Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə27/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
1   ...   23   24   25   26   27   28   29   30   ...   108

 
87
ədəbiyyata layiq görən, bədii təsvirdən süni bəzəyi, uydurmanı 
atan, həyatı  bədii təfəkkürün yeganə  əsası, məhək daşı sayan 
Cəlil Məmmədquluzadə olmuşdur. Onun hekayələrində keçmiş 
Azərbaycan məişətindən vərilən lövhə  və  səhnələr hər  şeydən 
əvvəl öz həqiqiliyi, inandırıcılığı  və  təbiiliyi ilə oxucunu valeh 
edir. "Danabaş  kəndinin  əhvalatları" povəsti, "Usta Zeynal", 
"Poçt qutusu", "Qurbanəli bəy", "Rus qızı", "İranda hürriyyət", 
"Atlar dayandı" və s. hekayələr bədii nəsrimizin  ən gözəl 
nümunələri sayılmalıdır. 
"Danabaş  kəndinin  əhvalatları"  əslində  məzəli bir hekayədir. 
Burada Məhəmmədhəsən  əminin, kasıb, avam, mömin bir 
kəndlinin Kərbəlaya getmək üçün bəsləyib hazırladığı  eşşəyin 
itmək macərası nağıl olunur. 
Ancaq bu, hadisənin zahiri və  əhvalat tərəfidir. Bu əhvalatın 
arxasında ədibin dərin mənalı istehzası, acı göz yaşları görünür. 
Ədib bu əsər haqqında belə deyir: 
"Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm 
kəndində müəllim olduğum vaxt kəndlərimizdə  qəribə hallar 
görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş  kəndi 
əhvalatı" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini 
birinci dəfə hekayə surətində yazdım. Burada rəvayət olunur ki, 
nə tövr Danabaş  kəndinin yüzbaşısı Xudayar koxa 
Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb  şəhərdə 
satır və o pula orada bir övrət siqə eləyir. Bə halon ki, 
Məhəmmədhəsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir 
ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə"
1

Bu  əsərdə realizm, həyat həqiqətinə  pərəstiş  ən qüvvətli 
cəhətdir. Məhəmmədhəsən əminin başına gələn bu gülməli, həm 
də ağlamalı macəra, böyük maraq, məzə ilə oxunur. Hər səhifədə 
insanın  dodağı qaçır, təbəssüm edir, gülür. Eyni za- 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.549
.
 


 
88
manda insan acıyır, təəssüf edir. Məhəmmədhəsən əminin başına 
gələn  əhvalat, gülməli bir macəra deyil, əslində yanıqlı bir 
faciədir. Bu elə faciədir ki, yalnız Məhəmmədhəsən əminin deyil, 
minlərlə fağır, yoxsul kəndlilərin başına gələ bilərdi. Bu elə bir 
faciədir ki, yalnız Danabaş  kəndində yox, o zamankı 
Azərbaycanın bütün kəndlərində, hətta bütün islam dünyasında 
baş verirdi. Və belə faciələrin beş-on deyil, min il boyu davamı 
nəticəsindədir ki, Məhəmmədhəsən  əmilər elə yazıq, zavallı  və 
gücsüz, köməksiz bir vəziyyətə düşmüşdür. O, bu faciəni bir 
faciə kimi qəbul etmir, "qəzavü-qədərin" işi kimi, təbii, qanuni 
bir hadisə, "alnına yazılmış qismət" kimi qəbul edir və susur. 
Bu  əsərdə zülm və haqsızlığın, feodal zorakılığının nə 
dərəcədə hakim olduğunu və mülkədarların, burjuaziyanın din və 
şəriət xadimləri tərəfindən necə vicdansızcasına müdafiə 
olunduğu çox dərin və inandıncı bir təbiiliklə təsvir olunmuşdur. 
Realizmə eyni sədaqəti ədibin sonrakı hekayələrində də görürük. 
"Usta Zeynal" şərq ətalətinin timsalıdır. Usta Zeynal öz təbiəti 
etibarilə təmiz və salim bir kişidir. Öz əməyi ilə dolanan və ancaq 
buna göz tikən, kasıb və yoxsul həyatı ilə kifayətlənən bir 
fəhlədir. Onun şəxsi təbiətində, bir insan olaraq, pis, çirkli bir 
xasiyyət yoxdur. Ancaq onun bəlası avamlığında, möminliyində, 
sadəlöhvlüyündədir. O, mollaların axirət və  cənnət vədlərinə 
inanmışdır. O, bütün kafırlərin "cəhənnəm əhli" olduğuna inanır, 
ona görə  də  pərişan, yoxsul, cır-cındır içində olsa da, özünü 
çoxlarından "artıq" bilir. "Usta Zeynal" hekayəsi texnika, 
sənətkarlıq cəhətdən də çox mükəmməl və nümunəvi bir əsərdir. 
Mirzə  Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, 
yığcamlıq, məna aydınlığı vardır ki, bütün kiassik nəsrimizdə 
davam və inkişaf etdirməkdədir. Bu hekayələr, bəzən böyük bir 
roman, cild-cild əsərlər qədər mənalı, əhatəedici və 
 


 
89
güclüdür. Cəlil Məmmədquluzadə  nəsri öz gözəl xüsusiyyətləri 
ilə böyük bir ədəbi məktəbi təmsil etməkdədir. 
Cəlil Məmmədquluzadə yaradıcılığının ədəbiyyatımızı inkişaf 
etdirən, Azərbaycan realizmini yeni, yüksək mərhələyə qaldıran 
bir sıra orijinal və gözəl sənətkarlıq xüsusiyyətləri vardır. 
C.Məmmədquluzadənin satirası yeni və xüsusi bir xassə daşıyır. 
Onun satirasında tənqid, acı gülüş  və istehza ilə yanaşı  dərin 
fəlsəfi fikir vardır. O, oxucunu mütəəssir etməklə kifayətlənmir. 
Bu təsir ilə onu düşüncə, təfəkkür aləminə, ictimai hadisələrin 
mahiyyətinə varmağa çağırır. Onun tənqidi gülüşündə  dərin 
ictimai məna və məzmun vardır. 
Ədibin satirasında köhnə dünyanın çirkinliklərini duyan, bu 
çirkabın qurbanlarına ağlayan həzin bir lirika duyulmaqdadır. 
"Ölülər" komediyasında  İsgəndərin öz bacısı Nazlı  və qardaşı 
Cəlal ilə danışıqları, Gülbaharın monoloqu, "İki qardaş", "İki 
alma", "Qoşa balınc" hekayələrindəki dərin psixoloji təsir bu 
lirikaya parlaq misal ola bilər. 
C.Məmmədquluzadənin yumorunda isə əksinə, şirin bir fərəh 
səslənməkdədir. "Quzu", "Poçt qutusu", "Usta Zeynal" 
hekayələrində bu fərəh daha aydındır; çünki bu üsulda ədib,  ən 
çox müsbət adamları, həyat,  əmək adamlarını, kəndliləri, 
fəhlələri, sənətkarları gülüş obyekti etmişdir. Bu zümrədən 
olanlar nə qədər avam, sadəlövh olsa da, ədib onları məhəbbətlə, 
hörmətlə təsvir edir. Onların tənqidini də şən gülüş, zarafat yolu 
ilə verir. 
C.Məmmədquluzadənin realizmi dərin, obyektiv realizmdir. 
Tərəfgirlik heç bir əsərin zahirində  nəzərə çarpmır.  Ən yüksək 
kin və  ədavət bəslədiyi düşmənə qarşı heç bir acı, mənfı söz 
işlətmədiyi kimi, ən çox sevdiyi, idealizə etdiyi dostu da mədh, 
tərif sözləri ilə  təsvirdən çəkinir.  Ədib hər iki halda bir yol ilə, 
həqiqəti göstərmək, həyatı olduğu kimi təqdim yolu ilə,  əsl 
realizm yolu ilə gedir. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə