Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 
33
Həlli:  V = 512 bayt = 512 · 8 bit. Piksellərin sayı  a · b = 32 · 32. V  =  a · b · n 
düsturundan rəngin dərinliyini tapmaq olar: n = 
32
32
8
512


= 4.  
Deməli, görüntüdə ən çoxu 2
4
=16 rəngdən istifadə edilə bilər. 
 
4. 256 rəngli görüntünün ölçüsü 1024×640 pikseldir. Qrafik faylın həcmini 
hesablayın. 
Həlli:  Əvvəlcə  rəng dərinliyini müəyyən edək. 2
n 
= 256 
  n  = 8. V  =  a  ·  b · n 
düsturundan istifadə edərək faylın həcmini tapaq. = 1024 · 640 · 8 bit = 1024 · 
640 bayt = 640 Kbayt. 
516 bitlik kodlaşdırmada 640×480 ölçülü görüntünün həcmi nə qədər olacaq?  
Həlli: a · b · n = 640 · 480 · 16 bit = 614400 bayt = 600 Kbayt. 
 
Diferensial təlimTəlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb məsələ 
təklif etmək olar. Məsələn: 
1. Kompüterdə hazırlanmış  sənəddə ancaq mətn və  şəkil var. Mətn sətirdə 60 
simvol olan 2 sətirdən ibarətdir (ASCII kodlaşdırmasında). Monoxrom (ağ  və 
qara) şəklin ölçüsü isə 128 x 512 pikseldir. Sənədin informasiya həcmini müəyyən 
edin. 
 
Qiymətləndirmə meyarı: nümunəgöstərmə, hesablama 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qrafik informasi-
yanın kompüterdə 
kodlaşdırılmasına 
aid nümunələr 
göstərməkdə 
çətinlik çəkir. 
Qrafik informasiya-
nın kompüterdə 
kodlaşdırılmasına aid 
nümunələri müəl-
limin köməyi ilə 
göstərir.  
Qrafik informasiyanın 
kompüterdə kodlaş-
dırılmasına aid nümu-
nələri göstərməkdə 
səhvlər buraxır. 
Qrafik informasiya-
nın kompüterdə 
kodlaşdırılmasına aid 
düzgün nümunələr 
göstərir. 
Kodlaşdırılmış qra-
fik informasiyanın 
həcmini çətinliklə 
hesablayır. 
Kodlaşdırılmış qrafik 
informasiyanın 
həcmini müəllimin 
köməyi ilə hesablayır. 
Kodlaşdırılmış qrafik 
informasiyanın həcmini 
kiçik səhvlərə yol 
verərək hesablayır. 
Kodlaşdırılmış qrafik 
informasiyanın 
həcmini hesablayır. 
 
 
 


 
34
Dərs 
5
 / Mövzu:
 SƏS İNFORMASİYASININ KODLAŞDIRILMASI  
 
 
       
 
 
 D
ərsi başlayan zaman şagirdlərə  dərslikdəki sualları vermək olar: "Fiziki 
baxımdan səs nədir?", "Kompüterin səslə  işləyən hansı qurğuları var?" Şagirdlər 
fizika dərslərindən "səs dalğaları" anlayışı ilə 7-ci sinifdə tanış olublar. "Elastik 
mühitdə yayılan və  səs duyğusu yaradan mexaniki dalğalara səs dalğaları  və ya, 
sadəcə, səs deyilir". Keçən il şagirdlər informatika fənnindən də "Multimedia qur-
ğuları" mövzusu ilə tanış olarkən multimedia, yəni səs, qrafika və video ilə işləyən 
qurğularla tanış olmuşdular. Mikrofon və səsucaldanları səslə işləyən qurğulara aid 
etmək olar. Şagirdlər monitor, printer, skaner, surətçıxarma qurğusunun, interaktiv 
lövhə və digər periferiya qurğularının adlarını da çəkə bilərlər. Bu zaman izah et-
mək lazımdır ki, onlar səslə deyil, qrafik informasiya ilə işləyən qurğulardır.  
 "Fəaliyyət" bölümündə  şagirdlərə mikrofon, səsucaldanlar, səs kartı haqqında 
bildiklərini cədvələ yazmaq təklif olunur. Səs kartı barədə anlayışı olmayan şagird-
lər həmin sətri boş qoya bilər. 
 
Dərsi izah edərkən analoq və  rəqəmsal siqnallar barədə  məlumat vermək 
lazımdır. Qeyd etmək lazımdır ki, həm mikrofon, həm də  səsucaldanlar analoq 
qurğulardır. Analoq siqnallar kompüterdə  rəqəmsal formaya çevrilir, emal olunur 
və yenidən analoq formasına çevrilərək səsucaldanlara çıxarılır. 
 
 
 
ALT 
STANDARTLAR 
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını 
fərqləndirir. 
1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə 
kodlaşdırılmasına aid nümunələr göstərir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Səs informasiyasının kodlaşdırılmasını izah edir. 
  Səs informasiyalarının kompüterdə kodlaşdırılmasına aid 
nümunələr göstərir. 


 
35
 
 
Müəllim üçün məlumat  
 
Kompüter səsi emal etməsi üçün kəsilməyən səs siqnallarını  rəqəmsal diskret 
formaya çevirməlidir. Bunun üçün kəsilməz dalğa kiçik hissələrə bölünür və  hər 
hissə üçün səsin intensivliyi göstərilir. Bu üsula zamana görə diskretləşdirmə 
deyilir. 
 
  
 
Kompüterin səs kartı barədə  məlumat vermək faydalı olardı.  Şagirdlərə 
bildirmək lazımdır ki, əvvəlki masaüstü fərdi kompüterlərdə  səs kartı ayrıca kart 
kimi ana lövhədə genişlənmə slotuna taxılırdı. Müasir kompüterlərdə, xüsusən də 
noutbuklarda, planşetlərdə (smartfonlarda) audiokodek adlı mikrosxem əvvəlcədən 
sistem lövhəsinə inteqrasiya olunur və kompüterə daxil edilən səs bu komponent 
vasitəsilə emal olunur. 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
sistem 
lövhəsinin 
üstündə 
audiokodek 
sistem lövhəsinə 
taxılan səs kartı 


 
36
 
Mövzuda səs fayllarının informasiya həcminin hesablanması verilmir. Çünki 
bunun üçün əvvəlcə  səsin intensivliyi və tezliyi kimi anlayışlar izah olunmalıdır. 
Bu isə materialı mürəkkəbləşdirir və  şagirdlər tərəfindən mənimsəməni 
məhdudlaşdıra bilər.  
Əgər müəllim bu materialı izah etmək istəyərsə, aşağıdakı informasiyadan 
istifadə etməsi tövsiyə olunur.  
 
Əlavə məlumat 
 
Kodlaşdırılmış səsin səsləndirilmə keyfiyyətinə, əsasən, iki parametr təsir edir: 
diskretləşmənin tezliyi və amplitudanın qiymətinin yazılışına ayrılmış bitlərin sayı.  
Kodlaşdırılmış  səs informasiyasının həcmini hesablamaq üçün də bu 
parametrlərdən istifadə olunur: 
= [ diskretləşmənin tezliyi ] · [bitlərin sayı] · [vaxt intervalı
Bu düstur monosəs üçün istifadə olunur. Kodlaşdırılmış stereo səslərin həcmini 
müəyyən etmək üçün düsturun əvvəlinə 2 əmsalı artırılır, çünki stereo səsin 
kodlaşdırılması zamanı iki cığırdan istifadə olunur. Məsələn, kompakt disklərdə 
(CD) yazı zamanı 16 mərtəbəli qiymətlərdən istifadə olunur, diskretləşmə tezliyi 
isə 44032 Hs-ə  bərabərdir. Bu parametrlər musiqinin və nitqin əla keyfiyyətlə 
səslənməsini təmin edir. 
Bütün səslər kimi musiqi də  səs dalğalarıdır və onları kifayət qədər dəqiq 
kodlaşdırdıqda səsi sonradan səsləndirmək mümkündür. Ancaq belə üsul bəstəkara 
bəstələdiyi  əsəri yazmağa, musiqiçiyə isə onu bir dəfə  də olsun eşitmədən ifa 
etməyə imkan vermir. 
Vəziyyətdən çıxış çoxdan tapılmışdır:  not yazısı, yaxud notasiya musiqini 
yazmaq üçün tətbiq olunan qrafik işarələr sistemidir. Orta əsrlərin əvvəlində xüsusi 
işarələrlə 
 xətlərdən, nöqtələrdən, vergüllərdən ibarət nevmalarla ayrıca səslər, səs 
qrupları, səsin yüksəkliyi (səsin tonu) dəqiq təyin edilmədən insan səsinin aşağı və 
yuxarı hərəkəti göstərilirdi. Odur ki onlar yalnız məlum olan nəğməni müğənninin 
yadına salırdı. 
Səs tonu və yüksəkliyi səs rəqslərinin tezliyi ilə müəyyən edilir. Hər bir not 
özünün məlum tezliyinə malikdir. Hazırda birinci oktavanın notu “lya” əsas sayılır 
 440 Hs. Qalan notlar ona nəzərən təyin olunur, axı insanın eşitmə qabiliyyəti 
üçün mütləq tezlik deyil, tezliklərin nisbəti vacibdir. Tezlikləri düz iki dəfə 
fərqlənən səslər oxşar, “qohum” kimi görünür. 
XX  əsrin 80-ci illərində bir çox mövcud musiqi alətlərinin səslərini, eləcə  də 
tamamilə yeni səsləri canlandıran elektron musiqi alətləri 
 sintezatorlar meydana 
çıxdı. Elektron musiqi alətləri istehsal edən firmalar komandaları klavişlərdən 
yazan və sonra isə onları səsləndirən alət 
 sekvensorlar istehsal etməyə başladı.  
 
"Araşdıraq-öyrənək" bölümündə  şagirdlərə tapşırıq verilir: eyni bir 
informasiyanın, məsələn, Məhəmmədhüseyn  Şəhriyarın "Heydərbabaya salam" 
poemasının bir neçə formatda (mətn, səs və video) faylını  İnternetdən tapıb 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə