Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 

25 


— əsas təbiəti mühafizə istiqamətli fondların əsaslı təmirə olan xərcləri; 

—  ətraf  mühitin  mühafizəsinə  kapital  qoyma  və  təbii  resurslardan  səmərəli 

istifadə; 

— qoruqların saxlanılmasına və başqa xüsusi qorunan təbiət ərazilərinə olan 

xərclər,  həmçinin  heyvan  resurslarına,      meşə  resurslarına  və  başqa  landşaft 

elementlərinə olan xərclər; 

— ətraf mühitin mühafizəsi üçün olan elmi tədqiqatlara və təbii resurslardan 

səmərəli istifadəyə sərf olunan xərclər; 

—  ətraf  mühiti  mühafizə  edən  dövlət  orqanlarının  saxlanmasına  və  təbii 

resurslardan səmərəli istifadəyə sərf olunan xərclər; 

— ekoloji təhsil və maariflənməyə sərf olunan xərclər; 

—  ətraf  mühitin  beynəlxalq  əməkdaşlığına  və  təbii  resurslardan  səmərəli 

istifadəyə sərf olunan xərclər. 

 

26.  Ətraf  mühitin  mühafizəsi  fəaliyyərtində  xərclərin  iqtisadi  və  sosoal 

effektivliyi 

Təbiəti  mühafizə  fəaliyyətinin  iqtisadi  effektivliyi  onun  səmərəliyini 

göstərir,  başqa  sözlə,  təbiəti  mühafizə  tədbirlərinin  təmin  və  nəticələri  arasında 

olan  xərclərin  münasibətidir.  Ətraf  mühitin  mühafizəsinin  xərclərinin  iqtisadi 

effektivliyinin qiymətləndirilməsi məhdud miqdar materialların səmərəli istifadəsi 

və müəssisənin maliyyə resursları üçün vacibdir.  O,  xidmət edir: 

— əldə edilən mənfəətin qiymətləndirilməsi üçün; 

— təbiəti mühafizə üçün daha məqsədə uyğun seçimlər; 

—  optimal  ekoloji-iqtisadi  nəticələrə  nail  olmaq,  xərclərin  həcminin 

müəyyənləşdirilməsi üçün.  

Bazar  iqtisadiyyatında  xərclərin  iqtisadi  effektivliyi  nisbəti  nəticə  və  xərclər 

kimi müəyyən edilir.  Belə yanaşma «məsrəf-xeyir» analizi adını almışdır.  

Ekoloji tədbirlər nadir hallarda tez ekoloji nəticə verir və buna görə də iqtisadi 

effektivliyi təyin etmək üçün ekoloji xərclər də diskont əmsalından müasir xərclər 

və  gələcək  xeyirlər  müqayisəsində  istifadə  edilir.  Diskont    əmsalı  qismində  cari 

anda  «gələcək  pulları»  gətirmək  üçün  müasir  hesablamalara  bank  faizləri  tətbiq 

edilir. Diskont qoyuluşu beynəlxalq idarələrdə və bir çox banklarda istifadə olunur 

və indiki vaxta 8-12% təşkil edir.  

             Ətraf  mühitin  mühafizəsi  üçün  uzun  müddətli  təbiəti  mühafizə 

layihə və proqramlar hazırlayarkən,   istehsala ekologiyalaşma istiqamətində yeni 

texnika və texnologiyanın tətbiq edilməsi üçün seçilən variant, gətirilmiş xərclər və 

ya  müqayisəli  iqtisadi  effektivlik  təbiəti  mühafizə  məsrəflərinin  təyin  edilməsi 

üçün  milli  metodikadan  istifadə  etmək  olar.  Bazar  iqtisadiyyatında  bunun  oxşarı 

«xərclər – effektivlik» hesab olunur.  Bu halda, tədbirlərin keçirilməsindən alınan 

xeyir növbəti xərclərin müqayisəsindən olan effekti müəyyənləşdirmə  məsələsini 

qoymur, əksinə elə inkişaf variantı tapmaq lazımdır ki, minimal xərclər vasitəsilə 

qoyulan  məqsədə  nail  olunsun,  yəni  cari  xərclərin  ən  aşağı  ölçüsü  olan  varianta 

üstünlük verilsin və kapital qoymada diskont əmsalı eyni səviyyədə olsun.                     



 

26 


Bazar iqtisadiyyatının inkişaf  etdiyi ölkələrdə  effektiv investisiyalı layihələr 

aşağıdakı göstəricilərlə qiymətləndirilir: 

— sırf təmiz gəlir və ya (sırf) cari dəyər (net present benfit,   NPB) 

— investisiyanın səmərəliliyi (benefit – cost ratio,   BCR) 

—  daxili  gəlir  norması  və  ya  daxili  stavka  səmərəliliyi  (internal  rate  of 

return,    RR) 



nvestisiyanın  rentabeliyi  BCR  –  təmiz  gəlirdən  alınan  götərici.  O,   

diskont gəlirindən diskont investisiya xərclərinə olan münasibəti müəyyənləşdirir. 



Daxili  gəlir  norması  RR  –  bu  investisiyanın  hesablanmış  normada 

verilməsidir.  Burada  təmiz  gəlir  NPB  sıfra  bərabər  olur,      kapital  qoyma  öz 

xərclərini götürür, beləliklə, cari xeyir xərcin ölçüsünə bərabər olur.  

 

27. Ətraf mühitdən istifadənin idarəetmə metodları və funksiyaları 

   Təbiətdən istifadənin idarəedilməsi 

– təbii ehtiyatlardan səmərli istifadənin və 

təbii ehtiyatların yenidən istehsal edilməsinin, ətraf mühitin mühafizəsinin təşkil 

edilməsi, o cümlədən ekoloji- 

istifadənin idarəedilməsi mexanizmi metod, funksiya və təşkilati strukturları (ida-

rəetmə orqanlarını) özündə birləşdirir.  



          darəetmə  metodları

  –  idarə  edilən  obyektlərin  davranış  və  fəaliyyətinə 

təbiətdən səmərəli istifadənin təmin edilməsi və ətraf mühitin mühafizəsi məqsədi 

ilə təsir etmə üsullarıdır.  darəetmənin aşağıdakı əsas metodları istifadə edilir: 

 inzibati (komandaya başçılıq) - dövlət məcburiyyəti imkanı ilə təmin edilən; 



 iqtisadi  –  zəruri  ekoloji  tədbirlərin,  təbiətdən  istifadə  sahəsində  idarəetmə 

orqanlarının  qərarlarının  yerinə  yetirilməsində  təsərrüfat  subyektlərinin  bilavasitə 

maddi marağını yaradan; 

 sosial-psixoloji  -    həm  həvəsləndirici  xarakterli,  həm  də  xətaların  təsirinin 



göstərilməsi  üzrə  mənəvi  stimullaşdırma  metodları    (yazılı  və  ya  inzibati 

ə

mrlərində təşəkkürnamələr və ya töhmətlər). 



       Təbiətdən  istifadənin  idarə  edilməsi  bir  sıra  spesifik  funksiyaların,  yəni 

ekoloji-iqtisadi  münasibətlərə  təsir  edən  fəaliyyət  növlərinin    yerinə  yetirilməsini 

təxmin  edir.  darəetmənin  bütün  sahələr  və  hissələr  üçün  ümumi  funksiyaları 

aşağıdakılardır: 

 ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində normayaradıcılıq və 



qanunvericilik təşəbbüsü; 

 təbii obyektlərin qeydiyyata alınması və təbii kadastrların aparılması; 



 ətraf mühitin monitorinqinin yerinə yetirilməsi; 

 ekoloji nəzarət, ekspertiza və audit; 



 ekoloji-iqtisadi proqnozlaşdırma və planlaşdırma; 

 təbiətin mühafizəsi üzrə fəaliyyətin iqtisadi stimullaşdırılması; 



 təbii  ehtiyatlardan  istifadə  hüququ  haqqında  mübahisələrin  həll  edilməsi, 

təbiətin mühafizə edilməsinə dair qanunvericiliyin pozulmasına görə sanksiyaların 

tətbiq edilməsi və s. 

            



Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə