Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə19/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

77 

 

Məclisdə padşaha etdilər məlum: 



"Amana gəlmişdir bir yığın məzlum. 

Kömək istəyirlər Rum sultanından, 

Deyirlər: Misrə çox dar oldu cahan. 

Zəncilər axınla gəlmiş bu səfər, 

Dolaşmaq çətindir, tutmayır çöllər. 

Ordularla dolmuş bu böyük cahan, 

Çöllərdə hakimdir qorxu, həyəcan. 

Hamısı çöllüdür, qətrandan qara, 

Çöllərin otu da çatmaz onlara. 

Uşaq təbiətli hər yaşlı kosa 

Şən həyat keçirir çirkin də olsa. 

Nə bir utancaq üzləri vardır, 

Nə də sevgi saçan gözləri vardır. 

Bunlar insan yeyər, ilantək sancar, 

Misrin buna qarşı nə qüvvəti var? 

Köməyə çatmazsa böyük tacidar, 

Qarətə gedəcək o zəngin diyar. 

Misir, Rum, Əfrəncə olar tarmar, 

Mum kimi əriyər o odlu dağlar. 

Bu haqsız axından pərakəndəyik, 

Şah, fərman sizindir, bizlər bəndəyik." 

O dinin pənahı, adil hökmdar 

Bildi ki, Zəncidə hədsiz qoşun var. 

O hədsiz ordudan qorxdu hökmüran, 

Qorxusuz olurmu ağıllı insan? 

İskəndər vəziri tez dəvət etdi. 

Onunla ətraflı məsləhət etdi. 

Ağıllı, bilikli, hünərli vəzir 

Müzəffər olmağa tökdü bir tədbir: 

"Qalx, - dedi, - bəxtini sına, zamandır, 

Belə əъdahanı məhv etmək şandır. 

Zəfərlər yaratsa ordunun əli, 

Daha möhkəm olur şahlıq təməli. 

Misir də, Zənci də olur sənə ram, 

Mərdlikdə alarsan yenilməz bir nam. 

Ölkədən silinsə azğın düşmənlər




_______________  

Milli Kitabxana

  ________________ 

78 

 

Xainlər kor olar, dostların gülər." 



Rəhbərin əmriylə o gənc hökmüran 

Bayrağı ucaltdı Makedoniyadan. 

Topladı süngülü, qılınclı əsgər, 

Qılınc şəfəq atdı buluda qədər. 

Dənizdən quruya çıxınca ordu, 

Tərpəndi, bir daha Misirdə durdu. 

Misir xalqı ilə silahlı əskər 

Bu işi uğurlu bir fal bildilər. 

Padişah əmr etdi, Nil sahilindən 

Keçərək, çöllərdə tutsunlar məskən. 

Yedəkli at ilə axsın meydana, 

Döyüşdə verməsin aman düşmana. 

Igidlər düzüldü yola hər nə var, 

Zəncinin kininə bel bağladılar. 

O coşğun ordunu görüncə zənci

Gözündə qaraldı dünya sevinci. 

Ordular çıxınca qarşı-qarşıya, 

Üzlərdən büsbütün silindi Həya. 

O polad misralı atlar nalından 

Kökündən titrədi o köhnə cahan. 

Meydandan o qədər ucaldı nərə, 

Sanki göy saraldı, töküldü yerə. 

Coşdu toppuz, yağdı mancanaq daşı, 

Əyildi öküzün, balığın başı

98



Insanlar bağırır, kişnəyir atlar, 



Dünyanın gözü kor, qulaqları kar. 

Bu səs-küy elə bir qiyamət açdı, 

Vəhşilər qorxaraq çöllərdən qaçdı. 

Döyüşə başlarkən hər iki əsgər, 

Divləri sarsıtdı ucadan səslər. 

Elə yerdə idi bu döyüş, inan, 

Qubar gətirirdi adam yanğından. 

Kükürdün tozutək qupquru çöllər 

Cəhənnəm kimiydi, yanırdı ciyər. 

Sərin su yox idi ağudan başqa, 

Bir də günəşdəki yanğıdan başqa. 



_______________  

Milli Kitabxana

  ________________ 

79 

 

Baxırdı əъdaha kimi hər mağar, 



O yerdə hər fitnə açmışdı bazar. 

Orda ki, yaşayır qulyabanılar, 

Yaşayıb, hər yerə soxulur onlar. 

Ləli yer öküzü udduğu zaman 

Pusqudan sıçradı qapqara aslan

99



Gecənin zülməti dünyanı sardı, 

Aslanın dişitək ulduz ağardı. 

Gecənin göbəyi yayırdı ətir, 

Işıqdan dünyaya açmışdı çətir. 

Düşməni tanıyan növbətçi əskər 

Yollara çıxaraq keşik çəkdilər. 

Ulduzlar yer-yerdən doğmuşdu parlaq, 

Xalq oldu zəhmətdən, kədərdən uzaq. 

Qaranlıq çöküncə Rum və Zəngibar 

Vuruşdan yorulub axşamladılar. 

 

 

İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINA 



XƏBƏR GÖNDƏRMƏSİ 

 

Ver, saqi, Rum üzlü, gülgün şərabdan, 



Təbim zənci kimi şəndir bu zaman. 

Mənimlə bu qorxu bilməyən pələng 

Olmasın Rum, zənci kimi iki rəng

100


 

Aldadan yol oldu bu uzaq yollar, 



Yeddinci fələkdə ancaq işıq var

101


Bu yolda mələk də azar yolunu 

Çünki bir div gedər, qayıdar onu. 

Bu çarsubazarda qapan işlədən 

Bir arpa almasa çəkməz iki dən. 

Çalışar, hər yandan oğurlar bir az, 

Ondan da qaparlar işi olsa saz. 

Dönə-dönə alar qoca dehqandan, 

Divana göndərər o batman-batman. 

Məndən uzaq olsun bu cürə dostlar




_______________  

Milli Kitabxana

  ________________ 

80 

 

El məni bu sözdə üzürlü tutar. 



Əxlaqca yabançı bu dostları, bil, 

Ikiüzlülərdə arama bir dil. 

Tülkünün deşiyi ikidir əlbət, 

Birisi tamahdır, birisi şəhvət. 

Bir əqrəb kimidir, olsa da huşyar, 

Nə qulaq, nə də göz deşikləri var. 

 

Bu gizlin əsrarı təsvir edənlər, 



Dehqan tarixindən vermişdir xəbər. 

Çin şahı atına qoyarkən yəhər 

Zəncinin nalına od vurdu göylər

102


Günəşi pusqudan fələk sıçratdı, 

Ulduzlar üzüyü əlindən atdı

103


Bu dünya ordular yıxan ərlərdən 

Bir məclis bəzədi ulduz kimi şən. 

Dəvəni zəngindən, fil güzgüsündən 

Sədəf şəvə doğdu inci doğurkən

104


Fil təpiklərindən yer öküzünün 

Sümüyü qırılıb məhv oldu bütün. 

Şah Kəyan rəsmini edərək yeni, 

Doldurdu təblinin səsi ölkəni. 

Qurdu Rum rəsmiylə elə bir ordu, 

Sanki möhrü muma bir naxış vurdu. 

Bir rumlu var idi olduqca insan, 

Natiqdi, bir neçə dildə danışan. 

Alimdi hər fikri, sözü qurmaqda, 

Mahirdi ox atıb, qılınc vurmaqda. 

Söhbəti tutini kəməndə salmış, 

Özü Tutiyanuş adını almış. 

O qədər kəskindi sözü, hünəri, 

Özünə çəkərdi dinləyənləri. 

Sarayda nədimdi, həm də arabir 

Ay, günəş sirrindən söhbətlər edir. 

Yanına çağırdı onu İskəndər, 

Elçilik edərək aparsın xəbər. 

Əmr etdi, hərəkət etsin durmadan, 

Zənci sərdarına yetirsin fərman. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə