Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

______________________Milli Kitabxana_______________________ 
340 
 
Nəsimi bəzən “əhsəni-təqvim”, bəzən də “əhsəni-surət” (gözəl şəkilli) deyərək 
ancaq insanı nəzərdə tutmuş və onun qarşısında diz çöküb, səcdə qılmağı tövsiyə 
etməklə  bərabər, insanlara xor baxan, onu iradəsiz bir alət hesab edən fəqihləri, 
vaizləri, div, əzazil, şeytan adlandırmışdır. 
Əhsəni-təqvimə çün qılmadı şeytan sücud, 
Uyma ana, səcdə qıl, lə’n et anı, narə at! 
Bu beytdə  Nəsimi Quranın 2-ci surəsinin 34-cü ayəsindəki bir əfsanəyə  işarə 
edir. Bütün mələklər Allahın əmri ilə Adəmə səcdə edir, ancaq İblis (şeytan) adlı 
mələk səcdədən boyun qaçırdığı üçün onu Allah lənətləyir. 
Əqbil, la təxəf – “Qorxma, qabağa gəl”. 
İfadəni Nəsimi Quranın 28-ci surəsinin 35-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: Allah Musaya dedi: Əsanı yerə at! Musa əsasını yerə atdıqda 
gördü ki, o, canlılar kimi hərəkətə gəldi, Musa qorxusundan geri çəkildi, bu zaman 
Allah dedi: “Ey Musa, irəli gəl, qorxma, sən əmin-amanda olanlardansan”. Burada 
Musa  əfsanəsi haqqında danışılır. Həmin  əfsanəyə  və Quranın yazdığına görə 
Allah “Tur” dağında Musanı doqquz möcüzə ilə silahlandırıb, Misir hökmdarı 
Firona qarşı mübarizəyə göndərmişdi ki, o möcüzələrdən biri də bu imiş ki, onun 
əlindəki ağac (əsa) istədiyi vaxt əjdaha olarmış. Musa ilk dəfə  əsasının  əjdahaya 
çevrilməsini gördükdə qorxub qaçır, guya Allah ona deyir ki, ya Musa, qorxma 
irəli gedib əsanı götür, sən əminlərdənsən! 
Əla xulqin əzimin – “Yüksək əxlaqa malik olmaq”. 
İfadəni Nəsimi Quranın 68-ci surəsinin 4-cü ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: “Doğrudan da, sən yüksək  əxlaqa maliksən”. Quranın 
şərhçilərinin fikrincə, bu ayə ancaq Məhəmməd haqqında deyilmişdir və onun 
əxlaqı təriflənir. 
Nəsiminin fikrincə, Qurandakı bu ayədə bütün insanların gözəlliyi, onun nəcib 
xüsusiyyətləri təriflənir. 
Əl bərdü ədüvvüd-din – “Şaxta dinin düşmənidir”. 
Bu ifadəni Nəsimi ərəb xalq məsəllərindən götürmüşdür. Şair, dostdan ayrılıqda 
keçirdiyi günləri, qışın şaxtalı, gülsüz, çiçəksiz, tutqun havasına və dost görüşünü 
baharın güllü-çiçəkli, saf və səfalı havasına bənzədərək deyir: 
Əgərçi firqətin qışdır ki, əl-bərdü ədüvvüd-din, 
Həqqə minnət ki, vəslindən gül açıldı, bahar oldu. 
Ə’ləstu birrəbbikum? Qalu bəla – “Mən sizi Yaradan deyiləmmi? Bəli, 
dedilər”. 
Nəsimi həmin ifadəni Quranın 7-ci surə 17-ci ayəsindən iqtibas etmişdir. 


______________________Milli Kitabxana_______________________ 
341 
 
Burada da dini-əfsanəvi bir hadisəyə  işarə olunur. Quranda bu əfsanəyə görə 
guya hələ insanların maddi bədənləri olmadan ruhları mövcud imiş  və bu ruhları 
Allah bir yerə toplayaraq demişdir: “Sizin Tanrınız mən deyiləmmi?” 
Həmin  əfsanəyə görə orada ariflərin ruhu bu suala “bəli” deyə müsbət cavab 
vermişdilər. Ona görə  də  həmin yığıncağa birinci məclis – bəzmi-əzəl deyilir və 
guya bu məclisdə “bəli” deyən ariflərə ilahi məhəbbət badəsi içirdilmişdir. 
Onlar maddi aləmə  gəldikdə  də  həmin badənin təsiri nəticəsində bütün 
varlıqları ilahi eşq ilə doludur. 
Ələyna cəm’ühü, latühərrik – “Onu toplamaq bizim öhdəmizdədir, sən 
yerindən də  tərpənmə”.  İfadəni Nəsimi Quranın 75-ci surəsinin, 14-cü ayəsindən 
iqtibas etmişdir. Orada deyilir: 
“Quranı oxumağa tələsərək dilini tərpətmə! Doğrudan da, onu toplamaq və 
oxumaq bizim öhdəmizədir. Biz Quranı oxuduq, sən də onu oxumaq üçün bizi izlə! 
Sonra isə onu izah etmək bizim öhdəmizədir”. Quranın  şərhçiləri yazır ki, guya 
ayələr göydən Məhəmmədə  Cəbrail adlı  mələk vasitəsilə  gətirilən zaman hələ 
Cəbrail ayələri ona oxuyub qurtarmamış  Məhəmməd yadından çıxmasın deyə o 
ayələri tez-tez oxumağa tələsərmiş. Ona görə də Məhəmmədə tapşırılır ki, tələsmə, 
onları sənin zehnində toplamaq, oxutmaq və izah etmək bizim öhdəmizədir”. 
Lakin Nəsimi bu ifadəyə tamamilə başqa məna verir. O deyir: Quranın bütün 
ayələri – bizim üzümüzdə, insanın üzündə toplanıb və şərh olunmuşdur, başqa yerə 
getmə, günəşi izah etməyə ehtiyac yoxdur. 
Əlləməl-əsmaə – “Bütün adları öyrətmək”. 
İfadəni Nəsimi Quranın 2-ci surəsinin 31-ci ayəsindən iqtibas etmişdir. 
Orada deyilir: 
“Allah bütün adları öyrətdikdən sonra, həmin adları mələklərə göstərib dedi ki, 
bu adlardan mənə  məlumat verin! Mələklər dedilər ki, ilahi, biz sənin öyrətdiyin 
şeylərdən başqasını bilmirik. Halbuki sən alimsən. Sonra Allah Adəmə dedi ki
adlar haqqında məlumat versin. Adəm isə düzgün məlumat verdikdə Allah 
mələklərə dedi: “Sizə dedimmi ki, mən yerin və göylərin sirrini bilirəm?”. 
Nəsimi isə bir hürufi kimi həmin ayənin, eləcə də Qurandakı 20-ci 
(“Taha”), 24-cü (“Nur”) və 44-cü (“Düxan”) surəsinin insan üzündə yazılmış 
olduğunu aşağıdakı beytdə irəli sürüb deyir: 
Surətindən zahir oldu mə’nayi zati-əhəd, 
Əlləməl-əsma” vü Taha’dır üzün Nurü Düxan”. 
Ələm-nəşrəh – “Biz genişləndirmədikmi?” 
İfadə Quranın 94-cü surəsinin adıdır. 


______________________Milli Kitabxana_______________________ 
342 
 
Ə’ma – “Kor”. Bu ifadəni Nəsimi Quranın 17-ci surəsinin 66-cı ayəsindən 
iqtibas etmişdir. 
Ənfüs – “Ruhlar”, ayat “əlamətlər”, afaq “üfüqlər”. 
İfadələri Nəsimi Quranın 41-ci surəsinin axırıncı ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: 
“Biz öz əlamətlərimizi dünyanın hər yerində  və insanların özlərində 
göstərəcəyik, ta ki, onun haqq (Allah) olması sübuta yetə”. 
Bu ayənin axırında yazılan  ənnəhül-həqq – “doğrudan da o, haqdır” 
ifadəsindəki “hu” (o) – üçüncü şəxs əvəzliyidir. Hürufilər ilə ruhanilər arasındakı 
fikir ayrılığı da buradan doğur. Ruhanilər həmin  əvəzliyin Allaha aid olmasını 
iddia edərək deyirlər ki, o, yəni Allah haqdır və göstərdiyi əlamət isə kainatın və 
insanların nizam üzrə yaranmasıdır. Nəsimi isə deyir: Quran Allah kəlamıdırsa və 
bu cümləni Allah özü söyləmişdirsə, məntiqi qayda-qanuna görə “o, haqdır” deyil, 
yəni insan Allahdır deyilmişdir. 
Ənharü xəmrin ləzzətən, liş-şaribin. Ifadə Quranın 47-ci surəsinin 16-cı 
ayəsindən iqtibas olunmuşdur. Orada deyilir: 
“Möminlərə  vəd olunan behiştdə heç vaxt bulanmayan su, heç vaxt tamını 
dəyişməyən süd və içənlərə  ləzzət verən  şərab arxları vardır”. Nəsimi,  şərab 
arxlarının təbii gözəlin dodaqlarından ibarət olduğu fikrini irəli sürərək ruhanilərin 
vədlərinin boş olduğunu, nə behiştdə, nə göylərdə  təbii insane gözəli kimi bir 
gözəlin ola biləcəyini inkar edərək yazır: 
Ey ləbin ənharü xəmrin ləzzətən liş-şaribin, 
Cənnət içrə yoxdur üzün kimi fərxəndə hur. 
Yəni, ey insan, Quranda vəd olunan ləzzətli şərab arxları sənin dodağındır. 
Cənnətdə və göydə sən gözəllikdə huri yoxdur. 
Ərrəhmanu əlal ərş istəva – “Allah taxtın üzərində yerləşmişdir”. 
Nəsimi Quranın 20-ci surəsinin 3-cü ayəsindən istifadə edir. 
Ərfi  ə’rif – “Ə’rəf  ətri, qoxusu”, “Məcməül-bəhreyn”in müəllifi Fəxrəddinin 
yazdığına görə “Ə’raf” sözünün bir mənası dini əqidələrə görə behiştlə cəhənnəm 
arasında bir yer adıdır. İkinci mənası isə ən yaxşı, xeyirxah adamlara deyilir. 
Nəsimi də  “Ə’raf” sözünün ikinci mənasını  nəzərə alaraq adını yalandan sufi 
qoyanlara müraciət edib deyir: 
Əhli-ürfanın yeri mə’nidə çün Ə’raf imiş, 
Çün sən ariflərdən oldun ərfi-ə’rafın qanı? 
– Yəni ürfan əhli olanların mövqeləri, gördüyü işlər xeyirxahlıqdır.  Əgər 
doğrudan arif isən, bəs nəyə görə səndən xeyirxahlıq qoxusu gəlmir? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə