Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 
63
Təqdimatı hazırlamaq üçün sinif kompüterlərinin İnternetə çıxışı olmalıdır. Bütün 
şəkil və  mətnləri  şagirdlər axtarış sistemi vasitəsilə tapmalıdırlar. Bu dərsdə 
cütlüklərlə işə üstünlük vermək məqsədəuyğundur. 
 
 Dərsin bu bölümündə keçid effektlərindən və obyektlərə tətbiq edilən animasi-
ya effektlərindən danışılır. Effektlər təqdimatı canlandırır, müəyyən materialı lazım 
olan vaxtda açmağa, yaxud gizlətməyə imkan verir. Effektləri izah edərkən müəl-
lim proyektor vasitəsilə hazır təqdimatlar nümayiş etdirə bilər. 
http://themegallery.com/english/themes/themes.asp?pt=K ünvanından müxtəlif ani-
masiya  şablonlarını nümayiş etdirmək olar. Müəllimin eyni bir təqdimatın həm 
sadə, həm də animasiyalı variantını nümayiş etdirməsi daha məqsədəuyğundur.  
 "Araşdıraq-öyrənək" bölümündə şagirdlərə dərsdə hazırladıqları təqdimatın ob-
yektlərinə animasiya effektlərini tətbiq etmək təklif olunur. Hər şagird öz təqdima-
tını daha cəlbedici etmək üçün slaydlara fərqli animasiyalar yerləşdirə bilər.  
 
 
 
Slaydda animasiyaların icra ardıcıllığını  dəyişmək üçün siyahının aşağısında 
Re-Order oxlarından istifadə etmək lazımdır.  Əgər hansısa effekti önə keçirmək 
lazımdırsa, onu siyahıda seçib  işarəsini çıqqıldatmaq lazımdır.  
 


 
64
Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlər animasiya effektini ancaq bir 
obyektə tətbiq edə bilər. 
Təlim nəticələri yüksək olan şagirdlərə isə  hər slaydda animasiyanın yerinə 
yetirilmə sürətini dəyişdirmək, proqramda effektlərin avtomatik icrasını  təmin 
etmək tapşırıla bilər. 
 
"Öyrəndiklərinizi yoxlayın" bölümündə  şagirdlər suallara cavab verir və 
tapşırığı yerinə yetirirlər. Tapşırığı evə vermək məqsədəuyğundur. Məsələn, 
həndəsi fiqurun hərəkət etməsi üçün müəyyən trayektoriya çəkmək və  hərəkət 
etdirmək tapşırıla bilər. 
 
 
 
Qiymətləndirmə meyarı: təqdimat proqramında işləmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Slaydlara səs və  
videofaylları əlavə 
etməkdə çətinlik 
çəkir. 
Slaydlara səs və 
videofaylları müəlli-
min köməyi ilə əlavə 
edir. 
Slaydlara səs və 
videofaylları əlavə 
edərkən kiçik səhvlərə 
yol verir. 
Slaydlara səs və 
videofaylları düzgün 
əlavə edir. 
Slayd obyektlərinə 
animasiya 
effektlərini tətbiq 
etməkdə çətinlik 
çəkir. 
Slayd obyektlərinə 
animasiya effektlərini 
müəllimin köməyi ilə 
tətbiq edir. 
Slayd obyektlərinə 
animasiya effektlərini 
tətbiq edərkən kiçik 
səhvlərə yol verir. 
Slayd obyektlərinə 
animasiya 
effektlərini müstəqil 
olaraq tətbiq edir. 
 
Elektron resurslar: 
http://themegallery.com/english/ 
http://themegallery.com/english/themes/themes.asp?pt=8 
http://themegallery.com/english/themes/themes.asp?pt=K 


 
65
Dərs 
14
 / Mövzu:
 ELEKTRON CƏDVƏLLƏRLƏ İŞ 
 
              
 
 
 Şagirdlər 8-сi sinifdə elektron cədvəllərlə tanış olmuşlar. Bilikləri yada salmaq 
üçün suallarla müraciət etmək olar: "Elektron cədvəllərdən nə  məqsədlə istifadə 
olunur?",  "Elektron cədvəldə düstur necə yazılır?" 
 "Fəaliyyət-1" bölümündə şagirdlərə elektron cədvəldə ədədi verilənlərin tipləri 
ilə tanış olmaq təklif edilir. Bəzi hallarda hesablama aparmaq üçün xananın tipini 
müəyyən etmək lazım gəlir. Həmin  əməliyyatı  Format Cells düyməsini 
çıqqıldatmaqla açılan eyniadlı  pəncərədə yerinə yetirmək olar. Qeyd etmək 
lazımdır ki, məqsəddən asılı olaraq ədədlərin bu və ya başqa tipi seçilir. 
 Dərsin bu bölümündə müxtəlif cür ünvanlamadan danışılır.   
Cədvəlləri rahat və tez doldurmaq üçün xanaların avtomatik doldurmasından istifadə 
edilir. Bu proses doldurma seçənəyi vasitəsilə aparılır. Bir sətirdə (sütunda) ardıcıl 
yerləşən xanaları eyni qiymətlərlə  və ya düsturlarla doldurmaq üçün  Home 
menyusundan da istifadə etmək olar. Bunun üçün aktiv xana və doldurulması lazım 
olan xanalar seçdirilir. Editing alətlər qrupunun 
 düyməsinin menyusundan 
doldurma istiqaməti seçilir. Nəticədə  həmin xanalar birinci göstərilmiş xananın 
tərkibi ilə dolacaq. 
Bu bölümdə nisbi və mütləq ünvanlar haqqında məlumat verilir. Mütləq və nisbi 
ünvan Excel proqramında hesablamalar aparmaq üçün ən vacib anlayışlardır. 
Onları bilmədən Excel-dən praktik olaraq səmərəli istifadə etmək mümkün deyil.  
Nisbi ünvanlar hesablama prosesində dəyişə bilən ünvanlardır. Onlarda dəyişən 
məlumat yazılır. Misal üçün A5, B4, C15  və s. Sabit olmayan məlumatı saxlamaq 
üçün nisbi ünvanlardan istifadə olunur.  
Mütləq ünvanlar özündə sabit məlumat saxlayan ünvanlardır. Başqa sözlə, 
mütləq ünvanlar həll olunan məsələdə bütün hesablama prosesində sabit qalan 
məlumatdır. Hesablama cədvəlinin müxtəlif ünvanlarından mütləq ünvana müraciət 
ALT 
STANDARTLAR 
3.2.4. Elektron cədvəldə  diaqramlar, qrafiklər qurur. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan 
istifadə edir. 
  Elektron cədvəldə hazır funksiyalardan istifadə edir. 


 
66
olunur. Mütləq ünvanı nişanlamaq üçün $  işarəsindən istifadə olunur. Mütləq 
ünvan 3 cür olur: 
1) işarəsi ilə ancaq sütun qeyd olunur. Məsələn, $A10. Bu halda sütun dəyişməz 
qalır, sətir isə dəyişir. 
2) işarəsi ilə sətrin ünvanı qeyd olunur. Məsələn, A$10. Bu halda məlumat eyni 
sətirdən, lakin müxtəlif sütunlardan götürülə bilər. 
3) $  işarəsi ilə  həm sətir, həm də sütun qeyd olunur. Məsələn,  $A$10. Bu halda 
məlumat həmişə bir xanadan götürülür. Başqa sözlə, A10 xanasındakı  məlumat 
bütün hesablamalarda sabit qalır. 
 “Fəaliyyət-2” bölümündə şagirdlərə nisbi və mütləq ünvanlarla iş tapşırılır.  
Qeyd etmək olar ki, nisbi və mütləq ünvanlar müxtəlif elektron cədvəl 
proqramlarında eyni cür göstərilir.  
Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlərə daha sadə tapşırıq verilə 
bilər. Məsələn, kvadratın tərəflərinə görə onun sahəsini və perimetrini hesablamaq. 
 
 
 
 
 
Əlavə məlumat 
Funksiyalar aşağıdakı kateqoriyalara bölünür: 
ALL 
 bütün funksiyaların siyahısı; 
Financial 
 maliyyə məsələlərinin həlli üçün nəzərdə tutulub; 
Date & Time 
 tarix və zamanla bağlı  əməliyyatların yerinə yetirilməsi üçün 
nəzərdə tutulub; 
Math & Trig 
 riyazi məsələlərin həlli üçün istifadə edilir; 
Statistical 
 statistik məsələlərin həlli üçün nəzərdə tutulub; 
Lookup and Reference 
 massivlər üzərində aparılan əməliyyatlar üçündür; 
Database 
 verilənlər bazası üzərində aparılan əməliyyatlar üçün istifadə edilir
Text 
 mətn tipli verilənlər üzərində əməliyyatlar aparmaq üçün; 
Logical 
 məntiqi funksiyalar. Şərtdən asılı olan əməliyyatların yerinə yetirilməsi 
üçün istifadə edilir; 
Information 
 xanalardakı səhvləri tapmaq və başqa məqsədlər üçün istifadə edilir. 
 
Müəllim hazır funksiyaların menyu sətrindən daxil edilməsini göstərə bilər. Bunun 
üçün Formulas menyusundan Insert Function düyməsini çıqqıldatmaq lazımdır. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə