Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 
29
 
 
Shapes düyməsini çıqqıldadıb açılan siyahıdan istənilən fiqur, xətt seçmək 
mümkündür. 
Çəkilmiş  təsvirləri ön plana, arxa plana keçirməklə  şagirdlər müxtəlif 
görüntülər hazırlaya bilərlər.  
 
 "Fəaliyyət-2" bölümündə  şagirdlərə vektor  qrafik redaktorunda Günəş 
sisteminin 3D-modelinin hazırlanması və onlara effektlər verilməsi təklif olunur.  
 
 
 
 
 
 
Dərsliyin "Araşdıraq-öyrənək" bölməsində  şagirdlər OpenOffice.org Draw 
proqramının Drawing zolağında yerləşən düymələrin təyinatını araşdırmalıdır. 
Əgər OpenOffice Draw proqramı quraşdırılmayıbsa və  şagirdlər Microsoft Word 
proqramında işləyirlərsə, onda onun Drawing zolağında olan alətləri araşdırmağı 
tapşırmaq olar. Şagirdlərə bildirmək lazımdır ki, şəkildə olan bütün elementlər 
vaxtında qruplaşdırılmalıdır, çünki hər hansı elementin yerinin azca dəyişməsi 
bütün şəkli korlaya bilər. 
Şagirdlər özlərini qiymətləndirmək üçün mövzunun sonunda verilmiş 
tapşırıqları yerinə yetirə bilərlər.  
3. Birinci modelin hissələrini silindr fiqurları təşkil edir. Həmin modeli hazırlamaq 
üçün silindrləri aşağıdan başlayaraq yığmaq və  hər növbəti fiquru əvvəlki fiqura 
nisbətən ön plana keçirmək lazımdır. 
 


 
30
Qiymətləndirmə meyarı: model hazırlama 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Vektor 
redaktorunda 
üçölçülü modeli 
hazırlamaqda 
çətinlik çəkir.  
Vektor redaktorunda 
üçölçülü modeli 
müəllimin köməyi ilə 
hazırlayır.  
Vektor redaktorunda 
üçölçülü modeli 
hazırlayarkən kiçik 
səhvlərə yol verir. 
Vektor redaktorunda 
müstəqil olaraq 
üçölçülü modellər 
hazırlayır.  
 
 
 
Dərs 
4
 / Mövzu:
 QRAFİK İNFORMASİYANIN 
KODLAŞDIRILMASI 
 
 
 
 
 Maraqoyatma mərhələsi dərslikdə verilən suallar əsasında təşkil oluna bilər. 
Sualları artırmaq da olar: "Mətn informasiyası kompüterdə necə kodlaşdırılır?", 
"Ədədi informasiya kompüterdə necə kodlaşdırılır?", "Nə zaman qrafik faylların 
həcmini bilmək lazım olur?" 
 Dərsliyin "Fəaliyyət" bölümündə  şagirdlərə verilmiş  cədvəllərin müvafiq sətir 
və sütunlarını göstərilən qayda ilə  rəngləmək və sonra iki cədvəldə alınan 
görüntüləri müqayisə etmək təklif olunur.  
ALT 
STANDARTLAR 
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını 
fərqləndirir. 
1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaş-
dırılmasına aid nümunələr göstərir. 
1.1.3. Müxtəlif xarakterli  informasiyaların həcmini ölçür.
 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid 
nümunələr göstərir. 
  Kodlaşdırılmış qrafik informasiyanın həcmini müəyyən edir. 


 
31
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
               
               
               
               
               
               
               
               
 
İkinci görüntü birinci görüntüdən,  əlbəttə ki, daha dəqiqdir. Baxmayaraq ki 
şəkillərin ölçüləri eynidir, onlardakı piksellərin sayı  fərqlənir.  Şagirdlər elə 
nəticəyə gəlməlidirlər ki, piksellərin sayı artdıqca şəklin keyfiyyəti yaxşılaşır.  
 
 Şagirdləri nəzəri məlumatla tanış edərkən təqdimatdan istifadə  məqsədə-
uyğundur. Müəllim öz izahatında  əsas suallara cavab verməyə çalışmalıdır: 
"Kompüterdə qrafik informasiya necə kodlaşdırılır?", "Kompüterdə görüntülərin 
informasiya həcmi necə hesablanır?" 
Dərslikdə verilmiş nümunəni izah etdikdən sonra oxşar bir neçə məsələ də vermək 
məqsədəuyğun olardı.  
 
"Araşdıraq-öyrənək" bölməsində  şagirdlərə tapşırıq verilir: Paint qrafik 
redaktorunda BMP formatında olan hər hansı  rəngli  şəkil açıb onu müxtəlif 
kodlaşdırma (Monochrome Bitmap, 16 Color Bitmap, 256 
Bitmap, 24-bit Bitmap) sxemlərində saxlamaq və saxlanmış faylların 
ölçülərini müqayisə etməklə onlar arasındakı fərqin səbəbini izah etmək. 
Qeyd.  Hər saxlamadan sonra orijinal faylı yenidən açmaq lazımdır.  Əgər bu 
prosedurları  şagirdlər düzgün etsələr, faylların həcmlərindəki fərqliliyi görə 
bilərlər. 
 
 
 
Bu fərqin səbəbini izah edərkən rənglərin sayına fikir vermək lazımdır. Bəzi 
formatların adında rəngin dərinliyi, bəzilərində isə  rənglərin sayı qeyd olunub. 


 
32
Müqayisə zamanı bütün formatların rəng dərinliyinin müəyyən edilməsi məsləhət 
görülür: 
Monochrome Bitmap: n=1, yəni 2 rəngdən istifadə olunur 
 ağ və qara; 
16 color Bitmap: n=4; 
256 color Bitmap: n=8; 
24-bit Bitmap: n=24. 
Şagirdlər görüntülərin özünü də müqayisə edib hansı formatın daha yaxşı 
olduğunu söyləyə bilərlər.  Əlbəttə ki, rəng dərinliyi daha çox olan 24-bit Bitmap 
formatı daha keyfiyyətlidir.  
 
  
 
 
  
 
 
 
Şagirdlərin özlərini qiymətləndirməsi üçün mövzunun sonunda verilmiş 
tapşırıqlar yerinə yetirilə bilər. 
2. Tapşırığı yerinə yetirdikdən sonra belə təsvir alınmalıdır:  
 
 
 
3Ölçüsü 32×32 piksel olan rastr görüntünün yaddaşda saxlanması üçün 512 bayt 
yer ayrılıb. Görüntünün rənglər palitrasında ən çoxu neçə rəng ola bilər? 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə