Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 
58
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ  
 
TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
4 saat 
KİÇİK SUMMATİV  QİYMƏTLƏNDİRMƏ: 
 
    
1 saat 
BÖYÜK SUMMATİV  QİYMƏTLƏNDİRMƏ: 
 
    
1 saat 
 
_______________________________________ 
 
 
3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır. 
3.2.3. Multimedia təqdimatları hazırlayır. 
3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur.
TƏTBİQİ PROQRAMLAR
 
TƏDRİS VAHİDİ – 3 


 
59
Dərs 
12
 / Mövzu:
 MÜRƏKKƏB SƏNƏDLƏRLƏ İŞ  
 
              
 
 
 Dərsin əvvəlində şagirdlərə suallarla müraciət etmək olar: "Mətn redaktorunda 
"sənəd" nəyə deyilir?",  "Mətn sənədinin tərkibində hansı obyektlər ola bilər?" 
Yeni mövzuya motivasiyanı yaratmaq üçün şagirdlərə  mətn redaktorlarında 
hazırlanmış müxtəlif sənədləri nümayiş etdirmək olar.  
 "Fəaliyyət" bölümündə  şagirdlərə Microsoft Word 2007 mətn redaktorunda 
verilmiş sənədi hazırlamaq təklif olunur. 7-ci sinifdə şagirdlər OpenOffice Writer 
proqramında düsturların mətn redaktorunun düstur redaktoru vasitəsilə yazılması 
ilə tanış olmuşdular. 9-cu sinifdə isə onlar Microsoft Word 2007 mətn prosesso-
runda düstur redaktoru ilə tanış olurlar. Nümunə olaraq müəllim  şagirdlərə 
riyaziyyat, fizika, yaxud kimya dərsliklərindən müxtəlif düsturları  yığmağı  təklif 
edə bilər.  
Əgər kompüterdə Microsoft Office 2003 quraşdırılıbsa, onda şagird düsturlarla 
işləmək üçün aşağıdakı addımları yerinə yetirməlidir: 1. Insert menyusundan 
Object...  bəndini seçin. 2. Açılan pəncərədə verilmiş siyahıdan  Microsoft 
Equation 3.0  bəndini qeyd edin. Equation  pəncərəsi açılacaqdır. 
 
 
 
Bəzən düsturda olan simvolları yığmaq üçün düstur redaktorundan deyil, Symbol 
simvollar cədvəlindən istifadə daha əlverişli olur. Cədvəldəki simvolları görmək 
üçün Insert menyusunda Symbol düyməsini çıqqıldatmaq lazımdır.  
 
ALT 
STANDARTLAR 
3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər 
hazırlayır.
 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Mətn sənədində görüntüləri yerləşdirir. 
  Mətn sənədinə cədvəl əlavə edir. 
  Mətn sənədinə düstur əlavə edir. 


 
60
 
Daha çox simvolları ekranda əks etdirmək üçün  More Symbols ... yazısını 
seçmək lazımdır.  
 
 
 Dərsin bu bölümündə  nəzəri məlumatlar verilir. Görüntüləri mətnin içində 
müxtəlif cür yerləşdirmək üçün mətn redaktorunun imkanlarından danışılır. 
Microsoft Word 2003 proqramında 2007 versiyasından fərqli olaraq görüntünün 
köklənməsini onun kontekst menyusundan Format Picture  bəndini seçməklə 
etmək olar. 
 


 
61
 
Şəklin mətnə nəzərən yerləşməsinin, adətən, 5 rejimi təqdim olunur:  
1.  In line with text    
 bu rejim susqunluqla seçilir və  şəkil mətni parçalayaraq 
onun arasında yerləşir. Şəkil səhifəyə yox, mətnə bağlı olur. 
2. Square 
 bu rejimdə mətn şəklin düzbucaqlı kontur sərhədi boyunca yerləşəcək. 
3. Tight 
 bu rejim seçilərsə, mətn şəklin konturları boyunca düzlənəcək. 
4. Behind text 
 bu variantda görüntü mətnin arxasında yerləşir. 
5.  In front of Text 
 bu rejimdə görüntü mətnin önündə yerləşir və onun bir 
hissəsini tutur. 
 "Fəaliyyət-2" bölümündə  şagirdlər görüntünü mətnə  nəzarən yerləşdirib 
verilmiş sənədi hazırlamalıdırlar.  
Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb sənəd 
hazırlamağı təklif etmək olar. Məsələn, ixtiyari dərsliyin səhifəsini. 
 "Araşdıraq-öyrənək" bölümündə  şagirdlərə mürəkkəb sənəd hazırlamaq  
tapşırılır. Onun üçün şagirdlər dərsliyin  "İnformasiyanın ötürülməsi" dərsinin 
"Fəaliyyət" bölümündə olan şəkillərdən istifadə etməlidir.  Şəkilləri sənədə daxil 
etmək üçün həmin dərsliyin elektron versiyasını  e-derslik.edu.az ünvanından 
Onlayn oxu
 rejimində açmaq lazımdır.  Müvafiq şəkli tapdıqdan sonra, üzərində 
sağ düyməni çıqqıldadıb 
Save image as ...
 bəndini seçmək lazımdır.   
Sərbəst iş üçün şagirdlərə alternativ tapşırıq da təklif etmək olar. Məsələn, Microsoft 
Word 2007 proqram pəncərəsinin  Insert menyusunu araşdırmaq.  Şagirdlər sənədə 
daha hansı obyektləri əlavə etməyin mümkün olduğunu öyrənməlidirlər. 
    
Sənədə cədvəl, şəkil, Clip Art Microsoft kolleksiyasından hazır vektor şəkillər, 
müxtəlif fiqurlar, sxemlər, diaqramlar, hiperistinad (başqa sənədə keçid), yuxarı və 
aşağı kolontitul, səhifə nömrəsi, mətn sahəsi, Word 
Art elementi, cari tarix və zaman, düstur, obyekt və 
digər elementləri əlavə etmək olar.  
Dərsin vaxtı imkan versə,  şagirdlərə  sənədə Clip 
Art elementlərinin daxil edilməsini tapşırmaq olar. 
Həmin tapşırığı evə də vermək olar. 
"Öyrəndiklərinizi yoxlayın" bölümündə  şagirdlər 
verilmiş sualları cavablandırırlar.  
3. Diplom hazırlayarkən  şagirdlər sənədi nümu-
nədə verilmiş kimi hazırlaya bilər. Diplomun çərçivə-
sini çəkmək üçün Insert menyusunda Shapes düymə-
sindən istifadə etmək lazımdır. 
 


 
62
 
 
Qiymətləndirmə meyarı: mətn redaktorunda iş 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Mətn sənədində 
görüntüləri yerləş-
dirməkdə çətinlik 
çəkir.  
Mətn sənədində 
görüntüləri müəllimin 
köməyi ilə  
yerləşdirir. 
Mətn sənədində 
görüntüləri 
yerləşdirərkən bəzən 
səhvlərə yol verir.  
Mətn sənədində 
görüntüləri düzgün 
yerləşdirir.  
Mətn sənədinə 
cədvəli çətinliklə 
əlavə edir. 
Mətn sənədinə cədvə-
li müəllimin köməyi 
ilə əlavə edir.  
Mətn sənədinə cədvəli 
əlavə edərkən kiçik 
səhvlərə yol verir. 
Mətn sənədinə 
cədvəli əlavə edir. 
Mətn sənədinə 
düsturu əlavə 
etməkdə çətinlik 
çəkir. 
Mətn sənədinə 
düsturu müəllimin 
köməyi ilə əlavə edir. 
Mətn sənədinə düsturu 
əlavə edərkən bəzən 
kiçik səhvlərə yol verir. 
Mətn sənədinə 
düsturu əlavə edir. 
 
 
 
Dərs 
13
 / Mövzu:
 MULTİMEDİA TƏQDİMATLARI  
 
               
 
 
 Dərsin əvvəlində müəllim şagirdlərə suallarla müraciət edə bilər: "Multimedia 
nədir?", "OpenOffice Impress proqramında təqdimata səs və videonu necə  əlavə 
etmək olar?" 
Yeni mövzuya motivasiya yaratmaq üçün slaydlarda animasiya effektləri olan 
müxtəlif təqdimatlar nümayiş etdirmək olar.  
 "Fəaliyyət" bölümündə  şagirdlərə "Azərbaycan  şairləri" adlı  təqdimat 
hazırlamaq təklif olunur. Şagirdlər aşağı siniflərdə OpenOffice Impress təqdimat 
proqramından istifadə etmişlər, lakin Microsoft Office PowerPoint 2007 proqramı 
onlara tanış deyil.  
ALT 
STANDARTLAR 
3.2.3. Multimedia təqdimatları hazırlayır. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Slaydlara səs, video əlavə edir. 
  Slayd obyektlərinə animasiya effektlərini tətbiq edir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə