Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   58   59   60   61   62   63   64   65   66

______________________Milli Kitabxana_______________________ 
358 
 
Vəzzüha, vəlleyl – “And olsun gunduzə və gecəyə”. 
Camalın vəzzüha, vəlleyl zülfün, 
Sənin vəsfindədir ayat mütləq. 
Yəni ey insan, Quranda and içilən günəş  sənin camalın, gecə (qara olduğuna 
görə) sənin saçındır. Qurandakı ayələr isə mütləq sənin şənində deyilmişdir. 
Vüsləti sübhü şam – “Səhər-axşamın (sübh ilə şamın) bir-birinə qovuşması”. 
Nəsimi bu haqda yazır: 
Kimsə cahanda görmədi sübh ilə şamı müctəme’, 
Gör necə zülfü arizin vüsləti-sübhü-şam edər. 
Bu beytdə Nəsimi insanın saçını (qara olduğuna görə) axşama və yanağını (ağ 
olduğuna görə) səhərə oxşadaraq deyir: 
“Dünyada səhər-axşamın birləşdiyini görən olmamışdır. Ancaq insanın saçı ilə 
yanağı səhər-axşamı birləşdirdi”. 
Ya kaf və ha, ə’uzü bikə – “Ey “k” və “h” hərfləri, sənə sığınıram”. 
Dedi ya kafü ha, ə’uzü bikə, 
Çün Əli bildi müstəandır söz. 
Yəni – Əli, sözün sığınacaq verən – (Allah) olduğunu bildiyinə görə dedi – ey 
(k) və (h) hərfləri, sənə sığınıram. 
Yədi-beyza – “Ağ əl”. 
Yədi-beyza imiş cismin ki, Musa ana məhrəmdir, 
Təala şə’nühü əkbər, bu necə Turi-Sinadır. 
Əfsanəyə görə “yədi beyza” ağ parıldayan, işıqlı əl, Musa peyğəmbərə verilən 9 
möcüzədən biridir. Lakin Nəsiminin fikrincə, yədi-beyza insane gözəlliyidir və 
Musa da ondan istifadə edərmiş. 
Yövmə yunadi – “Bir gün çağırar”. 
Zilli min yəhmum – “Qara tüstüdən ibarət kölgə”. 
İfadəni Nəsimi Quranın 56-cü surə 28-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: sol cərgəyə düzülənlər (qiyamətdə günahkarlar nəzərdə tutulur) 
isti külək, isti su və isti, qara kölgə içərisində olacaqlar. 
Lakin Nəsimi bir panteist olaraq özünü həm  şimal  əhli, həm də bu ayədə 
göstərilən qara və isti kölgə hesab edərək deyir: 
Aşiqəm hüsnünə eşqin ehtimalı məndədir, 
Zilli-min yəhmumu əshabın şimalı məndədir. 
 


______________________Milli Kitabxana_______________________ 
359 
 
LÜĞƏT 
 

 
Ab – Su 
Aba – Atalar 
Abidi-əsnam – Bütpərəst 
Afitab – Günəş 
Ahən – Dəmir 
Al – 1. Qırmızı, 2. Nəsil, 3. Hiylə 
Am – Cəmiyyət 
Amac – Hədəf 
Ariz – Üz 
Assi – Xeyir 
Aşina – Tanış, dost 
Aşüftə – Dağınıq, həyəcanlı 
Ayıtmaq – Demək, söyləmək 
Ayruq – Ayrı 
 

 
Bab – Qapı 
Bad – Külək 
Bak – Qorxu 
Bala – Hündür, uca 
Başəd – Olsun ki… 
Beytül-həram – Hərəm evi –Kəbə 
mənasında 
Besyar – Çox 
Beyza – Ağ, bəyaz 
Bə’d – Sonra 
Bədxu – Pis xasiyyətli 
Bədri-müəmməm – Əmmaməli ay 
Bəğayət – Çox 
Bəhr – Dəniz 
Bəxil – Paxıl, xəsis 
Bəid – Uzaq 
Bəqa – Baqilik 
Bən – Xal 
Bərg – Yarpaq 
Bərgüzidə Seçilmiş 
Bərq – Ildırım, parıltı 
Bəstə – Bağlı 
Bəyyinat – Sübutlar 
Bəzm – Məclisə 
Bibədəl – Əvəzsiz 
Bibər – Barsız 
Bidad – Zülm 
Bimar – Xəstə 
Bina – Gözlü 
Bistü-həşt – Iyirmi səkkiz 
Bişümar – Saysız-hesabsız 
Bulmaq – 1. Olmaq. 2. Tapmaq 
Bülənd – Uca 
Bürhan – Dəlil, sübut 
Bürqə – Niqab, örtük 
Büryan – Yanmış 
 

 
Ca – Yer 
Camə – Paltar 
Cami-müsəffa – Saf şərab 
Canəvər – Heyvan 
Cavid – Əbədi 
Cə’d – Qıvrım (saçda) 
Cəhl – Cahillik 
Cəmil – Gözəl 


______________________Milli Kitabxana_______________________ 
360 
 
Cərəs – Zınqırov 
Cifeyi-murdar Murdar leş 
Cizginmək – Fırlanmaq, 
dolanmaq 
Cövşən – Zireh 
Cud – Səxavət 
Cuyəndə – Axtaran 
Cüda – Ayrı 
Cüllab – Şərbət 
 
Ç 
 
Çah – Quyu 
Çakər – Nökər 
Çar ənasir – Dörd ünsür(torpaq, 
hava, su, od) 
Çeşm – Göz 
Çeşməyi-heyvan – Dirilik bulağı 
Çələb – Tanrı 
Çəndan – O qədər 
Çəri – Qoşun 
 

 
Dam – Tələ 
Damən – Ətək 
Damu – Cəhənnəm 
Dana – Bilici 
Danla – Sabah 
Dapu – Xidmət, qulluq 
Dar – Ev 
Daru – Dərman 
Darül-qürur – Qürur evi –Bu 
dünya mənasında 
Das – Oraq 
Deyr – Monastır, hücrə 
Dəgmə – Nadan 
Dəğəl – Fırıldaq 
Dəhan – Ağız 
Dəndan – Diş 
Dəni – Alçaq 
Dərban – Qapıçı 
Dəyyar – Sakin 
Dışrə – Çölə, xaricə 
Didar – Görüş 
Didə – Göz 
Dil – Ürək 
Dilfirib – Ürəkaldadan 
Diltəşnə – Ürəyiyanan 
Dimağ – Kəllə, beyin 
Diraz – Uzun 
Diriğ – Heyif, əfsus 
Dud – Tüstü 
Duxan – Tüstü 
Dun – Alçaq 
Dur – Uzaq 
Duş – Yuxu 
Duzəx – Cəhənnəm 
Dürc – Mücrü 
Düşvar – Çətin 
 

 
Eyd – Bayram 
Eyn – Göz 
Eynəl-yəqin – Yəqin etmənin 2-ci 
(görmə) mərhələsi 
Eyü – Yaxşı 
 
Ə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə