Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

Cinayət  hüququ,  hüququn  müstəqil  bir  sahəsi  olub,  xüsusiyyətləri  özünün 

predmet  və  metodu  ilə  müəyyən  edilir.  Cinayət  hüququnun  tənzim  edilməsinin 

predmetini  yalnız  cinayətin  baş  verməsi  ilə  əlaqədar  olan  ictimai  münasibətlər 

təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və 

hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir. 

Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu qanunla 

cinayət  hesab  edilən  əməllər  və  onların  törədilməsi  ilə  tətbiq  edilən  cəzaların 

müəyyən edilməsindən ibarətdir. 

Cinayət  hüququnun  xüsusiyyətləri  həmçinin  onun  vəzifə  və  funksiyalarında 

özünü  göstərir.  Cinayət  hüququnun  əsas  vəzifəsi-cəmiyyəti  ən  təhlükəli  hüquq 

pozuntularından  (cinayətlərdən)  müdafiə  (mühafizə)  etməkdir.  Buna  görə  də 

cinayət  hüququnun  əsas  funksiyası  -  mühafizəedici  funksiyadır.  Bununla  belə, 

cinayət  hüququ  ümumi  və  xüsusi  xəbərdaredici,  həmçinin,  tərbiyəvi  funksiyaları 

da həyata keçirir. 

Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər sistemi 

üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin cinayət 

məsuliyyəti  və  ondan  azad  etməni  müəyyən  edən,  ali  hakimiyyət  orqanları 

tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur. 

Cinayət  hüququ  cinayətkarlıqla  mübarizədə  strateji  və  taktiki  cəhətləri 

müəyyən  edən  cinayət  üzrə  siyasətin  həyata  keçirilməsi  vasitəsidir.  Müasir 

mərhələdə  bu  siyasət  iki  əsas  tendensiya  ilə  xarakterizə  olunur.  Birincisi,  ağır 

cinayətlər  törədən,  yaxud  cinayət  qanununu  dəfələrlə  pozan  şəxslərə  (xüsusilə 

residivistlərə,  peşəkar  cinayətkarlara-mafiya  strukturlarının,  yaxşı  təşkil  olunmuş 

cinayət  qruplarının  rəhbərlərinə)  sərt  cəza  tədbirlərinin  tətbiqi.  kincisi,  böyük 

ictimai  təhlükə  hesab  edilməyən  cinayətlərə  görə  cinayət  məsuliyyətinin 

sferalarının  məhdudlaşdırılması.  Belə  ki,  cinayət  qanununu  ilk  dəfə  pozan  şəxsə 

cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum 

etmə,  hökmün  icrasını  təxirə  salma,  habelə  cəzanı  əvəz  edən  digər  inzibati, 

tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər. 

 

42.



 

Cinayətin anlayışı 

Cinayət hüququnun əsas anlayışlarından biri – cinayət anlayışdır. O insanların 

hansı  əməllərinin  cinayət  sayılması  və onların  qanun  tərəfindən  nə üçün qadağan 

olunması və s. bu kimi suallara cavab verir. 

Cinayət  qanunu  ilə  cəza  təhdidi  altında  qadağan  olunmuş  ictimai  təhlükəli 

ə

məlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. 



Cinayət hüquq ədəbiyyatında cinayət ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, 

cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur. 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinə  əsasən,  cinayət  qanununda 

nəzərdə  tutulmuş  cəhətdən  mövcud  olsa  da,  lakin  az  əhəmiyyətli  olduğuna  görə 

ictimai  təhlükəli  sayılmayan,  yəni  şəxsiyyətə,  cəmiyyətə  və  yaxud  dövlətə  zərər 

yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. 

Buna  görə  də  cinayətin  ən  vacib  əlaməti  onu  digər  hüquq  pozuntularından 



fərqləndirən  xüsusi  ictimai-təhlükəli  olmasıdır.  Cinayətin  ictimai-təhlükəliliyi 

ondan ibarətdir ki, o mövcud ictimai münasibətlərə qəsd etməklə bu münasibətlərə 

çox  mühüm  ziyan  yetirir  və  yaxud  belə  ziyanın  yetirilməsi  təhlükəsini  yaradır. 

Cinayətin  ictimai  təhlükəliliyinin  xarakter  və  dərəcəsi  qəsd  edilən  obyektin 

ə

həmiyyəti, bu obyektə vurulan ziyanın ağırlığı, həmçinin təqsirin forması, əməlin 



motiv və məqsədi ilə xarakterizə olunan digər əlamətlərlə müəyyən olunur. 

Cinayətin  ikinci  əlaməti  onun  qeyri-hüquqiliyidir.  Əməlin  qeyri-hüquqiliyi 

onun  cinayət  qanunvericiliyinin  konkret  norması  ilə  ziddiyyət,  təşkil  etməsində 

özünü  göstərir.  ctimai-təhlükəli  əməl  yalnız  o  zaman  cinayət  sayılır  ki,  Cinayət 

Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun. 

Təqsirlilik-cinayətin  növbəti  mühüm  əlamətidir.  Əməlin  cinayət  hesab 

edilməsi  təkcə  ictimai-təhlükəli  və  qeyri-hüquqi  olması  ilə  deyil,  həm  də  onun 

təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. 

Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən əlamət 

ondan  ibarətdir  ki,  yalnız  o  əməl  cinayətlərə  aid  edilir  ki,  onların  törədilməsinə 

görə qanun cinayət cəzası nəzərdə tutur. 

Cinayətin  qeyri-əxlaqiliyi  isə,  onun  cəmiyyətdə  mövcud  olan  əxlaq 

normalarına və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır. 

Beləliklə, cinayət - cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə 

mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu 

ilə  nəzərdə  tutulan  ictimai-təhlükəli,  qeyri-hüquqi,  təqsirli,  cəzalanmalı  olan  və 

qeyri-əxlaqi olan əməldir. 

Xarakterindən  və  ictimai  təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  cinayətlər 

böyük  ictimai  təhlükə  törətməyən,  az  ağır,  ağır  və  xüsusilə  ağır  cinayətlərə 

bölünür. 

 

43.


 Cinayət məsuliyyətinin əsasları 

Cinayət  məsuliyyətinin  əsaslarının  müəyyən  edilməsinə  qanunvericilik  və 

cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqi və faktiki əsaslar. Cinayət 

Məcəlləsinin  3-cü  maddəsinə  əsasən,  yalnız  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

cinayət  tərkibinin  bütün  əlamətlərinin  mövcud  olduğu  əməlin  (hərəkət  və  ya 

hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Buradan belə nəticə çıxır 

ki,  cinayət  məsuliyyətinin  vacib  və  yeganə  əsasları  törədilmiş  əməldə  qanunda 

göstərilmiş  cinayət  tərkibinin  mövcud  olmasıdır.  Belə  ki,  şəxsi  əqidə,  niyyət  və 

baxışlarına  (sonuncular  əgər  törədilmiş  əməldə  ifadə  olunmursa)  görə  cinayət 

məsuliyyətinə cəlb etmək olmaz. Bununla belə, əməl ictimai-təhlükəli olmalı, yeni 

ictimai  münasibətlərə  ziyan  vurmalıdır.  Əgər  subyektin  davranışının  müəyyən 

forması  cinayət  məsuliyyətinin  faktiki  əsasları  hesab  olunursa,  onda  törədilmiş 




ə

məldə  qanunda  nəzərdə  tutulan  konkret  cinayət  tərkibinin  mövcud  olması  onun 

hüquqi əsaslarını təşkil edir. 

Cinayət tərkibi - konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən 

ə

lamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur. 



 

Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd 

qrupa  bölünür:  obyekt  və  obyektiv  cəhəti  xarakterizə,  edən  əlamətlər  (bunlar 

cinayət  tərkibinin  obyektiv  əlamətləri  adlanır)  və  subyekt  və  subyektiv  cəhəti 

xarakterizə edən əlamətlər (subyektiv əlamətlər). 

 

44.Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti    

Qüvvədə  olan  cinayət  qanunvericiliyi  yetkinlik  yaşına  çatmayanların  yaş 

xüsusiyyətlərini  nəzərə  alaraq,  onlara  tətbiq  olunan  cinayət  məsuliyyəti  və  cəzanın 

yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. 

Cinayət  qanunvericiliyində  yetkinlik  yaşına  çatmayanların  konkret  yaş  həddi 

müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on 

səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər 

cinayət  törətdikdə,  onlara  cəza  təyin  edilə  bilər  və  ya  tərbiyəvi  xarakterli  məcburi 

tədbirlər tətbiq edilə bilər. 

Cinayət  Məcəlləsinin  85-ci  maddəsinə  görə  yetkinlik  yaşına  çatmayanlara 

aşağıdakı cəza növləri təyin edilir: 

1.cərimə;   2.ictimai işlər;  3.islah işləri; 4. 

müəyyən  müddətə  azadlıqdan 

məhrum etmə. 

Cərimə,  yalnız  müstəqil  əmək  haqqı  və  ya  bu  cəzanın  icrasına  yönəldilə  bilən 

ə

mlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. 



ctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik 

yaşına  çatmayan  məhkumun  bacardığı,  onun  təhsildən  və  əsas  işindən  asudə 

vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki 

və ya üç saatdan çox ola bilməz. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai 

təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  etdikdə,  tərbiyəvi  xarakterli  məcburi 

tədbirlər  tətbiq  etməklə  onun  islah  olunması  mümkün  hesab  edilərsə,  həmin  şəxs 

cinayət məsuliyyətindən azad edilə bilər. 

Cinayət  Məcəlləsinin  88.2.-ci  maddəsinə  əsasən,  yetkinlik  yaşına  çatmayanlara 

aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 

1.xəbərdarlıq;  2.valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq 

dövlət  orqanının  nəzarətinə  vermək;    3.vurulmuş  ziyanın  aradan  qaldırılması 

vəzifəsini  həvalə  etmək;  4.yetkinlik  yaşına  çatmayanın  asudə  vaxtını 

məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.  

 

Qanunvericilik, belə şəxslərə eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi 



tədbirlərin tətbiq edilməsinə icazə verir. 


Ə

gər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi 

olaraq  yerinə  yetirmirsə,  onda,  müvafiq  dövlət  orqanının  təqdimatı  əsasında  həmin 

tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə 

cəlb olunması üçün məhkəməyə göndərilir. 

 

45.Əməlin  cinayət  olmasını  aradan  qaldıran  hal  kimi  cinayət  törətmiş  şəxsin 



tutulması 

Cinayət  qanunvericiliyində  cinayət  törətmiş  şəxsin  tutulması  da  əməlin 

kriminallığını,  yəni  cinayət  olmasını  aradan  qaldıran  hal  kimi  göstərilir.  Cinayət 

törətmiş  şəxsin  tutulması  dedikdə,  belə  şəxsin  səlahiyyətli  dövlət  hakimiyyəti 

orqanlarına  gətirilməsi  və  ya  yeni  cinayətlər  törətməsinin  qarşısının  alınması 

məqsədi  ilə  tutulması  başa  düşülür.  Belə  şəxsin  tutulduğu  zaman  ona  zərər 

yetirilməsi,  əgər  həmin  məqsəd  üçün  bütün  digər  təsir  imkanlarından  istifadə 

lazımi  nəticə  verməmişsə  və  bunun  üçün  zəruri  olan  tədbirlərin  həddi 

aşılmamışdırsa,  cinayət  sayılır.  Lakin  bu  zaman  təqsirkarın  tutulması  üçün  tətbiq 

edilən  üsul  və  vasitələr  törədilmiş  əməlin  və  təqsirkarın  ictimai  təhlükəlilik 

dərəcəsinə,  habelə  tutulmanın  hallarına  aşkar  surətdə  uyğun  gəlməli  və  zərurət 

olmadan  şəxsə  açıq-aşkar  həddən  artıq  zərər  vurulmamalıdır.  Cinayət  törətmiş 

şə

xsin  tutulması  ədalət  mühakiməsi  orqanları  qarşısında  duran  vəzifələrin  yerinə 



yetirilməsini  təmin  etdiyinə  görə  ictimai  faydalı  əməl  hesab  olunur.  Cinayətkarın 

tutulması hüququna bütün  vətəndaşlar  malikdirlər.  Polis orqanlarında  işləyənlərin 

isə bu əsas vəzifələrindən biridir. 

 

46.Əməlin cinayət olmasını aradan qaldıran hal kimi əsaslı riskin anlayışı 

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq 

ə

məlin  cinayət  olmasını  aradan  qaldıran  hallara  əsaslı  riski  de  aid  etmişdir.  Bu 



halın  Cinayət  Məcəlləsinə  daxil  edilməsi  onunla  izah  olunur  ki,  elmin  və 

texnikanın surətlə inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə olduğundan daha tez-tez 

insanın həyatına və sağlamlığına, yaxud əsasən maddi zərər vurmaq riskinə getmək 

zərurəti  yaranır.  Cinayət  qanunu  bu  barədə  elə  olmalıdır  ki,  bir  tərəfdən  tərəqqi 

yolunda  əngələ  çevrilməsin,  digər  tərəfdən  isə  eksperiment  aparan  şəxs  cinayət 

məsuliyyətinin  ümumi  əsasları  çərçivəsində  təqsirli  olduqda  onun  şəxsi 

məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin əsaslı risk haqqındakı maddəsi 

məhz bu məqsədə xidmət edir. 




Cinayət  Məcəlləsinin  39-cu  maddəsinə  əsasən  ictimai  faydalı  məqsədə  nail 

olmaq  üçün  əsaslı  risk  nəticəsində  bu  Məcəllə  ilə  qorunan  obyektlərə  zərər 

vurulması cinayət sayılmır. 

Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail 

olmaq mümkün deyildirsə və risk edən şəxs Cinayət qanunu ilə qorunan obyektlərə 

zərər  dəyməsini  aradan  qaldırmaq  üçün  zəruri  tədbirləri  görmüşdürsə,  risk  əsaslı 

hesab edilir. 

Hüquq  ədəbiyyatında  əsaslı  riskin  bir  çox  növü  fərqləndirilir.  Bunların 

bəzilərini qeyd edək: 

- istehsal riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaqla ictimai faydalı 

məqsədə  nail  olmağa,  yaxud  da  istehsalat  fəaliyyətinin  zərərli  nəticələrinin 

qarşısını almağa səy edilir; 

- təsərrüfat  riski-hüquqla  qorunan  mənafeyi  təhlükədə  qoymaq  yolu  ilə 

iqtisadi fayda əldə etməyə səy edilir; 

- kommersiya  riski-qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla  bank, 

birja,  kapital  qoyuluşu  və  başqa  sahibkarlıq  fəaliyyətində  bazarın  vəziyyətini 

nəzərə almaqla fayda götürməyə səy edilir; 

- elmi-texniki  risk  -  qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla 

tədqiqatlara, praktikaya yeni metodlar gətirilir (məsələn, bu və ya başqa xəstəliyin 

müalicəsi üçün effekt verəcəyinə ümid edilən metodun tətbiqi). 

 

47.Cinayətdə iştirakçılıq 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  əksər  maddələrinin 

qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə 

tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı 

halda,  müəyyən  əlamətlərin  mövcudluğu  zamanı  cinayətdə  iştirakçılıq  yaranmış 

olur.  ştirakçılıq  zamanı  cinayətkarlar  öz  səylərini  birləşdirərək,  çox  vaxt  öz 

aralarında  rolları  bölüşdürürlər.  Bu,  cinayətin  törədilməsini  asanlaşdırır,  cinayətə 

daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha 

təhlükəli  edir.  Cinayət  Məcəlləsinin  31-ci  maddəsinə  əsasən,  iki  və  ya  daha  çox 

şə

xsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır. 



ki  və  daha  çox  şəxsin  cinayətdə  iştirakı  bu  şəxslərin  cinayət  məsuliyyətinə 

cəlb  edilməsi  üçün  onların  hamısının  qanunla  müəyyən  edilmiş  yaş  həddinə 

çatmasını  və  həmçinin  cinayət  törədildiyi  zaman  bütün  iştirakçıların  anlaqlı 

olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına 

çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır. 

ş

tirakçılıq  –  cinayətin  törədilməsində  iki  və  ya  daha  çox  şəxsin  birgə 



iştirakıdır.  Cinayətdə  birgə  iştirakçılıq  ümumi  nəticənin  əldə  edilməsi  üçün 

iştirakçıların  hərəkətlərinin  qarşılıqlı  olaraq  şərtləşdirilməsində  özünü  göstərir. 

Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv 

ə

lamətlərini  əks  etdirməlidir.  Subyektiv  cəhətdən  hərəkətlərin  birgəliyi  vahid 



psixoloji  birliyə  malik  olan  iştirakçıların  mənafelərinin  üst-üstə  düşməsi  ilə 

şə

rtləşir. 




ş

tirakçılıq  yalnız  qəsdən  edilən  cinayətlərdə  mümkündür.  Ehtiyatsızlıq 

üzündən  törədilən  cinayətlərdə  isə  iştirakçılıq  istisna  olunur.  Buna  görə  də 

subyektiv cəhətdən o təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil, 

həm  də  şəxsin  törətdiyi  əmələ  və  onun  nəticələrinə  psixoloji  münasibəti  ilə 

müəyyən  olunur.  Yalnız,  qəsdən  cinayət  törətməkdə  qəsdən  birgə  iştirak, 

iştirakçılıq yaradır. 

 

 



48.Cəzanın sistemi və növləri 

Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan, 

məhkəmələr üçün  məcburi olan, ağırlığından  asılı olaraq qanunla  müəyyən  edilən 

qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır. 

Cinayət  Məcəlləsinin  42  -  cinayət  maddəsinə  əsasən  cəzanın  növləri 

aşağıdakılardır: 

1.  cərimə 

2.  nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; 

3.  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 

hüququndan məhrum etmə; 

4.  ictimai işlər; 

5.  xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum 

etmə; 

6.  islah işləri; 



7.  hərbi xidmət üzrə məhdudlaşdırma; 

8.  əmlak müsadirəsi; 

9.  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 

10. Azadlığın məhdudlaşdırılması; 

11.  ntizam xarakterli hərbi hissədə saxlama; 

12. Müəyyən müddətə azadlıqdan məhrum etmə; 

13. Ömürlük azadlıqdan məhrum etmə. 

Cinayət  qanunvericiliyində  nəzərdə  tutulan  bütün  bu  cəza  növləri  üç  qrupa 

bölünür: əsas cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar. 

Yalnız  əsas  cəza  kimi  tətbiq  edilən  cəzalara  -  ictimai  işlər,  islah  işləri,  hərbi 

xidmət  üzrə  məhdudlaşdırma;  intizam  xarakterli  hərbi  hissədə  saxlama,  azadlığın 



məhdudlaşdırılması,  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  və  ömürlük 

azadlıqdan  məhrum  etmə  kimi  cəza növləri  aiddir.  Bunlar,  müstəqil  tətbiq  edilən, 

hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır. 

49.Əmək hüququnun mənbələri 

Ə

mək  hüquq  normalarının  təsbit  edildiyi  normativ  hüquqi  aktlar  əmək 



hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək 

qanunvericiliyinin  müəyyən  normativ  aktlarda  ifadəsinin  formasıdır.  Bu  cür 

normativ  aktlarda  isə  həm  əmək  hüquq  normaları,  həm  də  kompleks  hüquq 

normaları mövcud ola bilər. 

Ə

mək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 



12  noyabr  1995-ci  il  Konstitusiyası  tutur.  Konstitusiya  yüksək  hüquqi  qüvvəyə 

malik  olub,  qanunvericiliyin  əsasını  təşkil  etdiyinə  görə  bütün  qanunlar  və  digər 

dövlət  orqanlarının  aktları  onun  əsasında  və  ona  müvafiq  qaydada  qəbul  edilir. 

Burada  əməyin  hüquqi  tənzimləməsinin  başlıca  əsas  prinsipləri  müəyyən  edilib. 

Konstitusiyanın  35-ci  (əmək  hüququ),  36-cı  (tətil  hüququ),  37-ci  (istirahət 

hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-

cu  (azad  sahibkarlıq  hüququ)  və  s.  maddələrində  təsbit  edilən  bu  prinsiplər  milli 

ə

mək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir. 



Ə

mək  hüququnun  mənbələri  sistemində  konstitusiyadan  sonra  başlıca  yeri 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  tutur  (Azərbaycan  Respublikasının 

1999-cu  il  1  fevral  tarixli  qanunu  ilə  təsdiq  edilmiş  və  1999-cu  il  iyulun  1-dən 

qüvvəyə mimişdir). 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  respublika  ərazisində  əmək 

münasibətlərini  nizamlayan  hüquq  normalarını  birləşdirən  və  sistemləşdirən 

qanunvericilik aktıdır.  

Ə

mək  hüququnun  mənbələri  içərisində  qanunlar,  Azərbaycan  Respublikası 



Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, 

Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin, 

həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi 

yer tuturlar. 

Ə

mək  münasibətlərinin  nizama  salınmasında  lokal  normativ  aktların  - 



kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm 

ə

həmiyyəti vardır.  



 

50.Əmək müqaviləsi: anlayışı və tərəfləri  

Azərbaycan  Respublikasında  əmək  azaddır.  Hər  bir  vətəndaş  əməyə  olan 

qabiliyyətini həyata keçirərkən  -  fəaliyyət  növünü və  peşəsini seçməkdə  azaddır. 

Məcburi  əməyin  qadağan  olunması  əsas  nailiyyətdir.  Bu,  Azərbaycan 

Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub. 

Respublikamızda  vətəndaşlar  əmək  hüquqlarını  aşağıdakı  formalarda  həyata 

keçirə bilərlər: 



- əmək müqaviləsini bağlamaqla; 

- seçkili vəzifələrə seçilməklə; 

-  gənc  mütəxəssisləri  müvafiq  təhsil  müəssisələrini  bitirdikdən  sonra  təyinat 

üzrə işə göndərməklə; 

- şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. 

Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək 

müqaviləsi hesab edilir. 

AR  əmək  qanunvericiliyinə  əsasən  əmək  müqaviləsi  (kontraktı)    – 

işəgötürənlə  işçi  arasında  fərdi  qaydada  bağlanan  əmək  münasibətlərinin  əsas 

şə

rtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 



27 dekabr 2013-cü il tarixli qərara əsasən AR Əmək Məcəlləsinə dəyişikliklər 

edilmişdir. Bu qərarda əmək müqaviləsi bildirişinin formaları və həmin bildirişin 

elektron informasiya sisteminə (E S) daxil edilməsi, əmək müqaviləsi bağlandığı, 

dəyişiklik  edildiyi  və  ya  xitam  verildiyi  halda,  əmək  müqaviləsi  bildirişi  və 

müvafiq  Əlavələrdə  onların  formaları,  bildirişlərin  və  onlarla  bağlı  məlumatların 

real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır. E S 1 iyul 2014-cü il 

tarixdən istifadəyə verilmişdir. 

Ə

mək  müqaviləsi  bildirişi  -  əmək  müqaviləsinin  bağlanılmasının,  ona 



dəyişiklik  edilməsinin  və  ya  xitam  verilməsinin  müvafiq  icra  hakimiyyəti 

orqanının  elektron  informasiya  sistemində  elektron  qaydada  qeydiyyata  alınması 

məqsədi  ilə  işəgötürən  tərəfindən  həmin  elektron  informasiya  sisteminə  daxil 

edilən elektron sənəddir. 



Ə

mək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 



 

Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə