Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

64 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

65 

 

DASTANIN BAŞLANĞICI 



 

Saqi, dur, gətir o həyat suyunu! 

İskəndər şövkətli şaha ver onu. 

Şahın dövlətini öpsün o badən, 

Odur İskəndərin irsini yeyən. 

 

Şahnamə yazanlar saçaraq bilik, 



Vermiş söz nəzminə belə yenilik: 

Yunan ölkəsinin padşahlarından 

Vardı bir gənc dövlət, böyük hökmüran, 

Şöhrətli şah idi, adı Feyləqus, 

Itaət edərdi ona rum və rus. 

Yunanıstan idi onun məskəni, 

Makedoniyaydı doğma vətəni. 

Qanunlar qoyardı yeni və parlaq, 

Ulu babasıydı Eys ibn-Ishaq. 

Ədalət o qədər yaxınmış ona, 

Qurdları bağlarmış qoyun buduna. 

Zülmün boğazını elə sıxmışdı, 

Dara həsədindən rəqib çıxmışdı. 

Üstün olmaq üçün qılıncı, tacı, 

Bir elçi göndərdi, alsın xəracı. 

Ağıl sahibiydi rumlu hökmüran, 

Xəracı göndərdi, olmadı düşman. 

Taleyi yar olan məsud kimsəyə 

Kim cəsarət edər, düşmənəm deyə? 

Bəxşişlər göndərdi böyük dərbara, 

Düşmənlik yolundan əl çəkdi Dara- 

Rum şahı oldu bu bəxşişdən çox şən, 

Mumunu qorudu yanar atəşdən

87



İskəndər başlarkən fəthə hər yeri, 

Döndü birdən-birə çərxin işləri. 

Daraya nə dövlət qoydu, nə dövran, 

Süngüsü keçirdi çaxmaq daşından. 

Bu dastan haqqında rəvayət çoxdur, 

Hər kəsi dinlərəm, inadım yoxdur. 




_______________  

Milli Kitabxana

  ________________ 

66 

 

Belə nəql edir bu vəqəni rumlar: 



Bir qadın var imiş çox yoxsul, dindar, 

Ikicanlı idi, tapmadı çarə, 

Yurdundan, ərindən düşdü avarə. 

Doğmağın zamanı yetişdi artıq, 

Kəsdi taqətini ikicanlılıq. 

Doğarkən can verdi bir xərabədə, 

Ölürkən körpəni andı yenə də: 

"Məndən sonra səni kim bəsləyəcək? 

Hansı bir canavar səni yeyəcək?" 

O zənn etməyirdi ki, pərvərdigar 

Bir zaman edəcək onu tacidar. 

Nə qədər xəzinə güləcək ona

Iqbal qonacaqdır şən qucağına. 

Həsrətlər içində qadın verdi can, 

Köməksiz uşağa yar oldu yəzdan. 

Şüurla, hünərlə işlətdi qafa. 

Dünyanı fəth etdi o Qafdan-Qafa. 

Feyləqus çıxarkən ov üçün düzə, 

Qadın ölən yerlə gəldi üz-üzə. 

Gördü bir qadındır yurdsuz, yuvasız, 

Başının üstündə bir körpə yalqız. 

Sorur barmağını o körpə uşaq, 

Ana həsrətiylə dişləyir barmaq. 

Nökərlərə əmr verdi tacidar; 

Qadının dəfninə məşğul oldular. 

Kimsəsiz körpəni götürdü yoldan. 

Daldı bu heyrətli işə bir zaman, 

Böyütdü, bəslədi, verdi tərbiyə, 

Vəliəhd eylədi "Oğlumdur" deyə. 

Zərdüştilərdə var başqa rəvayət. 

Verir İskəndəri Daraya nisbət. 

Vurdum tarixləri mən bir-birinə

Baxdım Firdovsinin öz əsərinə. 

Hər iki rəvayət məncə pozuqdur, 

Uydurma sözlərdir, həqiqət yoxdur. 

Doğrusu budur ki, bilir hər diyar, 




_______________  

Milli Kitabxana

  ________________ 

67 

 

Feyləqus oğludur böyük tacidar. 



Bunlarda həqiqət görmədim bir az, 

Tarixçi bunları qələmə almaz. 

Ən yaxşı bir qoca rəvayət edir

O köhnə şahlardan hekayət edir: 

Feyləqus qəsrində bir gözəl varmış, 

Bəzəkli gəlintək azad yaşarmış. 

Baxışı can alan, qaməti bülənd, 

Qaşları kamandı, saçları kəmənd. 

Sanki bir sərv imiş, yetirmiş çəmən, 

Telləri bənövşə, çöhrəsi səmən. 

Camalı parlaq bir günəşdən təmiz, 

O süzgün gözləri qəmzəli nərgiz! 

Qıvırcıq saçları qara bir ənbər, 

Saray bu dilbərlə olmuş müəttər. 

Rum şahı vurulmuş ayüzlü qıza, 

Dilinin əzbəri parlaq ulduza. 

Bir gecə bağrına basdı hökmüran, 

Şahın xurmasından bar verdi fidan. 

Neysan buludundan sədəf tutdu bar, 

Ən parlaq bir inci oldu aşikar. 

Keçdi bu vəqədən doqquz ay ancaq

Ananın bətnində tərpəndi uşaq. 

Padşah əmr etdi ki, münəccimlər 

Baxıb ulduzlara versinlər xəbər. 

Bir xəbər versinlər bu gizlin işdən, 

Rahatlıq versinlər bu tərpənişdən. 

Bilikli münəccim başladı işə, 

Baxdılar fələkdə olan gərdişə. 

Göyləri seyr üçün məclis düzəltdi, 

Ulduz tərəzisi ortaya gəldi, 

Taleyi göründü Əsəd bürcündən

88



Düşmənlər kor oldu onun gücündən. 

Günəş yaxınlaşdı o gün Həmalə

Gedirdi elmdən çatsın əmələ

89



Ütarid və Covza qonmuş bir yerə, 

Sovrda məskən etmiş Ay ilə Zöhrə. 




_______________  

Milli Kitabxana

  ________________ 

68 

 

Qövsi də Müştəri bəzəmiş gözəl, 



Mizanın bürcündə oynardı Zühəl. 

Altıncı xanəni tutmuşdu Bəhram, 

Xidmət göstərməyə olmuşdu qulam. 

Taleyi göründü nurdan da parlaq, 

Nə deyim, o yaman gözlərdən iraq. 

Belə xoş fal ilə dünyaya gəldi, 

O bağda belə bir fidan yüksəldi. 

Təqvimdən bəxtini təyin etdilər

Qoyuldu uşağın adı İskəndər. 

Bu yeddi ülkərdən oldu aşikar, 

Açarı verəcək ona ruzigar. 

Münəccim tale dən verincə xəbər, 

Feyləqus şükr etdi, silindi kədər. 

Bəxtiyar çocuğa etdi məhəbbət, 

Taxtına oturdu, payladı xələt. 

Artıq yol vermədi qəmə, kədərə, 

Cəvahir payladı istəyənlərə. 

O müşk ətirlinin güləndə baxtı 

Meyi də, müşkü də seltək axıtdı. 

O sərvin budağı bəsləndi nazla, 

Turactək səkərək səsləndi nazla. 

Meydan axtarırdı beşikdə ikən, 

Yəhərə atıldı öz beşiyindən. 

Dayədən istədi ox ilə kaman, 

Kağızı, ipəyi hey aldı nişan. 

Böyüdü, öyrəndi qılınc vurmağı, 

Qızmış aslanlara qarşı durmağı. 

At minmək zövqündən ləzzət alınca 

Düşdü şəhriyarlıq, şahlıq dalınca. 

 

 



İSKƏNDƏRİN TƏLİM ALMASI 

 

Ey saqi, reyhandan çəkilmiş mey ver, 



Cənnəti yad etdim, dur, peyapey ver! 

Abad olsun gəmim o badələrdən, 

Cənnətə düşərəm qərq olsam da mən. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə