Microsoft Word fitopatogen sooon docx


Kök ifrazlarının bitki rizosferasında göbələk  cücərtilərinə



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   ...   4   5   6   7   8   9   10   11   12

34

 

Kök ifrazlarının bitki rizosferasında göbələk  cücərtilərinə 



təsirinin öyrənilməsi 

 

X.M.Kərimova görə (1973). Steril Petri nimçələrinin dibinə 8 



cüt (ikiqat) aralarında sınaqdan keçirilən patogen olan əsaslı 

suspenziyalı salofan disk yerləşdirirlər, üzərlərini filtirli kağız ya 

da salofan ilə örtərək (birinci variant) steril qum, ya da (ikinci 

variant) təbii torpaq səpib, nəmləndirib, sınaqdan keçirilən mühit 

toxumlarını  əkirlər. Nəzarət məqsədi üçün bitkisiz qum ya da 

torpaq istifadə olunur. 8-10 gündən sonra cücərmiş ocaqların faizi 

hesablanır.  

 

Göbələklərin növdaxili dəyişkənliyinin öyrənilməsi 



 

Patogenin müxtəlif növdaxili formalarının aşkar edilməsi 

təbiətdə onunla baş verən dəyişkənlik prosesinin göstəricisidir. 

Amma göbələyin müxtəlif növdaxili formalarının ixtisaslaşdırılmış 

formalar, coğrafi və fizioloji rass, biotip və s. şəklində müəyyən 

edilərək ortaya çıxardılması belə dəyişkənliyin qanunauyğunluq və 

səbəblərini tam aydınlaşdırmır. Dəyişkənliyin müxtəlif tiplərinin 

mövcudluğunu başa düşmək üçün onları, statik olaraq deyil, 

eksperimental üsullardan istifadə edərək dəyişkənlik prosesi 

öyrənilməlidir. 

Müxtəlif ekoloji amillərin göbələyə təsiri yaxud da göbələyin 

öz daxili səbəb və xüsusiyyəti nəticəsində növdaxili dəyişkən-

likləri meydana gəlir. Müxtəlif növ dəyişkənliklərin hamısı feno-

tipik və genotipik dəyişkənliklərə ayrılırlar. Fenotipik dəyişkənlik 

adətən xarici amillərin təsiri nəticəsində əmələ gəlir, və bir qayda 

olaraq göbələk orqanizminin irsi əsasları dəyişmir. Fenotipik təsir-

lərdən olan dəyişkənliklər irsən ötürülmür, orqanizm adi şəraitə 

qayıtdıqda isə reversiya – ilkin növə qayıdış, müşahidə olunur. 

Fenotipik dəyişkənliklərə mühitin və substratın dəyişkənlikləri, 

temperatur, işıq, rütubət və cansız təbiətin digər amillərinin səbəb 

olduğu dəyişkənliklər (ekoloji dəyişkənlik)  aid edilir. 

Genotipik dəyişkənlik çox zaman cinsi proseslə  əlaqəli, 



35

 

yaxın qohumluq əlaqəsində olan müxtəlif göbələk formalarının 



carpazlaşması, vegetativ hibridləşmə həm də, mutasiya nəticəsində  

baş verir. Əvvəlki nəsillərlə müqayisədə bu üsulla əmələ  gələn 

göbələk formaları öz əlamət və xüsusiyyətlərini sonrakı nəsillərdə 

saxlayır; onlar ilkin formaya qayıtmaq qabiliyyətinə malik deyil. 

Genotipik dəyişkənliyin səbəbi cinsi çarpazlaşma vegetativ 

hibridləşmə və mutasiyadır.  

Göbələklərin genotipik dəyişkənlik tərəflərinin araşdırılması 

əsasən də nüvə proseslərindəki ribonuklein və dezoksiribonuklein 

turşularında baş verən dəyişkənliklərin qanunauyğunluqlarını  və 

bununla şüurlu surətdə idarə edilmənin öyrənilməsi lazımi göbələk 

formalarının əldə edilməsi üçün vacibdir.  

Göbələk genetikası sahəsinə  təbii populasiyalarda göbələk 

orqanizmlərinin nəsil tərkibinin öyrənilməsi də aid edilir. Göbə-

ləklərin dəyişkənliyi ilə  əlaqədar bu və ya digər məsələnin həlli 

üçün, təbii papulasiya ilə deyil, onun monospor izolyatları (klon-

ları) ilə təcrübələr aparmaq lazımdır. Bu nəinki, müxtəlif virulent-

lik dərəcəsinə malik patogenin rasalarını ortaya çıxartmaq üçün, 

həm də təbiətdə bu patogenin təbiətdə olan belə virulentliyə malik 

növlərinin tapılmasına şərait yaradır. 

Müxtəlif göbələk növləri təbiətdə öz populasiya tərkibinə görə 

heterogen olması sübut tələb etmir. Bu, bir sıra nümunələrlə, 

əsasəndə, pambıqçılığın müxtəlif coğrafi zonalarından yığılan və 

müxtəlif pambıq bitkilərində Verticillium dahliae göbələyinin təbii 

populasiyalarının monospor analizi D.Heydərov ortaya çıxartmış-

dır.  Verticillium dahliaenin monosporlu klon kompleksləri 3 əsas 

qrupa ayrılmışdır. Qida mühitində qaranlıq rəng yaradan klonlar və 

ya pambıq yarpaqlarından alınmış  ştammlar daha virulent ol-

muşlar. 


Göbələk dəyişkənliyi, əsasəndə mutasiya dəyişkənliyi məsələ-

lərinin düzgün metadiki həlli üçün patogenin alınmış monosporlu 

təmiz mühiti sonradan, 2-3 dəfə təkrar əkilməli və alınmış material 

əsasında  müvafiq sınaqlar keçmək olar.  



Göbələklərin monosporlu tətqiqi. Göbələyin dəyişkənliyini 

və növdaxili müxtəlifliyini öyrənmək üçün onların monosporlu 




36

 

mühitlərindən istifadə etmək lazımdır. Monosporlu mühiti çox 



vaxt təcrübə aparılan göbələyin bir damla spor suspenziyası (o 

dərəcədə həll edilməlidir ki, bir damlada bir spor nisbətinə uyğun 

gəlsin) Petri nimçələrindəki aqara əkmək yolu ilə əldə edirlir. Bu 

zaman spor suspenziyasını təmiz mühitdən və steril sudan istifadə 

etməklə hazırlamaq lazımdır. Bu üsulla Petri nimçələrində inkişaf 

etmiş kaloniyaları sonradan sınaq borularında əkirlir. Ya da tərki-

bində bir spor daşıyan və  Petri nimçəsində steril şüşəsi üzərində 

yerləşən suspenziya damcısındakı spor cücərdikdən sonra oraya 

sterilliyi qorumaq şərti ilə aqar hissəciyi  əlavə edirlər. Hissəciyin 

göbələk mitselilərlə inkişaf edərək  əhatələnməsindən sonra, ma-

terial sınaq borularındakı ya da Petri nimçələrindəki qidalı mühit-

lərə təkrarən əkirlir.  



Coğrafi dəyişkənliyin öyrənilməsi. Geniş yayılmış eyni bir 

göbələk növünün  onun arealının qarşı  tərəflərindən götürülmüş 

nümayindələri bir sıra  əlamət və xüsusiyyətlərinə görə bir- 

birilərindən fərqlənəcəklər. Göbələklərin fərqi ilk növbədə mühiti 

əlamətlərdə özünü büruzə verir. Müxtəlif coğrafi mənşəyə malik 

göbələklərinin müqayisəli öyrənilməsi üçün, onları eyni anda 

içərisində eyni qida mühiti olan Petri nimçələrində əkilir və poli-

termostat kameralarına yerləşdirilir. Bu zaman təcridlərin kolo-

niyanın  əlamətlərində  və spor daşıyanlarındakı  fərqliliklər ortaya 

çıxacaq. Bundan əlavə, koloniyanın diametrinə onun artım sürətinə 

görə fərqləri təyin edərək növdaxili dəyişmənin qeydə alınmasına 

qərar vermək mümkündür.  

Əmələ  gəlmiş  təcridlərdə olan mühiti fərqləri onların morfo-

logiyası ilə üst-üstə qoymaq sporların ölçüsü və patogenlikdəki 

fərqlər baxımından daha maraqlıdır. Sporların ölçüsünü öyrənmək 

üçün 100 dən çox olmamaq şərti ilə  hər bir izolyatın sporları 

ölçülür və alınan məlumatlar variasiyalı – statistik analizlə emal 

edilir. Bu zaman sporların uzunluğunun onların eninə olan nisbə-

tinin öyrənilməsi əhəmiyyətlidir. 

Patogen xüsusiyyətlərin müqayisəli öyrənilməsinə  əsas və 

əlavə sahib bitkilərin adi peyvənd etmə  sınaqlarına müraciət 

edirlir. Yoluxma səviyyəsinin qiymətləndirilməsi əsasında coğrafi 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə