Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

______________________Milli Kitabxana_______________________ 
343 
 
Əsrari ma ovha – “Vəhy, ilham olunan sirlər”. 
Saçındır leylətül-əsra, qaşun əsrari-ma ovha, 
Qanı həqdən irişmiş can bu ma ovhavü ovhaya? 
Nəsimi insan gözəlliyini yüksək qiymətləndirərək deyir: – Ey insan, Quranda 
xəbər verilən (leylətül-əsra) merac gecəsi sənin saçın və həmin gecə Məhəmmədə 
ilham olunan sirlər isə sənin qaşlarındır. 
Əshabi-kəhf – “Mağara yoldaşları, mağarada olanlar”. Nəsimi bu ifadəni 
Quranın 18-ci surəsində göstərilən dini-əfsanəvi bir əhvalatdan iqtibas etmişdir. 
Quranda yazıldığına görə guya çox qədim zamanlarda yaşayan zülmkar bir 
padşahın əlindən qaçan bir neçə adam bir mağarada gizlənir və orada yatıblarmış. 
Bu zaman mağara uçur, qapısı bağlanır və orada yatan adamları heç kəs görmür. 
Onlar isə özlərinin xəbəri olmadan bir neçə yüz il oradaca yuxuya gedib, sonra 
oyanırlar. Mağaranın da qapısı qeybdən yenə açılır və onlar mağaradan çıxıb öz 
həyatlarını davam etdirirlər. Quranın yazdığına görə onların kim və neçə nəfərdən 
ibarət olmaları və neçə yüz il yuxuda qalmaları, eləcə də bu uzun müddət ərzində 
qaranlıq mağarada nəyə görə çürüməmələri hələ də sirr olaraq qalmaqdadır və bu 
sirri Allahdan başqa bilən yoxdur. 
Nəsimi həmin əfsanəni xatırladaraq deyir: 
Əshabi-kəhfin sirrini görmüş liqayi-Tura sor, 
Neçün ki, vəttur əhlinin kəhfindədir Qitmirimiz. 
Yəni mağara yoldaşlarının sirrini məndən soruşun, çünki vücudumuz vəttur 
əhlinin (ariflərin) himayəsindədir. 
Fəl mulqiyati əmrə  əlfar – “Əmri, hökmü çatdıranlar”.  Əlfari sözü isə 
əlfariqatu fəqan “bir-birindən ayıran” ifadəsinin ixtisar formasıdır. 
Hacibeyn – Qaş  mənasında olan “hacib” sözünün ikilik formasıdır, “iki qaş” 
deməkdir. 
Harut və Marut – Harut və Marut dini əfsanələrdə iki mələyin adıdır. 
Əfsanəyə görə guya göydəki mələklər insanların yer üzündə etdikləri 
cinayətləri görüb Allaha deyirlər ki, insanlar ən pis məxluqdur. Onlara verilmiş bu 
qədər nemətlər qarşısında sənə təşəkkür əvəzinə pis əməllərə əl atırlar. 
Allah onlara deyir: “Əgər insanlarda olan imkan siz mələklərdə olsaydı, siz 
daha böyük cinayətlərə əl atardınız”. Mələklər Allahın bu sözlərinə etiraz etdikdə 
Allah onları  sınamaq məqsədilə  ən etibarlı sayılan iki mələyi (Harut və Marut) 
insan surətinə salaraq Babil ölkəsinə göndərir. Bu mələklər orada hakim sifəti ilə 
xalqın  şikayətlərinə baxarmışlar. Bir gün Zöhrə adlı bir qadın öz ərindən  şikayət 
etmək məqsədi ilə bu mələklərin yanına gəlir. Onlar bu 


______________________Milli Kitabxana_______________________ 
344 
 
gözəl qadına vurulub ona eşq elan edirlər. Qadın isə onları aldatmaq məqsədi ilə 
deyir ki, “işi mənim xeyrimə kəssəniz, mən də sizin dediyinizi edərəm”. 
Mələklər Zöhrənin xeyrinə  qərar çıxarır. Sonra Zöhrə bunlardan İsmi-əzəmi 
ona öyrətmələrini və çaxır içmələrini təklif edir. Mələklər çaxırı içib məst olur. 
Zöhrə isə Ismi-əzəmi oxuyub göyə qalxır. İndi də güya ulduz olaraq göydə həmin 
ad ilə yaşayır. Harut və Marut isə Allahın acığına gəlib Babildə bir quyuda 
ayaqlarından asılı halda qiyamətə kimi qalmalı olurlar. 
Nəsimi yuxarıdakı beytdə  həmin  əfsanəyə  işarə edərək deyir: “Ey insan, 
mələklər sənin gözəlliyin qarşısında məftun olub Babil quyusundan asıldılar”. 
Hazihi cənnatu ədnin fədxuluha xalidin – “Bu əbədiyyət behiştdir. 
Həmişəlik olaraq oraya daxil olun”. 
Ey yanağın sureyi vəşşəms üzün ayəti, 
Hazihi cənnatu ədnin fədxuluha xalidin. 
Nəsimi behiştin bu aləmdə təbiət gözəlliklərindən ibarət olduğunu düşünür və 
yuxarıdakı beytdə deyir: 
Ey insan, din xadimlərinin vəd etdiyi və Quranda yazılan  əbədi cənnət sənin 
üzündən ibarətdir. Beytin birinci misrasında vəş-şəms “and olsun günəşə” ifadəsi 
Quranda “Əş-şəms” surəsinin başlanğıcıdır. Nəsimi Quranda müqəddəs sayılaraq 
and içilən günəşin insan yanağından ibarət olduğunu deyir. 
Hablül-vərid – “Boyunun damarı”. 
Bu ifadəni Nəsimi Quranın 50-ci surəsinin 16-cı ayəsindən iqtibas etmişdir. 
Orada Allah deyir: “Insanı biz yaratmışıq və onun nə haqda tərəddüd və şübhə 
etdiyini də bilirik, çünki ona öz boynunun damarlarından da yaxınıq”. 
Həmir (In) Ənkərəl Əsvat(i) – “Uzunqulağın zəhlətökən səsi”. 
Nəsimi bu ifadəni Quranın 31-ci surə 20-ci ayəsindən iqtibas etmişdir. 
Orada Loğmanın öz oğluna nəsihətlərindən bəhs olunur. O deyir: “Ey oğul, yol 
gedərkən nə çox tələs, nə  də  həddindən artıq yavaş yeri. Danışanda ucadan 
danışma. Eşşəyin səsi bütün səslərdən pis və xoşagəlməzdir”. Nəsimi də zahidlərin 
riyakar ibadətlərini pisləyərək sadə adamları onların fırıldaqlarına aldanmamağa 
çağırır və deyir: 
Taəti, zikri, namazı məkrü fəndir zahidin, 
Arif ol, aldanma billah zahidin tamatına. 
Nəfxeyi-surun sədası tutdu afaqı eşit, 
Ey olan aşiq həmirin ənkərəl əsvatına. 
Huval həyyu (l) ləzi la yamutu – “O, elə bir diri vücuddur ki, ona ölüm yoxdur. 
O ölməzdir”. 


______________________Milli Kitabxana_______________________ 
345 
 
Xəl’əti əbdiş-şəkuri – “Şükür edən adamın mükafatı”. 
Bu ifadə dini hədislərdə əfsanəvi Əyyub peyğəmbər haqqında yazılmış, Nəsimi 
də oradan iqtibas etmişdir.  Əfsanələrə görə guya Əyyub adlı bir şəxs çox varlı 
adam imiş  və Allahı çox sevərmiş. Məlakələr onun paxıllığını  çəkərək Allaha 
deyir: “Əyyuba hədsiz var-dövlət verdiyinə görə  səni çox sevir”. Allah Əyyubu 
imtahan etmək və məlakələrə nümunə göstərmək məqsədi ilə onun əmlakını, sonra 
övladını, daha sonra sağlamlığını da əlindən alır. Buna baxmayaraq Əyyub Allaha 
məhəbbətini daha da artırır və ona görə  də Allah onu Əbdi-Şəkur “şükür edən 
bəndə” adı ilə mükafatlandırır. 
Əyyub adı indiyə  qədər  Şərq  ədəbiyyatında dözümlülük, vəfadarlıq simvolu 
kimi işlənməkdədir. 
İnna əzabəş-şədid – “Doğrudan da, ən şiddətli əzab”. 
İnna fətəhna – “Biz, sənə qələbə qazandırdıq”. 
İfadə Quranın 48-ci surəsinin 1-ci ayəsindən götürülmüşdür. 
Quranın  şərhçiləri belə yazırlar ki, Məkkə  şəhərinin alınması  xəbəri bu ayə 
vasitəsilə qabaqcadan Məhəmmədə verilir. 
Lakin Nəsiminin fikrincə bu ifadə də 10 hərfdir. 4 nöqtə də ona əlavə etdikdə 
14 olur. Eləcə  də üz mənasında olan ərəbcə “vəch” sözünün tərkibində olan 
hərflərin  əbcədi-kəbir hesabı ilə miqdarı (v)6+(c)3+(h)5=14 olduğunu nəzərə 
alaraq, həmin ayənin insan üzünə işarə olduğunu irəli sürür. 
İnna hədeynahüs-səbilə – “Biz ona yolu göstərdik”. Bu ifadəni Nəsimi 
Quranın 76-cı surəsinin 34-cü ayəsindən iqtibas edib. Orada yazılır: 
“Biz nankorlara da, minnətdarlara da yolu göstərdik”. 
İnna ileyha raciun – “Həqiqətən, biz onun tərəfinə qayıdacağıq”. 
Bu ifadəni Nəsimi Quranın ikinci surəsinin 161-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: 
Səbirli adamlara muştuluq ver, onlara bir fəlakət üz verdikdə deyərlər: 
“Biz Allahınıq və onun tərəfinə qayıdacağıq”. Ona görə də müsəlmanlar bir 
nəfərin ölüm xəbərini eşitdikdə adətən bu ifadəni söylərlər. 
Lakin panteistlər həmin ayəyə istinad edərək deyirlər ki, bütün insanlar mütləq 
varlığın bir hissəsidir. Onun ilə uzun müddət bir olmuş, sonra müəyyən məqsədlərə 
görə müvəqqəti olaraq ayrılmış, öldükdən sonra yenə qayıdaraq mütləq varlığa 
qovuşacaqdır. 
İnnəhu şey’ün əcibün – “O, doğrudan da maraqlıdır”. 
İnnəl-həsənat – “Doğrudan da xeyir işlər”. 
İnnəma – “Doğrudan da, həqiqətən”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə