Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 
76
– 
print operatorlarını if operatoru ilə eyni səviyyədə (sütunda) yazıb nəticənin 
necə dəyişdiyini izləyin (budaqlanma operatorunun səhv yazıldığı barədə məlumat 
çıxacaq). 
Bölümdə Python dilində iki məsələnin izahı verilir. Dərsin vaxtı imkan versə, 
Evklid alqoritmini də sinifdə müzakirə etmək olar: 
1.  Böyük ədədi kiçik ədədə bölün. 
2.  Əgər qalıqsız bölünürsə, onda axtarılan ƏBOB kiçik ədədin özü olacaq (bu 
halda dövrdən çıxmaq lazımdır). 
3.  Əgər qalıq varsa, onda böyük ədədə böləni, kiçik ədədə isə qalığı 
mənimsədin. 
4.  1-ci bəndə keçin. 
 
Məsələn, 30 və 18 ədədlərinin ƏBOB-nu tapmaq üçün bu alqoritmi tətbiq etsək:
 
30 : 18 = 1 (qalıq 12) 
18 : 12 = 1 (qalıq 6) 
12 : 6 = 2 (qalıq 0).  
Beləliklə, ƏBOB (30, 18) = 6.  
Bu alqoritmin Python dilində proqramı aşağıdakı kimi olacaq: 
 
# Evklid alqoritmi 
a = 
int
(
input
(
'Birinci ədədi daxil edin: '
)) 
b = 
int
(
input
(
'İkinci ədədi daxil edin: '
)) 
 
while
 a!=0 
and
 b!=0: 
    
if
 a > b: 
        a = a % b 
    
else

        b = b % a 
print
 (a+b)
 
 
Proqrama aid qeyd: dövrdə  a  və  b  dəyişənlərinə bölmədən alınan qalıq 
mənimsədilir. Əgər qalıq 0-a bərabərdirsə (biz  b dəyişənlərinin hər ikisi üçün 
də bu şərti yoxlamalıyıq), bu halda dövr dayanır. ƏBOB-un a, yaxud b dəyişənində 
olduğunu dəqiq bilmədiyimiz üçün çıxışa dəyişənlərin cəmi verilir.  
Dərsin "Araşdıraq-öyrənək" bölməsində  şagirdlər verilmiş proqram kodunu 
araşdırıb onun nə etdiyini aydınlaşdırmalıdırlar. Proqram daxil edilmiş üçrəqəmli 
tam  ədədi tərsinə yazır. Qeyd edək ki, abs funksiyası  ədədin mütləq qiymətini 
hesablamaq üçündür. 
 
"Öyrəndiklərinizi yoxlayın" bölümündə  şagirdlər suallara cavab verib 
tapşırıqları yerinə yetirirlər. 
2. İkirəqəmli tam ədəd verilib. Bu ədədin öncə soldakı rəqəmini (onluqları), 2 boş-
luq simvolundan sonra isə sağdakı rəqəmini (təklikləri) çıxışa verin.  


 
77
Proqramı yazarkən verilən ikirəqəmli ədədin mənfi ola biləcəyini də nəzərə almaq 
lazımdır. Bunun üçün abs – ədədin mütləq qiymətinin tapılması funksiyasından 
istifadə olunur.  
n = 
input
 (
'İkirəqəmli tam ədəd daxil edin: '

n = 
int
(n) 
m = 
abs
(n) 
a = m % 10 
b = m // 10 
print
(b,'',a) 
 
 
 
3. Verilmiş natural ədədin sağdan üçüncü rəqəmini çıxışa verin.  
Bu proqramda dövrün 3 dəfə yerinə yetirilməsi bəs edir. Ona görə  də  for 
dövründən istifadə olunur. 
n = 
input
(
'Natural ədəd daxil edin: '

n = 
int
(n) 
for
 i 
in
 
range
(1, 4): 
    k = n % 10 
    n = n // 10 
print
(k) 
 
 
 
4. Verilmiş ədədin 3-ə bölünüb-bölünmədiyini müəyyənləşdirən proqram yazın. 
 


 
78
 
 
 
 
Qiymətləndirmə meyarı: izahetmə, proqram yazma  
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Python dilində 
yazılmış proqramın 
ümumi strukturunu 
çətinliklə izah edir. 
 
Python dilində 
yazılmış proqramın 
ümumi strukturunu  
müəllimin köməyi 
ilə izah edir. 
Python dilində 
yazılmış proqramın 
ümumi strukturunu 
izah edərkən kiçik 
səhvlərə yol verir.  
Python dilində 
yazılmış proqramın 
ümumi strukturunu 
düzgün izah edir. 
 
Ədədlərin 
rəqəmlərinə aid 
məsələni həll etmək 
üçün proqramı 
yazmaqda çətinlik 
çəkir. 
Ədədlərin 
rəqəmlərinə aid 
məsələni həll etmək 
üçün proqramı 
müəllimin köməyi 
ilə yazır. 
Ədədlərin 
rəqəmlərinə aid 
məsələni həll etmək 
üçün proqramı 
yazarkən kiçik 
səhvlərə yol verir. 
Ədədlərin 
rəqəmlərinə aid 
məsələni həll etmək 
üçün proqramı 
düzgün  yazır.  
 
 


 
79
Dərs 
19-20
 / Mövzu:
 SƏTİRLƏR  
 
Mövzunun iki akademik saat ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Birinci 
dərsdə şagirdlər sətirlər üzərində əməliyyatlarla tanış olur və sadə proqramlar tərtib 
edirlər.  İkinci dərsdə isə  sətirlərin metodları ilə tanış olur, çətinlik səviyyəsi 
müxtəlif olan məsələlərin alqoritmlərini qurur və onların Python dilində 
proqramlarını  tərtib edirlər. Müəllim məqsədəuyğun hesab etdiyi, yaxud metodik 
vəsaitdə təklif olunan məsələlərdən istifadə edə bilər.  
           
 
 
 Mövzuya  başlayarkən  şagirdlərə  sətirlərə aid suallar vermək olar. 8-ci sinifdə 
sətir tipli kəmiyyətlər barədə məlumat verilmişdi. "Proqramlaşdırmada sətir nədir?" 
(simvollar ardıcıllığıdır) "Python dilində  rəqəmlərdən ibarət sətir  ədəddən necə 
fərqləndirilir?" (birqat və ya ikiqat dırnaq arasında yazılır, sətir kimi emal olunur)  
 Şagirdlərə  dərsliyin "Fəaliyyət" bölümündə verilmiş proqramı Python 
mühitində yazıb icra etmək təklif olunur.  
– Proqramda hansı növ kəmiyyətdən istifadə olunub? (sətir tipli
 Proqramda 
print
 operatorlarının nəticələri fərqli olacaq.  
 
Onları eyni etmək üçün
 
print
 
operatorunu belə yazmaq olar: 
print 
(s1+ '' + s2 + '' + s3) 
 
 
Bu bölümdə  sətirlər üzərində aparıla biləcək  əməliyyatlar barədə danışılır. 
Şagirdlərə  nəzəri hissəni izah etmək üçün proyektordan istifadə etmək tövsiyə 
olunur. Sətirlərin kəsilib ayrılması  əməliyyatında  şagirdlərin diqqətini ikinci 
indeksə yönəltmək lazımdır: indeks göstərilsə də, həmin mövqedəki simvol kəsilib 
ayrılmış  sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol 
kəsilmiş hissəyə daxil edilmir. 
ALT 
STANDARTLAR 
2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir. 
2.2.4. Öyrənilən proqramlaşdırma mühitində 
işləmək 
bacarıqları nümayiş etdirir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Python dilində sətirlər tipli kəmiyyətləri izah edir. 
  Proqramda sətirlər üzərində əməliyyatları yerinə yetirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə