Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə30/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

121 

 

DARANIN İSKƏNDƏRLƏ 



MÜHARİBƏYƏ QOŞUN ÇIXARMASI 

 

Ver, saqi, ruh verən parlaq şərabdan, 



Ondan işıqlansın qəlbim hər zaman. 

Mən onu içərsəm verər səadət, 

O məni yeyərsə doğar fəlakət

128


 

Ayıqlıq nə böyük dövlətmiş, bilsən. 



Əliboş olmamaq dünya nəqdindən. 

Dünyada o şəxsin ucalar başı 

Çox sayıq davranır hər işə qarşı, 

Şüurla ölçər bu həyat yolunu, 

Oğrudan qoruyar öz var-yoxunu. 

Bir şey ki, işini edəcək asan 

Yükündən götürüb atma heç zaman. 

Əskiklik versə də atma kürkünü, 

Səni qar, soyuqdan saxlar qış günü. 

Gədikdə bir eşşək öldü soyuqdan, 

Çulsuz çıxmış idi o tənbəl heyvan. 

 

Keçən padşahları öyrənmiş bir pir 



Soruşan kimsəyə belə nəql edir: 

Dara ordu çəkdi Ermənistana, 

Sanki bir qiyamət çökdü hər yana. 

İskəndər bu işdən tutmadı xəbər, 

Qarşıya çıxarsın qızğın bir məhşər. 

Məzlumlar axaraq gəldi hər yandan, 

Dedilər: "Coşğun sel qoparır tufan". 

Daranın ordusu edərkən səfər 

Polad geyimlərdən qaraldı yerlər. 

Bir casus söylədi: "Düşmən sərxoşdur, 

Durduğu yerlərdə qafil olmuşdur. 

İskəndər bir basqın etsə qəflətən 

Bir anda çıxarar onu mülkündən". 

İskəndər gülərək söylədi cavab: 




_______________  

Milli Kitabxana

  ________________ 

122 

 

"Gizlində qalmağı sevməz afitab. 



Yararmı döyüşdə böyük İskəndər 

Adi quldur kimi qazana zəfər?" 

Başqa bir casus da belə dəm vurdu: 

"Düşmənin gətirir hədsiz bir ordu. 

Qoşun işlərini mükəmməl bilən 

Ancaq saya bilər onu təxminən". 

Ən qısa bir cavab verdi İskəndər: 

"Bir qılınc yüz öküz bağrını dələr. 

Acıqlı canavar - o kinli heyvan 

Qorxarmı qoyunun çox olmasından?" 

Uca şəhriyarın mətin sözləri 

Inandırdı buna hər bir əskəri. 

Get-gedə böyüdü bu qızğın xəbər, 

Ölkəyə yaxındır o qorxunc əъdər. 

İskəndər bildi ki, o bir buludtək 

Gələcək, qılıncı saçacaq şimşək. 

Bütün ölkələrə göndərdi xəbər: 

"Durmadan dərgaha yığılsın əskər!" 

Rumdan, Əfrəncədən, Misirdən, Rusdan 

Bir ordu bəzədi gəlindən rəqsan. 

Ordu toplanınca uca İskəndər 

Əmr etdi sayından verilsin xəbər. 

Sayçılar məlumat verdi padşaha: 

Altı yüz min əskər gəlmiş dərgaha. 

Hər yandan yığışıb gəlincə ordu 

Çalğısız, içkisiz bir məclis qurdu. 

Aqillər yığılıb uca dərgaha 

Verdilər diqqətlə qulaq padşaha. 

İskəndər söz açdı bütün işlərdən, 

Daranın açdığı o döyüşlərdən: 

"Şübhə yox,- dedi,- o, adlı tacidar 

Bizimlə döyüşə vermişdir qərar. 

Hərb üçün, sülh üçün fikriniz nədir? 

Düşmən çox yaxındır, göstərin tədbir. 

Çıxmasa bu kəskin qılınc qınından. 

Bizə kişi deməz bir nəfər insan. 




_______________  

Milli Kitabxana

  ________________ 

123 

 

Tac-taxt alarsam qoca Daradan 



Zalım adlanaram bununla da mən. 

Qıymaram çıxsın öz mülkündən Dara, 

Yamanlıq etmərəm mən Kəyanlara. 

Çünki qorxuram bu əməlim bu gün 

Düşməni çıxarsın bizlərə üstün. 

Bu yolda düzgün bir tədbir göstərin

Sonunda işimiz olmasın çətin. 

Düşünüb söyləyin sağlam bir fikir, 

Bu döyüş haqqında fikriniz nədir? 

Bilikli, şüurlu, ayıq, hünərvər 

Başçılar diqqətlə çox dinlədilər. 

Hörmətlə hamısı dil tökdü ona, 

Padşaha etdilər çox dua, səna: 

"Uğurlar doğsun bu yaşıl ağaca, 

Kökləri möhkəmdir, adısa uca. 

Taxtınla, tacınla dünya qurulsun, 

Qapında düşmənin başı tac olsun. 

Doğrudur təmamən şah buyuranlar, 

Bir də biz onları edəkmi təkrar? 

Əmrindən dönmərik, sözün fərmandır, 

Padşahın yolunda canlar qurbandır. 

Indi ki, sorursan, ey dana, zəki, 

Bizim fikrimizə belə gəlir ki, 

Kinli bir ürəyə kin dolan zaman 

Keçdiyi yollarda göyərər tikan. 

Sən də kin odunu eylə şöləvər, 

Kin yaxan bir atəş tikan təmizlər. 

O, qoca söyüddür, sən gənc sənubər, 

Söyüdlə sənubər olmaz bərabər. 

yenidən abad et bu köhnə bağı. 

Torpaqdan təmizlə köhnə alağı. 

Bu təzə dövlətin al qumaşından 

Gəlintək bəzənsin o köhnə cahan. 

Şübhəsiz zalımdır amansız düşmən, 

Xalq boyun qaçırır onun zülmündən. 

Elə bir düşməndən niyə qorxursan, 




_______________  

Milli Kitabxana

  ________________ 

124 

 

Evinin içi də özünə düşman. 



Zülmün ayininə birdən çək qələm

Xalqının qəlbindən silinsin ələm. 

Düşməndən məmləkət doymuşdur cana, 

Atıl üzərinə mərdi-mərdana. 

Isti təndir artıq çörək istər, dur, 

Atının başına odlu yüyən vur. 

Baş qoyarıq hara sən ayaq qoysan, 

Bizdə yox əmrindən boyun qaçıran, 

Sənin istəyini kim poza bilər? 

Əmrindən çıxmağa kimdə var hünər?" 

Sözləri bununla bitirdi: "Ancaq 

Sən bu qan tökməyə qoyma ilk ayaq. 

Kəyanın taxtına göstər sən hörmət, 

Öncə qan tökməyə gəl etmə cürət" 

Hamının fikrini şah öyrənərək, 

Bildi sərkərdələr edəcək kömək. 

Doğrular sözünü tutaraq getdi

Ordu yetirməyə o gün əmr etdi. 

Dövr edən günlərdən seçərək bir gün, 

Uğurlu taleyi olurkən üstün 

Mübarək fal ilə andı səfəri, 

Orduya verildi hərəkət əmri. 

Kəməri belində kin ilə sıxdı, 

Parlayan yüyəni aydan işıqdı. 

Qızmış aslan kimi etdi tacidar 

Qılıncı dünyanın fəthinə açar. 

Neştərli arıydı qaynaşan ordu, 

Arı pöhrəsindən artıq idi bu. 

Firidun padşahdan yadigar qalan 

O uca Dirəfşi tanırdı çoxdan. 

O uğurlu bayraq düzələn zaman 

Nazlardı dostunu bu qoca dövran. 

Bayrağı "Dirəfşi-Gavə"dən yüksək 

Çəkdi mahlıcına göy rəngli ipək. 

Tam əlli arşındı uca sütunu.  

Zinət öz qoynunda bəsləmiş onu. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə