Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 
42
Müvafiq pəncərə açılacaq:  
 
 
 
Həmin pəncərədən kompüterin əsas parametrlərini öyrənmək olar. Monitorun 
çözümlülüyünü öyrənmək üçün iş masasında sağ düyməni çıqqıldadıb açılan 
kontekst menyusundan Screen resolution bəndini seçmək lazımdır. 
 
Cədvəl təxminən belə olacaq: 
Kompüterin parametri 
Parametrin göstəricisi 
Əməliyyat sisteminin adı Windows 

Prosessorun adı 
Intel Core i7-3630QM 
Prosessorun sürəti 2,4 
GHs 
Operativ yaddaşın həcmi 8 
Gbayt 
Monitorun ekranının çözümlülüyü 
1600 x 900 
 
 
Bu bölümdə kompüterin əsas xarakteristikaları, o cümlədən mikroprosessorun 
əsas göstəriciləri barədə danışılır.  
Kompüterin məhsuldarlığını müəyyən edən çoxlu parametrlər (xarakteristikalar) 
olsa da, mövzuda onların ən əsasları verilib: 
1. Prosessorun takt tezliyi 
2. Prosessorun mərtəbəliliyi  
3. Prosessorun nüvələrinin sayı 
3. Operativ yaddaşın tutumu 
4. Xarici yaddaşın həcmi 
5. Videosistemin məhsuldarlığı 
 
Prosessorun məhsuldarlığını müəyyənləşdirən parametrlərdən biri də onun 
mərtəbəliliyidir. Əslində mərtəbəlilik prosessorun imkanlarını xarakterizə edən bir 


 
43
neçə parametrdən asılıdır: registrin mərtəbəliliyi, verilənlər  şininin mərtəbəliliyi, 
ünvan şininin mərtəbəliliyi.  
Registrin mərtəbəliliyi prosessorun bir əməliyyatda emal edə biləcəyi ikilik 
ədədlərin mərtəbələrinin maksimal sayını müəyyən edir. 1971-ci ildə buraxılmış və 
mikrokalkulyatorlarda istifadə olunmuş ilk mikroprosessor (Intel 4004) 4 mərtəbəli 
idi. Fərdi kompüterlər üçün ilk prosessorlar olan Intel 8008 (1972-ci il), Intel 8080 
(1974-cü il), Zilog Z 80 (1976-cı il) isə 8 mərtəbəli idi.  
IBM PC kompüterləri üçün ilk prosessor Intel 8086 (1978-ci il) 16 mərtəbəli 
idi. 1984-cü ildən bu kompüterlərdə 32 mərtəbəli Intel 80386DX mikroprosessorla-
rından istifadə olunmağa başlandı. Intel Pentium ailəsindən olan bütün mikropro-
sessorlar da 32 mərtəbəli idi. Müasir fərdi kompüterlərdə 64-mərtəbəli mikropro-
sessorlardan istifadə olunur. 
Verilənlər şininin mərtəbəliliyi bir əməliyyatda operativ yaddaşa yazıla, yaxud 
oradan oxuna bilən verilənlərin həcmini müəyyən edir. Intel Core i7 ailəsindən 
olan müasir prosessorlarda verilənlər şininin eni 64 mərtəbədir.        
Ünvan  şininin mərtəbəliliyi prosessorun fərqləndirə biləcəyi müxtəlif 
ünvanların sayını müəyyən edir. Bununla da bu göstərici operativ yaddaşın 
mümkün həcmini müəyyənləşdirir.  Əgər verilənlər  şininin mərtəbəliliyi  n-ə 
bərabərdirsə, onda operativ yaddaşda 2
n
-dək ünvanlanan oyuq ola bilər. Bir 
ünvanlanan oyuğun tutumunun, adətən, 1 bayt olduğunu nəzərə alsaq, operativ 
yaddaşın maksimal həcmini asanlıqla müəyyənləşdirmək olar. 
İlk mikroprosessorlarda ünvan şininin eni 16 mərtəbə idi ki, bu da operativ 
yaddaşın maksimal tutumunun 64 Kbayt olduğunu göstərir. Fərdi kompüterlər üçün 
ilk prosessorlarda yaddaşın maksimal həcmi 1 Mbayt idi (bu da ünvan şininin 20 
mərtəbəsinə uyğun gəlirdi). Müasir prosessorlarda ünvan şininin eni 64 mərtəbə 
təşkil edir ki, bu da 64 Gbayt ünvan fəzasına uyğundur.  
Müqayisə üçün köhnə  və müasir prosessorların uyğun parametrlərini cədvəl 
şəklində təqdim etmək olar: 
  
Prosessorun parametri 
Intel 4004 
(1971-ci il) 
Intel Core i7-4770K 
(2011-ci il) 
Prosessorun tərkibində 
yarımkeçirici 
elementlərin sayı 
2300 
2 270 000 000 
Mikroprosessorun sahəsi 12 
mm
2
 435 
mm
2
 
Takt tezliyi 
0,75 Mhs 
3600 Mhs 
Mərtəbəliliyi 4 64 
Nüvələrin sayı 1  6 
 
Kompüter sisteminin bütün qurğuları barədə daha ətraflı məlumat almaq üçün 
System properties  pəncərəsinin sol tərəfində yerləşən  Device Manager 
bölməsini seçmək lazımdır. Açılan pəncərədən istənilən qurğu haqqında məlumat 
almaq olar. Məsələn, quraşdırılmış videokart və prosessorlar haqqında məlumat: 
 


 
44
 
  
 "Araşdıraq-öyrənək" bölümündə  şagirdlər Pentium mikroprosessorlu ən güclü 
kompüter ilə öz kompüterlərinin xarakteristikalarını müqayisə etməlidirlər.
 
 
   
Qiymətləndirmə meyarları: ifadəetmə, tətbiqetmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Kompüterin 
əsas 
xarakteristikalarını 
söyləməkdə  çətinlik 
çəkir. 
Kompüterin 
əsas 
xarakteristikalarını 
müəllimin köməyi 
ilə sadalayır.  
Kompüterin 
əsas 
xarakteristikalarını 
söyləyərkən kiçik 
səhvlərə yol verir. 
Kompüterin əsas 
xarakteristikalarını 
düzgün söyləyir. 
Müxtəlif kompü-
terləri parametrlərinə 
görə müqayisə 
etməkdə çətinlik 
çəkir. 
Müəllimin köməyi 
ilə müxtəlif 
kompüterləri 
parametrlərinə görə 
müqayisə edir. 
Müxtəlif kompü-
terləri parametrlərinə 
görə müqayisə 
edərkən kiçik 
səhvlərə yol verir.  
Müxtəlif kompü-
terləri parametrlərinə 
görə düzgün müqayi-
sə edir. 
 
Elektron resurslar: 
1. Intel mikroprosessorlarının siyahısı:   https://az.wikipedia.org/wiki/ Intel_ 
mikroprosessorlarının_siyahısı 
2. Kompüterlərin texniki xarakteristikalarını necə öyrənmək olar (rusca): 
https://www.youtube.com/watch?v=ofNvFvIGw6Q 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə