasını    e k s k 
l y u z i y a   p r i n s i p i   təşkil edir. Buna müvafiq olaraq ve-
rilən maddə üçün helin yalnız müəyyən bir hissəsi əlçatan olur, 
belə ki, molekulların ölçüləri kiçik olduqca, onlar dənəciklərə 
daha asanlıqla daxil olur və qabaran polimer torunda tutulub 
daha möhkəm saxlanılır. Müəyyən parametrləri aşan mo-
lekullar dənəciklərin daxilinə nüfuz etmir və ilk fraksiyalarda 
həlledicinin sərbəst həcmi ilə birlikdə elyurə olunur (yuyulur). 
Hel dənəciklərinin daxilinə müdaxilə etmiş molekullar, onların 
molekullarının ölçülərinin kiçilməsi  əsasında sonrakı  həlledici 
fraksiyalarına görə elyurə olunurlar, belə ki, ən kiçik mole-
kullar kolonkadan sonuncu olaraq çıxır.   


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə