Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   ...   4   5   6   7   8   9   10   11   12

31

 

Yarpaqlarda ləkələr yaradan piknidli göbələklər,  əmələ  gə-



tirdikləri nekrozlarda meyvə  bədəni formalaşdırmaya da bilərlər. 

Buna görə  də yaxşı olardı ki, yarpaq hissəcikləri rütubətli kame-

raya yerləşdirib, piknid əmələ gələnə qədər saxlanılsın. 

Tarla təcrübələrində bitkilərin peyvəndi zamanı  məhsul-

darlığın qeydiyyatını aparmaq vacibdir (1 ha hesabı ilə) çünki, bir 

çox hallarda güclü yoluxma dərəcəsi olsa da demək olar ki, normal 

məhsul  əldə olunur. Belə hallarda bitkilərin “dözümlülüyü” 

mühüm rol oynayır. Ya da yoluxmuş bitkilərin inkişafını (daha 

dəqiq desək, parazitin zərərliliyini) saplağın uzunluğuna, yarpağın 

sahəsinə, kollanmasına, nəsil artıran elementlərin miqdarına görə  

müəyyənləşdirilir.  

 

Optimal qida mühitinin müəyyən edilməsi 



 

Göbələyin bioloji xüsusiyyətlərini öyrəndiyimiz zaman onun  

inkişafı üçün ən əlverişli qidalı mühitləri bilmək lazımdır. Bunun 

üçün göbələyi eyni anda içərisində müxtəlif qida mühitlər olan 

Petri nimçələrinin mərkəzinə əkir və optimal temperatur şəraitində  

saxlanır. 12-15 gün ərzində göbələyin inkişafı izlənir və qeyd 

edilir. Kaloniyanın inkişafı və diametri, spor əmələ gətirmə dövrü 

rəngi, sıxlığı, qida mühitində yaratdığı  dəyişkənliklər və onların 

xarakteri öyrənilir. Bu məlumatlar təhlil edilir və müqayisə ilə qida 

mühitlərinin hansının patogen üçün əlverişli olduğu təyin edilir.   

Ümumi qəbul edilmiş aqarlı qida substratlarında, sintetik 

substratlarda, həmçinin öyrənilən bitkinin cövhərlərindən alınmış 

substratlarda patogenin inkişafı öyrənilməlidir. Bununla hansı qida 

substratlarında patogenin optimal inkişafının və spor əmələgə-

tirməsi dəqiqləşdirilir. 

 

Göbələyin ekoloji tələbatının müəyyənləşdirilməsi 



 

Bu sahədə aparılan araşdırmaları laboratoriyada həyata keçir-

mək daha yaxşıdır, çünki, təbiət şəraitində bu və ya digər amillərin 

təsiri kompleks amillər  yığımının təsirindən gizli qalır.  




32

 

Kardinal temperaturun müəyyənləşdirilməsi. Fakultativ-

saprofit və fakultativ-parazit göbələklər eyni anda Petri nimçə-

lərindəki daha optimal qidalı mühitlərə əkilərək 2-3 ədəd olmaqla 

politermostat kameralarına yerləşdirilərək 2 həftə ərzində inkuba-

siya üçün gözlədilir. Kameraların temperaturları arasındakı in-

terval 3-5

0

-dir. Boy artımının olub olmamasına, kaloniyanın dia-



metri və xarakterinə görə  həmin göbələyin kardinal temperaturu 

(minimum, optimal və maksimum) haqqında fikir söyləmək olar. 

Obliqat-parazit göbələkləri kardinal temperatur həddi, bitkilə-

rin patogenlə peyvənd etməklə öyrənmək olar. Xəstəliyin  ən qısa 

inkubasiya dövrü optimal temperaturun kriteriyası sayılır, çünki 

temperaturun optimaldan bu və ya digər tərəfə dəyişməsi inkuba-

siya dövrünü uzadır.  

Temperaturun təsinidən sonra göbələk öz həyat qabiliyyətini 

itirirsə bu, kritik nöqtə patogenin inkişafının minimal və ya 

maksimal temperatur həddidir. Bununla yanaşı kritik temperatur 

həddinin ekspozisiyası həddi və dövrü dəqiqləşdirilir.  

 

Torpaqda yaşayan fitopatogen göbələklərin 



ekologiyasının öyrənilməsi 

 

İstənilən bitkinin göbələk xəstəliklərini öyrəndiyimiz zaman 

lazımi üsullardan istifadə etməklə parazit göbələyin bitki daxilində 

özünü aparmağını, onun yaratdığı  xəstəliyin  əlamətlərini, patoge-

nezini, onun inkişafının kardinal temperaturunu, mühitin rütubət-

liliyinin və turşuluğunun təsirini, onunla yoluxmuş bitkilərdə 

cücərmə  şərtlərini, inkubasiya dövrünü və  xəstəliyin inkişafını – 

bütün bunları çətinlik çəkmədən ortaya çıxartmaq olar.  

Bütün fitopatogen göbələklər obliqat – parazitlər də daxil 

olmaq  şərti ilə, cürbəcür patogenlərlə yoluxmuş bitki hissəcikləri 

ilə birlikdə torpağa düşdükləri üçün bu və ya digər dərəcədə 

torpaqla  əlaqəli olsalar da, birbaşa torpaqda olan patogenin 

inkişafını izləmək daha çətindi.  

Verticillium,  Fusarium,  Thielaviopsia,  Rhizoctonia,  Helmin-

thosporiumMacrosporiumSclerotiniaBotrytisTyphulaSclero-

tium  və s. cinslərdən olan torpaqda yaşayan fitopatogen göbələk-



33

 

lərin ekologiyasının öyrənilməsində patogenlərin xüsusi yemlərlə 



tutulması, torpaqın funqistazisi (tərkibinin göbələyin inkişafı üçün 

yararlılıq səviyyəsi) öyrənilməlidir. Funqistazisin müxtəlif torpaq 

yaxşılaşdıran  əlavələr ilə gücləndirilməsi və ya azaldılması 

torpaqda onların kəmiyyətcə qeydiyyatı üsullarının öyrənilməsi 

üçün əhəmiyyətlidir. 

 

Torpağın funqistaziyasının A.S.Dasenkoya görə  



müəyyən edilməsi 

 

Birinci üsul.  Sınaqdan keçirilən torpaq nümunələrini Petri 

nimçələrinə yerləşdirib, 80% doyma faizinə  qədər nəmləndirir 

sonra üzərini filtirli kağızla örtərək laboratoriyada 48-50 saat 

gözlədirlər. Sonradan nümunələrin üzərinə içərisində  sınaqdan 

keçirilən göbələyin suspenziya əsasları olan ikiyə qatlanmiş sallo-

fan halqa yerləşdirib rütubətli kameraya qoyulur. 28-30 saatdan 

sonra halqalar nümunələr üzərindən qaldırılaraq mikroskopla 

cücərmiş göbələklərin faizi müəyyən edilir.  



Ikinci üsul. Steril qarışığı (40:60 nisbətində qum + gil) 

kolbalarda 0,25-0,5-1,0% nisbətində  sınaqdan keçirilən torpaq 

nümunəsi ilə qarışdırılır. Petri nimçələri bu qarışığ ilə doldurulub 

laboratoriyada 48-50 saat saxlanır. Torpağın funqistativ aktivliyini, 

torpaq qarışığı ilə steril qarışığ üzərində 2 gün qalmış, sınaqdan 

keçirilən göbələyin ikiyə qatlanmış sallofan halqalarda cücər-

məsinin yatırılma dərəcəsi ilə müəyyən edirlər.  

X.M.Kərimova görə. Petri nimçəsinin içərisinə 100 q sınaqdan 

keçirilən torpaq yerləşdirib onu nəmləndirdikdən sonra üzərinə 

steril filtirli kağız sərilir. 2 gündən sonra filtirli kağız üzərinə xla-

midaspor suspenziyalı ikiyə qatlanmış salofan halqalar ya da başqa 

göbələk  əsasları  çəkilərək 48-50 saatdan sonra onların cücərmə 

faizi hesablanır.  

Qeyd edilən bütün hallarda nəzarət məqsədi üçün üzərinə 

sınaqdan keçirilən fitopatogen göbələk suspenziyalı ikiyə qatlan-

mış salofan halqa yerəşdirilmiş, avtoklavada sterilizə edilmiş tor-

paqdan istifadə edilir. 



Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə