Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə27/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

109 

 

Daranı əzərək çalacaq zəfər?" 



Səsləndi əsrarlı qaya aşikar, 

Söylənən sözləri eylədi təkrar. 

O faldan qeysərin coşdu ürəyi, 

Fal onun dağ kimi oldu köməyi. 

Kədəri silindi, çox şən göründü, 

O dağdan, təpədən saraya döndü. 

Çəmən ortasında uca sərvtək 

Oturdu məclisdə tədbir tökərək. 

Gələcək işindən söz açdı qeysər, 

Sülhmü ya savaşmı çox fayda verər? 

"Dünyalar pənahı olsa pənahım 

Fələyə ucalar qızıl külahım. 

Bu sələm yeyənə xəracmı vermək? 

Alçaqlıq deyilmi bu iş, nə demək! 

Daraya nə üçün getsin xəracım? 

Ovdan əskikmidir, xəzinəm, tacım? 

Onda tac, məndə də kəskin qılınc var, 

Qılıncla alınır bütün bu taclar. 

Üstümə gətirsə qoşun hər yandan, 

Mənə də köməkdir o böyük yəzdan. 

Tanrının köməyi mənə təsəlli, 

Ordumsa həmrəydir, hər kəsə bəlli. 

Birlikdən yaranıb zəfər döyüşdə, 

Dostların birliyi gərək bu işdə. 

Iki qəlb bir olsa dağı parçalar, 

Böyük bir kütləni edər tarmar. 

Bəxtimin gücüylə qərar verdim mən

Təxt alım, tac alım zalim düşməndən. 

Daraya əlaltı olmaq nə demək? 

Nə üçün Daraya xərac göndərmək? 

Igidlər, söyləyin, fikriniz nədir? 

Bu döyüş haqqında göstərin tədbir. 

Daramı haqlıdır, söyləyin, artıq? 

Şərh edin, vardırsa burda qaranlıq!" 

Bu işin sonunu duyan hər nəfər 

Yenidən baş əyib şaha dedilər: 




_______________  

Milli Kitabxana

  ________________ 

110 

 

 



"Nə qədər seyr edir ulduzlar, göylər, 

Onlarla həmahəng olur dörd gövhər, 

Vücudun dünyaya olsun bir çıraq, 

Olsun şahın üzü aydan da parlaq. 

Səndədir biliyin qüvvəti, səndə, 

Xilqətin bəxtiyar şövkəti səndə. 

Hara sahib olsan sən, ey tacidar, 

Saçdığın toxumlar versin gözəl bar. 

Indi ki, istərsən bizdən məsləhət, 

Biz yeri gəldikcə verərik əlbət. 

Şübhəsiz, çarpışma olacaq tez-gec, 

Ancaq bu döyüşdə tələsmə sən heç. 

Sən otur, qoy Dara hərb açsın sana, 

Qılıncın o zaman qalxsın düşmana. 

Sənə ancaq qılınc oynatmaq yetər, 

Düşmənin qılıncı və başı gedər. 

Bir maral aslanla çıxdı meydana, 

Özü yer təmizlər zəif qurbana. 

Işrətdir Daranın işi, oyunu, 

Üstünə gəlməkdə qan çəkir onu. 

Ordu bəsləməkdə artıqsan ondan, 

Zəifdən alınır xərac hər zaman. 

Sənin şəbxununu zəncilər bilir, 

Onun seyrəngahı hərəmxanədir. 

O bir kin bəsləyir, sən din bəslərsən, 

Sən bir firiştəsən, o bir Əhrimən. 

Sən qılınc vuransan, o qədəh tutan, 

O taxt üstündədir, sən bir atlısan. 

Sən qüvvət ölçənsən, o qızıl çəkən, 

Sən adil, o isə zalım, qan tökən. 

O şaşqın sərxoşdur, sən isə ayıq, 

O yamanlıq edər, sən hey yaxşılıq. 

Arasan ölkəni, bütün ordunu

Bir nəfər tapılmaz ki, sevsin onu. 

Etdiyi zülümlər hey yana-yana 

Bir qıtlıq salacaq öz bazarına. 

Səndəki nəvaziş, uca tərbiyə 



_______________  

Milli Kitabxana

  ________________ 

111 

 

Adını ucaldar yeddinci göyə. 



Haqsızlıq haqq ilə olursa düşman, 

Haqq tutar yerini, haqsız peşiman. 

Hər zaman öz ayıq baxtından yapış, 

Vuruşlarda yüksəl, taxtından yapış. 

Bağlanma bu fikrə, düşünmə belə

Dövlət mülk ilədir, nüsrət mal ilə. 

Insana baş olmaq insanlıq istər, 

Yoxsa hər bir adam insandır - bəşər. 

Böyüklük eyləsək hər kəsə asan, 

Ancaq baş olacaq şəfqətli insan. 

Heyvanlar onunçun sevir aslanı, 

O, qonaq sevəndir şikar zamanı. 

Qıfılı zəncirlə saxlanan vardan, 

Onu yəqin et ki, xoşlanmaz cahan. 

Səadət o zaman yar olar sana, 

Ondan aldığını verəsən buna. 

Insanla yaşayan mərddir, kişidir, 

Kimsəni sevməmək namərd işidir. 

Xəmiri yoğrulmuş olan kimsəyə 

Bir çörək kim verməz "borc olsun" deyə? 

Rəhmin var, igidlik yaraşar sana

Xəzinə, əъdaha qalsın düşmana. 

Düşmən çox gurultu, sən şimşək rəftar, 

Sən gövhər saçansan, o xəzinədar. 

Aslandan güclüydü rəhmətlik atan, 

Lakin qılıncını çəkməzdi qından. 

Sən elə aslansan çarpışan zaman 

Qılıncından olar daşın bağrı qan. 

Gördünmü zəncilər nə sayaq coşdu, 

Kinli divlər kimi üstünə qoşdu. 

Sənin qılıncına etdi sərgəşlik, 

Başını çeynədi qılınc və təpik. 

O seldən dağ kimi üz çevirmədin, 

Səni bu damcı da qorxutmaz yəqin. 

Filləri budayan qızmış bir aslan 

Qorxarmı ən aciz körpə ceyrandan? 




_______________  

Milli Kitabxana

  ________________ 

112 

 

Qızmış bir aslana neylər bir maral? 



Qarışqa ilana verərmi zaval? 

Iti caynaq qartal edərkən şikar 

Körpə quşlar ilə kef üçün oynar. 

Ulduzlar bəxtinlə dostdur, bu bəlli, 

Yolunun tozudur bu torpaq əhli. 

Dünyanı fəth etmək qismətdir sana. 

Hər fayda sənədir, ziyan düşmana. 

Sənə məxsus olan bu mübarək fal 

Düşmənə verməzmi böyük bir zaval? 

Ulduzlarla fallar göstərir bütün, 

Bu qanlı döyüşdə olarsan üstün. 

Həndəsi hərflər, cizgili xətlər 

Bildirir sənindir şanlı bir zəfər. 

Zənci padşahı Pələngər, şəksiz, 

Güclü pəhləvandı, coşğun bir dəniz. 

Qaliblə məğluba bir fal vurarkən 

O məğlub göründü, qalib idin sən. 

Indi ki, uğurlu çıxmışdır falın, 

Bundan da doğacaq mübarək halın." 

Hər yerdən görüncə həmiyyət, zəfər

124



Fatehlik fikrinə düşdü İskəndər. 



Əlinə alırkən qılınc, ya qədəh: 

"Uğurdur" deyərək tapırdı fərəh. 

Hər işdə xeyrə yaz falı, ey filan, 

Mübarək fal olur xeyrə yozulan. 

Yaman fal vurma ki, doğar yaman hal, 

Bir kimsə vurmasın əsla yaman fal... 

 

 

İSKƏNDƏRİN GÜZGÜ QAYIRMASI 



 

Dur, saqi, əl uzat süzülmüş lələ! 

Könlümdən bulanlıq dərdi təmizlə! 

O parlaq ləldən ki, reyhanlı bağ 

Asar qəndilindən işıqlı çıraq. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə