Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 

23 


Ekoloji  məsrəfin  minimum  səviyyəsinə  çatan  bir  optimal  situasiya  da 

mövcuddur.    Bu  ətraf  mühitin  çirklənməsinin  iqtisadi  optimumudur.    Ətraf 

mühitin  çirklənməsinin  iqtisadi  optimumunun  təyin  edilməsində  ancaq 

iqtisadi  anlaşma  nəzərə  alınır,      Lakin  sosial  və  təmiz  ekoloji  faktorlarda 

prioritet məna daşıyıcılar və buna görə də çirklənmənin iqtisadi «optimumu» 

kateqoriyasını  absolyutlaşdırmaq  olmaz.    Alimlərin  verdiyi  proqnoza  görə,   

bu günkü ekoloji xərclərə qənaət gələcəkdə təbii mühitin yeniləşdirməsinə 40-

50% ÜMM xərclənməsinə gətirib çıxarda bilər.  

Cəmiyyətin  iqtisadi  məsrəfi  təbii  mühitə  neqativ  antropogen  təsir 

fəaliyyətindən  və  onun  kompensasiya  xərclərindən,  iqtisadi  ziyanın  ölçüsündən 

asılı  olaraq  təyin  edilir.  Zamanına  əsasən  təbəiti  mühafizə  xərclərinin  həyata 

keçirilməsinin  iki  kateqoriyası  var  –  kapital  və  cari  və  ya  müasir  «bazar»  termi-

nologiyasında  –  əsas  kapitala  investisiya  və  istismar  məsrəfləri.  Ətraf  mühitin 

qorunmasına qoyulan  kapital birdəfəlik  yaradılan,  təzələndirilən,  təbiəti  mühafizə 

istiqamətli 

fondların 

(TM F) 

genişlənməsi 



və 

dəyişməsinə, 

istehsal 

texnologiyasının  mükəmməlləşdirilməsinə  qoyulan  xərclərdir.Dövlət  kapitalı,  

təbiəti mühafizə və təbii resurslarından səmərəli istifadə etməyə yönəldilir və T. M. 

.  F  əsasən  təbiət  komponentləri ilə  müəyyənləşdirilir.    Bunlara  su  və  qaz-toz tə-

mizləmə avadanlıqları,   su təchizat dövriyyə obyektləri,   istehsal və istehlakçıların 

bərk  tullantılarının  yığılması,  zərərləşdirilməsi,      həmçinin  əsaslı  təmirlərin 

aparılması  daxil  edilir.  Qoyulmuş  kapitalın  mənimsənilməsi  nəticəsində  təbiəti 

mühafizə  istiqamətli  fondlar  yaranır.    Bu  fondların  istismarı  prosesində  təbiətin 

mühafizəsinin cari xərcləri meydana çıxır.   

 

24. Təsərrüfat subyektlərində xarici ekoloji və eksternal məsrəflə

Cari  xərclərə  aiddir:  əsas  təbiətin  mühafizəsi  istiqamətli  fondların 

saxlanılması və xidmət sahəsinin əməkhaqqı,   amartizasiya xərcləri,   enerji sərfi 

həmçinin də ətraf mühütün qorunması ilə bağlı olan xidmətlərin ödənişliyi və s.  

Bu  xərclər  təyinatlı  təbiəti  mühafizə  əsas  fondlarının  ümumi  yekunu  zamanı 

nəzərə alınmalıdır.  Təyinatlı ekoloji cari xərclər illik kapital xərclərini üstələyir.    

Kompleks  sisteminin  ekoloji-iqtisadi  qeydiyyatlarının  məsləhətinə  əsasən 

təsərrüfat  subyektlərinin  hesablanmasına  görə  ətraf  mühitin  qorunmasına 

aşağıdakı cari xərclər daxildir: 

— təyinatlı təbiəti mühafizə əsas fondlarının saxlanmasına və istismarına olan 

xərclər; 

— korlanmış torpaqların rekultivasiyasına olan xərclər; 



 

24 


—  axar  suların  qəbulu  və  təmizlənməsinə,  tullantıların  emalına.  

saxlanmasına, daşınmasına, ətraf mühitin vəziyyətinin yoxlanılmasına və təsirinə,   

elmi-tədqiqat işlərinin xərclərinə, mütəxəssislərin hazırlanmasına olan xərclər; 

—  ətraf  mühitin  müstəqil  nəzarətinin  təşkilinə,  elmi-texniki  tədqiqatlara, 

təbiət mühafizə müəssələrinin fəaliyyətinin idarəçiliyinə olan xərclər; 

—  korlanmış  ətraf  mühitin  yeniləşdirilməsinə  görə  cari  tədbirlər  və  onların 

zəhərlənməsinin  aşağı salınması xərcləri.  

.  Cari  xərclərin  məbləği  müəssisələrdə  hesablanma  yolu  ilə  müəyyənləşdirilir.  

Adətən  o,  daha  yüksək  olur.    Ekoloji  xərclər  istehsalda  olan  bütün  xərclər  kimi 

gəlirdən  çıxılmalıdır.  Qoyulan  xərclərin  hesablanmasında  mütləq  nəzərə  alınmalıdır 

ki,  ekoloji  məsrəflər  ətraf  mühitin  çirklənməsini  nəyinki  aşağı  salır,  o,  həmçinin 

istehsalın  müxtəlif  sahələrində  effektliyi  yüksəldə  bilir.Təsərrüfat  subyektlərinin 



ekoloji  məsrəfləri  müəssisə  nəzdində  ümumi  istehsal  xərclərinə  daxildir.    Ətraf 

mühitin  çirklənməsindən  yaranan  məsrəflər  isə  çirkləndirici  müəssisənin  xarici 

xərcləridir və   istehsalçının fəaliyyəti ilə yaranan ziyanlar, istehsal məsrəflərinə təsir 

etmir. 


  Təsərrüfat  subyektinin  istehsal  fəaliyyətində  ətraf  mühitə  vurduqları  ziyan  – 

başqa subyektlərin məsrəfləridir (yəni istehsalçılar üçün onlar xaricdir).  



Eksternal məsrəflər başqa müəssisələrin xərclərinin artmasında özünü göstərir.  

Çirklənmiş suyun,   havanın qabaqcadan təmizlənməməsi və zərərli tullantıların təsiri 

nəticəsində  bitki  məhsuldarlığının  birbaşa  gəlir  mənfətinin  aşağı  düşməsində, 

metalların  korroziyasının  sürətlənməsində,  xərclərin    yüksəlməsində  özünü  göstərir.  

Dövlət əmlakı istehsal vasitələrində eksternal məsrəflər problemi yaratmır.  

 

25. Təbiəti mühafizənin cari tədbirləri və fəaliyyəti, onlara ayrılan xərclə

Cari təbiəti mühafizə fəaliyyəti – bu arasıkəsilmədən həyata keçirilən,   ətraf 

mühitin  yaxşılaşdırılmasına  və  stabil  qalmasına  yönəldilmiş  fəaliyyətdir.    O,   

təbiəti  mühafizə  fondlarının  yaranması  üçün  əsasən  istismarla  bağlıdır.    Təbiəti 

mühafizə  tədbirləri  –  ətraf  mühiti  yaxşılaşdırmaq  məqsədi  üçün  qəbul  edilən  və 

yaxşılaşmaya  şərait  yaradan  təbiəti  mühafizə  fəaliyyətidir.  Təbiəti  mühafizə 

tədbirləri nəticəsində əsas təbiəti mühafizə istiqamətli fondlar yaratmaq olar.  



Təbiəti mühafizə fəaliyyətinin aşağıdakı növləri var: 

— hava və iqlimin mühafizəsi; 

— axar sularla çirklənən su mənbələrinin qorunması; 

— tullantıları idarə etmək; 

—  torpaq və yeraltı suların qorunması; 

— titrəyiş və səslə mübarizə; 

— landşaft və biomüxtəlifliyin müdafiəsi; 

— radiasiya təsirindən mühafizə; 

— elmi tədqiqatların aparılması; 

— ətraf mühitin müdafiəsi üçün başqa fəaliyyətlər.  

Təbiəti  mühafizə  fəaliyyətinin  növlərindən  asılı  olaraq  ekologiya  üçün 

aşağıdakı xərclər ayrılır: 

—  müəssisənin,  təşkilatın, idarənin ətraf mühitin qorunmasında cari xərcləri; 




Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə