Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə239/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   236   237   238   239   240   241   242   243   244

 

447 


 

Akademiya,  tədris,  tədris-metodik  və  elmi-tədqiqat  işində  aşağıdakı  hüquqlara 

malikdir: 

  Akademiyanın Elmi Şurasının qərarı ilə: 

- tədris planları işləyib hazırlamaq və təsdiq etmək; 

-  təhsil  müddəti  ixtisar  edilmiş  və  ya  uzadılmış  tədris  planları  hazırlamaq  və  təsdiq 

etmək; 

-  müdavimləri  sərbət  hazırlıq  işinə  həvəsləndirmək,  onların  praktiki  təhsilini 



təkmilləşdirmək  məqsədi  ilə  tədris  prosesinin  təşkili,  o  cümlədən  tədris  məşğələlərinin 

müxtəlif növləri nisbətinin dəyişdirilməsi məsələlərini həll etmək; 

-  öyrənilən  fənlərin  birləşdirilməsi  hesabına  sayını  ixtisar  etmək,  bir  neçə  semestr 

tədris olunan fənn üzrə bir imtahan müəyyən etmək; 

-  müdavimlərə  gələcək  peşə  fəaliyyətinin  müasir  forma  və  metodlarını  öyrətmək 

məqsədilə sərbəst hazırlıq saatları hesabına tədris təcrübəsi tətbiq etmək; 

- tədris prosesinin ardıcıllığını, o cümlədən tədris təcrübəsinin keçirilməsi, sessiyaların 

sayını və müddətini, semestrlərin başlanması və qurtarması müddətlərini müəyyənləşdirmək; 

- yerli şəraitdən, müvafiq tədris-maddi bazasının olmasından asılı olaraq tədris fənləri 

üçün  ayrılan  vaxt  hesabına  tədris-düşərgə  toplanışları  və  kompleks  əməliyyat  təlimləri 

keçirmək; 

- dövlət imtahanlarına daxil edilən ixtisas fənlərini müəyyənləşdirmək; 

- elmi bölmələrin fəaliyyətinin səmərəliliyinin təhlili əsasında onların inkişafının və ya 

ləğv edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul etmək. 

Müəyyən edilmiş qaydada: 

-  ixtisas  fənlərinin  daha  dərindən  öyrənilməsi  məqsədilə  müvafiq  kafedraların 

təqdimatı  ilə  yuxarı  kursların  ayrı-ayrı  müdavimlərinə  tədris  vaxtının  yenidən 

bölüşdürülməsi hesabına (təhsil müddəti hüdudunda) fərdi hazırlıq planları müəyyən etmək; 

- tədris-metodik və elmi-tədqiqat işinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, 

lazım gəldikdə onları yuxarı orqanların müzakirəsinə vermək; 

- müstəqil olaraq tədris planları və proqramları, metodik göstərişlər, müdavimlər üçün 

tapşırıqlar və digər tədris-metodik sənədlər çap etmək; 

- tədris və tədris-metodik ədəbiyyat (elmi əsərlərin məcmuələri, elmi və elmi-praktik 

konfransların  materialları,  dərsliklər  və  dərs  vəsaitləri)  nəşr  etmək,  başqa  ali  məktəblərlə 

ə

laqə saxlamaq; 



- digər nazirliklərin və baş idarələrin tədris müəssisələri və elmi-tədqiqat idarələri ilə 

yaradıcılıq əməkdaşlığı haqqında müqavilələr bağlamaq və təsdiq etmək; 

- məşğələlərin keçirilməsi üçün əmək haqqının saathesabı ödənilməsi şərti ilə digər ali 

məktəblərdən alimlər və yüksək ixtisası mütəxəssislər cəlb etmək; 

- öz xərcini ödəmə əsasında Akademiyaya daxil olmaq üçün kurslar təşkil etmək; 

-  elmi,  elmi-praktik  və  metodik  konfranslar  (müşavirələr,  toplanışlar,  seminarlar) 

keçirmək; 

-  respublikanın  və  başqa  ölkələrin  digər  tədris  müəssisələri,  elmi-tədqiqat  idarələri, 

elmi və elmi-texniki cəmiyyətləri ilə tədris və elmi ədəbiyyat nəşrləri mübadiləsi keçirmək. 

Ə

saslı  tikinti,  əsaslı  təmir,  maliyyə  fəaliyyəti,  əmək  və  əmək  haqqı  sahəsində 



Akademiyanın hüquqları qüvvədə olan qanunvericiliklə və Azərbaycan Respublikası D N-in 

normativ aktları ilə tənzim edilir. 

 



 

448 


 

 

Ə T   C Ə 

 

Qəbul  edilmiş  normalara  görə  təhsil  sahəsində  islahat-bu  sahədə  dövlət  siyasətinin 



ə

sas  prinsiplərinə  uyğun  təhsilin  məqsəd  və  vəzifələrini  həyata  keçirmək  mexanizmini 

müəyyən edir. Təhsil sistemi şəxsiyyətin formalaşması, elmin, mədəniyyətin inkişafı və işçi 

qüvvəsinin təkrar istehsalı kimi mühüm vəzifələri həyata keçirməlidir. 

Artıq müstəqillik əldə edən Azərbaycan Respublikası təhsil sahəsində çox iş görülmüş, 

bu  sahəni  əhatə  edən  normativ-hüquqi  aktlar  qəbul  etmiş  və  bunun  nəticəsində  də  böyük 

nailiyyətlər əldə olunmuşdur. 

Göstərilənlərin əhmiyyəti elə ondadır ki, təhsil sahəsi cəmiyyətin bütün üzvlərini əhatə 

edir. Bəs bu sahədə dövlət idarəetməsi necə həyata keçirilir? 

Mövzunun  birinci  sualında  təhsil  sahəsində  dövlət  idarəetməsinə  anlayış  verərkən, 

onun ölkənin,  cəmiyyətin həyatının,  fəaliyyətinin  mühüm  bir sahəsi olduğunu  qeyd  etdik. 

Burada həm də təhsil sahəsinin təşkilati-hüquqi əsaslarını göstərdik. 

Bu  sualda  təhsil  qanunvericiliyinə  daxil  olan  normativ-hüquqi  aktlar,  təhsil 

qanunvericiliyinin  vəzifələri,  eləcə  də  bu  sahənin  idarə  edilməsi  haqqında  qeyd  olundu. 

Nəhayət birinci sualda aydın oldu ki, Təhsil Nazirliyi təhsil sisteminin mərkəzi idarəetmə 

orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun 

həyata  keçirilməsini  təmin  edir,  təhsil  qanunvericiliyinin  icrasına  və  təhsilin  dövlət 

standartlarına riayət edilməsinə nəzarət edir. 

Mövzunun  ikinci  sualında  Azərbaycan  Respublikasında  ali  və  orta  ixtisas  təhsili 

proqramlarının ali təhsil müəssisələri tərəfindən həyata keçirilməsini göstərdik. 

Digər  tərəfdən  mövzumuzun  ikinci  sualının  açıqlanmasında  təhsil  müəssisələrinin 

növləri və onların fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi formalarını açıqladıq. 

Ə

n nəhayət mövzumuzun ikinci sualında ali təhsil müəssisələrinin fəaliyyətinə ümumi 



rəhbərliyi həyata keçirən ali təhsil müəssisələrinin Elmi Şuralarının aparıcı rolun olmasını 

qeyd etdik. 

Mövzunun  üçüncü  sualında  isə  bir  misal  kimi,  daxili  işlər  orqanlarının  ali  hüquq 

təhsilli mütəxəssislərə olan tələbatını ödəyən, hüquqi təbliğat, daxili işlər orqanlarının şəxsi 

heyəti  və  əhali  arasında  elmi-nəzəri  bilikləri  yayan,  öz  fəaliyyətlərində  Azərbaycan 

Respublikasının və D N-in normativ aktlarını, eləcə də öz nizamnaməsini rəhbər tutan Polis 

Akademiyası haqqında hüquqi biliklər əldə etdiniz. 

Bütün bu mövzunun köməkliyi ilə əldə etdiniz hüquqi biliklər sizin hüquqşünas kimi-

ali hüquq təhsilli mütəxəssis kimi for malaşmağınızda köməkçiniz olacaqdır. 

Mövzunun əhəmiyyətini tam dərk etmək məqsədi ilə isə halqımızın ümum milli lideri 

H.Əliyevin  sözlərini  qeyd  etmək  daha  vacibdir:  “Təhsil  sahəsi  xalqın  bu  günü,  millətin, 

dövlətin gələcəyi üçün ən vacib bir sahədir”.  



 

MÖVZU  22.  “ VERG  VƏ GÖMRÜK SAHƏLƏR NDƏ  

  DÖVLƏT  DARƏETMƏS ”. 

 

 

P L A N: 

 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə