Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   58   59   60   61   62   63   64   65   66

______________________Milli Kitabxana_______________________ 
352 
 
dən gətirdiyi yeddi cərgə (kirpiklər, qaşlar, saç) tükü və həmin tüklərin göyərmiş 
olduğu yeddi yeri nəzərdə tutaraq insan üzünə Qurandakı “səb’ülməsani” surəsi 
deyir. 
Sə’di-əkbər – Böyük səadət, xoşbəxtlik. 
Səqahum rəbbihüm – “Tanrıları onlara içirtmişdir”. 
İfadəni Nəsimi Quranın 76-cı surəsinin 20-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılıbdır ki, tanrıları onlara pak (təmiz) şərab içirtmişdir. 
Ey səqahüm rəbbihüm xəmrindən ikrah eyləyən, 
Taib ol qəflət meyindən, sındır ol peymanəyi. 
Yəni, ey Quranda halal sayılan  şərabdan (saf eşqdən) acığı  gələn vaiz və 
tahidlər, siz qəflət badəsi içmişsiniz, tövbə edərək o badəni sındırın, ilahi eşqi, saf 
məhəbbəti inkar etməyin! 
Səqarə xalidinə fiha – “Əbədi olaraq cəhənnəmdə”. 
Bu ifadəni Nəsimi Quranın 72-ci surəsinin 23-cü ayəsindən iqtibas etmişdir. 
Səqfi mərfu’un əsası – “Yüksəldilən tavanın bünövrəsi, (burada) göyün 
əsası”. 
Səllu əla cəmalihi – Onun camalına salavat çevirin. 
Sibğətullahi və  mən  əhsənü – “Allahın boyası (rəngi), burada din 
mənasındadır və kimin boyası yaxşıdır”. 
Nəsimi bu ifadəni Quranın 2-ci surəsinin 37-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: 
“Bu, Allah boyasıdır. Kimin boyası Allahınkından yaxşı olacaqdır. Biz isə ona 
ibadət edirik”. 
Quranın  şərhçiləri “boya” mənasında olan “sibğə” sözünü məcazi mənada 
işlətmiş, həmin sözün “din” mənasında olduğunu irəli sürərək ayəni belə  şərh 
edirlər: “Bu, Allahın dinidir, onun dinindən yaxşısı ola bilməz, biz ona ibadət 
edirik”. 
Lakin Nəsiminin fikrincə Qurandakı  həmin ayə insanın üzünə  və gözlərinə 
işarədir. 
Sidreyi-ə’la – “Ən yüksək sidrə ağacı”. 
İfadə Quranın 53-cü surəsininı 13-cü ayəsindən iqtibas olunmuşdur. Dini 
əfsanələrə görə guya bu ağac göydədir və çox böyük ağacdır. Ancaq Quranda bu 
ifadə “Sidrətül-müntəha” kimi yazılmış, guya Məhəmməd maraca gedən zaman 
Allahı ikinci dəfə həmin ağacın yanında görmüşdür. 
Nəsiminin fikrincə, Quranda göstərilən sidrə  ağacı göylərdə deyil, insane 
üzündən ibarətdir. O deyir: 


______________________Milli Kitabxana_______________________ 
353 
 
“Yazdı alnunda xuda “inna-fətəhna” surəsin, 
Qaf vəl-Quran üzündür, sidreyi-ə’la imiş”. 
Bu beytdəki “Inna-fətəhna”, “Qaf vəl-Quran” ifadələrinin hər biri Quranda bir 
surə adıdır. 
Sübhan-əlləzi əsra biəbdihi – “Öz bəndəsini gəzdirən adam müqəddəsdir”. 
İfadə Quranın 17-ci surəsinin başlanğıcından iqtibas olunmuşdur. 
Orada yazılır: 
“Bir gecənin  ərzində öz bəndəsini Kəbədən Beytülmüqəddəsə kimi gəzdirən 
adam müqəddəsdir”. 
Quranın bütün şərhçiləri bu ayəni Məhəmmədin meracına işarə olduğunu və 
həmin hadisədən xəbər verdiyini iddia edirlər. Nəsimi isə yuxarıdakı ayənin insan 
zülfündən ibarət olduğunu göstərir. 
Yuxarıdakı ayədə 17 ərəb hərfi (s, b, h, a, n, l, z, ı, i, a, r, a, b, ə, b, d, h) var. 
Ərəbcə zülfi (“cə’d”) sözündə olan 3 ərəb hərflərinin də əbcədi-səğir (kiçik əbcəd) 
hesabı ilə (c=3)+(ayn=10)+(d=4)=17 cəmi 17-dir. Elə buna görə də Nəsimi insan 
saçını Qurandakı sübhanəlləzi əsra biəbdihi ayəsi hesab edir. Fuad Köprülüzadənin 
yazdığına görə, hürufilər ərəb hərflərini insane üzündə görünməsinə merac deyir, 
bu hərfləri görə bilmək isə meraca getməkdir. 
Hürufilərin fikrincə, meracda məqsəd vəchi-insandakı  xətləri görməkdən 
ibarətdir. Ona görə  də  Nəsimi yuxarıdakı beytdə deyir: Quranda meracı andıran 
ayə insan yanaqları üzərindəki zülfdür ki, orada müsəlsəl xətt ilə yazılmışdır. 
Sümmə ənşə’nahu xəlqən axərin – “Sonra isə onu bir ayrı xalq yaratdıq”. 
Bu ifadə Quranın bir neçə surəsində, o cümlədən 21-ci surəsinin 11-ci ayəsində 
yazılmışdır. Orada “xəlqən” sözü əvəzinə “qövmən” işlədilmişdirsə də, hər iki söz 
xalq mənasındadır. Orada göstərilir ki, “bir çox şəhərlər və  kəndlərin  əhalisi 
zülmkar olduqlarına görə onları məhv edərək yerlərində başqa xalq yaratdıq”. 
Nəsimi bu ifadəni Fəzlullah Nəimi ilə mübahisə etdiyi bir gecənin təsvirində 
“dün gecə bir dilbər ilə eyşimiz məmur idi” mətləli şeirində işlətmiş və Qurandakı 
bu ayənin də Fəzlin üzündə yazılmış olduğunu belə tərənnüm edir. 
Hürufilərin fikrincə hər bir peyğəmbər dünyaya gəlməklə köhnə dünya aradan 
gedir, yeni bir aləm başlanır və bu dövrün insanları da ruhən başqa, yeni 
insanlardır. Hürufilərə görə həmin peyğəmbərin gəlməsi ilə qiyamət olur, yeni dövr 
başlanır. Onların fikrincə, indiyə  qədər Ibrahim, Musa, Isa, Məhəmməd 
peyğəmbərlər dünyaya gəlmişdir. Onların hər birinin gəlişi ilə qiyamət olmuşdur. 
Bu gəliş onlardan əvvəlki dövrün sonu və yeni dövrün 


______________________Milli Kitabxana_______________________ 
354 
 
başlanğıcı idi. Ona görə  də onların hər biri öz dövrünün adamlarının  şüuruna 
uyğun yeni kitab və yeni din gətirirdi. Fəzlullahın gəlməsi ilə yenə qiyamət oldu
köhnə dövr qurtarıb, yeni dövr başlandı. Fəzlullahın yazdığı “Cavidannamə” bü 
dövrün Quranıdır. 
Nəsimi bu beytində  həmin Quran ayəsinin Fəzlullahın üzündə yazıldığını 
söyləyir, onu xubların (peyğəmbərlərin) şahı (ən mükəmməli) adlandırır. 
Tis’ə ayat – Doqquz möcüzə. Bu ifadəni Nəsimi Quranın 17-ci surəsinin 103-
cü ayəsindən iqtibas etmişdir. Orada deyilir: 
Həqiqətən biz Musaya doqquz aşkar möcüzə verdik. Bəni-İsrail tayfasından 
soruş, Musa onların yanına gəldikdə Firon ona dedi ki, ey Musa, zənnimcə  sənə 
sehr və cadu etmişlər. Quranın şərhçilərinin yazdığına görə Musaya verilən doqquz 
möcüzə bunlar idi: 
1. Musanın əlindəki əsa, istədiyi zaman əjdahaya çevrilə bilərmiş. 
2. Yədi-beyza – “Işıqlı  əl”, Musa əlini qoltuğu altına salıb çıxartdıqda göz 
qamaşdıran nur saçırmış. 
3. Nil çayı. Bu çay da Musanın  əmrinə müti imiş. Ax desə axar, dayan desə 
dayanarmış 
4. Külək – guya Musanın əmri ilə tufan qoparmış. 
5. Uçan çəyirtkələr. Guya bunlar da Musanın əmri ilə o istədiyi yerə hücuma 
keçər, oranın bitkisini məhv edərmiş. 
6. Piyada çəyirtkələr. 
7. Aclıq. Guya Musa istədiyi vaxt istədiyi adamları aclığa düçar edə bilərmiş. 
8. Qurbağalar. 
9. Qan. 
Nəsimi bir beytində deyir: 
Tis’ə ayət, atəşü Musavü lövhün sirrini, 
Istər isən, gəl təvaf et məscidi-əqsamızı. 
Nəsimi bu beytdə yuxarıdakı 9 möcüzə, Musanın odu və lövhün sirrinin adını 
çəkərək deyir: bunları bilmək istəyirsənsə, gəl bizim xanəgahımızı ziyarət et. 
Turi-sina – “Sina dağı”, ərəblər “Zübeyr dağı” da deyirlər. Dini əfsanələrə görə 
Musa peyğəmbər bu dağın üzərində Allah ilə danışırmış. Ona görə  də dini 
ədəbiyyatda bu peyğəmbərin adına “Kəlim” və yaxud “Kəlimüllah” deyilir. 
Nəsimi Qurandakı “Turi-Sina” ifadəsinin insan yanağından ibarət odluğunu 
aşağıdakı beytdə söyləyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə