Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

______________________Milli Kitabxana_______________________ 
330 
 
Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil, 
Kim bu dəm qədrini bilməz eylə bil adəm degil. 
 
Qafil olma dəm uzat vermə dəmi özgə dəmə, 
Ol keçən dəmdən nə hasil, çün bizə həmdəm degil. 
 
Adəm isən dəm bu dəmdir qoyma bu dəm fövt ola, 
Hasili-ömri-cavani bil ki, cüz bir dəm degil. 
 
Bu dəm ol dəmdir, Məhəmməd seyri-me’rac eylədi, 
Gəl qənimət gör bu dəmni kim, bu dəm ol dəm degil. 
 
Yar ilən həmdəm olanlar heç dəm urmaz özgəyə
Talibi-yar olmayanlar dünyaya məhrəm degil. 
 
Dünyaya arxa dutursan malü mülkü dövlətə, 
Bibəqa, bünyadı yoxdur, ol qədər möhkəm degil. 
 
Zahidü rə’na yügüşdür Şibliyi-zünnun imiş, 
Adı İbrahim çoxdur, nedəyim Ədhəm degil. 
 
Dəm keçərmi kim, Nəsimi, ol fəraqü dərd ilə 
Nalişin əflaka çıxmaz, göz yaşı Zəmzəm degil. 


______________________Milli Kitabxana_______________________ 
331 
 
Ey rüxün, rəngi-üzarın çün bəqəm qatında nil, 
Ol camalın vəsfidir fikrim, zəhi fikri-cəmil. 
 
Canımı vəqf eylədim şol arizin uçmağına, 
Ta mənim qanım sana çün səlsəbil oldu səbil. 
 
Arizin nurunda görmüşdür müənbər xalını, 
Şol səbəbdən bitəkəllüf nara düşmüşdür Xəlil. 
 
Şəm’i-rüxsarın mənim də’vimə tanıqdır bu gün, 
Hacəti höccət deyil, hər qanda rövşəndir dəlil. 
 
Ol kitabın kim, bu əql anın rümuzun bilmədi, 
Qəmzeyi-qəmmazın öyrətdi mana biqalü qil. 
 
Çün bərabərdir müdam zülfü üzarın şivəsi, 
Bəs neçün cövrün kəsir oldu vü ehsanın qəlil? 
 
Seyyidin şe’ri sənin vəsfində mö’cüzdür tamam, 
Bilmənəm ruhülqüdüs tə’lim edər, ya Cəbrəil. 


______________________Milli Kitabxana_______________________ 
332 
 
Bir əcaib söhbət oldu guşeyi-cənnətdə duş
Qazi oldu cür’əgirü seyyid oldu cür’ənuş. 
 
Duş ta vəxti-səhər içdik mey əz cami-səfa, 
Göydəki cümlə məlaiklər çağırdı nuş, nuş! 
 
Həm şəriət, həm təriqət, həm həqiqət, mə’rifət 
Verdilər fitva bizə dər-mə’niyi-həlqəbəguş. 
 
Arifin sormaz hesabın ol kərimi-ləmyəzəl, 
Bu cəhətdən münfəildir, sufiyi-pəşminəpuş. 
 
Bu Nəsiminin irişməz kimsə qövlü fe’linə, 
Gah şeyxü abid olur, gahi piri-meyfüruş. 


______________________Milli Kitabxana_______________________ 
333 
 
Ey dedigin cümlə yalan, qövlü qərarın yox imiş, 
Çin xəbərin söyləmə kim, mişki-tatarın yox imiş. 
 
Heç gündüz olmaz gecəsiz, heç fərəh olmaz nəş’əsiz, 
Sən nə qış oldun ki, sənin tazə baharın yox imiş. 
 
Ey könül, onun evi sən, səndə zühur eylədi həq, 
Bəhri-mühit oldu adın, həddü kənarın yox imiş. 
 
Səndə ara, istə səni, ta bulasan səndə səni, 
Sən sana yar ol bul anı, sanma ki, yarın yox imiş. 
 
Ey diləyin küllisi yar, istədiyin cümlə nigar, 
Aşiq isən gər nə üçin əldə nigarın yox imiş? 
 
Ey büti-maçinə tapan, Azər idin Nəmrud ilən, 
Eşqə Xəliləm demə çün, gül kimi narın yox imiş. 
 
Yüzü gözündür suyumuz, mai-məindir meyimiz, 
Sən nə bilirsən bu meyi, çünki xumarın yox imiş. 
 
Zahidü sufidir adın, gör nə acı oldu dadın, 
Ey ulu ad istəməyən, qeyrətü arın yox imiş. 
 
Buldu Nəsimi səni çün, necə ənəlhəq deməsin, 
Ey bu sözə münkir olan, dövlətü darın yox imiş. 


______________________Milli Kitabxana_______________________ 
334 
 
Zülfü qaşından bəyani-sirri-pünhan oldu faş, 
Həq-təalanın kəlamı vəchi-insan oldu faş. 
 
Ey fəqihi-bitəharət, sor bu gün mai təhur, 
Gəl təharət qıl bu gün, kim Fəzli-yəzdan oldu faş. 
 
Rəhmətən lilaləminsən oldu vəchin layəmut, 
Ey bilən bu vəchi həq, islamü iman oldu faş. 
 
Gər başın top istər isən gəl bu gün meydana gir, 
Zülfü xalından anın gör topü çövkan oldu faş. 
 
Kə’bədir çün vəchi-xuban, beyti-həqdir Kə’bə gör, 
Küntə kənzən oldu əyan sirri canan oldu faş. 
 
Müshəfi-həqdir imamı – cümlə əşya sərbəsər
Gör imam oldu əyanü fəzli-sübhan oldu faş. 
 
Qamu əşya suri-Israfildən uş natiq gərək, 
Ey yəqin əhli, bu gün nitqi-Süleyman oldu faş. 
 
Çün Nəsimidir bu gün Qur’ani-natiq Fəzl ilə 
Sirri-yəzdan, nuri-sübhan, qövli-Qur’an oldu faş. 


______________________Milli Kitabxana_______________________ 
335 
 
Mənəm ol tilismi-pünhan ki, bu gün cahana gəldim, 
Əzəli nişansız idim, əbədi nişana gəldim. 
 
Bu tilismi çünki açdım zülümata nur saçdım, 
Bu neçə məkanı keçdim ki, bu cismü cana gəldim. 
 
Oxudum bu ismi-ə’zəm ki, vücuda gəldi aləm; 
Qoyun adımı siz adəm ki, bu gün cahana gəldim. 
 
Görünən mənim üzümdür, gözədən mənim gözümdür
Dil edən mənim sözümdür, mənəm uş lisana gəldim. 
 
Qamu yerlərə bulundum, qamu sözlərə bilindim, 
Qamu pərdədə çalındım, bu ulu bəyana gəldim. 
 
Nə kişidürür Şirazi ki, bəyan edə bu razı, 
Düzübən bu sözü sazı, mənəm uş zəbana gəldim. 
 
Dedi seyyidi-Nəsimi, nə zəri sevər nə simi, 
Əbədi sevdim Nəimi, hurilə cinana gəldim. 


______________________Milli Kitabxana_______________________ 
336 
 
İZAHLAR 
 
Abaum və ümmühatün – “Atalar, Analar”. Şərqdə ədəbi və fəlsəfi əsərlərdə 
aba (atalar) dedikdə yeddi səyyarə: Günəş, Ay, Merkuri, Mars, Venera, Saturn və 
Yupiter nəzərdə tutulur. Bu səyyarələrə ərəbcə gah “abasəb’ə” (yeddi ata), gah da 
“aba’i-ülvi” (yüksəkdə, göylərdə olan atalar) dedikləri kimi, “ümmühat” – (analar) 
ifadəsi ilə  də dörd ünsürü – od, su, hava, torpağı  nəzərdə tuturdular. Bunlara 
“ümmühatü-ərbəə” – (dörd ana), bəzən də “ümmühati-süfli” (alçaqda, yer 
kürəsində olan analar) adı vermişlər. 
Nəsimi də yuxarıda göstərilən  ərəb ifadələrindən həmin planetləri və dörd 
ünsürü nəzərə alaraq insanı onların nəticəsi və məhsulu hesab edir və deyir: 
“Ey insan, şübhə yoxdur ki, yeddi planetin və dörd ünsürün nəticəsi sənsən. 
Kainatın yaradılmasında məqsəd sən olmusan”. 
Abidi-əsnamü lat – “Bütlərə ibadət edən”. 
Adə kəl urcuni – “Qurumuş xurma ağacı budağına döndü”. 
Nəsimi bu ifadəni Quranın 36-cı surəsinin 39-cu ayəsindən götürmüşdür. 
Orada yazılır: “Ay üçün mənzillər (düşərgələr) təyin etdik; ta ki o, qurumuş 
xurma ağacı budağına çevrildi”. 
Məlum olduğu kimi, yaş  və cavan budaq ağacdan qopub yerə düşdükdən və 
gün qabağında qalıb quruduqdan sonra əyilib yay kimi olur, ay da ayın axırı  və 
yeni ayın əvvəllərində yay kimi görünür ki, bu zaman ona hilal deyilir. 
Doğrudan da, quruyub əyilmiş budağa bənzəyir. 
Nəsimi isə bu ifadənin insan qaşlarına (hilala bənzədiyinə görə) işarə 
olunduğunu tərənnüm edir. Həmçinin Nəsimi insanın qamətini  əfsanəvi tuba 
ağacına, üzünü cənnətə, gözlərini (parlaq olduğuna görə) Qurandakı  “Ənnəcm” 
(ulduz) surəsinə, sinəsini isə “Vəttur” (dağa and olsun) surəsinə oxşadaraq yazır: 
“Boyu tuba, üzü cənnət, adə kəlurcün qaşı, 
Gözləri vənnəcm, onun sinəsi vəttur idi”. 
Aləmi-kübra və suğra – “Böyük və kiçik aləm”. 
Orta  əsr fəlsəfəsində kainat bütövlükdə böyük aləm, insan isə kiçik aləm 
adlandırılır. 
Aləmi-zat və sifat – “Şəxsiyyət və xassələr aləmi” (Zat – şəxs,  şəxsiyyət 
deməkdir. Sifat isə sifət sözünün cəmidir). 
Nəsimi bu ifadəni aşağıdakı beytdə belə yazır: 
Aləmi-zatü sifatəm, mənbəi-mövtü həyat, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə