Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 
49
 
 
İki fayl sisteminin fərqini nümunədə göstərmək olar. Tutaq ki, 120 Gbaytlıq 
diskdə 10 Kbaytlıq fayl yerləşir. FAT32 üçün klasterin ölçüsü 32 Kbaytdır, NTFS 
üçün isə 4 Kbaytdır. FAT32-də belə fayl 1 klaster yer tutacaq və həmin klasterin 32 
– 10 = 22 Kbayt həcmi boş qalmış olacaq. NTFS-də isə həmin fayl 3 klaster yer 
tutacaq – 2 klaster tam dolmuş olacaq, 3-cü klasterin isə 12 – 10 = 2 Kbayt həcmi 
boş qalacaq. Deməli, NTFS həcmi az olan fayllarla işləyərkən sərt diskin daha 
səmərəli istifadəsinə imkan verir. 
Damalı  dəftərin nümunəsində göstərsək, klasteri bir dama hesab etmək olar. 
Damaya nöqtə qoyduqda biz məntiqi olaraq onun bütün həcmini tuturuq, əslində 
isə çox hissəsi boş qalmış olur.  
 
“Fəaliyyət-2” bölümündə  Disc Defragmenter proqramı vasitəsilə  şagirdlərə 
lokal diskləri təhlil edib  defraqmentləmə aparmaq təklif olunur. 
 
 
 
Defraqmentləmə Windows 7 və Windows 8-də susqunluqla həftədə bir dəfə 
aparılır. Defraqmentləmə tezliyini dəyişmək üçün Change settings düyməsini 
çıqqıldadıb siyahıdan mümkün olan tezliyi (hər gün, həftədə bir dəfə, ayda bir 
dəfə) seçmək lazımdır.  
 


 
50
 
 
 "Araşdıraq-öyrənək" bölümündə şagirdlər bir neçə faylın həcmini və onların diskdə 
tutduğu yeri müqayisə edib suala cavab verməlidirlər: “Nə üçün faylların gerçək ölçüləri 
(Size) ilə onların diskdə tutduqları yer (Size on disk) arasında fərq olur?” 
Əgər şagirdlər cavab tapa bilməsələr, müəllim klasterlərdə faylların yerləşməsi 
qaydasını bir daha başa salmalıdır: diskin hər klasterində 4 Kbayt informasiya 
yerləşə bilər. Konkret bir faylın həcmi 4-ə tam bölünürsə, onda o yerləşdiyi 
klasterləri tam tutacaq və onun həcmi (Size) və diskdə tutduğu yer (Size on disk) 
eyni olacaq. Əks halda hər hansı bir klasterdə boş yer qalacaq. Faylın diskdə 
tutduğu həcm də klasterlərin sayı ilə müəyyən edilir. Nümunə: 
 
 
"Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallar dərsdə əldə olunan bilik və 
bacarıqları möhkəmləndirməyə imkan verir. 
3. Fayln həcmi 302 Kbayt olduqda onun diskdə neçə klaster yer tutduğunu 
müəyyən edin.  
Klasterin həcminin 4 Kbayt olduğunu nəzərə alsaq, 302/4=75(2). Deməli, faylı 
yerləşdirmək üçün 76 klaster lazımdır. Diskdə həcmi isə 304 Kbayt olacaq. 
 
Qiymətləndirmə meyarı: xidməti proqramlarla işləmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Kompüterin sərt dis-
kini yoxlamaq və tə-
mizləməkdə 
çətinlik çəkir. 
Kompüterin sərt 
diskini müəllimin 
köməyi ilə yoxlayır 
və təmizləyir. 
Kompüterin sərt dis-
kini yoxlayanda və 
təmizləyəndə kiçik 
səhvlərə yol verir. 
Kompüterin sərt 
diskini yoxlayır və 
təmizləyir. 
Kompüterin məntiqi 
disklərinin defraq-
mentlənməsini apar-
maqda çətinlik çəkir. 
Kompüterin məntiqi 
disklərinin defraq-
mentlənməsini müəl-
limin köməyi ilə 
aparır. 
Kompüterin məntiqi 
disklərinin defraq-
mentlənməsini ye-
rinə yetirərkən kiçik 
səhvlərə yol verir. 
Kompüterin məntiqi 
disklərinin defraq-
mentlənməsini 
aparır. 


 
51
Dərs 
10
 / Mövzu:
 XİDMƏTİ PROQRAMLAR. DİSKİN 
TƏMİZLƏNMƏSİ 
 
 
 
       
 
 
 D
ərsi dərslikdəki suallarla başlamaq olar: "Kompüterdə gərəksiz fayllar hansı 
qovluqda saxlanılır?", "Kompüterdə proqramın işini necə dayandırmaq olar?", 
"Sistemin yenilənməsi, yeni proqramların kompüterə yazılması kompüterdə hansı 
nəticəyə gətirib çıxara bilər?"  
 "Fəaliyyət-1" bölümündə  şagirdlər  Disc Cleanup proqramı vasitəsilə 
kompüterin seçilmiş lokal diskini (adətən, C: diski olur) yoxlayıb uzaqlaşdırmaq  
istədikləri faylları baxışdan keçirirlər. Əgər kompüterdə bir neçə istifadəçi hesabı 
(account) varsa, şagird ancaq öz hesabına aid faylları silə biləcək. 
 "Fəaliyyət-2" bölümündə şagirdlər Disc Cleanup proqramının More Options 
səhifəsində kompüterdə quraşdırılmış proqramların siyahısı ilə tanış olur, ixtiyari 
bir proqramı kompüterdən uzaqlaşdırırlar. 
Müəllim qeyd edə bilər ki, bu xidmət Windows əməliyyat sistemində Uninstall 
or change a program xidməti proqramıdır. Onu Control Panel və ya Computer 
pəncərəsindən çalışdırmaq mümkündür.  
 
 
ALT 
STANDARTLAR 
3.1.3. Xidməti proqramlarla işləyir. 
 
Təlim  
NƏTİCƏLƏRİ 
  Sərt diski lazımsız proqramlardan təmizləyir. 
  Quraşdırılmış proqramları uzaqlaşdırır. 
  Task Manager vasitəsilə başladılmış proqramın işini dayandırır. 


 
52
 
 
 "Fəaliyyət-3" bölümündə  şagirdlər sistemin Task Manager xidməti proqramı 
ilə tanış olur. Bu proqramla şagirdlər, bəlkə də, tanışdırlar. Oyun oynayan zaman 
kompüter "donursa", bu vəziyyətdən onu çıxarmaq üçün istifadəçilər, adətən, üç 
klavişi , , birgə basırlar və ekranda Task Manager proqramının 
pəncərəsi açılır.  İşləməyən, yəni kompüterin işini "donduran" proqramı siyahıdan 
tapıb (adətən, həmin proqramın adının qarşısında  Not responded yazılır),  End 
task düyməsini çıqqıldatmaqla həmin proqramın işini dayandırmaq olur. 
"Araşdıraq-öyrənək" bölümündə  şagirdlər  Task Manager proqramının 
Processes (proseslər) səhifəsindən istifadə edərək kompüterin operativ 
yaddaşında neçə prosesin olduğunu, onların ümumilikdə yaddaşın hansı hissəsini 
tutduğunu, ən çox yer tutan prosesin (proqramın) nə olduğunu araşdırmalıdırlar. 
Şagirdlər araşdırmanı düzgün apara bilməsələr, müəllim  əlavə  məlumat verə 
bilər: 
– Pəncərənin Processes bölümündə kompüterdə cari an icra olunan proseslər 
əks olunur. Qeyd etmək lazımdır ki, proses kompüterdə icra olunan və uzantısı exe 
olan fayldır. Proseslərin sayı istifadəçinin işlədiyi proqramların sayı ilə eyni deyil, 
çünki onların əksəriyyəti müxtəlif işləri görən sistem proqramlardır. Pəncərənin bu 
bölümündə aşağıdakı məlumatı almaq olar:  
 prosesi başladan istifadəçinin adı  (əgər proses sistemə aiddirsə, onda o, 
SYSTEM kimi qeyd olunur); 
 prosessorun hər proseslə yüklənmə faizi; 
 operativ yaddaşın hər proseslə yüklənməsi; 
 başladılan prosesin təsviri. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə