Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 
53
 
 
İstənilən prosesin üstündə sağ düyməni çıqqıldatmaqla onun kontekst 
menyusunu açmaq olur. Oradan prosesi dayandırmaq, faylın yerləşdiyi qovluğu 
tapmaq, prosesə prioritet vermək və başqa əməliyyatları yerinə yetirmək olar. 
Aşağıdakı prosesləri dayandırmaq məsləhət deyil, çünki onlar əməliyyat sisteminin 
prosesləridir: 
 
Prosesin adı (.exe) 
Təsviri 
Explorer 
İş masasının və tapşırıqlar zolağının işini 
dəstəkləyir 
Taskhost 
Host-fayl 
Conhost 
Konsol pəncərəsi 
Svchost 
Bu prosesdən bir neçə olur.  
Taskmgr 
Task Manager  
Msdtc 
Şəbəkə kompüter sistemlərində verilənlərin 
paylanmasına cavab verir 
Sppsvc 
Microsoft proqram təminatının müdafiə 
sistemidir 
Smss 
Windows seans dispetçeri 
Csrss 
"Müştəri-qulluqçu"nu icra edir 
wininit 
Tətbiqi proqramların avtomatik başladılması 
winlogon 
Sistemə giriş proqramı 
 


 
54
services 
Windows xidməti proqramları 
spoolsv 
Çap növbənin dispetçeri 
lsass 
Lokal istifadəçilərin səlahiyyətləndirilməsi  
lsm 
Lokal seansların xidməti 
SearchIndexer 
Axtarış indeksatoru 
 
Perfomance  bölümündə qrafiklər  əks olunur. Onlardan aşağıdakı informasiyanı 
almaq olar: 
 mərkəzi prosessorun yüklənməsi; 
 mərkəzi prosessorun yüklənmə xronologiyası; 
 istifadə olunan sistem yaddaşın həcmi; 
 operativ yaddaşın istifadə xronologiyası. 
Qrafiklərin altında yaddaş  və resursların istifadəsi haqqında informasiyanı 
özündə saxlayan cədvəllər yerləşir. 
 
 
 


 
55
 "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablandırırlar. 
 
Qiymətləndirmə meyarı: xidməti proqramlarla işləmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Sərt diski "Disk 
Cleanup" proqra-
mı vasitəsilə 
lazımsız proq-
ramlardan 
təmizləməkdə 
çətinlik çəkir.  
Müəllimin köməyi ilə 
"Disk Cleanup"  
proqramı vasitəsilə 
sərt diski lazımsız 
proqramlardan 
təmizləyir. 
"Disk Cleanup"  
proqramı vasitəsilə 
sərt diski lazımsız 
proqramlardan 
təmizləyərkən kiçik 
səhvlərə yol verir. 
"Disk Cleanup"  
proqramı vasitəsilə 
sərt diski lazımsız 
proqramlardan 
düzgün təmizləyir. 
Başladılmış 
proqramı "Task 
Manager" proqra-
mı vasitəsilə 
dayandıra bilmir. 
Başladılmış proqramı 
"Task Manager" 
proqramı vasitəsilə 
müəllimin köməyi ilə 
dayandırır. 
Başladılmış proqra-
mı"Task Manager" 
proqramı vasitəsilə 
dayandırarkən kiçik 
səhvlərə yol verir. 
Başladılmış proqramı 
"Task Manager" 
proqramı vasitəsilə 
düzgün dayandırır. 
"Uninstall or 
change a program" 
xidməti vasitəsilə 
proqramı 
kompüterdən 
uzaqlaşdırmaqda 
çətinlik çəkir. 
Müəllimin köməyi ilə 
"Uninstall or change 
a program" xidməti 
vasitəsilə proqramı 
kompüterdən 
uzaqlaşdırır. 
"Uninstall or change a 
program" xidməti 
vasitəsilə proqramı 
kompüterdən 
uzaqlaşdırarkən kiçik 
səhvlərə yol verir. 
"Uninstall or change 
a program" xidməti 
vasitəsilə proqramı 
kompüterdən 
müstəqil olaraq 
uzaqlaşdırır. 
 


 
56
II TƏDRİS VAHİDİ ÜZRƏ  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ  
 
1. Hansı parametrinə görə birinci kompüter ikincidən üstündür? 
Notebook 1: rəngi qara, 15.6 düymlü, 1366 
x
 768, CPU Intel® Core™ 
i5, 2.6 Ghz, RAM 4Gb, HDD 500Gb 
Notebook 2: rəngi boz, 13.3 düymlü, 1920 
x
 1080, CPU Intel® Core™ 
i5, 1.6 Ghz, RAM 8Gb, HDD 750Gb 
 
A) prosessorun növünə görə                 B) xarici yaddaşın həcminə görə 
C) operativ yaddaşın həcminə görə      D) prosessorun takt tezliyinə görə 
 
2. Keş-yaddaşın yerləşdiyi yer: 
    A) RAM    B) prosessor  C) HDD   D) fləş-kart 
 
3. Takt tezliyinin ölçü vahidi: 
A) bit   B) saniyə   C) hers    D) ölçü vahidi yoxdur 
 
4. Hansı anlayışlar kompüterin sərt diskinə aiddir? 
A) klaster, takt tezliyi, nüvələrin sayı 
B) çözümlülük, sektor, məhsuldarlıq 
C) sektor, klaster, cığır 
D) cığır, çözümlülük, takt tezliyi 
 
5. Hansı xidməti proqram vasitəsilə sərt diskin zədələnmiş hissələrini müəy-
yən etmək olur? 
    A) Disk Defragmented             B) Disc Cleanup   
    C) ScanDisk                             D) Task Manager 
 
6. Faylın həcmi 801 Kb olarsa, o, diskdə neçə klaster yer tutacaq? 
 A) 801    B) 800      C) 20      D) 21 
 
7. Diskdə müəyyən həcmi olan ən kiçik yaddaş bloku necə adlanır? 
A) sektor  B) klaster   C) cığır   D) seqment 
 
8. Diskin defraqmentlənməsi nə üçündür? 
A) diski ziyanverici proqramlardan təmizləyir 
B) diski zədələnmiş hissələrdən azad edir 
C) diskə yazılmış bütün faylları hissələrə parçalayır 
D) hissələri diskə səpələnmiş faylları optimal şəkildə yeni yerlərə yazır 
 


 
57
9. Xidməti proqramlar hansı növ proqramlara aiddir? 
A) tətbiqi  B) sistem  C) instrumental    D) heç birinə 
 
10. Yalan fikirləri müəyyən edin. 
1.  İdarəetmə panelini START menyusundan açmaq olur. 
2.  Kompüterə yeni klaviatura düzümləri əlavə etmək olur. 
3.  Kompüterin məhsuldarlığına ekranın çözümlülüyü təsir edir. 
4.  Prosessorun takt tezliyi onun nüvələrinin sayını müəyyən edir. 
5.  Bütün əməliyyat sistemlərində xidməti proqramlar var. 
 
 A) 1, 3   B) 2, 3     C) 3, 4    D) 4, 5 
 
11. Disc Cleanup proqramı bu qovluqlarda lazımsız faylları axtarır. 
 A) Recycle Bin, Temporary Internet Files, Documents 
 B) Downloaded Program Files, Program Files, Recycle Bin 
 C) Temporary İnternet Files, Recycle Bin, Downloaded Program Files 
 D) Kompüterdəki bütün qovluqlarda 
 
12. "Asılıb qalmış" proqramın işini sona çatdırmaq üçün hansı proqramdan 
istifadə olunur? 
     A) Disc Cleanup             B) Task Manager 
     C) Task Host                  D) Manager Office 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə