Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə44/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
175 
təsərrüfata rəhbərlik edənlərin içərisindən götürülürdü. "Çiçəkli" 
romanının aparıcı  qəhrəmanı  Əziz də belələrindən idi. Gülşən 
əgər orta məktəbi yenicə qurtarmışdırsa,  Əziz müharibə 
iştirakçısıdır və eyni zamanda ali savadlı aqronomdur, torpağın 
sirrini, kəndin psixologiyasını öz sələfindən daha yaxşı bilir. 
Kənd də  həmin kənd deyil. Indi cavanların Rusiyanın mərkəzi 
şəhərlərində  təhsil alan Çiçəkli özü də kiçik şəhəri xatırladır. 
Ənənəyə uyğun olaraq Əziz də şəxsi rahatlığı və şöhrəti haqqında 
az düşünür, günlərini tez yetişən pambıq növü əldə etmək 
axtarışlarında keçirir. Bu cəhətlərinə görə o, 30-cu illərin 
əvvəllərində C.Cabbarlının  şoranlıqların  əkin üçün yararlı hala 
salınması problemi üzərində çalışan Yaşarını xatırladır. Lakin 
"köhnəlik qalıqları" və  bəzi "vaxtı keçmiş" adət-ənənələrlə 
mübarizə aparması onun xarakterinin daha çox siyasi-ideoloji 
maraq, zəmanə idealları üstündə kökləndiyini göstərir. 
Əziz müharibədən  əvvəl sevdiyi Gülsabahla yenidən 
qarşılaşanda hiss edir ki, bütün olub keçənlərə baxmayaraq ilk 
məhəbbətini unutmayıb. "Müasir" kənd mövzusu ilə bağlı bu lirik 
başlanğıc da tipoloji mənbəyini C.Cabbarlının "Yaşar" pyesində 
Yaşarla Yaqutun süjetindən almışdır. Sonra I.Əfəndiyev "Bahar 
suları" (1949) pyesində  Uğurla Sədəfin məhəbbət  əhvalatları ilə 
bu xətti inkişaf etdirmişdir. Lakin müəyyən mərhələnin ədəbiyyatı 
üçün xarakterik olan belə tipik süjetlər hər dəfə müxtəlif əsərlərin 
qəhrəmanlarının həyatında görünəndə onu yeni bir məna ilə 
zənginləşdirir. Kollektivləşmə mövzusunda sinfi döyüşləri 
göstərmək meyli get-gedə öz yerini ümumiyyətlə, kənd 
mövzusuna, yeniliklə köhnəliyin mübarizəsinə,yəni ənənəvi atalar 
və  oğullar mövzusunun yeni variantına verdi. Bu baxımdan 
I.Şıxlının "Ayrılan yollar" (1956) bir sıra canlı və həyati tipləri ilə 
diqqəti cəlb edir. Məsələn, "Mənim kolxozum, mənim kəndim 
qərar mən özüməm" – deyib min bir fırıldaqdan çıxıb, kolxozun 
var-yoxunu dağıdan kolxoz sədri Kosaoğlu ("Ayrılan yollar") 
ədəbiyyatımıza 50-ci illərin ortalarında gələn mənfi tipli kolxoz 
sədrlərinin "atası" kimi öz tipoloji təkanını təbiidir ki, Cabbarlının 
Hacı  Əhməd və Imamyarından ("Almaz", "Yaşar") alsa da, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
176
M.Ibrahimovun "Həyat" pyesinin qəhrəmanı "siyasi sayıqlığını" 
heç vaxt itirməyən, "Nikolayı Culfa dəmir yoluna qədər qovan" 
Həsənovu, S.Rəhimovun "Mehman" povestində "mən 
hökumətəm", "mən inqilab etmişəm" – deyən rayon icraiyyə 
komitəsinin sədri Kamilovu da onun yaxın "sələfləri" hesab 
etmək olar, hətta S.Rəhmanın "Toy" (1939) komediyasının baş 
qəhrəmanı "Şəfəq" kolxozunun sədri Kərəmovun da Kosaoğlu və 
Rüstəm kişi ("Böyük dayaq") kimi kolxoz sədrlərinə  təsiri az 
olmamışdır. "Ayrılan yollar"da kolxoz sədri ilə  gənc aqronom 
Imran arasında gedən mübarizə Imranın qələbəsi, Kosaoğlunun və 
onun tərəfdarlarının məğlubiyyətləri ilə nəticələnir. Lakin 1957-ci 
ildə yazdığı "Azərbaycan sovet romanı" adlı geniş  məqaləsində 
M.Arif "Ayrılan yollar"a istinad edərək "konflikt mübarizədədir" 
qənaətinə  gəldiyi halda nədənsə, sonradan "dərindən baxdıqda, 
konfliktin inkişafı və bədii ifadəsi bizi təmin etmir" (90, səh.444) 
nəticəsini çıxarır. Romanda Imranın "cins çiyid əkmək" meylinə, 
"çarpaz əkin" üsuluna qarşı duran Kosaoğlu konfliktin ideya-bədii 
baxımdan qabarmasında aparıcı  xətt təşkil edir. M.Arifin 
"konfliktsizlik xəstəliyi" "tez nəzərə çarpır" mülahizədən onun 
konflikti yalnız siyasi toqquşmalar, məfkurə mübarizələri 
mənasında qəbul edən mövqeyi ilə bağlıdır.  Əks halda, başdan-
başa konflikt üzərində qurulan bir əsəri konfliktisizlikdə necə 
təqsirləndirmək olar? "Konfliktsizlik" iddiaları  təbii olaraq nə 
müəllifə, nə  də onun aparıcı  qəhrəmanlarına sərəbst daxili 
yaşamaq imkanı vermir və onu daim zahirə çıxmağa, üst qatlarda 
hərəkət etməyə təhrik edir. Romanda yollar nəinki dünyagörüşü
həm də  əxlaqi-mənəvi, siyasi-ictimai baxımdan ayrılır. Bunlar 
daxili və zahiri yolları ifadə etsələr də, romanın struktur 
ideyasında möhkəm vəhdət təşkil edirlər. "Ayrılan yollar" romanı 
bu baxımdan "konfliktsizlik xəstəliyi" (90, səh.445) siyasət edə 
bilməyib. 
Rayonun, kəndin və ya kolxozun iki aparıcı  şəxsinin 
arasında yaradılan  ənənəvi konfliktin psixoloji qarşıdurma 
əsasında inkişafı "Yanar ürək" (I.Hüseynov) romanında raykom 
katibi Soltan Əmirli ilə onun qardaşı  oğlu gənc kolxoz sədri 


Himalay Ənvəroğlu __________________________
 
 
177
Səmər Əmirli arasındakı barışmaz ziddiyyətlərdə yeni vüsət alır. 
Imranın və başqalarının gənc mütəxəssis kimi gəlib işə başlayaraq 
köhnəpərəst adamlara qarşı mübarizə aparması "sxemi" (90, 
səh.445) Səməd  Əmirli obrazında da müşahidə edilir. Lakin 
burada xarakterin mənəvi təkamülü psixoloji baxımdan daha dərin 
qatlardan baş qaldırır. 
M.Arifin yuxarıda göstərilən məqaləsində belə bir fikir 
vardır: "Sosialist realizmi konfliktsizliyi rədd etdiyi kimi, 
konfliktlərdə sxematizmi və  ştampı da rədd edir" (90, səh.445). 
Əgər 30-cu illərin  əvvəllərindən başlayaraq məqalə çap edilən 
vaxta qədər (1957) meydana çıxan romanlarımızın "sosialist 
realizmi" metodunda yazıldığını nəzərə alsaq, onda belə çıxır ki, 
metodun tələbinə baxmayaraq romanlarımız, o cümlədən "Ayrılan 
yollar", "Yanar ürək" və "Böyük dayaq" da daxil olmaqla hamısı 
"konfliktsiz" olmuş, "sxem" və  "ştamp"  əsasında yazılmışdır. 
Əlbəttə, bu məntiqlə razılaşmaq olmaz. Çünki bir qədər aşağıda 
tənqidçi özü çox haqlı olaraq dövrün mövzu və qəhrəman tələbinə 
uyğun olaraq həmin"sxematizmi" tipoloji əlaqə  mənasında 
qiymətləndirir: "Neftçilərin həyatından yazan yazıçılar qoca neft 
ustalarını son zamanlarda elə trafaret bir hala salmışdır ki, bu 
sxemi heç kəs qırıb kənara çıxa bilmir…, sonrakı yazıçılar filan 
və ya filan buruq ustasının fərdi xüsusiyyətlərini tapıb göstərmək, 
canlı  və  təkrarolunmaz xarakterlər yaratmaq əvəzinə ilk buruq 
ustası surətini təkrar edirlər. Indi istər pyeslərimizdə, istərsə  də 
romanlarımızda adları müxtəlif olsa da, özləri bir-birinə oxşayan 
qoca buruq ustaları çoxdur." 
Bəzi kolxoz sədrləri, MTS direktorları və ya sovet sədrləri 
haqqında da bunu demək olar. Məsələn, "Bahar axşamları" 
romanındakı sovet sədri Göyüş "Ayrılıq"dakı MTS direktoru 
Hətəmova, "Ayrılan yollar"dakı Kosaoğlu,"Ürək dostları"ndakı 
(1956) kolxoz sədri Zeynal Muxtarova oxşayır (90, səh.446). 
Əgər zamanın tələbini, mövzunun xarakterini, romanların 
yazıldığı illəri (1956-1958) nəzərə alsaq, bütün bu oxşarlıqları 
mövzu və zaman tipologiyası  mənasında təbii qəbul etmək olar. 
Doğrudan da vaxtı ilə klassik Şərq ədəbiyyatında mövzular əsasən 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
178
ənənəvi "sxem" üzrə inkişaf etdirilib. Məsələn, Nizaminin 
sələflərindən, folklordan əxz etdiyi süjet və motivlər "sxemi" və 
eləcə  də  xələflərinə "ötürdüyü" eyni adlı "sxem"ləri bir anlığa 
nəzərdən keçirsək görərik ki, "sxem" nisbi və zahiridir. Ustalıq 
həmin struktur əsasında  əsil sənətə nail olmaqdır. Nöqsanların 
səbəbini "sxem"də yox, sənətkarın imkanında axtarmaq lazımdır. 
Klassik "Leyli və Məcnun"lara, "Xosrov və Şirin"lərə, "Isgəndər-
namə"lərə  və başqa romantik-aşiqanə süjetlərə baxsaq xeyli 
"oxşarlıq"lar görərik. Lakin hər bir fərdi təzahür ümumiyə, 
oxşarlığa doğru mühüm addımdır. Məsələyə ümuminsani baxım-
dan yanaşanda bəlli olur ki, adamları ayıran cəhətlər üzdədirsə, 
onları birləşdirən meyllər isə daha dərin qatlardadır. Ona görə də 
sənət həmişə dibə, saflığa, ilkinliyə doğru can atır. Başqa sözlə, 
əllinci illərin Azərbaycan romanlarının qəhrəmanlarına tipoloji 
oxşarlıq  əsasında yanaşıldıqda görürsən ki, burada qeyri-adi bir 
şey yoxdur. Bununla belə, həyatı daha böyük lövhələrdə, geniş 
planda, tarixi şəraitdə  və inkişaf prosesində, insanları isə bütün 
maddi və  mənəvi gözəlliyi və ziddiyyətlərilə  təsvir etmək 
imkanına malik olan romana adi "sxem" əsasında qiymət vermək 
mümkün deyil. Çünki hər bir yazıçının öz üslubu və  hər bir 
qəhrəmanın öz həyatı və xarakteri vardı. Belə olan tərzdə ümumi 
"sxem" böyük bir romanın ideya-estetik ləyaqətinin meyarı ola 
bilməz. 
Problemə "sxem" əsasında deyil, tipoloji istiqamətdə yanaş-
dıqda aydın görünər ki, bütün zahiri "oxşarlıq"larına baxmayaraq 
romanın həm tarixində, həm də estetikasında 50-ci illərdən götü-
rülən xətt ümumən janrın müasirliyə doğru meylini qüvvətlən-
dirmişdir. Bunu "Ayrılan yollar", "Ürək dostları", "Yanar ürək", 
"Böyük dayaq" (1957), "Söyüdlü arx" (1958) romanlarının 
mofrologiyası da aydın göstərir. "Söyüdlü arx" romanı  ənənəvi 
süjet planından kənara çıxır. Bu, romanda aparıcı  qəhrəmanlara 
öz həyatlarını daxildən yaşamağa geniş imkan vermək hesabına 
əldə edilir. Ona görə  də lirik-psixoloji meyl kəsb edən həmin 
proses konkret olaraq Nuriyyənin, Muradın  şəxsi həyatlarının, 
qarşılıqlı fərdi münasibətlərinin daxili romanı kimi meydana çıxır. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə