Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

84   Щикмят 
 
 
idi. Geni
ş xalq kütləsi elmə, biliyə marağı olan şəxslər həmin mədrəsə  və ya 
m
əscidə  gəlib kitablardan istifadə edə bilərdilər. Eləcə  də  mədrəsə  tələbələri 
yaxud k
ənar şəxslər həmin kitablardan yalnız mədrəsə daxilində bəhrələnirdilər.  
Əlyazmalar  İnstitutunda “Səhifeyi-kamilə” adlı əsərin bir neçə nüsxəsi 
saxlanılır. 
Əsərə müxtəlif  şərhlər də yazılmışdır. Həzrət Səccad  Əli bin əl-
Hüseyni bin 
Əli bin Əbu Talib Əleyhissəlam dualardan ibarət “Səhifeyi-
kamil
ə”, bəzən də “Səhifeyi-Səccadə” kimi verilən bu əsərdə ayrı-ayrı 
nüsx
ələrdə dualar müxtəlif formada verilmişdir.  Əsər  Əmir bin Matuvakel öz 
atası Motuvakel bin Harun Y
əhya ibn Zeyd bin Əlidən 54 dua rəvayət edir. Bu 
duaları H
əzrət Səccad müxtəlif vaxtlarda oxumuşdur. Əsər bablar üzrə yazılmış 
dualardan ibar
ətdir ki, yalnız duaetmə  şəklindədir.  İmamların–Məhəmməd 
Ba
ğır, Məhəmməd Təği, Cəfər Sadiq, Zeynalabdin və başqalarının dilindən 
verilir. Allaha h
əmd etmək, peyğəmbərlərə salavat, göyün yeddi qatına, 
pey
ğəmbərlərin özünə  səhər duası, xeyir işlər, ata-anaya, xəstəyə, yaxşı  əxlaq 
sahibl
ərinə yeddi günün hər biri üçün ayrı-ayrı dualar, konkret hadisələr üçün 
dualar verilir. 
“S
əhifeyi-kamilə” əsərinin B-583/1029 şifrli ərəb və fars dillərində olan 
nüsx
əsinin mətni ağ, saya vərəqlərə incə nəstəliq xəttilə, ərəb dilində olan mətn 
qara mür
əkkəblə, fars dilindəki sətiraltı tərcümə qırmızı mürəkkəblə yazılmış və 
ç
ərçivəyə alınmışdır. Bəzəkli rəngli ünvanı vardır (ölçüsü: 11x19,5sm, 
h
əcmi:179 vərəq). Cildi həndəsi cizgili qara meşindəndir. Titul vərəqində bir 
neç
ə təvəllüd tarixləri və üzərində “Əbduhu İsmayıl Hüseyni” (Onun (Allahın) 
qulu 
İsmayıl Hüseyni) sözləri olan möhür basılmışdır. Həmin möhür 
əlyazmanın 2a, 12b, 17b, 53a, 179b və b.. vərəqlərinə də vurulub, yanında isə 
ərəb əlifbası ilə “vəqf” sözü yazılmışdır. 
Əlyazma tamdır və bin Məhəmməd Rza Məhəmməd  Əmin  Ənsari 
t
ərəfindən h.1085(=1674)-ci ildə  şaban ayında (oktyabr) köçürülmüşdür. 
Ha
şiyələrin kənarında izahların çox hissəsi qara, bir hissəsi isə qırmızı 
mür
əkkəblə yazılmışdır. 
Əsərin başqa bir nüsxəsi B-288/1906 şifr altında saxlanılır. Mətn ağ, saya 
v
ərəqlərə  nəstəliq xətlə qara mürəkkəblə, başlıqlar, yarımbaşlıqlar qırmızı 
mür
əkkəblə yazılmışdır (ölçüsü: 14x21sm., həcmi: 328 vərəq). Cildi qəhvəyi 
r
əngdə meşindəndir. 
1b v
ərəqin başlanğıcında vəqf haqqında qeyd verilmişdir: “Düzgün şəriət 
qaydası il
ə bir cild “Səhifeyi-Səccadiyə” kitabı Hacı Rzaqulu Hacı Məhəmməd 
t
ərəfindən vəqf edildi”. Vəqf qeydlərinin, yəni vəqf edən şəxslərin-sahiblərinin 
çoxunun 
şəxsiyyətlərini müəyyən etmək mümkün deyildir. Həmin vərəqdə  iki 
d
əfə  və 2a, 23a, 324b vərəqlərində bir dəfə  ərəb  əlifbası ilə “vəqf” sözü 
yazılmı
şdır. 


Din
şünaslıq
 
 85 
 
 
Əlyazmanın bu nüsxəsinə 50 dua daxil edilmiş, qeyddən göründüyü kimi 
əsər bu nüsxədə “Səhifeyi-Səccadə” adlandırılmışdır. Sondan naqis olduğu üçün 
kim t
ərəfindən köçürüldüyü və tarixi bəlli deyildir. 
Əsərin B-3319/4944 şifrli nüsxəsi maraqlı vəqf qeydi olan bu nüsxəsinin 
m
ətni ağ, saya vərəqlərə  nəstəliq-şikəstə  xətlərlə qara mürəkkəblə, mətnarası 
b
əzi yazılar və başlıqlar qırmızı və qızılı rənglə  çərçivəyə alınmışdır (ölçüsü: 
12,5x20,5sm., h
əcmi: 182 vərəq). Cildi tünd zoğalı rəngdə meşindəndir. Cildin 
iç üzünd
ə turunc var. Titul vərəqində  vəqf qeydi yazılmışdır. Qeyddə: “Bu 
“S
əhifeyi-kamilə”  əsərini mən – Şəms Nisə xanım vəqf etdim. Düzgün şəriət 
qanunları il
ə, onun oxumaq savabı ilə Molla Məhəmməd Nəsrin ruhuna çatsın. 
O, 
şiə alimlərindən biridir. Həmin vəqf yazıldı ramazan ayı, (yanvar) 
(1115(=1703)-cü ild
ə. Burada “Şəms Nisə” sözləri yazılmış möhür basılmışdır. 
Nüsx
ədə 46 dua var. Əlyazma ibn Məhəmməd  Əli  Əkbər tərəfindən h. 
1114(=1702)-cü ild
ə köçürülmüşdür. Katibi və  məsxus möhürdə  “Əli  Əkbər” 
yazılmı
şdır. Bütün duaların başlanğıcında və sonuncu vərəqinin bir neçə yerində 
ərəb əlifbası ilə “vəqf” sözü yazılmışdır. Vəqf sözünün bütün vərəqlərdə olması 
əlyazmanın qiymətini artırır. 
B-535/2153 
şifrli bu nüsxədə  əsərin adı “Səhifeyi-kamilə  əs-Səccadi”yə 
kimi yazılıb. M
ətni ağ, saya vərəqlərə köçürülüb, ərəb dilində olanlar qara, fars 
dilind
ə  sətiraltı tərcümələr qırmızı mürəkkəblədir (ölçüsü: 13x23sm., həcmi: 
212 v
ərəq). Cildi qəhvəyi rəngli meşindəndir və üzərinə qızılı rəngli turunc 
vurulub. 1b v
ərəqi rəngli ünvanla bəzənib. Ünvanda bir neçə dəfə ərəb əlifbası 
il
ə “vəqf” sözü yazılmış, mətn çərçivəyə alınmışdır. 
1a v
ərəqində  ərəb dilində  vəqf qeydi vardır. Qeyddə deyilir: “Bu kitabı 
Molla 
Əliəsgər  əslən Zənkəruddan olan, hal-hazırda Həştərxanda sakin olan 
Hacı M
əhəmməd Hüseynə vəqf edilib. Ondan sonra isə nəsildən-nəslə keçsin və 
o
ğlan övladlarına vəqf edilsin. Səfər ayının 7-si (12 yanvar), h.1265(=1848). 
Sonda h
ər iki şəxsin möhürü basılmışdır. 
Birinci möhürün üz
ərində  “Əliəsgər”, 1238(=1822), o birinin üzərində 
“...Hüseyn”-sözl
əri yazılmışdır 1a vərəqində başqa bir qeyd vardır: “Mirzə 
Abdullaya 
əmanət kimi verilib”. 
Əlyazma Məhəmməd İbrahim Təbəristani tərəfindən “Ümid” təxəllüsü ilə 
h.1255(=1839)-ci ild
ə köçürülmüşdür. 
Əsərin daha bir vəqf olunmuş B-5335/6960 şifrli nüsxəsində 57 dua 
verilmi
şdir. Bu əlyazmanın mətni ağ, saya vərəqlərə  nəsx və  nəstəliq xətlərlə 
qara v
ə qırmızı mürəkkəblə yazılmışdır. Mətn hər səhifədə çərçivəyə alınmışdır 
(ölçüsü: 13x21sm., h
əcmi: 150 vərəq). Cildi müasir yaşıl rəngli üzərində turunc 
olan süni d
əri çəkilmiş kartondandır. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə