Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

73 

 

Əlində tərəzi mahir söz ölçən 



Saxta əşrəfini saldı rövnəqdən

93



Saxta olduğunu artıq bilincə, 

Elə bir sikkəni vermədim xərcə. 

Hər hərfin üstünə barmaq bassam mən, 

Tapılmaz üstündə qələm işlədən

94



Elə ki, gücləndi arxam və adım, 



Kimsənin hərfinə barmaq basmadım. 

Yamanlıq görmədi məndən bir insan, 

Mənim də düşmənim vardır hər zaman. 

Tutduğum yol deyil, zəhər içməkdir

Hünər aramaqdır, eybi örtməkdir. 

Düzlükdə əvvəldən göstərdim hünər, 

Qələmi düz atdım sonuna qədər. 

Elə bir dabbaqlıq etdim bu gönə, 

Mətanət göstərsin hər ağır günə

95



O böyük tanrıdan budur diləyim: 

Bir an da bu doğru yoldan dönməyim. 

Sizə nəql etdiyim həmin rəvayət 

Usta bir nəqqaşın işidir əlbət. 

Elə ki, Rum şahı taxta oturdu, 

Dünyaya mum kimi bir naxış vurdu, 

Bütün ölkələrə ədli səs-saldı, 

Rum taxtı onunla yeni rəng aldı. 

Atadan gördüyü rəsmi, ayini 

Seçərək saxladı bəyəndiyini. 

Köhnə adətləri möhkəm saxladı, 

Keçmiş qanunları bərk qucaqladı. 

Daraya xəracı verirdi yenə, 

Ölkədə hakimdi köhnə ən ənə. 

Feyləqus əmrində olan hər diyar 

Onun da əmrinə boyun qoydular. 

Dostluqda atadan daha da mətin, 

Düşmənin məhvində qılıncı kəskin. 

Igidlər qorxardı: "Güclüdür", deyə, 

Onunla girməzdi bir tərəziyə. 

Onda ki, qolunun gücün yoxlardı, 



_______________  

Milli Kitabxana

  ________________ 

74 

 

      Aslan qulağına düyün vurardı. 



Əlində nə qədər süst olsa kaman

Bir oxa bir nəfər edərdi qurban. 

Maral, ceyran ovlar həddindən kənar, 

Ovlaqda aslanı edərdi şikar. 

Hər mərdə, igidə o üstün gəldi, 

Bilici kəslərdən daha yüksəldi. 

Xətti, gül üzünə xoş qələm vurdu, 

Rəna bir mükşdən xoş cədvəl qurdu. 

O müşkin cədvəli xəttinə fələk 

Həbəş səvadından vurmuşdu bəzək. 

Gördü ki, əlində acizdir cahan, 

Cahangir olmağa oxudu meydan. 

Ağılı, qüvvəti güldü baxtına, 

Bunlarla oturdu şahlıq taxtına. 

Hər işdə istərkən qazansın şöhrət, 

Fələk də qoluna verərdi qüvvət. 

O yaşıl sərv ilə Rumun torpağı 

Reyhantək bəzədi, şənləndi bağı

96



Hər evdə bir surət çəkildi ondan



Hər ölkə adına düzdü bir dastan. 

Gah açdı sirrini əncümənlərdə, 

Gah ulduz sirrindən götürdü pərdə. 

Gizlində bilənlər yoluyla getdi, 

Zahirdə gənclərlə içib keyf etdi. 

Insanın fikrinə sığmayan qədər 

Hamıya yaxşılıq etdi İskəndər. 

Kimsənin qəlbini o incitməzdi, 

Ədalət xəttindən uzaq getməzdi. 

Bütün tacirlərdən o, bac almadı, 

Ölkədə kimsədən xərac almadı. 

Dehqan vergisinə çəkərək qələm, 

Sərmayəsizlərdən almadı dirhəm. 

Zər saçdı hər yeri abad edərək, 

Qırdı tikanları, əkdi gül-çiçək. 



_______________  

Milli Kitabxana

  ________________ 

75 

 

Ələnə keçirdi bütün dünyanı, 



Ətri tutdu Misri, Həbəşistanı. 

Iki açıq əli günəşə bənzər. 

Biri qılınc vurar, biri tac verər. 

Iki gözlü gərək bütün çəkilər

Birində daş olar, birində gövhər. 

Hər işdə taleyə rəğbət göstərir, 

Qızılla qızıldır, dəmirlə dəmir. 

Ədli, səxavəti cahanı sardı, 

Hər kəs Rum mülkünə həsəd apardı. 

Ərəstu vəzirdi uca dərgaha, 

Hər yaxşı-yamanda məhrəmdi şaha. 

Tökdü İskəndərə hər işdə tədbir, 

Az zaman keçmədən oldu cahangir. 

Elə padşahla, belə vəzirlə 

Bu dünya intizam almazmı belə? 

Dünyanı fəth etdi bacarıq, hikmət, 

Vəzirin rəyindən qazandı şövkət. 

Məlikşah da, Mahmud da Nuşirəvan

Dünya şahlarından bac-xərac alan, 

Öz vəzirlərindən öyüd aldılar, 

Onunla dünyaya zəfər çaldılar. 

Bizim şahımız da düşmənə bu gün 

Vəzirin rəyilə olmuşdur üstün. 

Bizim ayağımız süst olsa hərgah, 

Zərər yox, ancaq ki, süst olmasın şah. 

Padşahın ayağı sürüşsə artıq,  

Çıxar məmləkətdə bir qarışıqlıq. 

Yaman göz şah ilə başlarsa oyun 

Divlər fitnə ilə olar qolboyun. 

Dünya bir məzlumdur, şah dada çatan, 

Məzlum bir adilə möhtacdır hər an. 

Dünyaya sultandır, işıqlı çıraq, 

Yaman nəzərlərdən olsun o uzaq. 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

76 

 

ZƏNCİ QOŞUNUNUN GƏLMƏSİNDƏN 



İSKƏNDƏRİN XƏBƏRDAR OLMASI 

 

Ey saqi, ver könül açan bir şərbət, 



Dərdim var, getdikcə etmədə şiddət. 

Olsun bu ürəyim o şərbətlə şad

Məni dərd-qəmdən eyləsin azad. 

 

Gəldi qurd ağzından sübhün nəfəsi, 



Keşikçi itinin kəsildi səsi

97



Xoruzlar çırpındı, çaldı qol-qanad, 

Təbillər səsindən canlandı həyat. 

O dadlı yuxudan oyandım yenə, 

Sarıldım cavahir düzmək fikrinə. 

Cavahir istəyən qazar mədəni, 

Gövhər ümidilə sökər bədəni. 

Bir ləli zəhmətlə gətirər ələ, 

Çarpışar daşların daş ürəyilə. 

Nə sandın, ey asan eşidən insan

Dinlənilməz zəngin kəlmələr asan. 

Bağda çox olsaydı əncir yeyən quş, 

Ağaclar əncirdən qalardı bomboş. 

 

Bu ipək pərdəni nəqş edən insan 



Belə nəql etmişdir öz ustadından: 

Elə ki, fələyin çırağı səhər 

Dünyanı nuriylə etdi münəvvər, 

Günəş əlvan şəfəq saçdı hər yana, 

Gəlintək oturdu qızıl taxtına. 

İskəndər qədimki ayində durdu, 

Eyvanda şövkətli bir məclis qurdu. 

Qol-qola tutaraq gözəl qulamlar 

Taxtının yanında tutdular qərar. 

Gah Kəyan adına qaldırır qədəh, 

Gah gövhər saçaraq edirdi fərəh. 

Bir nur çeşməsiydi, oturmuşdu şən, 

Aman səsi gəldi uzaq ellərdən. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə