Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   58   59   60   61   62   63   64   65   66

______________________Milli Kitabxana_______________________ 
355 
 
Ey yanağın Turi-Sina, vey xətin həyyi-qədim, 
Ey təcəllidən çü buldu haqqa yol Musa kəlim. 
Nəsimi bu beytində insan yanağının dini nöqteyi-nəzərdən müqəddəs hesab 
edilən “Turi-Sina” olduğunu tərənnüm etməklə bərabər, insan üzündəki cizgiləri də 
“həyyi-qədim” (qədim Allah) hesab edir. 
Bunu da qeyd etmək lazımdır ki, Nəsiminin şeirlərində “Tur” sözü iki şəkildə 
yazılmışdır. 
Artiklsız Tur yazıldıqda (Tur) dağ, artikl ilə (əttur) yazılanda isə Quranın 52-ci 
surəsinə işarədir. 
Ülaikə – (“Onlar”). 
Ifadəni Nəsimi Quranın 7-ci surəsinin 178-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: 
“Ins və cindən bir çoxlarını  cəhənnəm üçün yaratdıq ki, onların könülləri 
vardır, lakin onunla bir şey anlaya bilmirlər, gözləri vardırsa da görmürlər. 
Qulaqları vardır, amma eşidə bilmirlər. Onlar heyvan kimi bir şeydirlər. 
Bəlkə heyvandan da azğındırlar”. Nəsimi riyakar və yalançı fəqihləri də həmin 
azğınlardan hesab edərək deyir: 
Aydır mənə ki, nəqdini ver nisyəyə fəqih, 
Heyvandan ol ülaikə kəmtər degilmidir? 
Ümmül-kitab – “Kitabın anası”. Quranın birinci surəsi olan “Fatihə” surəsinə 
deyilir. Dini ehkamlara görə hər gün icrası vacib olan beş vaxt namazın hər birində 
iki dəfə bu surə oxunmalıdır və bunsuz namaz qəbul olmaz. 
Nəsimi nəzərdə tutduğu “Ümmül-kitab” Quranın başlanğıcında yazılan və 7 
cümlədən ibarət olan surə deyil, insanın üzündə olan (iki qaş, dörd kirpik, bir saç) 
7 xətdir. 
Kirpiyin, qaşınla zülfündür mənə ümmül-kitab
Kim, qəbul ansız səlat olmaz, buyurdu Mustafa. 
Ünzüruna bisurəti-rəhman – “Bizi Allah surətində görün!” Hürufilər insan 
üzündə Quranın bütün ayələrinin yazıldığını iddia edirdilər. Ona görə  də  Nəsimi 
deyir: 
Həq-kitabı üzün bəyanidir, ünzüruni bisurəti-rəhman. 
Ey insan, Quran sənin üzünün şərhidir. Bizə Allah kimi baxın. 
Ürvətül-vüsqa – “Etibarlı, möhkəm əlaqə teli”. 
Bu ifadəni Nəsimi Quranın 2-ci surəsinin 157-ci ayəsindən iqtibas etmişdir. 
orada yazılır: 
“Şeytanın sözünə baxmayıb Allaha inananlar elə bir möhkəm əlaqəyə (ipə) əl 
atmışlar ki, o, qırılmazdır”. 


______________________Milli Kitabxana_______________________ 
356 
 
Nəsimi Quranda göstərilən qırlımaz və möhkəm teli (əlaqəni) insan saçına işarə 
hesab edir. 
Vacibün və mümkinun – “Zəruri və mümkün; zərurət və imkan” deməkdir. 
İslam ilahiyyatçıları Allahın varlığını  zəruri hesab edərək ona vacibül- 
vücud (zəruri varlıq), qalan varlıqları isə mümkünül-vücud (zəruri olmayan varlıq) 
adlandırırlar. 
Vadiyi-müqəddəs – “Müqəddəs çöl”, “Müqəddəs vadi”. 
Dini kitablarda müqəddəs vadi Musanın Allah ilə söhbət etdiyi yerə deyilir. 
Nəsimidə: 
Həm mənəm Vadiyi-müqəddəs, həm mənəm narü şəcər, 
Həm mənəm nurü təcəlli, həm Kəlimin Turiyəm. 
Yəni müqəddəs vadi, oradakı  ağac, bu ağacda Musanın gözünə görünən od, 
həm Musanın Tur dağı və bu dağda təcəlli edən nur bunların hamısı mənəm. 
Vahibi-surət. “Surəti, şəkli bəxş edən (Allah)” deməkdir. 
Və’budu iyyahu, vəscud, vəqtərib – “Ona ibadət et, səcdə qıl və yaxınlaş”. 
Nəsimi bu cümlədəki “vəscud, vəqtərib” ifadələrini Quranın 96-cı surəsinin 
sonuncu ayəsindən, “və’budu iyyahu” ifadəsini isə Quranın başqa surələrindən 
iqtibas etmişdir. Bu cümlədəki “iyyahu” sözü ərəbcə üçüncü şəxs  əvəzliyidir. 
Ruhanilər həmin şəxs əvəzliyiynin Allaha aid olduğunu hesab edirlər. 
Nəsimi, ayənin yuxarıda dediyimiz qrammatik qruluşundan istfadə edərək 
ibadət və səcdənin insalara aid olduğunu tərənnüm edərək yazır: 
Ey Nəsimi, səcdə qıl ol-Maha kim, həqdən sənə 
Və’budu iyyahu, vəscud, vəqtərib gəldi-xitab. 
Yəni, ey Nəsimi, o gözələ (insana) səcdə et ki, onun haqqında Quranda “ona 
səcdə və ibadət edin, ona yaxınlaşın” əmri gəlmişdir. 
Vəchu hu fiha kabədrin fil ğəmami – “Onun üzü bulud altında olan on dörd 
gecəlik ay kimidir”. 
Və’deyi-küllü mən əleyhi fanin – “Torpaq üzərində (və ya dünyada) olanların 
hamısı öləcək” vədəsi. Bu ifadəni Nəsimi Quranın “Ərrəhman” surəsinin 22-ci 
ayəsindən götürmüşdür. Orada deyilir ki, Allahdan başqa dünyada olanların hamısı 
aradan gedəcəkdir. 
Və’deyi-mən-fil-qübur – “Qəbirdəkilərə verilən vədə” (Qiyamət gününə 
işarədir). 


______________________Milli Kitabxana_______________________ 
357 
 
Vədud – “Dost, dost olan” deməkdir. 
Vəhdəhü laşərikə ləh – “O təkdir, şəriki yoxdur”. 
Nəsimi Qur’andan götürülmüş bu ifadələrin hər ikisinin insan gözəlliyinə aid 
olduğunu tərənnüm edərək deyir: “Quranda tək və  şəriksizliyi xəbər verilən  şey 
gözəlin camalı və misilsiz hesab edilən şey isə onun saçı, qaşları və çənəsidir”. 
Vəla əcibə minəl ətri ən yəfuhə şəmim – “Ətirdən xoş qoxunun gəlməsi heç 
də təəccüblü deyildir”. 
Vəllahü ə’ləm bissəvab – Allah yaxşı bilər. 
Vərdi-cinan – Cənnət gülü. 
Vərdi-əhmər – Qızılgül. 
Vərtə – Burulğan (suda). Vərtədən zövrəqi çəkmək – burulğandan gəmini xilas 
etmək. 
Vəssəmai zatil-büruci – “Bürcləri olan göyə and içirəm”. 
Vəssəmai zatil-büruc saçü qaşü kirpiyin, 
Kim cə’əlnahu tibaqən yeddi əflakındürür. 
Bu beytdəki ifadələrin hər ikisini Nəsimi Qurandan götürmüşdür. Onlardan 
birincisi Quranın 85-ci surəsinin başlanğıcında yazılmış və “and olsun bürcü olan 
göylərə” mənasını verir. Ikinci ifadə isə Quranın 71-ci surəsinin 15-ci ayəsindən 
iqtibas edilmişdir. Orada yazılır: “Görmürsünüzmü Allah yeddi göyü necə  də 
təbəqə-təbəqə yaratmışdır?” 
Nəsimi yuxardıakı beytdə göstərir ki, Quranda müqəddəs bir varlıq hesab 
edilərək onlara and içilən, eyni zamanda yeddi təbəqədən ibarət olan bürclü göy 
insan üzündə  sıra ilə biri digərinin üstündən düzülən yeddi cərgə tükə (2 qaş, 4 
kirpik, 1 saç) işarədir. 
Vəssəmai vəma fiha – “Göyə və göydə olanlara and olsun”. 
Vəssaffati səffən vəzzacirati zəcrən – “Sıra ilə, cərgə ilə düzülənlər və əzab 
verənlərə and içirəm”. Bu ifadə Quranın 37-ci surəsinin başlanğıcında yazılmışdır. 
Orada Quranın  şərhçiləri “cərgəyə düzülənlər” dedikdə  mələkləri və ya namaza 
düzülənləri nəzərdə tuturlar, “əzab verənlər” dedikdə isə  bəziləri cəhənnəm 
mələklərini (günahkarlara əzab verdiklərinə görə),
  bəziləri isə namaz qılanları 
(özlərinə əzab verdiklərinə görə) nəzərdə tuturlar. 
Lakin Nəsimiyə görə Quranda müqəddəs sayılan və onlara and içilən 
“cərgəyə düzülənlər”  şairin  əsərinin qəhrəmanı olan insanın kirpikləri və 
əzabvericilər dedikdə hicran qəminə işarədir. 
Vəttur – Quranda 52-ci surənin adıdır. “And olsun Tur dağına” 
mənasındadır. 
Guya Musa həmin dağda Allah ilə danışırmış. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə