Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə231/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   227   228   229   230   231   232   233   234   ...   244

 

431 


 

qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə 

məşğul 

ola 


bilər.  

        Təhsil  müəssisəsi  sahibkarlıq  fəaliyyətindən  əldə  etdiyi  gəlirlərdən  sərbəst  istifadə 

etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi 

gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. 

        Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  hüquqi  şəxslər  yarada  bilər  və  ya  başqa  hüquqi  şəxslərin 

fəaliyyətində 

iştirak 


edə 

bilər. 


 

                Keyfiyyətsiz 

təhsilə 

görə 

vurulan 

zərərin 

ödənilməsi 

 

        Təhsil  müəssisəsində  təhsilin  dövlət  təhsil  standartlarına  uyğun  təşkil  olunmaması 



nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o 

cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan 

xərclərin  həmin  təhsil  müəssisəsi  tərəfindən  ödənilməsi  barədə  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  məhkəmədə  iddia  qaldırıla  bilər.  Bu  iddia  yalnız  akkreditasiya  olunmuş 

təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla 

bilər. 


 

                      Təhsil 

sahəsində 

beynəlxalq 

ə

laqələr 

 

        Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və 



tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələr 

ə

sasında 


həyata 

keçirilir.  

        Təhsil  müəssisəsi  qanunvericiliyə  və  özünün  fəaliyyət  xüsusiyyətlərinə  uyğun  olaraq 

xarici  ölkələrin  elm  və  təhsil  müəssisələri,  təşkilatları,  beynəlxalq  qurumlar  və  fondlarla 

birbaşa  əlaqələr  yarada,  əməkdaşlıq  haqqında  ikitərəfli  və  çoxtərəfli  müqavilələr  bağlaya, 

təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, 

assosiasiyalar  və  s.)  daxil  ola  və  əməkdaşlığın  digər  formalarını  həyata  keçirə  bilər. 

        Təhsil  müəssisəsi  beynəlxalq  səviyyəli  birgə  elm  və  təhsil  layihələrinin  hazırlanması, 

fundamental  elmi  tədqiqat  və  layihə-konstruktor  işlərinin,  elmi-praktik  konfransların, 

simpoziumların  keçirilməsi,  tələbələrin,  magistrlərin,  doktorantların,  müəllimlərin  və  elmi 

işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi 

və  bu  qəbildən  olan  digər  fəaliyyətlə  müvafiq  normativ  hüquqi  aktlarla  müəyyən  edilmiş 

qaydada 

müstəqil 

məşğul 

olmaq 


hüququna 

malikdir. 

        Təhsil  müəssisəsinin  (xüsusi  təyinatlı  təhsil  müəssisələri  istisna olmaqla) fəaliyyətinin 

keyfiyyətini  yüksəltmək  və  beynəlxalq  əlaqələrini  genişləndirmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının  mövcud  normativ hüquqi  aktlarının  tələblərini  gözləməklə  müstəqil  olaraq 

xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri 

(mərkəzlər,  filiallar,  laboratoriyalar,  texnoparklar  və  s.)  yaratmaq  hüququ  vardır.  

        Təhsil  müəssisəsinin  birbaşa  beynəlxalq  əməkdaşlıq  müqavilələrinə  dövlət  tərəfindən 

zəmanət 

verilmir. 

 

 



 

432 


 

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə,  əcnəbilərin  və 

vətəndaşğı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  təhsil  almaq  hüququ 

 

         Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə,  əcnəbilərin  və  vətəndaşlığı 



olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və 

ya  ixtisas  artırması  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə 

uyğun  olaraq,  dövlət  tərəfindən  müəyyən  edilmiş  kvota  və  təhsil  müəssisəsinin,  hüquqi  və 

fiziki 


şə

xslərin 


birbaşa 

bağladıqları 

müqavilələr 

ə

sasında 



həyata 

keçirilir.  

         Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  təhsil  alması  qaydaları,  xarici  ölkələrin  ali 

təhsil  sahəsində  ixtisaslarının  tanınması  və  ekvivalentliyinin  müəyyən  edilməsi 

(nostrifikasiyası)  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş 

normativ 

hüquqi 


aktlarla 

tənzimlənir. 

         Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan 

hallar  istisna  olmaqla,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında  xüsusi  təyinatlı  təhsil  müəssisələrində  təhsil  almaq  hüququ  yoxdur. 

        Yeni  qəbul  edilmiş  Tıhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə 

minənədək  verilmiş  elmlər  namizədi  alimlik  dərəcəsi  müvafiq  sahə  üzrə  fəlsəfə  doktoru 

dərəcəsinə bərabər tutulur və aspiranturada təhsil alan şəxs doktorant statusu əldə edir. 

Azərbaycan  Respublikası  hökuməti,  Təhsil  Nazirliyi,  habelə  yerli  təhsil  orqanları 

təhsil sistemini idarə edən başlıca subyektlərdir. 

Nazirlər  Kabineti  təhsilin  strategiyasını  müəyyənləşdirir.  Bu  məqsədlə  Nazirlər 

Kabineti aşağıdakı kimi tədbirləri həyata keçirir: 

-  Təhsil  Qanununun,  bu  barədə  müvafiq  qanunvericilik  aktlarının  və  sənədlərin 

icrasına nəzarət edir; 

- təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir;  

- təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; 

-  dövlət  idarəçiliyində  olan  peşə-ixtisas  təhsil  müəssisələrini  yaradır,  yenidən  təşkil 

edir və ləğv edir;  

-  peşə-ixtisas  təhsili  müəssisələri  üçün  ixtisasların  siyahısını  təsdiq  edir,  sosial 

sifarişdən asılı olaraq belə ixtisasları açır və bağlayır;  

-dövlət  təhsil  standartlarını  təsdiq  edir,  təhsil  barədə  qəbul  olunan  sənədlərin  həmin 

standartlara müvafiq olmasına nəzarət edir; 

-təhsil  müəssisələri,  onların  attestasiyası,  akkreditasiyası  və  lisenziyalaşdırılması 

barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; 

-təhsilin  inkişafına  dair  dövlət,  həmçinin  beynəlxalq  proqramlar  hazırlayıb  həyata 

keçirir; 

-təhsilin  maliyyələşdirirlməsi  üçün  milli  gəlirdən  pay  ayrılması,  təhsillə  bağlı 

respublika  büdcəsinin,  təhsilin  inkişaf  fondlarının  formalaşdırılması  barədə  təkliflər  verir; 

təhsilin  maliyyələşdirilməsinin  dövlət  normativlərini,  təhsil  sistemi  işçilərinin  əmək 

haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt və imtiyazları, tələbələrin 

təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan pedaqoci işçilərin, təhsil və tərbiyə 

alanların sosial müdafiəsinin norma və qaydalarını müəyyən edir; 

- təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir;  

-yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir;  




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə