Microsoft Word info-9 mv-aqsh doc


MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 
21
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ  
TEXNOLOGİYASININ ŞƏRHİ
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:  
5 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
     1 saat
 
 
 
Kompüter qrafikası ilə  iş  fərdi kompüterin istifadəsinin mühüm 
istiqamətlərindən biridir. Kompüter qrafikası hazırda hər bir müasir multimedia 
proqramında istifadə olunur. Məktəb kursunda qrafik redaktora aid standartlar 1-
ci sinifdən başlayaraq 9-cu sinfə kimi dərsliklərdə reallaşır. 9-cu sinifdə rastr və 
vektor qrafikası haqqında məlumat veriləcək,  şagirdlər rastr redaktorunda 
piksellərdən istifadə edərək təsvirlər yaratmağı öyrənəcək, vektor qrafik 
redaktorunun imkanları ilə tanış olacaq, qrafik redaktorlarda görüntülərin 
kodlaşdırılması barədə məlumat alacaqlar. 
 
 
TƏDRİS VAHİDİ –
1
KODLAŞDIRMA 
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir. 
1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid 
nümunələrgös tərir. 
1.1.3. Müxtəlif xarakterli  informasiyaların həcmini ölçür. 
3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir. 


 
22
Dərs 
1
 / Mövzu:
 RASTR QRAFİKASI 
 
 
 
       
 
 
 Bu  dərsin tədris ilində birinci olduğunu nəzərə alaraq müəllim  şagirdlər 
arasında diaqnostik qiymətləndirmə apara bilər. Qiymətləndirməni həm şifahi, həm 
də yazılı formada keçirmək olar. Sualları qrafik redaktorun təyinatına, şagirdlərin 
bildiyi alətlərə, sadə qrafik redaktorun imkanlarına aid təşkil etmək olar. Eyni 
zamanda skaner qurğusuna aid suallar da tərtib etmək məsləhət görülür. 
Şagirdlərə Paint qrafik redaktorunun üstünlükləri və çatışmazlıqları barədə sual 
vermək yaxşı olardı. Cavabları lövhədə qeyd etmək tövsiyə olunur. 
Rastr qrafikasının üstün cəhətləri: 
1. Mürəkkəb təsvirlərin hazırlanması. 
2. Skaner, fotoaparat vasitəsilə alınmış  şəkilləri Paint proqramında açıb redaktə 
etmək olar. 
Rastr qrafikasının çatışmayan cəhətləri: 
1. Kompüterdə saxlanılan qrafik faylların böyük həcmi.  
2. Təsvir nöqtələrdən ibarət olduğu üçün onun böyüdülməsi təsviri təşkil edən 
nöqtələrin ölçüsünün böyüməsinə  gətirib çıxarır. Həmçinin rastr nöqtələrinin 
böyüdülməsi təsvirləri vizual təhrif edir və kobudlaşdırır. Bu, pikselizasiya effekti 
adlanır.  
3. Əl ilə şəkil çəkmək çətinliyi. 
 Dərsliyin "Fəaliyyət-1" bölməsində  şagirdlərə Paint qrafik redaktorunda hər 
hansı qrafik faylı açıb böyüdücü şüşə alətindən istifadə etməklə təsviri təşkil edən 
piksellərə yaxından baxmaq təklif olunur. Müəllim şagirdlərin diqqətini piksellərin 
rənglərinə cəlb edə bilər. Kompüterdə olan şəkillərin bir hissəsi, adətən, rəqəmsal 
fotokameralar və ya skaner vasitəsilə kompüterə köçürülür. Ona görə  də 
milyonlarla rənglərdən ibarət olur. Həmin rənglər, adətən, qrafik redaktorların 
rənglər palitrasında əvvəlcədən əks olunmur. Şagirdlərə bəzi piksellərin rənglərini 
 Color Picker (Rəng Seçimi) aləti vasitəsilə almağı  təklif etmək olar. Bunun 
ALT 
STANDARTLAR 
3.2.1. Rastr və vektor qrafikaları ilə  işləmək bacarığı nümayiş 
etdirir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Rastr qrafikasının mahiyyətini izah edir 
  Rastr qrafik redaktorunda piksellər vasitəsilə təsvir yaradır. 


 
23
üçün həmin aləti seçdikdən sonra hər hansı pikselin üstünə aparıb siçanın sol 
düyməsini çıqqıldatmaq lazımdır. Palitrada əsas rəng kimi seçilmiş pikselin rəngi 
əks olunacaq.  
 Bu  bölümdə  şagirdlərə rastr qrafikası barədə  məlumat verməzdən öncə 
kompüter qrafikası haqqında məlumat vermək olar.  
 
İnformatikada proqram-aparat kompleksləri vasitəsilə görüntülərin yaradılması  və 
emalı üçün istifadə olunan üsul və vasitələri öyrənən sahə  kompüter qrafikası 
adlanır.  İnsan həyatının müxtəlif sahələrində kompüter qrafikası  tətbiq edilir. 
Məsələn, səhiyyədə kompüter tomoqrafiyası, elmi tədqiqat işlərində maddənin 
quruluşunun, geyimlərin modelləşdirilməsi, kompüter oyunlarının görüntüləri 
kompüter qrafikasına  əsaslanır. Görüntülərin formalaşma üsulundan asılı olaraq 
kompüter qrafikasını rastr, vektor və fraktal qrafikalarına ayırırlar. 
 
Rastr qrafikasına aid izahatı daha əyani nümayiş etdirmək üçün youtube.com 
portalında "Rastr və vektor qrafikası" adlı videoçarxı göstərmək olar. Həmin 
videonun ünvanı "Elektron resurslar" bölümündə qeyd edilib. PaintNET qrafik 
redaktorundan (MS Paint 2003 və ya 2007 redaktoru da olar) istifadə edərək 
şagirdlərə  iş sahəsinin "tor" görünüşünü göstərmək yaxşı olardı.  Şagirdlərə 
bildirmək lazımdır ki, simgələr bu üsulla hazırlanır. Onların hazırlanması üçün 
16x16 və ya 32x32 pikseldən ibarət kvadrat iş sahəsi yaradılır və müvafiq piksellər 
rənglənir. 
 
Dərsliyin "Fəaliyyət-2" bölməsində  şagirdlərə PaintNET qrafik redaktorunda 
simvolunu hazırlamaq təklif olunur. Müəllim  şagirdlərə başqa fiqurun 
çəkilməsini də təklif edə bilər. Məsələn, aşağıda verilmiş şəkli çəkmək olar.  
 
 


 
24
 
Dərsliyin "Araşdıraq-öyrənək" bölümündə  şagirdlərə qrafik fayl formatları, 
xüsusən də  bmp formatını  jpeg formatı ilə müqayisə etmək təklif edilir. bmp 
formatı görüntünün bütün piksellərini yadda saxlayır. Ona görə  də piksellərdə 
dəyişiklik qrafik faylın həcminə təsir etmir.  
jpeg formatı isə sıxılmış formatdır. Şəkildə kiçik dəyişikliklər faylın həcminə və 
keyfiyyətinə təsir edir. 
 
Qiymətləndirmə meyarları: izahetmə, şəkilçəkmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Rastr qrafikasının 
mahiyyətini izah et-
məkdə çətinlik çəkir. 
Rastr qrafikasının ma-
hiyyətini müəllimin 
köməyi ilə izah edir. 
Rastr qrafikasının ma-
hiyyətini izah edərkən 
kiçik səhvlərə yol verir.  
Rastr qrafikasının 
mahiyyətini düzgün 
izah edir. 
Rastr qrafik redakto-
runda piksellər vasitə-
silə təsvir yaratmaqda 
çətinlik çəkir. 
Rastr qrafik redakto-
runda piksellər vasi-
təsilə müəllimin kö-
məyi ilə təsvir yaradır. 
Rastr qrafik redakto-
runda piksellər vasitəsilə 
təsvir yaradarkən kiçik 
səhvlər buraxır. 
Rastr qrafik redak-
torunda piksellər 
vasitəsilə sərbəst 
təsvir yaradır. 
 
Elektron resurslar: 
1. Rast və vektor qrafikası (rusca):  https://youtu.be/3quFDsZ2W3Y?t=13s 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə