Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə43/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
171
Sabirin bədii obrazları romanda realist istiqaməti gücləndirir. Bu 
cəhət eyni zamanda tarixi materialların seçilməsində  və 
qiymətləndirilməsində özünü göstərir. Məsələn, "Qızlar bulağı", 
"Qılınc və qələm", "Xudafərin körpüsü", "Qızılbaşlar", "Çaldıran 
döyüşü", "Siyrilmiş qılınc" romanlarında tarixi dövrün "uzaqlığı" 
bədii tədqiqata cəlb olunan materialın xarakterinə, tarixi şəxsiy-
yətlərin romantik-qəhrəmani təbiətləri isə janrın üslubuna təsir 
edərək ona müəyyən mənada nağıl, dastan xüsusiyyəti 
aşılamışlar. Bu xüsusiyyəti "Nəğməyə dönmüş ömür", "Bakı – 
1501", "Aləmdə səsim var mənim", "Yad et" romanları haqqında 
da demək olar. Çünki həm müəllifin üslubu, həm də mövzunun 
ahəngi süjeti daha çox daxili romantik planda inkişaf etdirməyə 
meydan verirdi. Dastan süjeti əsasında yazılan "Boz atın belində" 
romanında qəhrəmanın tarixi şəxsiyyəti folklor üstündə köklənir. 
Beləliklə, müasir Azərbaycan romanında bu janr tipi təkcə zahiri 
boy artımı ilə deyil, həm də tipoloji mənada mühüm şaxələrdən 
birini təşkil edir. Çünki istər klassik sənətkarlarımız, istər Babək, 
Xətai, Nəbi kimi tarixi-əfsanəvi  şəxsiyyətlərimiz romana 
gətiriləndə onların bədii obrazlarının janra həm tarixi qəhrəman 
tipologiyası, həm forma komponentləri, həm də  məzmun 
baxımından xeyli zənginləşdirmək potensiyalı meydana çıxır. 
Başqa sözlə  şəxsiyyətin "real" tarixi məzmunu sənət baxımı ilə 
sintez təşkil edərək janrın estetik meyarına çevrilir. 
Bu gün sənət hadisələrinin cəmiyyət həyatının siyasi və 
iqtisadi vəziyyətindən bilavasitə asılı olmadığını bildirsək də, XX 
əsrin  əvvəllərindən başlayaraq Azərbaycanda kəskin  ədəbi 
döyüşlər getdiyini etiraf etməliyik. Saf sənət yolunu tutanlar təqib 
edilmiş,  ədəbiyyata ümumproletar işinə xidmət etmək, ona 
"təkərcik və vintcik" olmaq rolu verilmiş, bu zaman (30-cu illərin 
sonu) hətta konfliktdən "köhnəliyin qalığı" kimi imtina etmək 
irəli sürülmüşdür. Bütün bunlar ədəbiyyat tarixi üçün məlum ağır 
nəticələrə  və  ədəbi simaların taleyini faciəli sonluqlara gətirib 
çıxarmışdır. Lakin böyük qurbanlar bahasına olsa da, qadağanlara 
daxili müqavimət, başqa sözlə, sənət müqaviməti güclü olmuş və 
ən başlıcası isə odur ki, şəraitin yüksək bədiilik üçün əlverişli 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
172
olmamasına baxmayaraq kifayət qədər samballı  ədəbiyyat 
yaranmışdır. O cümlədən, dramaturgiyada və poeziyada hətta 
böyük sənət uğurlarımız olmuşdur. Deyilənləri bütünlüklə həmin 
mərhələnin roman təsərrüfatına aid etməsək də, demək lazımdır 
ki, Azərbaycanda sinfi mübarizənin gücləndirildiyi mürəkkəb bir 
şəraitdə  nəsrin iri formasında tarixi dövrün ədəbi məhsulu 
yaranırdı. Hadisələri sinfi mübarizə yönümündə  təsvir etmək 
dövrün bədii təsərrüfatı üçün səciyyəvi idi. Bu baxımdan hər bir 
tarixi mərhələ özünəməxsus mövzu və konfliktlər meydana 
çıxarır. Həmin dövrün bədii nəsrində kollektiv təsərrüfat quru-
culuğu mövzusunda yazılmış ilk dəyərli roman Ə.Əbülhəsənin 
adını dövrün "xarakterinə" uyğun seçdiyi "Yoxuşlar" (1939) 
romanı olmuşdur. Romanın süjetini izlədikcə bəlii olur ki, bəziləri 
bu yoxuşu çətinliklə çıxır, digər qismi ya heç çıxa bilmir, yaxud 
da "uçuruma" yuvarlanır. Romanda zahiri mənada kollektiv 
təsərrüfatı irəlilətməyin "yoxuşları" daha çox siyasi mənada 
vurğulanır. Bununla belə, romanda kolxoz sədri kommunist Bün-
yaddan tutmuş kolxozun partiya özəyinin katibi Qumruya "orta-
bab" Babacana, kasıb kəndli Canı  Lələyə, "sinfi düşmən" - "baş 
milisioner" Kamala qədər hamısı eyni meyarla – xarakter meyarı 
ilə qiymətləndirilməlidir. Yəni əsas məsələ budur ki, sinfi ideolo-
giyasından asılı olmayaraq müəllif obrazı  həqiqi sənət "yoxuş-
lar"ına qaldıra bilib və yaxud sadəcə olaraq, o, uğursuz cəhdin 
"məhsuludur?" Bu baxımdan başlıca ideya, süjetin alt qatında 
"gizlədilən" daxili məzmun kimi sənətkarın yaradıcılıq axtarışla-
rının təzahürü formasında özünü göstərir. Ona görə də məsələyə 
kollektiv təsərrüfat quruculuğu və onun bədii qəhrəmanları baxı-
mından yanaşanda Bünyadın təcrübəsizliyinin, kənd şəraitini yax-
şı bilməməsinin, Qumrunun ehtiyatsız hərəkətlərinin, Muzdurun 
solçuluğunun, Kamalın və  Əhmədin "bandit" qiyamının öz "ti-
poloji" başlanğıcını C.Cabbarlının dramaturgiyasından ("Almaz", 
"Yaşar") aldığını görərik. Lakin C.Cabbarlı  sənətkarlığı  nəticə-
sində Hacı  Əhməd və Imamyar kimi torpağın sirrini, kəndlinin 
psixologiyasını dərindən bilən el ağsaqqalları mükəmməl işlənmiş 
bədii xarakter səviyyəsinə yüksəldikləri üçün struktur ideya 


Himalay Ənvəroğlu __________________________
 
 
173
çıxarmaq imkanını özlərinə həmişəlik təmin etdilər. "Yoxuşlar"da 
isə "baş milisioner" Kamal bilavasitə "banditizm" qiyamı qaldıran 
sinfi düşmən kimi birmənalı yozulur. Yəni romanda mənfi 
qəhrəmanın ifşası  əsasında təlqin edilən ideya açıq tendensiyalı 
xarakter daşıyırsa, Cabbarlı öz "mənfi" tiplərinə (Hacı Əhməd və 
Imamyar) psixoloji manevrlər etmək imkanı verir. Əbülhəsən tipi 
siyasi tendensiya baxımından qiymətləndirməyə aludəçilik 
göstərir. Nəticədə Cabbarlının qəhrəmanları zamanın sədlərini 
aşıb, siyasi-ideoloji burulğanlardan çıxa bilirsə,  Əbülhəsənin 
qəhrəmanları yalnız öz zamanlarının və siniflərinin övladları 
olaraq qalır və bizim günlərə yalnız zəif kölgə salırlar. 30-40-cı 
illərdə özünün yüksəliş dövrünü yaşayan kollektivləşmə mövzusu 
və onun qəhrəmanları tipoloji baxımdan qiymətləndiriləndə, həm 
ilkin "mənbəyə" sədaqət və  həm də ondan kənarda çıxan halları 
aydın görünür. Bu baxımdan 30-cu illərin  əvvəllərində 
"Yoxuşlar"ın başladığı mövzunu M.Hüseyn "Tərlan" (1940) 
romanında davam etdirdi. "Tərlan" "Yoxuşlar"dan 7-8il sonra 
yazılsa da, hər iki romanda cərəyan edən hadisələr nəinki eyni bir 
tarixi dövrdə, hətta eyni vaxtda baş vermişdir. Məsələn, hər iki 
romanda "bitdili" hadisələrinin ümumi gedişindən başqa bəzi 
kiçik detallar da üst-üstə düşür. Bu kimi tipoloji yaxınlıq 
Bünyadla Tərlanın, Qumru ilə Tərlanın süjetlərinin müşahidəsin-
dən də aydın görünür. Bu yaxınlıq qəhrəmanların düşdükləri  şə-
raitin oxşarlığında və xarakterlərinin təşkilində özünü göstərir. 
Məsələn, Bünyadın ətrafında qurulan torlar və xüsusilə onun "qol-
çomaq" Babacanla (əsərdə ortabab kəndli) yaxınlığı, hətta onunla 
qohumluq əlaqəsi yaratmaq istəməsi, Qumru ilə münasibətlərində 
meydana çxıan anlaşılmazlıqların yozulması  Tərlanın "romanın" 
(M.Hüseyn) psixoloji motivlərində davam etdirilir. Eyni zamanda 
"bitdili"  əhvalatı zamanı  Tərlanın qardaşı ilə düşmən kimi 
qarşılaşması  və bundan sonra onun xarakterində özünü göstərən 
kəskin siyasi, psixoloji dönüşlər və onların təsvirindəki yaxınlıq 
"Yoxuşlar"dan gələn  ənənənin davamını xatırladır. Bu illərdə 
namuslu, cəsur kolxoz sədrlərinin və ümidverən qabaqcıl 
adamların "banditlər" tərəfindən öldürülməsinin kollektivləşmə 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
174
mövzusu ilə bağlı olan pyeslərdə və romanlarda təsvir edilməsi də 
sanki tipoloji "sabitliyə" çevrilmişdir. Məsələn, "Yoxuşlar" 
romanında Ayazın, M.Ibrahimovun "Həyat" (1934) pyesində Ab-
basın, "Tərlan" romanında Fazil Şərifzadənin, S.Rəhimovun "Saç-
lı" (1948), romanında Seyfulla Zamanovun öldürülməsi hadisələri 
zamanın  ədəbi prosesində "çiçəklənən" dövrünü yaşayan 
mövzunun  əsas tipoloji motivi idi. "Almaz" pyesində Almazın 
nişanlısı Fuadla münasibətləri Bünyad və Qumru ("Yoxuşlar"), 
Həyat və Akif xəttindən ("Həyat") keçərək Ruxsarə  və nişanlısı 
Rizvanın ("Saçlı") süjetində yeni bir biçimdə, bir qədər də 
psixoloji  əsasda meydana çıxaraq "ənənəvi" motivi davam və 
inkişaf etdirir. 
Bu baxımdan qeyd etmək lazımdır ki, zamanın tələbi ilə 
özünü göstərən ümumi mövzu yeni tipli qəhrəmanlar yetişdirirdi 
ki, onların mənfilərində də, müsbətlərində də özlərinə məxsus bir 
əməl oxşarlığı var idi, sevgiləri, nifrətləri, səadət və ölümləri də 
bir-birinə "bənzəyirdi".  
Ilk dəfə  Əli Vəliyev "Çiçəkli" (1951) romanında 
Azərbaycan kəndində gedən kəskin sinfi döyüşləri deyil, 
bilavasitə, yeniliklə köhnəliyin mübarizəsini təsvir etməyə 
başlamışdır.  Əslində bu tipli konfliktin əsası müəllifin 1949-cu 
ildə yazdığı "Gülşən" povestində qoyulmuşdur. "Sosializm 
yarışını" ədəbiyyata gətirib onun gedişini bədii konfliktə çevirən 
Ə.Vəliyev insanların şüurunda meydana gələn dəyişikliyin ictimai 
səbəblərini göstərməyə çalışmışdır. Povestdə o zamankı ənənəyə 
uyğun olaraq komsomolçu gənclər manqasının başçısı sosializm 
yarışında torpağa daha ciddi qayğı göstərərək təkəbbürlü dolanan, 
iddialı keçmiş kolxoz sədri Xanpərinin manqasına qalib gəlir. Bu 
əsərində canlı bədii xarakter yaratmaqdan daha çox siyasi əqidəni 
hər  şeydən üstün tutan, əmək adamının portretini yaratmağa 
üstünlük verən yazıçı "Çiçəkli"də kənd mövzusunda axtarışlarını 
davam etdirərək həyat lövhələrini kifayət qədər geniş və bir qədər 
də  bədii verməyə müvəffəq olmuşdur. 1941-1945-ci illər 
müharibəsindən az sonra yazılan bir çox pyeslərin və romanların 
qəhrəmanları müvafiq olaraq döyüş meydanlarından gələrək 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə