Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

______________________Milli Kitabxana_______________________ 
349 
 
İblis adlı  mələk insana səcdə etmədiyinə görə adı  şeytan olaraq Allah 
dərgahından qovulmuşdur. Ona görə də Nəsimi yuxarıdakı rübaidə deyir: 
“Ey insan, sənin camalın Qurandakı qul hüvəllahu  əhəd (de ki, o, yeganə 
Allahdır) ifadəsi, üzün isə Allahüs-səməd (Allah biehtiyacdır) ifadəsidir. 
Əbədiyyət və əzəliyyət sənin saçının uclarıdır. Sənin gözəlliyin qarşısında baş 
əyməyən ancaq şeytan olmuşdur”. 
Qul hüvər-rəhman – “De ki, o, Allahdır”. 
Bu ifadəni Nəsimi Quranın 67-ci surəsinin 28-ci ayəsindən iqtibas etmişdir. 
Orada deyilir: 
“De ki, o, mehriban Allahdır, biz ona inanır və arxalanırıq. Siz biləcəksiniz ki, 
yolunu kim azmışdır”. 
İnsan üzünə  ərəbcə  vəch deyilir. Bu sözün tərkibində olan üç ərəb hərfinin 
əbcəd hesabı ilə miqdarı (V=6)+(C=3)+(H=5)=14-dür. 
Qul hüvər-rəhman ifadəsinin də tərkibində ərəbcə 11 hərf və 3 nöqtə vardır ki, 
11+3= cəmi edir 14. 
“Vəch” sözündəki hərflərin miqdarı “qul hüvər-rəhman” ifadəsi tərkibində olan 
hərf və nöqtələr ilə bərabər olduğu üçün Nəsimi həmin ifadəni insanın üzünə şamil 
edərək yazır: 
Üzündür qul hüvər-rəhman saçındır əlləməl-Qur’an, 
Əcəb, şol canların canı nə kanın göhərindəndir. 
Əlləməl-Qur’an ifadəsində də (ə.l.l.m.ə.l.q.u.r.a.n.) on bir hərf və 3 nöqtə vardır 
ki, (11+3) onun cəmi 14 olur. “Zülf” sözü isə  səyyarat hesabı ilə, yəni hərflərin 
əbcədi-kəbir hesabı ilə 12 olur. Ərəb hərfləri ilə yazılan “zülf” sözündə iki nöqtə 
vardır ki, bu da 14 olur. Ona görə  də yuxarıdakı beytdə  Nəsimi insan saçını 
əlləməl-Quran ifadəsi hesab etmişdir. 
Qul, təbarək ya müsəvvir leysə fiha min fütur – “De ki, uğurlu ol, ey rəssam, 
onda heç bir nöqsan yoxdur”. 
La, ila, illa – lailahə illa əllah – “Allahdan başqa mə’bud yoxdur”. 
Leysə kəmislihi – “Ona bənzər şey yoxdur”. 
Nəsimi bu ifadəni Quranın 42-ci surəsinin 9-cu ayəsindən iqtibas etmişdir. 
Nəsiminin fikrincə, Quranda Allah haqqında söylənmiş bu ayə gözəlin qaşları, 
ağzı və çənəsi haqqında deyilmişdir. 
Lövhün məhfuzun – “Qorunub saxlanılan lövhə”. 
Dini  əfsanələrə görə guya göydə elə bir lövhə vardır ki, dünyanın  əvvəlindən 
axırına kimi bütün baş verəcək hadisələr orada yazılmış  və bu yazıları 
gözəgörünməz Allahdan başqa bilən yoxdur. Lakin Nəsimi adı  çəkilən lövhənin 
insandan ibarət olmasını irəli sürür. 


______________________Milli Kitabxana_______________________ 
350 
 
Lovlakə, ləma xələqtul əflakə – “Sən olmasaydın göyləri yaratmazdım”. 
Ma yəsturun – “Davat və qələmin yazdığı şeylər”. Dini əfsanələrə görə guya, 
ilk davat və  qələm ilə Allah Quranı  və ya dünyada baş verəcək bütün hadisələri 
yazmışdır. Ona görə də həmin davat, qələm və onların yazdıqları müqəddəs hesab 
edilir ki, Quranda onlara and içilmişdir. (And olsun nuna, qələmə  və onların 
yazdıqlarına). 
Min əhlis-süruri – “Sevinc əhlindən” olmaq. Nəsimi deyir: 
On səkiz min aləmin ayinəsidir surətin, 
Kim ki, ol mir’atı buldu, oldu min əhlis-sürur. 
Bütün kainatın insan vücudunda göründüyünə inanan hürufilər onun surətini 
güzgüyə bənzədirdilər və deyirdilər ki, bu həqiqəti ancaq onlar dərk edə bilmişlər. 
Ona görə də Nəsimi yuxarıdakı beytdə deyir: “Ey insan, sənin surətin 18 min 
aləmin güzgüsüdür. Hər bir cisim güzgüdə göründüyü kimi, səndə də görünür. Bu 
güzgünü bilənlər sevinc əhli oldular”. 
Min həbibin indəhu elmül-kitabi – “Quranı (elmini) mənimsəmiş dostdan”. 
Möhtəcibun nuruhu təhtəzzülami – “Onun işığı zülmət pərdəsi altında 
gizlənibdir”. 
Mö’minin mir’atu mö’mini – Möminlər möminin güzgüsüdür. 
Münəzzəh – Burada maddi cisimdən azad mənasındadır. 
Münkirin eyni ə’madır – “Münkiri inkar edənin gözü kordur”. 
Rəbbəna, ətmim ləna nurəna yuqalu filcina – Behiştdə deyilir: “ilahi, bizim 
nurumuzu təkmilləşdir”. Nəsimi bu ifadəni Quranın 67-ci surəsinin 8-ci ayəsindən 
iqtibas etmişdir. 
Rəbbi ənzilni – “Ilahi, məni endir (harasa)”. 
Rəbbi ərini – “Ilahi, mənim gözümə görün”. Bu ifadəni Nəsimi Quranın 
7-ci surəsinin 133-cü ayəsindən iqtibas etmişdir. Orada yazılır: 
Musa peyğəmbər dedi: “Ilahi, özünü mənə göstər. Ta ki, mən sənə baxım”. 
Allah ona dedi ki, məni görə bilməzsən. Qarşıdakı dağa bax. Əgər dağ mənim 
görüşümə taqət gətirsə, sən də məni görə bilərsən. Allah dağa təcəlli etdikdə dağ 
parça-parça olur və Musa da taqət gətirməyib, huşunu itirmiş halda yıxıldı. Musa 
ayıldıqdan sonra tövbə edib dedi: “Ilahi, sən gözə görünməzsən, mən birinci 
möminlərdənəm”. 
Bu əfsanəyə əsasən Nəsimi deyir: 
Rəbbi-ərininin cavabı ləntərani çün gəlir, 


______________________Milli Kitabxana_______________________ 
351 
 
Səndə gör didarın anın, özgə didar istəmə. 
Yəni “ilahi, mənim gözümə görün!” deyən adamlara “məni görə bilməzsən!” 
cavabı gələr. “Allah, mənə görün” deməyə ehtiyac da yoxdur. O sən özünsən, onu 
özündə gör, başqa yerlərdə axtarma. 
Rəəytü-rəbbi – Tanrımı gördüm. Dini əfsanələrə görə, Məhəmməd göylərə 
səfər etmiş və səfərdən qayıtdıqdan sonra demişdir ki, mən Allahı gözəl bir gənc 
oğlan simasında gördüm. 
Nəsimi öz müəllimi Fəzlullah haqqında söylədiyi şerində deyir: 
Həm rəəytü-rəbbi dedi leylətül-me’racdə, 
Sənsən, ol fisurətin-əhsən ki, verdi həq liqa. 
Yəni, ey Fəzl, Məhəmməd merac gecəsi tanrını gözəl bir gənc surətində 
görməsini demişdir. Allahın təcəssüm etdiyi o gənc surət sən idin! 
Lakin başqa beytlərində  şair göstərir ki, Allah təkcə  Fəzlullahın deyil, bütün 
gənclərin surətində təcəlli etmişdir. Məs: 
Gər həqi görmək dilərsən biğələt 
Bəllidir “fisurətin şabbin təqət. 
Yəni Allahı şübhəsiz görmək istəsən, o ancaq gənclərin simasında aydındır. 
Rəhmətün lil aləmin seyyidi kövneyni – “Hər iki dünyanın canıyananı, 
mərhəmətlisi və hər iki dünyanın ağası”. 
Rəqq – Qədimlərdə kağız yerinə istifadə olunan dəri növü. 
Rəqqi-mənşur – “Yazılı  dəftər”. Ifadə Quranın 52-ci surəsinin 2-ci 
ayəsindəndir. Dini əfsanələrə görə güya dəridən hazırlanmış  dəftərə dünyanın 
əvvəlindən axırına qədər baş verəcək bütün hadisələr yazılmışdır. 
Rətbü-yabis – “Yaş və quru”. Ifadə Quranın 6-cı surəsinin 69-cu ayəsindəndir. 
Orada yazılır: 
Yaşdan quruya nə varsa Quranda vardır. 
Rümuzu minlədün – “Lədünni” elminin sirləri. 
“Minlədün” və ya “lədünni” elmi, dini əfsanələrə görə o elmlərə deyilir ki, onu 
Allahdan başqa bilən olmamış  və olmayacaqdır. Buna bəzən sirriməknun da 
deyilir. 
Səb’ül-məsani – “Iki dəfə təkrar yeddi”. Dini rəvayətlərdə “təkrar olan yeddi” 
dedikdə Quranın birinci surəsi nəzərdə tutulur. Çünki bu surə yeddi cümlədən 
(ayədən) ibarətdir. Guya bu surə birinci dəfə  Məkkə, ikinci dəfə isə  Mədinə 
şəhərində Məhəmmədə nazil olmuşdur. Cümlələrin sayına görə yeddi (səb’) və iki 
dəfə nazil olduğuna görə də təkrar olan (məsani) deyilir. 
Lakin Nəsimi “səb’ül-məsani” – iki dəfə yeddi dedikdə, insanın ana bətnin- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə