Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə25/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

101 

 

Kim bilir, yığıntı, bu torpaq belə 



Yoğrulmuş nə qədər ürək qanilə? 

Görən göz yoxdur, yox, hər yan bir məzar, 

Ya maral, ya ceyran gönüdür onlar. 

 

 



İSKƏNDƏRİN MİSİRDƏN 

RUMA QAYITMASI 

 

Dur, saqi, şərab ver ki, sərxoş olum! 



Noğul ver, şərabla bir az xoş olum! 

Elə bir şərab ver, könlümü açsın, 

Girsəm cəhənnəmə od məndən qaçsın. 

O meyvəli ağac olsun bəxtiyar, 

Sərin kölgəsində dincəlmək olar. 

Həm cana rahatlıq verər kölgəsi, 

Həm bəzər süfrəni dadlı meyvəsi. 

Dolğun bar vermişkən elə bir nihal 

Daim qalsın cavan, tapmasın zaval. 

Bar verən belə bir ağacı gerçək 

Rəvamı baltanın ağzına vermək? 

Qış getdi, yenə də ilk bahar gəldi

Çaylar sahilindən otlar yüksəldi. 

Yenidən yamyaşıl geydi hər budaq, 

Bənövşə hər müşkə ənbər qataraq, 

Nərgiz də yığmaqçın haman ətirdən 

Kafurtək başını qaldırdı yerdən. 

Xəzinə qapısın açaraq mən də 

Bir bayraq ucaltdım yaşıl çəməndə. 

Yaşıllıq hatifi o gizli dilbər

Şairlər ona şer ilhamı deyər, 

Sehirli səs ilə bağırdı: Oyan! 

Yaz xəzinə saçan xatiratından! 

Nə yerdə zəncini əzmiş İskəndər, 

Nə yerdə atına qoymuşdur yəhər? 

Bu köhnə dastanı nəql edən dehqan 




_______________  

Milli Kitabxana

  ________________ 

102 

 

Keçmişi bu sayaq etmişdir bəyan: 



Şaha yar olunca o böyük zəfər, 

Güldü nar gülütək, açıldı güllər. 

Xəzinə ağzını açdı hökmüdar, 

Payladı, varlandı bütün qoşunlar. 

Vuruşma yerində bir həftə qaldı, 

Şərabdan çöhrələr qızıl rəng aldı. 

Külək fərraş kimi, yağış səqqatək 

Yolları süpürüb suvardı qəşəng. 

Yollardan silindi bütün toz-torpaq

Yol tozsuz olanda bəzənir ancaq. 

Toz-torpaq yollarda yatınca yenə, 

İskəndər atıldı yəhər üstünə. 

"Yol verin!" deyərək coşdu təbillər, 

Bayraqlar ucaldı Pərvinə qədər. 

Əfrəncə dənizi, Nil sahilləri 

Köç təbli səsindən oldu sərsəri. 

Coşduqca dəvələr zənginin səsi 

Doldu boş səslərlə beyin kürəsi. 

Yollarda qumrullar səs-küy salaraq, 

Cınğıraq səsindən tutuldu qulaq. 

Çöllərdə axırdı o qədər əskər, 

Yox idi sayını bilən bir nəfər. 

Kəkliktək oynayan atı İskəndər 

Minərək, dalınca tərpəndi əskər. 

Bir qədər yol getdi, ordu, şəhriyar, 

Ovadan geniş bir çölə çıxdılar. 

Al-sarı bayraqlar vardı o qədər, 

Diş-diş şəklə düşdü lacivərd göylər. 

Çöllərdən dağ kimi keçir qənimət, 

Yüklənmiş dəvələr çəkirdi zəhmət. 

Qədərsiz cavahir yüklənmiş filə, 

Yüz yerdən körpülər salınmış Nilə. 

Güldü hökmüranın üzü, göz-qaşı, 

Fərəhdən göylərə ucaldı başı. 

Xalqa hörmət etdi girərkən Misrə, 

Şəhrə nizam verdi adəti üzrə. 




_______________  

Milli Kitabxana

  ________________ 

103 

 

Dəniz sahilində endi oradan



O yerdə şövkətlə qaldı bir zaman. 

Bayrağı nə yerə sancdı tacidar, 

O yerdə abadlıq oldu bərqərar. 

Sərvətlə, fərmanla uzun bir müddət 

Saldı Rum rəsmilə bir çox imarət. 

Qumlara qum kimi sərvət səpərək 

Abadlıq yolunda çəkdi bir əmək, 

Dəniz sahilində böyük İskəndər 

Təzə bahar kimi qurdu bir şəhər. 

Bir cənnət kimiydi - işıqlı, abad, 

Hər yerdə bazarı, bağçası gülşad. 

Şəhəri İskəndər tikibdir deyə 

Adını qoydular "İskəndəriyyə". 

Şah bina etdiyi bu gözəl şəhər 

Bağdada bərabər, Misrə bərabər. 

Yunana dönməyə artıq əzm etdi. 

Gəldiyi yollardan dönərək getdi. 

Dənizdən keçincə Ruma dönərək

Dünyalar əlində olmuşdu mumtək. 

Hər zaman o muma etdikdə rəğbət, 

Hər nə istəsəydi edərdi əlbət. 

Yunanlar "afərin" dedilər ona, 

Cavahir saçdılar gövhər saçına. 

Padşahda görüncə böyüklük, mənlik, 

Şəhərlər bəzəndi, quruldu şənlik. 

Mütrüblər oxudu, qızıl saçıldı, 

Xəyalə gəlməyən məclis açıldı. 

Düşməni yenən şah güvəndi baxta, 

Şahanə baxtıyla oturdu taxta. 

Bəxtiyar dövlətin uca baxtından 

Ən gözəl şənliklər qurdu hökmüran. 

Zəncidən aldığı sərvətdən, maldan 

Çəkisiz hədiyyə alırdı hər yan. 

Dövran Rum şahına verincə dövlət, 

Hər şaha göndərdi o maldan qismət. 

Elə ki, Daraya yetişdi növbət, 




_______________  

Milli Kitabxana

  ________________ 

104 

 

Dəvə karvanına yükləndi sərvət. 



Yoldakı yüklərin çoxu qızıldı, 

Buxaraya qədər karvan düzüldü. 

Mərdliklə iş gördü, tədbirlər etdi, 

Köhnə ənənələr yoluyla getdi. 

Dəyərli mallardan saçdı bir qədər, 

Dünyada görməmiş onu bir nəfər. 

Hər cür gözəl şeylər, cəvahiratlar, 

Növbənöv ətirlər, ipəklər, atlar.. 

Saf qızıldan başqa, xalis mötəbər, 

Bir xalvar müşk ilə bir sandıq ənbər, 

Bir xırman ərinmiş saf gümüş lay-lay 

Bir otaq saf kafur, düzülmüş tay-tay, 

Ud yüklü dəvələr ucaldı dağdan, 

Hər yükün təxminən vəzni yüz batman. 

Bir çox gözəl qılınc, cəvahirnigar, 

Zürafə dərisi kimi xalılar, 

Xidmətə yarayan vücudu sağlam. 

Gülçöhrə kənizlər, həm igid qulam. 

Fil sümüklərindən naxışlı taxtlar, 

Gövhərlə işlənmiş qədərsiz tac var. 

Uca fil gövdəli bir alay əsir, 

Qolunda, boynunda düyümlü zəncir. 

Bir çox dəvə yükü, kəsik qulaqlar

Saman təpilmiş baş bir neçə xalvar. 

Yüzlərcə döyüşən, dağ heykəlli fil, 

Çarpışma zamanı ən coşğun bir Nil. 

Bu əntiq şeylərlə uca İskəndər 

Bir elçi göndərdi mətin, mötəbər. 

Daraya gətirdi qasid naməni, 

Çəkdi hüzuruna o xəzinəni. 

Dara bu bəxşişdən olmadı dilşad, 

Qorxdu, həsəd etdi qəlbini bərbad. 

Bu qədər xəzinə, bu qədər sərvət 

Heyrət doğururdu, etmirdi rahət. 

Bir cavab göndərdi yersiz olaraq, 

Içində kin odu alovlanaraq




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə