Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə241/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   236   237   238   239   240   241   242   243   244

 

451 


 

 Dövlət  vergiləri  dedikdə,  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilən  və  Azərbaycan 

Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. 

 Dövlət vergilərinə aşağıdakı vergilər aiddir: (m.6. VM) 

- fiziki şəxslərin gəlir vergisi; 

-  hüquqi  şəxslərin  mənfəət  vergisi  (bələdiyyə  mülkiyyətində  olan  müəssisə  və 

təşkilatlardan başqa); 

- əlavə dəyər vergisi; 

- aksizlər; 

- hüquqi şəxslərin əmlak vergisi; 

- hüquqi şəxslərin torpaq vergisi; 

- tranzit yol vergisi; 

- mədən vergisi; 

- sadələşdirilmiş sistem üzrə vergi. 

 Muxtar  Respublika  vergiləri  dedikdə,  Naxçıvan  Muxtar  Respublikasında  Vergi 

Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən 

və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur. 

 Muxtar  respublika  vergilərinə  Naxçıvan  MR-da  tutulan  Vergilər  Məcəlləsinin  6.1-ci 

maddəsində (yol vergi istisna olunmaqla) sadalanan dövlət vergiləri aiddir. (m.7 VM). 

  Yerli  vergilər  (bələdiyyə  vergiləri)  dedikdə,  Vergi  Məcəlləsi  və  müvafiq  qanunlarla 

müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində 

ödənilən vergilər nəzərdə tutulur. 

Yerli vergilərə isə aşağıdakı vergilər aiddir: (m.8 VM). 

- fiziki şəxslərin torpaq vergisi; 

- fiziki şəxslərin əmlak vergisi; 

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 

Vergi-  dövlətin  və  bələdiyyələrin  fəaliyyətinin  maliyyə  təminatı  məqsədi  ilə  vergi 

ödəyicilərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin  özgəninkiləşdirilməsi  şəklində  dövlət 

büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 

 Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 

- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 

-  vergi  agenti  (vergini hesablamağa,  onu vergi ödəyicisindən tutmağa  və  təyinatı üzrə 

köçürməyə borclu olan şəxs) hesab edilən hüquqi və fiziki şəxslər; 

- dövlət vergi orqanları; 

- gömrük orqanları; 

- Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı maliyyə orqanları; 

-  vergi  ödəyicilərindən  vergilərin  ödənilməsi  üçün  vəsaitlərin  alınmasını  və  onların 

büdcəyə  köçürülməsini,  vergi  və  gömrük  orqanlarından  başqa,  müəyyən  edilmiş  qaydada 

həyata  keçirilən  dövlət  hakimiyyəti  orqanları,  yerli  özünüidarəetmə  orqanları,  digər 

səlahiyyətli orqanlar və vəzifəli şəxslər. 

Azərbaycan  Respublikasında  dövlət  vergi  orqanlarının  Azərbaycan  Respublikasının 

Vergilər  Nazirliyi  və  bilavasitə  ona  tabe  olan  ərazi  vergi  orqanları  təşkil  edir.  Bu  orqanlara 

rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti və höküməti həyata keçirir. 

Vergi  orqanlarının  fəaliyyətinin  hüquqi  əsaslarını  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  Azərbaycan  Respublikasının  11  iyul  2000-ci  il  tarixli  Qanunu  ilə  təsdiq 




 

452 


 

edilmiş  Vergi  Məcəlləsi  və  onlara  uyğun  olaraq  qəbul  edilmiş  digər  qanunvericilik  aktları 

təşkil edir. 

Vergi  orqanları  öz  səlahiyyətləri  çərçivəsində  hüquq-mühafizə  orqanlarının 

səlahiyyətlərini  həyata  keçirirlər.  Vergi  orqanları  öz  fəaliyyətini  yerli  dövlət  hakimiyyəti 

orqanlarından  asılı  olmayaraq,  müstəqil  həyata  keçirirlər.  Vergi  orqanları  tərəfindən  onların 

səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. 

Vergi  orqanları  məhkəmələrə  iddia  ərizələrinin  verilməsi  üçün  dövlət  rüsumunu 

ödəməkdən azaddırlar. 

Vergi orqanları vergilərin (tranzit yol vergisi, idxal-ixrac əməliyyatları üzrə vergilərdən 

başqa) tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. 

Vergi  orqanları  öz  vəzifələrini  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları,  hüquq-

mühafizə, maliyyə və digər hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. 

Vergi  orqanlarının  yerinə  yetirilməsi  ilə  əlaqədar  digər  dövlət  hakimiyyəti  orqanları 

vergi  orqanlarına  kömək  etməyə  və  zəruri  hallarda  müəyyən  edilmiş  qaydada  onlara  lazımi 

məlumatları verməyə borcludurlar. 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  nəzərdə  tutulan  hallarda  vergi 

orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada tranzit yol vergisi 

və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. 

Dövlət  gömrük  orqanları  mallar  Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən 

keçirildikdə,  vergilərin  tutulması  sahəsində  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi, 

Gömrük  Məcəlləsi  və  digər  qanunları  ilə  müəyyən  edilmiş  hüquqları  və  vəzifələri  həyata 

keçirirlər. 

Gömrük  orqanları  vergitutma  ilə  əlaqədar  onlarda  olan  məlumatı  Azərbaycan 

Respublikasının Vergilər Nazirliyinə verməlidirlər. 

 Vergi orqanlarının hüquqları: 

1.  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada  və 

həllarda kameral və səyyar vergi yoxlamaları keçirmək; 

2.  vergi  ödəyicilərində  bütün  maliyyə  sənədlərini,  mühasibat  kitablarını,  hesabatları, 

smetaları,  nəqd  vəsaitləri,  qiymətli  kağızları  və  başqa  qiymətliləri,  bəyannamələri  və 

vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən 

edilmiş  qaydada  yoxlamaq,  habelə  yoxlamaların  keçirilməsi  zamanı  yoxlamaya  aid  olan 

məsələlərlə  bağlı  vergi  ödəyicilərindən  və  ya  onun  vəzifəli  şəxslərindən  lazımi  izahatlar, 

arayışlar və məlumatlar almaq; 

3.  vergi  ödəyicilərinin  gəlir  götürmək  üçün  istifadə  etdikləri,  yaxud  vergi  tutulan 

obyektlərin  saxlanılması  ilə  bağlı  olan  istehsal,  anbar,  ticarət  və  digər  binalarında 

(ərazilərində)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xronometrac  metodu  ilə  müşahidə 

aparmaq və baxış keçirmək, müəyyən edilmiş qaydada sənədləri götürmək; 

4. vergi ödəyiciləri olan hüquqi şəxslərdən və fiziki şəxslərdən vergi qanunvericiliyinin 

pozulması hallarının aradan qaldırılmasını tələb etmək; 

5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə 

baxmaq,  hüquqi  və  fiziki  şəxslərin  vergi  borclarına  faizlər  hesablamaq,  bu  şəxslərə  maliyyə 

sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 

6.  “Əməliyyat-axtarış  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

müəyyən  olunmuş  qaydada  vətəndaşların  vergi  məsələləri  ilə  bağlı  sorğusunu  həyata 

keçirmək; 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə