Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

______________________Milli Kitabxana_______________________ 
314 
 
İbtidadır, ibtidadır, ibtida, 
İbtidadan hasil oldu intəha. 
 
İbtida gəldi kəlami-layənam, 
Favü zadü lam həqdən, vəssalam. 
 
Nitqi-əşya natiqi-həqdir özü, 
Söyləyən kənduyə kəndudur sözü. 
 
Söz olubdur kəndu söz söylər əyan, 
Kəndu kəndu zatını eylər bəyan. 
 
Hər sifətdən xali etmiş kəndözün, 
Kəndu kəndu üzünə tutmuş üzün. 
 
Hər nəyə qılsan nəzər ol bigüman, 
Kəndu kəndözün verir sana nişan. 
 
Uş bu bərrü bəhr içində kəndidür
Yə’ni əsdaf oldu hər şey, kəndi dürr. 
 
Aləmü əşya anın hökmündədir, 
Oxu bilgil anı kim nitqindədir. 
 
Bu sifətlər intəhası kəndidür, 
Yə’ni bu şəhrin əsası kəndidür. 
 
Uşbu şəhr içində olmuşdur müqim, 
Yoludur anın siratəl-müstəqim. 
 
Bu səbilüllaha hər kim buldu yol, 
Anların hacətləri oldu qəbul. 


______________________Milli Kitabxana_______________________ 
315 
 
Bu sirat üzrə übur etmək gərək, 
Bu siratı tutuban getmək gərək. 
 
Bu sirat üzrə qədim imiş qədim
Girəməz bu şəhrə şeytanir-rəcim. 
 
Neyləsin, bilməz o şəhrin yolunu, 
Anlamaz ol əhli-cənnət dilini. 
 
Dili var sanır və leykin, dili yox, 
Bir məgəsdir zəhri vardır, balı yox. 
 
Acizü miskinü sərgərdan durar, 
Özü heyvan, surəti insan durar. 
 
Hər kimin kim, zərqi var, iqrarı yox, 
Bir ağacdır kim, dikilmiş, barı yox. 
 
Mö’münün könlün yıxar xənnas ilə, 
Yə’ni salusluq satar vəsvas ilə. 
 
Cümlənin sirrini ol xaliq bilir, 
Din yolunu aşiqi-sadiq bilir. 
 
Zahidi-zərraq olanlar xam olur
Aqibət salus olan bədnam olur. 
 
Kim ki, sənə daş atarsa, gül ona, 
Şad oluban sevinib gülgül ona. 
 
Fe’lü əf’alı qamu zərqü riya, 
Zərq ilə qul olmaq istər tanrıya. 
 
Zərq ilə qulam deyənlər qul deyil, 
Əhli-zərqin taəti məqbul deyil. 
 
Çünki zərqin ola ismü fe’li zərq, 
Aləmi bilqüvvədən algil səbəq. 


______________________Milli Kitabxana_______________________ 
316 
 
Qüvvəti-can ol, dilərsən qüvvətin, 
Vəslə vasil ol, yetirgil firqətin. 
 
Gər dilərsən kim, olasan mö’təbər, 
Kəndu mülkün sirlərindən al xəbər. 
 
Gəl vücudun şəhrinə etgil nəzər, 
Vaqif ol, özündən olma bixəbər. 
 
Ey kəlami-zati-biçundan nişan 
Bulayın deyən kişi, eşit bəyan: 
 
Gəl bu şəhr içində gör didarını, 
Gəl bu şəhr içində istə yarını. 
 
Cismə can ol, cismə can ol, cismə can, 
Necə uyarsan bəri gəl, bir oyan. 
 
Həqqi istərsən səgirdib dörd yana, 
Kimə gedərsən, sana gəl, sən sana. 
 
Sən sana gəl, sən, sana həq yar ola, 
İstədigin cümlə səndə var ola. 
 
Axirətdə mənzili darüssəlam, 
Bulayım dersən sana gəl, vəssəlam. 
 
Səndədir şol gənci-pünhan, səndə var, 
Qətrəsən ki, bəhri-ümman səndə var. 
 
Aç bu ibrət gözünü kim, görəsən, 
Kəndu şəhrin içrə yarın bulasan. 
 
Biləsən bu varlığın ərkanını, 
Biləsən canlar içində canını. 
 
Biləsən hər şeydəki var varını, 
Can gözilə görəsən didarını. 


______________________Milli Kitabxana_______________________ 
317 
 
Hər ki, kəndu zatının sultanına 
İrmədi, girməz bu şəhrin kanına. 
 
Kəndu mülkündən iraq avarədir, 
Qeyrəti yox, neyləsin biçarədir. 
 
Bilmədi çün kəndu kəndu zatını, 
Anın üçün oxumaz ayatını. 
 
Fəth edən bu şəhriyarın şəhrini, 
İşlədi, bildi gümansız dəhrini. 
 
Çün bu şəhrin yarına yar oldu ol, 
Hər nə məqsudisə andan buldu yol. 
 
Çünki yar oldu bu şəhrin yarına, 
Hökmün etdi mülkü malü varına. 
 
Bilmək istərsən bu şəhrin varını, 
Gəl eşit gör necə söylər yarını. 
 
Anla uşbu sirri kim, söylər sana, 
Yol bulasan kəndu kəndundan yana. 
 
Hər yaradılmışın əsli sən özün, 
Anlar isən rəmzini uşbu sözün… 
 
Əlləməl əsmai-küll budur tamam
Adəmə öyrətdi həq, bil, vəssalam. 
 
Ey bəradər, bil bu nitqin qayətin, 
Lamü bey görgil, yetərgil firqətin. 
 
Məqsədi-sidqim lisani-sadiqin 
Aşiqiyəm mə’şuqü hər aşiqin. 
 
Mənə irişən kişilər can olur, 
Küfrü qalmaz, kəndusu iman olur. 


______________________Milli Kitabxana_______________________ 
318 
 
Nuri-əşya çün mənəm eynül-yəqin, 
Mənə irən oldu əshabül-yəmin. 
 
Gənciyəm, gənc issinin mən gənciyəm
Dərdi bidərmanların birənciyəm. 
 
Sadiqülvə’di-mübindir sözlərim, 
Görünür əşya üzündə gözlərim. 
 
Eyniyəm, hər əhli-eynin eyniyəm, 
Münkirin könlü içində beyniyəm. 
 
Nitqü zatımdan əyan oldu cahan, 
Sözlərimdən kafü nundur laməkan. 
 
Şəhri-qan içində canlar canıyam, 
Kainatın təxtinin sultanıyam. 
 
Yeddi iqlimə məkanam laməkan, 
Olmuşam çün cümlə şeydə bigüman. 
 
Məzhərəm, yoxdur şərikim, laşərik, 
Vahidəm, mülkümdə yoxdur müştərik. 
 
Nuri-dəryayi-vücudi-mütləqəm, 
Gah məllahi-cahan gah zövrəqəm. 
 
Heyyü qəyyumü dəvamü dövlətəm, 
Aləmi-kəsrət içində vəhdətəm. 
 
Gər dilərsən kim, bulasan sən səni, 
Mənliyindən keçü tərk eylə məni. 
 
Mənliyindən keçməyən şeytan olur, 
Divi-mə’lundur, qaçan insan olur? 
 
Zöhdlə şeytan qaçan ola mələk, 
Əsli oddur, çün oda vasil gərək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə