Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

______________________Milli Kitabxana_______________________ 
346 
 
İnşəqqəl-qəməru – “Ay parçalandı”. Bu ifadə Quranın 54-cü surəsinin lap 
başlanğıcında yazılıb: 
– “Qiyamət yaxınlaşdı və ay iki yerə parçalandı”. 
İstiva xətti – “Ekvator (göy sferasını iki bərabər hissəyə bölən xəyali dairə)”. 
Bütün hürufilər, o cümlədən də  Nəsimi insan bədəninin boğazından aşağısını 
yer kürəsi və boğazdan yuxarını göy aləmi hesab edirdilər. İstiva xətti (ekvator) isə 
insanın çənəsindən başlayaraq dodaqları, burun deşiklərini, iki göz və iki qaşın 
arasından keçən və onları iki yerə ayıran xəttə deyilir. 
İyyəkə nə’budu, min cəmalikə nəstə iynu – “Ancaq sənə pərəstiş edirik, sənin 
gözəlliyinə sığınırıq, kömək istəyirik”. Ifadəni Nəsimi Quranın 1-ci surəsinin 4-cü 
ayəsindən iqtibas etmişdir. 
Kəsrənin məcruri – Yiyəlik hal şəkilçisi ilə hallanan isim. 
Kitabun münzəlun – “Göydən endirilən kitab, Quran”. 
Köhli-bəsirət – “Görücülük” sürməsi. 
Küfrü-əzim – “Böyük dinsizlik”. 
Küfr və şirk – Hər iki söz “kafir” mənasındadır. 
Külli  şey’in halikün la reybə illa vəchühü – “Onun vəchindən başqa hər  şey, 
şübhəsiz ki, ölüb gedəndir”. 
Kün-fəkanə – “Ol, oldu”. 
Nəsimi: 
Çün əzəldən ta əbəd baqi mənəm, 
Kün-fəkanın xəlqi xəllaqı mənəm. 
Beytdə özünü həm “Kün-fəkan” ifadəsini yaradan, həm də o ifadə vasitəsilə 
yaranan hesab edərək deyir: “Çün əzəli və əbədi olaraq mən varam, ona görə də 
mən həm kainatın yaradıcısı, həm də yaranmışıyam”. 
Nəsimi bu ifadəni dünya mənasında da işlətmişdir. 
Ey verən yarın vüsalın kün-fəkanın varına, 
Gör ki, bey’ində necə külli-xəsarətdir bu gün. 
Bu beytdəki “kün-fəkan” ifadəsi dünya və “bey’in” sözü isə alver, ticarət 
mənasındadır. 
Küntü kənzə – “Mən bir xəzinə idim”. 
Bu ifadəni Nəsimi Hədisi-Qüdsidəki cümlədən iqtibas etmişdir. Orada yazılıb: 
“Mən bir gizli xəzinə idim. Özümün tanınmağımı istədim və xalqı ona görə 
yaratdım ki, mən tanınam”.  İslam ilahiyyatçıları ancaq Allahın gizli xəzinə 
olduğunu iddia edir. Nəsimi isə bütün insan ruhunun dünya yaranmazdan əvvəl 
“gizli xəzinə” olduğu fikrindədir. 


______________________Milli Kitabxana_______________________ 
347 
 
Küntü qədimən – “Mən əzəli idim, qədim idim”. 
Qabü qövseyni – “İki qövs (kaman) məsafəsi”. 
Nəsimi yazır: 
Qabə qövseynin rümuzun sanma kim, fəhm eyləyə, 
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını. 
Bu ifadəni Nəsimi Quranın “Ənnəcm” (ulduz) surəsinin 9-cu ayəsindən iqtibas 
etmişdir. Orada Məhəmmədin göylərə  səyahəti barədə danışılır və deyilir ki, 
Məhəmməd ilə Allahın arasında iki qövs uzunluğundan da az məsafə var idi. 
Lakin Nəsimi Quranın  şərhçilərinin  əksinə olaraq həmin ifadənin insan 
qaşlarına (qövsə – yaya oxşadığına görə) işarə olduğunu düşünür, çünki insan 
qaşları həm yaya oxşayır, həm də bir-birindən azacıq aralıdır. 
Beləliklə, yuxarıdakı beytdə  Nəsimi deyir: “O, on dörd gecəlik ayın qaşını 
görməyən adam “qabü qövseyn” ifadəsinin sirrini başa düşə bilməz”. 
Qeyd etmək lazımdır ki, Nəsimi on dörd gecəlik ay dedikdə kamil insanı 
nəzərdə tuturdu. “Qabü qövseyn” ifadəsini Nəsimi öz şeirlərində tez-tez işlədir. 
Qadirin məqduri – Qüdrətli (Allahın) qabaqcadan hazırladığı (nə isə). 
Nəsimi yazır: 
Həm ənasir, həm təbaye, həm mürəkkəb, həm bəsit, 
Cümlənin əslivü fər’i, qadirin məqduruyam. 
Yəni həm 4 ünsür, həm bu ünsürlərdə olan xassələr, həm sadə, həm də 
mürəkkəb şeylər mənəm. Mən bütün mövcudatın kökü (mənşəyi) və budaqlarıyam, 
özüm də Allahın əvvəlcədən hazırladığı varlığam. 
Qaf vəl-Qur’ani – “And olsun Qaf və Qurana”. Bu ifadə Quranın “Qaf” 
surəsinin başlanğıcında yazılmışdır. 
Qaf vəl Quran yanağından bilindi kim bu gün, 
Yeddi xət səb’ülməsani oldu üzündən nişan. 
Quranın şərhçiləri “Qaf” dağına işarə olduğunu iddia edərək deyirlər ki, güya 
bu dağ bütün yer kürəsini  əhatə etmişdir və özü də tamamilə qiymətli daşlardan 
ibarətdir. 
Lakin Nəsimi insana xitabən deyir: 
“Bu gün Qurandakı “Qaf” surəsi yanağından bəlli oldu. Habelə üzündəki 7 xətt, 
7 ayədən ibarət olan “Fatihə” surəsi sənin üzündən nişanədir”. 
Qalə ixsə’u fiha – “Itilin, çıxın gedin” 
Onlar ki, nar əshabıdır çıxmaz tamudan ta əbəd; 
Qalə ixsə’u fiha cavab anlar netəkim yalına. 


______________________Milli Kitabxana_______________________ 
348 
 
Bu ifadəni Nəsimi Quranın “Mö’minun” surəsindəki 108-ci ayədən iqtibas 
etmişdir və beytin izahı belədir: 
– Od əhli olan adamlar (vəhdəti-vücuda inanmayanlar, Allahı kainatdan ayrı bir 
varlıq hesab edənlər nəzərdə tutulur) əbədi olaraq cəhənnəmdən çıxa bilməzlər. 
Onlar üçün “itilib gedin” deyə cavab veriləcəkdir. 
Qalu-bəla – “Bəli, dedilər”. 
Qasiridrak – ağlı, şüuru çatışmayan, kütbeyin adama deyilir. 
Qasiratüt tərfi ləm yətmis – “Həmişə gözlərini aşağı dikən və saraylarda 
yaşayan bakirə qızlar”. 
“Ər-Rəhman” surəsindəki 58 və 72-ci ayələrdən iqtibas edilmişdir. Quranın 
şərhçiləri iddia edirlr ki, güya behiştdə elə gözəl qızlar vardır ki, onları ancaq 
mömünlər üçün saxlamışlar, qiyamətdə gələcək ərlərini gözləyirlər. 
Nəsimi Qurandakı bu ifadələrin maddi aləmdəki insan gözəlliyinə  işarə 
olunduğunu yazır. 
Qul kəfa billah – “De ki, Allah kifayət edər” deməkdir.  İfadəni Nəsimi 
Quranın 29-cu surəsinin 52-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: 
“De ki, sizinlə mənim aramda Allahın şahid olması bəs edər, Allah göyləri və 
yerdəkiləri bilir. Allahı inkar edənlər və boş şeylərə inananlar ziyana düşənlərdir”. 
Nəsiminin fikrincə bu ayədəki “şəhid” sözü şahid mənasında deyil, müşahidə 
olunan, göz ilə görünən mənasındadır. Boş  şeylərə inanan və  nəticədə isə  zərərə 
düşən fəqihlər və zahidlər özləridir. Ona görə də Nəsimi deyir: 
Surətin əsrarını zahid nə bilsin, ya fəqih
Qul Kəfa billaha məhrəm qanda hər heyvan olur? 
Ey insan, sənin üzünün sirlərini zahid ilə  fəqih nə bilsin? Çünki bu əsrarı 
bilmək, ona məhrəm olmaq hər heyvanın işi deyildir. 
Qul hüvəllahu əhəd – “De ki, Allah birdir”. 
Ey camalın qul hüvəllahu əhəd 
Surətin nəqşidir Allahüs-səməd. 
Bir ucu zülfün əzəl, biri əbəd, 
Hüsnünə şeytan imiş mən la səcəd. 
Bu rübaidə (qul hüvəllahu  əhəd və Allahüs-səməd) “de ki, Allah yeganə  və 
biehtiyacdır” ifadəsi Quranın 112-ci surəsinin başlanğıcında yazılmışdır. 
Quranın şərhçilərinin fikrincə burada Allahın təbiətdən kənar yeganə bir varlıq 
olması göstərilir. Lakin Nəsiminin fikrincə yeganə  və biehtiyac adlanan mütləq 
varlıq – Allah insan camalında təcəlli etmişdir.  Əfsanəyə görə, Allah bütün 
məlaikələrə əmr etmişdi ki, Adəmə, yəni insana səcdə edələr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə