Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə24/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

97 

 

Boynundan həmayıl bir qılınc taxdı, 



Şəfəqi günəşdən daha parlaqdı. 

Başında dəbilqə Çin poladından, 

Gövhərlər ondakı gövhərə heyran. 

Belinə asdı bir zəhərli kəsər, 

Ilantək sancaraq tökərdi zəhər. 

Bir ata oturdu, nə at, bir dağtək, 

Görüşü sevimli, yerişi qəşəng. 

Atını çaparaq hərbə yüyürdü, 

Düşmən söz verdiyi yerə at sürdü. 

Qarşıya çıxmadı miskin pələnglər, 

Fikir dənizinə salmışdı ləngər. 

Hiyləylə göndərdi başqa iyrənci, 

Şah gövhərlərini qapsın o zənci. 

Şah böldü xəncərlə onu tən yarı, 

Zəncinin qırıldı həyat damarı. 

Dağ kimi bir qara div oynatdı at, 

Baxanın gözündən çəkildi həyat. 

Bu div də o zənci yeyəndən yedi, 

Çoxunun başını torpaq çeynədi. 

Müdhiş bir qara div ona yönəldi, 

Qıvrılmış ilantək cünbüşə gəldi. 

O divə Rum şahı vurdu bir xəncər. 

Tüstüsü ucaldı göylərə qədər. 

Atıldı ondan da müdhiş həbəşi, 

Qan içən aslandan o daha vəhşi. 

Ona da içirdi ölüm suyunu, 

Zəmanə oynadı keçmiş oyunu. 

O qızmış aslandan hamı qorxaraq 

Heç biri meydana basmadı ayaq. 

Rum şahı at sürdü, kinlə bağırdı, 

O qaçan düşməni hərbə çağırdı. 

Pələngər görüncə bu cəsarəti 

Bir yara almadan söndü qüvvəti. 

Atını oynatdı istər-istəməz, 

Meydana atıldı dinməz-söyləməz. 

At sürdü o igid şahlığa doğru, 




_______________  

Milli Kitabxana

  ________________ 

98 

 

Bəxt onu çəkirdi xarlığa doğru. 



Çox qılınc endirdi girincə hərbə

Qeysərə bir əsər etmədi zərbə. 

Aslan qüvvətiylə coşdu hökmüran, 

Sanki bir ceyrana sarıldı aslan. 

Dünyanın pənahı tanrını andı, 

Şanlı bir zəfərə artıq inandı. 

Dəhşətlə hücuma keçdi şəhriyar, 

Mərkəzi nöqtədə sıxıldı pərgar. 

Atəşli kin ilə hey vurdu ata, 

Güldü şimşək kimi qara buluda. 

On düyüm mızrağı elə bərk çaxdı, 

Qan onun döşündən su kimi axdı. 

Düşmənin gəmisi dağıldı yeksər, 

Pələngər məhv oldu, qaldı tək lobər. 

Atından əmr etdi igid hökmüran: 

Əskərlər hücuma keçsin durmadan. 

Ordu hər tərəfdən bürüdü düzü. 

Qatdı bir-birinə gecə-gündüzü. 

Oxların inləyən qorxunc səsindən 

Ipəkli geyimlər kəsildi kəfən. 

Qılıncın, qalxanın şaqqıltısından 

Aya baş vururdu buxarla duman. 

Qızdıqca günəşdən qalxırdı şölə. 

Təndirtək yaxırdı öz atəşilə. 

Döyüş dəhşətindən sərsəmdi başlar. 

Işıqdan dünya da qaçırdı naçar. 

Baxdıqca zəncidir düşmüş yollara, 

Olmuş göy yanında yer üzü qara. 

Əqiqlər şəvədən qalamış ocaq, 

Zəncilər od tutub, kül qalmış ancaq

119



Şəvə yüngül oldu, ağırdı gövhər, 



Gövhərə sərraf da çox qiymət verər. 

Yasəmən bidmişkə etmişdi təsir, 

Qarğalar ağ şahin əlində əsir

120


Heyrət baxışlara, ürəyə axmış, 

Əqlin mərkəzini bombaş buraxmış. 



_______________  

Milli Kitabxana

  ________________ 

99 

 

Çovuşlar verdikcə ürək arxadan 



Ceyranlar qorxmadan ovladı aslan. 

Yer-göy titrəyirdi hay-küy səsindən. 

Göylər də "ho" deyə səslər fələkdən. 

Getdikcə coşurdu hər iki yağı, 

Yazıldı birinə ölüm yarpağı. 

Biləyi güclüyə zəfər oldu yar, 

Zəncilər məcburən məğlub oldular. 

Hər yana at çapdı müzəffər əskər, 

Zənci öldürməyə bağladı kəmər. 

Qılınc oynatdıqca böyük şəhriyar 

Zəncinin bazarı oldu tarimar. 

Zəncilər çalınca təslim borusu 

Şənliyə başladı zəfər ordusu. 

Göylərə ucaldı şahın bayrağı, 

Yollardan büsbütün çəkildi yağı. 

Mərhəmət buludu qopardı tufan, 

Zəncinin pasını sildi qılıncdan. 

Bayrağın altında durmuş hökmdar 

Əynində bənövşə rəngində paltar, 

Boynunda bir noxta, ayaqda zəncir, 

Hər aslan çəkirdi bir nəhəng əsir. 

Bayrağın altına yığdılar nə var, 

İskəndər əmr etdi kəsilsin başlar. 

Bir zənci qalmadı, boşaldı çöl, dağ, 

Qalanlar quzğunlar yemiydi ancaq. 

Barama qurdutək divbədən fillər 

Qarınca ayağı altında inlər. 

Insanın yükünü çəkən hər hammal 

Ya çıraq daşıyır, yaxud ipək mal

121


Zillətə düşüncə amansız düşman, 

Həbəşlər padşahdan dilədi aman. 

Həbəşə nisbəti olanlar o gün 

Padşahın əmriylə qurtuldu bütün. 

Zəhərli qılıncdan tapdılar aman, 

Şah bağışlayaraq vermədi ziyan, 

Əmr etdi həbəşə vuruldu damğa, 




_______________  

Milli Kitabxana

  ________________ 

100 

 

O gündən həbəşlər quldur bu dağa. 



O qızğın damğadan nurlandı həbəş, 

Dağ ilə çırağı parladar atəş. 

Padşaha o qədər verdilər qarət, 

Hüzura sığmadı böyük qənimət. 

Şah gördü verilən qarət hədsizdir

Səhraya gövhərdən axan dənizdir. 

Gövhərli cam, qızıl, toppuz bir yana, 

Xalvarla müşk, ənbər axır meydana. 

Saf mədən qızıldan, incidən nə var 

Dolmuşdu meşindən iri çuvallar. 

Sığmayır o gümüş, kafur çöllərə, 

O kafur gümüşdən doldu dağ, dərə. 

Yüklənmiş fillərdi - qaya gövdəli, 

Cins ərəb atları - tovuz cilvəli. 

Bərbərdən, nobidən gözəl əsirlər 

Önündə Müştəri və Ay diz çökər. 

Daş-qaşla işlənmiş qumaşlar, çullar, 

Zürafə gönündən hədsiz xalı var. 

Səhrada doluydu hər cürə sərvət, 

Xəznəyə gövhərdən vurmuşdu zinət. 

Şah şanlı zəfərlə dolğun qarətdən 

Şənlənib qurtuldu qəmdən, zillətdən. 

Bir dünya cəmdəyə ibrətlə baxdı, 

Güldüsə, qəlbindən gizlin qan axdı 

Ki, neçin döyüşdə bu qədər insan 

Məhv oldu zəhərli oxdan, qılıncdan? 

Yanlışdır hər suçu bunlarda görmək

Özümdə görmək də xətadır, gerçək. 

Fələyin işi baş vurmaqdır ancaq, 

Qəzadan olurmu boyun qaçırmaq? 

Lacivərd örtülü günəş kimi sən 

Başını qaçırma lacivərd göydən. 

Göy üzü geyərkən lacivərd paltar, 

Hər kəsə lacivərd paltar hazırlar

122



Bu pozuq pərdədə oxuma nəğmə, 



Bu duzlu torpaqdan arama çeşmə. 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə