Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə23/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

93 

 

Dəhşətli bir qorxu çökdü divlərə. 



Toz, torpaq boğurdu saf boğazları, 

Qorxudan bənizlər oldu sapsarı. 

Qılıncdan, toppuzdan, süngüdən, oxdan 

Sülh aradan çıxıb getmişdi çoxdan. 

Polad qalxanların toqquşmasından 

Göylərə çökmüşdü qorxu, həyəcan. 

Torpağın beynini yerdən oynatdı, 

Yer dağın məğzini başından atdı. 

Nağara gurlayır ildırım kimi, 

Qalalar uçulur sıldırım kimi. 

Uzağa səs salır naylar, elə bil 

Məhşərdir, çalınır suri-Israfil. 

Yer zindan olunca gürzə, əmuda, 

Köhüldən toz kimi uçdu buluda. 

O polad dimdikli uçan oxlardan 

Daşların bağrına düyümlədi qan. 

Kirpikdən ox atır əyriqaş kaman, 

Zireh məməsindən süd sağır hər an. 

Kəməndlər qıvrılır düyümlənərək, 

Sarılır boyuna qara ilantək. 

Hindli bir oyunçu kimi qılınclar 

Havada oynayıb mayallaq vurar. 

Süngülərdən çıxan o mövzun səsə 

Atlar da uyaraq gəlmişdi rəqsə. 

Arı nəştəritək dəmir oxlardan 

Daşların üzündən axırdı al qan. 

Yerlər xəstələndi yaralılardan, 

Yorğun ahlar saçdı göylərə duman. 

Lacivərd rəngində olan bir dağtək 

Şah verdi cəbhənin qəlbinə bəzək. 

O qılınc oynadan sərt qulaq zəngi 

Bağırdı, elə bil zəncinin zəngi, 

Kin dodaqlarında köpüklənərək 

Ağzını açmışdı bağa tasıtək. 

Canlanan mərkəzlər qalxdı ayağa, 

Durdular meydanda at oynatmağa. 




_______________  

Milli Kitabxana

  ________________ 

94 

 

Hünər göstərməyə coşarkən mənlik 



Baş verdi zirəklik, dəlilik, şənlik. 

Rumları yarışda yendi zəncilər, 

Bunlar çox müdhişdi, onlar çox dilbər. 

İskəndər darıldı bu qorxunc işə, 

"Incələr yaramaz qızğın döyüşə". 

Düşündü: "Mən özüm olaram aslan, 

Ayırram özümü bu qorxaqlardan. 

Indi ki, qorxmuşdur qoşunun qəlbi, 

Mən özüm aparam gərək bu hərbi". 

Dan yeri ağardı, şəfəq söküncə 

Sürətlə çəkildi qaranlıq gecə. 

Şahın zərbəsiylə bir neçə qara 

It kimi gəbərdi alınca yara. 

Şahın hünərini belə görənlər 

Kəskin qılıncından etdilər həzər. 

Meydanda özünü şah yalqız gördü, 

Atını düşmənin qəlbinə sürdü. 

Bu dünya Pələngər şaha oldu təng, 

Düşündü: "Dənizdən çıxmış bu nəhəng". 

Öz adamlarına dedi: "Bu şikar 

Toruma düşərsə, qurtuluşmu var?" 

Şahanə bir silah tərtib elədi, 

Qılıncla qalxanı tərkib elədi. 

Kərgədan gönündən geyindi köynək, 

Qızıldan vurulmuş ona çox bəzək. 

Güzgü, ya xam gümüş kimi parladı, 

Başında poladdan dəbilqə vardı. 

Qılıncı maralın gözütək parlar, 

Qarınca qanadı kimi cövhərdar. 

Atıldı, cür ətlə girdi meydana, 

Ürəklə kim hücum edər aslana? 

Bağırdı: "Ey şikar arayan aslan, 

Özünə güvənmə, oxuma meydan. 

Getmə, gəl vuruşaq, görək kim kimi 

Meydanda basacaq bir aslan kimi? 

Görərsən kimdədir ucalıq, zəfər, 




_______________  

Milli Kitabxana

  ________________ 

95 

 

Kimə yar olacaq səadət, hünər?.." 



Zəncinin sözündən coşdu İskəndər, 

Qan vurdu başına, qovruldu ciyər. 

Qarşıda kin ilə coşarkən düşman 

Rəqibin qəlbində cuşə gəldi qan. 

İskəndər bağırdı: "Güvənmə boş-boş, 

Igidlər önündə öyünmə, sərxoş! 

Söz açma mənə bu qəhrəmanlıqdan, 

Kölgəsindən qorxan, ey sərsəm, nadan! 

Qorx aslan yenəndən aslansan əgər

Igidlər yenənə göstərmə hünər. 

Tərpədə bilməsən ağır gövdəni, 

Məhvinə çalışmaq məhv edər səni! 

Aslanın böyrünə əl çəkmək üçün 

Üstün olmalıdır aslana gücün. 

Şahinlik göstərən, ey zəif sərçə, 

Özünü məhv üçün işlətmə pəncə! 

Xoşdur, gəl dolaşaq, məhəkdir meydan, 

Kimdədir üstünlük, edək imtahan! 

Igidlər yenənə bu tənə əbəs, 

Yenilər hər zaman tənə vuran kəs." 

Padşahın sözündən o kükrəyərək 

Yerindən tərpəndi qara tüstütək. 

Şahın üzərinə qılıncı çəkdi, 

Buluda ildırım nə edəcəkdi? 

Padşahın tükləri qılınca döndü, 

O çirkin simadan qəlbi döyündü. 

Acıqla bir qılınc vurdu İskəndər, 

O polad qalxana etmədi əsər. 

Çox süngü oynatdı şah ilə qara, 

Süngüdən heç biri almadı yara. 

Qaranlıq çöküncə, çəkilincə gün 

Döyüşdə heç biri olmadı üstün. 

Zənci bu döyüşdən darıldı ona, 

Dedi: "Gün çəkildi dağın ardına, 

Davanı tərk edək, gecədir daha, 

Bu qanlı vədəmiz qalsın sabaha. 




_______________  

Milli Kitabxana

  ________________ 

96 

 

Elə ki, ağarar qaranlıq gecə, 



Dan atıb günəşli səhər gəlincə

Oxuyum sənə mən elə bir meydan, 

Ilan yuvasını satın alasan. 

Bu şərtlə: ordunu çəkərkən səhər 

Qarşımda ol səhər kimi cilvəgər." 

Bu sözlər bitincə döndü cəbhədən, 

Şah dedi: "Razıyam bu şərtlərə mən." 

Razılıq verincə qısa möhlətə, 

Meydandan döndülər istirahətə. 

 

 



İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINI 

MƏĞLUB ETMƏSİ 

 

Elə ki, dan atdı, o parlaq günəş 



Dənizin suyundan qaldırdı atəş. 

Meydanda rum, zənci təbil döyərək, 

Ağ, qara qarışdı şətrənc zəritək. 

Qırqovul rumlular, qarğa zəncilər 

Tərlanın iki rəng köksünə bənzər. 

Zəncilər gecəydi, rumlular çıraq, 

Rumlular qarğanın gözüydü ancaq

118


Bir qara buluda büründü cahan, 

Gözündən axıtdı dənizlərə qan. 

Başlardan aşan bir daşqın sel oldu, 

Biri susuz qaldı, biri boğuldu. 

İskəndər meydanda bir at oynatdı, 

Ox kimi düşmənin gözünə batdı. 

Qızışdı cəbhədə döyüş bazarı, 

Qalxdı asimana yerin tozları. 

Geydi xam ipəkdən dar gözlü kaftan, 

Özünü qorudu oxdan, qılıncdan. 

Ən parlaq bir zireh geyindi göz-göz, 

Çeşmətək qamaşır ona baxan göz. 

Bir süngü götürdü düz otuz qulac, 

Varlığı ciyərin qanına möhtac. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə