Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

______________________Milli Kitabxana_______________________ 
337 
 
Həm hisari-kün-fəkanəm, həm anun məhsuriyəm. 
Yəni  şəxsiyyət və sifətlər aləmi mənəm, dirilik və ölüm mənbəyi, bütün 
kainatın qalası, həm də bu qala içində hasarlanan mənəm. 
Alimül-qeyb – “Qeybi bilən, gələcəkdən xəbər verən” (Allah nəzərdə tutulur). 
Aməntü billəzi xələqəl-leylə  vən-nəharə – “Gecə  və gündüzü yaradana 
inandım”. 
Amənna və səddəqna – “Inandıq”. 
“Amənna” ifadəsi Quranın bir çox surələrində, o cümlədən 28-ci surənin 56-cı 
ayəsində və 29-cu surənin 42-ci ayəsində vardır. Quranın şərhçilərinə görə Allaha 
və Quranın ehkamlarına inanmaq, onu təsdiq etmək mənasında işlədilmişdir. Lakin 
Nəsimi insan gözəlliyini yüksəklərə qaldıraraq onu ilahi mərtəbəyə çıxarıb deyir: 
“Ey insan, sənin gözəlliyin misilsizdir. Sənə “amənna və  səddəqna” demək daha 
yaxşı olar”. 
Anəstunarən – “Odu gördüm”. Ifadə Quranın 27-ci surənin 6-cı ayəsində 
ətraflı verilmiş  və başqa surələrdə  də  bəzən bu əfsanəyə  işarə edilir. Nəsimi bu 
ifadəni öz şeirlərində işlədərək, dini-əfsanəvi bir rəvayəti xatırladır. 
Yəhudilərin peyğəmbəri Musa gəncliyində Misir hökmdarı Fironun sarayında 
yaşamış, bir nəfər qibtini öldürdüyü üçün cəzalanmaq qorxusundan Şam ölkəsinə 
qaçmağa məcbur olmuşdur. Orada Şüeyb adlı varlı bir qoca kişiyə 
(Quranın yazdığına görə o da peyğəmbər imiş) on il çoban olur. Çoxlu sərvət 
toplayır və  Şüeybin qızına evlənir. Sonralar qayınatasının yaşadığı  Mədyən 
şəhərindən başqa yerə yola düşürlər. Gecənin bir vaxtı Musanın arvadını doğum 
sancısı tutur. Odları olmadığı üçün qaranlıqda qalırlar. Bu zaman Musa uzaqdan 
bir işıq gəldiyini görüb: 
Mən od gördüm, indicə sizə ya od, ya da bir xəbər gətirərəm, deyir. 
Musa odun yanına çatdıqda görür ki, bir ağacdan nur parlayır. O, qorxusundan 
qayıdıb qaçmaq istədikdə ağacdan səs gəlir ki, “Ya Musa, qorxma. 
Mən Allaham”. 
Ayəti-Yöhyil Izamə – “Sümükləri dirildər” ayəsi. Ifadəni Nəsimi Quranın 34-
cü surəsi 76-cı ayədən iqtibas etmişdir. Quranda ayənin məzmunu belədir: 
“Öz yaranmalarını unudan bizə misal gətirib deyir ki, “bu çürümüş sümükləri 
bir də kim dirildəcəkdir?” De ki, onları birinci dəfə yoxdan icad edən, yenə  də 
dirildər. O, hər cür yaratmağı bacarır”. 
Bu ayədə din baxımından çox mürəkkəb və mühüm bir məsələyə 
toxunulmuşdur. 
Məşhur orta əsr filoloqu Mahmud ibn Ömər Zəməxşəri və başqa 


______________________Milli Kitabxana_______________________ 
338 
 
şərhçilərin verdiyi məlumata görə, islam dininin meydana gəlməsinin ilk 
dövrlərində Ubəyy ibn Xələf,  Əbu Cəhl, Asi ibn Va’il və başqaları çürümüş bir 
sümüyü  əllərinə götürüb Məhəmmədin yanına gələrək deyirlər: “Ey Məhəmməd, 
deyirsən ki, qiyamət günü olacaq və o gün ölülər yenidən diriləcəkdir. 
Çürüyüb, torpaq olmuş bu sümüyü yenidən kim dirildə bilər?” Məhəmməd 
onlara cavab olaraq deyir: “Onları yox yerdən icad edən yenə dirildər. 
O, hər cür şeyi yaratmağa qabildir”. 
Beynə ma’ və tin – “Palçıq ilə su arasında”. Bu ifadəni Nəsimi dini hədisdən 
iqtibas etmişdir. Dini rəvayətə görə Məhəmməd demişdir: 
– Adəm peyğəmbər palçıq ilə su arasında olarkən (yəni hələ yaranmazdan 
əvvəl) mən peyğəmbər idim. 
Beyti-mə’mur – “Tikilmiş, abadlaşdırılmış ev”. Bu ifadəni Nəsimi Quranın 52-
ci surəsinin birinci sətrindən iqtibas etmişdir. Bu ifadənin dini mənası  Kəbə evi 
deməkdir. Dini qanuna görə  Kəbə  əmin-amanlıq evidir, oraya daxil olan adamı 
döymək, öldürmək qadağandır. Ona görə də oraya “Darüssəlam” – əmin-amanlıq 
evi də deyilir. 
Beytül-həram – Qoruq, qadağan olunmuş ev (Kə’bə). Dini mərasimə görə 
orada dünyəvi işlərlə məşğul olmaq qadağandır. 
Bəqa, darülxülud – “Əbədiyyət evi” (o biri dünya) 
Dini rəvayətlərdə o dünyaya “darülbəqa”, “darülxülud” deyildiyi kimi, bu 
dünyaya da “darülfəna” (heçlik, fəna evi), “darülğürur”, (lovğalıq evi) deyilir. 
Bəlhüm əzəllü – “Bəlkə onlar daha da azğındırlar”. 
Bənəyna foqəkun səb’ən şidadən və cə’əlnaha siracən – “Sizin üzərinizdə yeddi 
möhkəm şey yaradaraq onları parlaq çıraq elədik”. 
Bu ifadə Quranın 78-ci surəsinin 10-11-ci ayələrindən götürülmüşdür. 
Orada yerin, göyün, dağların, gecə-gündüzün və sairənin yaranmasından 
danışılır və yuxarıda göstərilən “yeddi möhkəm şey” də, ruhanilərin fikrincə, yeddi 
planetə (Günəş, Ay, Mars, Venera, Saturn, Merkuri, Yupiter) işarədir ki, onlar 
dünyanı parlaq çıraq kimi işıqlandırırlar. 
Lakin Nəsiminin fikrincə yuxarıdakı ayədə göstərilən (yeddi möhkəm  şey) 
insan üzündəki yeddi xəttə: qaşlar, kirpiklər və saça işarədir. Hürufilər insanın ana 
bətnindən gətirdiyi bu yeddi cərgə xəttə böyük əhəmiyyət verir və onu müqəddəs 
hesab edirlər. 
Bərat, qədr və  əsra – Bu isimlərin hər biri islam dinində bir əziz gecənin 
adıdır. Guya Bərat və Qədr gecələrində insanların hər birinin gələcək xoşbəxtlik və 
bədbəxtliyi təyin edilir. Əsra gecəsi isə guya Məhəmmədin 


______________________Milli Kitabxana_______________________ 
339 
 
göylərə səyahət gecəsidir. Maraqlı burasıdır ki, bu gecələrdən hansı birinin hansı 
aya və ya hansı günə düşməsi göstərilmir. 
Cə’əlna – “Təyin etdik, qərar verdik”. Bu ifadəni Nəsimi Quranın 21-ci 
surəsinin 32-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: 
“Və cə’əlna küllə şey’in minəl ma’i həyyən” – Hər şeyi sudan diriltdik. 
Nəsimi həmin ayənin də insana, insan gözəlliyinə  dəlalət etdiyini irəli sürüb 
deyir: 
Cə’əlna sabit oldu kim, dodağın vəsfini söylər. 
Kim oldu küllü-şey’in həyy dodağın eyni-abından. 
Yəni, “ey insan, aydın olmuşdur ki, Qurandakı “cə’əlna küllə şey’in minəl ma’i 
həyyən” ayəsi sənin dodağının mədhini söyləyirmiş, çünki bütün əşya sənin 
dodağının çeşməsindən dirilmişdir”. 
Cəffəl qələm – “Qələm qurudu, söz bitdi, qurtardı”. 
İfadə  ərəb atalar sözündən alınmışdır. Bir məsələ haqqında qəti qərara 
gəldikdən sonra bu ifadəni işlədirlər. 
Düxan – “Duman, tüstü” deməkdir. Quranın 44-cü surəsində “duman” dan bəhs 
olunduğuna görə həmin surə bu ad ilə adlanır. Orada yazılır: 
– “Müntəzir ol (gözlə, səbir elə), bir gün olacaqdır ki, göydə duman olacaq və 
bu duman xalqı bürüyəcək, bu ağır bir əzab-əziyyətdir”. Ruhanilərin fikrincə 
Qurandakı bu ayə qiyamət gününə  işarədir. Lakin Nəsimi qaralığına görə düxan 
(duman) sözünün insan saçına işarə olunduğunu iddia edir 
Əbşiru – “Sevinin, şadlanın” 
Əbşiru, dilbər götürmüşdür niqab, 
Qəd nəcatum min şətatil inxirab. 
Bu beytdə  Nəsimi Allahın maddi cisimlərdə  xəbər verməklə insanları  fəlsəfi 
düşüncələrinə görə bir-birinə zidd olmaqdan çəkinməyə, vahid ideya, panteist 
fəlsəfəsi ətrafında birləşib dost olmağa çağırır. 
Əhli-yəmin – “Sağ cərgəyə düzülənlər”. 
Bu ifadəni Nəsimi Quranın 56-cı surə 90-cı ayəsindən iqtibas etmişdir. 
Orada deyilir: 
“Sağ cərgə əhlindən olarsa, behişt əhlindən sənə salam”. 
Dini əfsanələrə görə guya qiyamət günü möminləri sağ cərgəyə düzüb behiştə, 
günahkarları isə sol cərgəyə düzərək, cəhənnəmə göndərəcəklər. 
Əhsəni-təqvim – “Gözəl şəkilli”. 
Nəsimi bu ifadəni Quranın 95-ci surəsinin 2-ci ayəsindən iqtibas etmişdir. 
Orada yazılır: 
“Doğrudan da, biz insanı gözəl şəkilli yaratdıq”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə