Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
167
tipologiyasına, eyni zamanda janrın estetikasına mühüm təsir edə 
bilir. 
Cahandar ağanın milli ləyaqətinin başlıca prinsipləri olan 
kişilik və  mərdlik başqa bir keyfiyyətdə "Pərvanə" romanının 
aparıcı  qəhrəmanlarından biri Vəfadarın bədii obrazında davam 
etdirilir. Bu obrazın daxili məzmununda milli və  bəşəri dəyərlər 
şəxsi maraqdan, şəxsi istəkdən yüksəkdə durur. Bu mənada 
Vəfadar Cahandar ağanın varisidir. Bunları ümuminsani yaxınlıq 
nağıl qohumluğu, real milli şəxsiyyətin bədii xarakter qohumluğu, 
bir ümumi tipoloji istiqamət birləşdirir. Bəzi tənqidçilər "Pər-
vanə"ni "tarixi-inqilabi əsər" (S.Əsədullayev) kimi hallandırırlar 
ki, bu "baxım" təbii olaraq romanın zəngin janr ənənələri əsasında 
inkişaf etdirilən struktur məzmununu tam ifadə etmir. 1850-ci 
ildən başlayaraq 1890-cı ilə  qədər olan bir dövrün hadisələrinin 
romanını yazmaq özlüyündə çox böyük və mürəkkəb bir 
yaradıcılıq işidir. Bu illərdə mülkədar-kəndli münasibətlərinin 
kəskinləşməsi, Azərbaycan və Rusiya əlaqələrinin xarakterinin 
dəyişməsi, maarifçilik hərəkatının genişlənməsi aydın  şəkildə 
özünü göstərir, xalqın mənəvi dünyasında və  təfəkküründə isə 
mühüm proseslər baş verirdi. Ona görə də "Pərvanə"də dramatik 
toqquşmalar canlı xarakterlər və bir sıra "zahiri" komponentlər öz 
təkanını  həyatın "alt qatından" alır. M.Ibrahimovun üstünlüyü 
inqilabi və ya tarixi-inqilabi romanda deyil, məhz sosial-tarixi 
romana verdiyi süjet və  təhkiyə prosesində özünü aydın  şəkildə 
göstərir: "1870-ci ilin aprel ayının ortaları idi." Bundan əlavə 
Məmməd Rza bəyin anadan olması və ölümü, Hürü ilə evlənməsi, 
M.F.Axundovun və N.Nərimanovun həyat və  fəaliyyətilə bağlı 
verilən əhvalatlar da tarixlə səsləşir. Bəzi tədqiqatlarda "Pərvanə" 
Azərbaycan xalqının inqilaba doğru gedən yolunu işıqlandırmaq 
baxımından çox maraqlı" (7, səh.208) roman hesab edilsə  də, 
romanın ideya-məzmun  əsasında dərindən işlənmiş dolğun və 
canlı insan xarakterləri dayanır. Məsələn, Vəfadarla Hürü xanımın 
münasibətləri hər hansı "inqilaba doğru gedən yolu" deyil, 
ümuminsani başlanğıcı ifadə edir və bilavasitə milli-mənəvi 
içəriləri işıqlandırır. Məsələn,  Ə.Vəliyevin "Inqilabi mövzuda" 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
168
yazdığı "Qarabağda qalan izlər" (1977) əsərini tipinə görə 
"roman-xatirə" adlandırmaq olar. Burada memuar reallığı, 
materiala  şəxsi bələdlilik romanın  əsas ideyasını  və süjet 
formasını müəyyən edir. Əks halda Çingiz Ildırımdan tutmuş 
Hüsü Hacıyevə  qədər inqilabi fəaliyyətlə  məşğul olanların real 
əməllərini təsvir edərək nəticədə  həyatın özündə inqilabi 
mübarizə  məktəbi keçənlərin ümumi bir obrazını yaratmaq 
mümkün olmazdı. Ona görə janr qarışığı da təhkiyənin zahiri 
pafosunun qarşısını ala bilməmiş  və müəllifə inqilabi romanın 
ənənəvi hüdudlarını  aşmaqda kömək edə bilməmişdir. Nəticədə 
Azərbaycan romanı  sırasına qocaman ədibimizin musavat 
hakimiyəti illərini kəskin tənqid edib "inqilab"dan sonrakı illəri 
təqdir edən yeni bir əsəri də daxil olur. H.Abbaszadə "Burulğan-
lar" (1977) romanında 1919-cu ildən üzü bəri irəliləyən tarixi 
hadisələrin bədii təsvirini verir. Təsvirə  cəlb edilən dövrün 
həddən artıq genişiyi, aparıcı qəhrəman Həmid Xələfovun yalnız 
idman sahəsindəki fəaliyyətinin uğurlarının təsviri romanı 
dəyərləndirən meyara çevrilə bilmir. Yalnız Azərbaycan roma-
nının tarixində  də öz "qanuni" yerini tutur. Başqa sözlə, roman 
təfəkkürü və estetikası baxımından tipoloji istiqamət yaratmaq 
iqtidarında olmayan bu tipli əsərlərdə empirik idrak üstünlük 
təşkil edir. 
F.Kərimzadənin "Qarlı  aşırım" romanında isə  əksinə 
"Konkret inqilabi-tarixi motif ümumbəşəri  əxlaq və  mənəviyyat 
səviyyəsinə qalxa bilir" (77, səh.130). Çünki burada insan uca 
tutulur, ölüm və qorxaqlıq onun ləyaqətini alçalda bilmir. 
Məsələn, Abbasqulu bəy öz əsilzadə  mənşəyindən ayrılıb bol-
şevik olsa da, alicənablığını  və  cəsurluğunu saxlamışdır. Kərbə-
layı Ismayıl isə  səltənətin uçulub-dağıldığını, taleyinin həll 
edildiyini, "patriarxal icmanın" sabitliyinin pozulduğunu duysa 
da, mərdliyi və kişiliyini, başlıcası isə insanlığını itirmir. 
Inqilabi və ya tarixi-inqilabi romanlarla yanaşı ayrı-ayrı 
tarixi  şəxsiyyətləri və dövrləri mövzu seçən romanların da artım 
surəti diqqəti cəlb edir. Müəyyən mərhələdə tarixi-inqilabi roman-
ların kölgəsində qalan bu janr tipi altmışıncı illərin sonlarından 


Himalay Ənvəroğlu __________________________
 
 
169 
yenidən diqqəti cəlb etməyə başladı. Hələ 30-cu illərdə 
Y.V.Çəmənzəminlinin "Qan içində", "Qızlar bulağı", 40-cı illərdə 
M.S.Ordubadinin "Qılınc və  qələm", M.Cəlalın "Yolumuz 
hayanadır?" romanları ilə özünü göstərən "saf" tarixi roman son-
rakı dövrlərdə çox təəssüf ki, öz mövqeyini inqilabi-tarixi 
romanlara verdi. Lakin məlum olduğu kimi tarixi roman ənənəsi 
bir müddət "inqilabi" romanın tərkibində yaşamalı olmuş  və  cə-
miyyət həyatında onun müstəqil bir janr kimi öz imkanlarından 
yenidən istifadə etmək şəraiti yaradılanda, o bu fürsətdən vaxtında 
istifadə edə bilmişdir. Görünür bu, milli-tarixi şəxsiyyətlərə, 
qəhrəmanlıq keçmişimizə marağın artdığı, soykökümüzə qayıdıb 
özümüzü dərkə güclü meylin yarandığı bir şəraitdə mümkün olur. 
Vaxtı ilə Vaqifin və Nizaminin poetik şəxsiyyətlərini konkret 
tarixi dövrdə xalqın ictimai taleyi ilə üzvi şəkildə bağlayan 
romanların  ənənəsindən və estetik təcrübəsindən yetmişinci və 
səksəninci illərdə birdən-birə gur şəkildə istifadə edilməsi bu 
baxımdan təsadüfi deyil. 
I.Hüseynovun "Nəsimi", "Məhşər", F.Kərimzadənin "Xuda-
fərin körpüsü", "Çaldıran döyüşü", Ə.Nicatın "Nəğməyə dönmüş 
ömür", "Qızılbaşlar", C.Bərguşadın "Boz atın belində", "Siyrilmiş 
qılınc, Ə.Cəfərzadənin "Aləmdə səsim var mənim", "Bakı-1501", 
"Vətənə qayıt", "Yad et məni", S.Dağlının "Bahar oğlu", 
Ç.Hüseynovun "Fətəli Fəthi", B.Bayramovun "Karvan yolu" və s. 
əsərləri göstərir ki, son vaxtlar tarixi roman janrına güclü meyl 
əmələ  gəlib. Bu da təsadüfi deyil. Çünki tarixi şəxsiyyətlərimiz, 
yuxarıda qeyd edildiyi kimi qəhrəmanlıqlarla və faciələrlə dolu 
olan uzaq və yaxın keçmişimiz bu janrın güzgüsündə daha aydın 
əksini tapmaq imkanı  əldə edir. Ona görə  də Nizami, Nəsimi, 
Xətai, Füzuli, Vaqif, M.Ş.Vazeh, M.F.Axundov, S.Ə.Şirvani, 
Bahar  Şirvani, Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı kimi 
Azərbaycan ədəbiyyatı klassiklərinin romana gətirilməsinə güclü 
maraq hər  şeydən  əvvəl mənəvi tələbatla, poetik şəxsiyyətlərin 
xalq taleyinə daxili yaxınlıqları ilə bağlıdır. 
"Məhşər" romanı milli və  bəşəri kədəri ifadə edən  şəx-
siyyətin təşəkkülünü, onun mənəvi kamilliyini və formalaşmasını, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
170
ədalət axtarıcılığını ümumiləşdirmişdir. Tarixi mövzunu, uzaq 
keçmişin dramatik hadisələrini müasirliyə xidmət etdirmək, milli 
tale ilə bağlamaq, dünyanı  "ənəlhəq"in ahəngində  dərk etmək 
"Məhşər" romanının fəlsəfi konsepsiyasını  təşkil edir. Nəsimi 
şəxsiyyəti, onun böyüklüyü, zamanın mənəvi-fəlsəfi cərəyanla-
rına, xüsusilə milli əxlaqa nüfuz etmək imkanı ilə yanaşı ümumən 
tarixi romanın janr çərçivəsinin struktur vasitələr hesabına xeyli 
genişlənməsinə səbəb oldu. Bu mənada tarixi roman bir janr kimi 
poetik  şəxsiyyətlərin, başqa sözlə,  ədəbiyyatımızın klassiklərinin 
bədii obrazları ilə öz daxili məzmun tutumunu da zənginləşdirir. 
Çünki, yuxarıda adları çəkilən klassiklərin poetik şəxsiyyətləri ilə 
tarixi  şəxsiyyətlərini vəhdət halında özündə birləşdirən bədii 
obrazlar təkcə oxucu marağına deyil, birbaşa dövrün mühüm 
sosial-mənəvi problemlərinə  və estetik-idraki imkanlarına da 
güclü təsir edir. Çünki Nəsiminin, Xətainin, Füzulinin, Vaqifin, 
Ə.Şirvaninin, M.F.Axundovun və başqalarının tarixi şəxsiyyətləri 
milli taleyimizin ən mürəkkəb və  məsuliyyətli dövrləri ilə  sıx 
bağlı olduğu kimi onların  şəxsi həyatları da qeyrət, 
vətənpərvərlik, ülvi duyğulara sədaqət və milli əxlaq nümunəsi 
olub. Məsələn, Nəsiminin yalnız poetik şəxsiyyət, "ənəlhəq" 
təliminin, onun fəlsəfi və  əxlaqi prinsirlərinin banisi kimi deyil, 
həm də  şəxsi tərəfdən, məhəbbət hadisələrində  iştirakı 
baxımından göstərilməsi xarakterin bütövlüyü ilə yanaşı 
bilavasitə janrın daxili imkanlarının zənginləşməsinə mühüm təsir 
etdiyini göstərir. Bu mənada "Xudafərin körpüsü" romanı XV 
əsrin sonu XVI əsrin  əvvəllərində Azərbaycan milli dövlət-
çiliyinin inkişafı yolundakı  çətinliklərin realist təsvirini, dövrün 
aparıcı tarixi şəxsiyyətlərinin müxtəlif tərəfdən səciyyəsini verən 
əsər kimi janrın estetikasına, onun başlıca prinsiplərinin  əlavə 
forma və  məzmun ünsürləri hesabına zənginləşməsinə  səbəb 
olmuşdur. Öz təbiətləri etibarilə romantik olan Azərbaycan şairlə-
rinin tarixi roman üçün baş  qəhrəman seçilməsi müvafiq olaraq 
janrda subyektiv-lirik meyllərin üstünlüyünə səbəb olub ümumən 
əsərə bir emosional hissi başlanğıc gətirirsə, M.F.Axundovun, 
C.Məmmədquluzadənin, o cümlədən böyük satirik şairimiz 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə