Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

69 

 

Nə qədər məsuddur şən həyat quran, 



Tamah süfrəsindən az bir şey uman, 

Malı olsa belə, kifayət qədər, 

Yenə iş adamı çalışar, işlər. 

Naz-nemət içində rahatlıq tapar, 

Tələsməz, atını astadan çapar. 

Nə həddindən artıq paylar malını, 

Nə də xəsisliklə pozar halını. 

Çətinlik çox xəsis olmaqdan doğar, 

Qapını qırsanız hədsiz odun var. 

Çox yaşa, ömürdən faydalan özün, 

Çalış özgəyə də ziyan dəyməsin. 

Tarixin yığılmış tumarlığından 

Keçmişi belə nəql edir bir dehqan: 

Elə ki, Feyləqus təzə gəlintək 

Vurdu bu dünyanın mülkünə bəzək. 

Ağıllı övladla ata fəxr edər, 

Çünki mübarəkdir seçilmiş gövhər. 

Dünyada ataya varmıdır, gerçək, 

Ağıllı oğuldan başqa bir istək, 

Oturtdu öyrənsin ədəblə hünər, 

Günəş eylər daşı qiymətli gövhər. 

Niqumaş alimdi, biliklə dolu, 

Alimin oğluydu həkim Ərəstu. 

Təlim işlərində çəkdi çox əmək, 

Hikmətlər öyrətdi ona sevərək. 

Şahanə tərbiyə, hünər, nəzakət 

Ağıla nur verir, ürəyə qüvvət. 

Hər əqlə sığışan hünər, bilikdən 

Bir məna çıxarır mənanı bilən. 

Ulduzlar bəzəyən kimi göyləri 

Bəzədi pak olan yeni gövhəri. 

Çatdırdı onu hər gizlin biliyə, 

Hansı bir gənc almış belə tərbiyə? 

Şahzadə illərlə çox çalışdı, çox, 

Qulağı elm aldı, başqa heç nə yox. 

Öz ağlı, zəkası olunca rəhbər, 




_______________  

Milli Kitabxana

  ________________ 

70 

 

Tapırdı ən incə, mənalı sözlər. 



Hər incə mənanı edərkən bəyan, 

Sözləri su kimi olurdu rəvan. 

Həmdərsi Ərəstu, bir qardaş deyə, 

Ürəkdən bağlıydı bu şahzadəyə. 

Ərəstu aldıqca bilik atadan, 

Ona öyrədirdi hər an, hər zaman. 

Yəqindi bilikli həkim ustadə 

Tacidar olacaq bir gün şahzadə. 

Onun təliminə verdi çox diqqət, 

Kişini şad edər qorunsa sərvət. 

Bəxtini oxudu parlaq alnından, 

Verdi oğluna da ondan bir ünvan

90



Tale xidmətində duran zamanda, 



Söz qaşı möhrünü vuran zamanda 

Oğlunu tapşırdı gənc şahzadəyə, 

And verdi, söz aldı: "Peyman ver, - deyir, 

Məktəbdən meydana sən at sürərkən, 

Şahanə başını göydə görərkən, 

Başını əyərkən köhnə dünyanın, 

Hər səmtə gedərkən hökmün, fərmanın, 

Taxtını tacınla məsud edərsən, 

Xərac göndərərlər yeddi kişvərdən. 

Dünyaya şövkətlə verərsən fərman, 

Padişah olarsan uzun bir zaman. 

Bu dərsi, təlimi tut xatirində

Qızıla, gümüşə çox olma bəndə! 

O zaman oğlumdan götürmə nəzər, 

Haqqıma, sözümə bir hörmət göstər. 

Onunla et çətin işdə məşvərət, 

Qılıncdan kəskindir gözəl məsləhət. 

Səndə dövlət vardır, onda da hünər, 

Hünərlə dövlət bir çəkiyə girər. 

Hər yerdə hünərə verilmiş qiymət, 

O yerdə gün-gündən ucalmış dövlət. 

Hər yerdə şərəfli bir dövlət vardır, 

Ucalar fikrindən ucalanlardır. 



_______________  

Milli Kitabxana

  ________________ 

71 

 

Ayda öz taxtını qurmaq istəyən, 



Gərəkdir yüksəlsin bu pillələrdən". 

Şahzadə söz verdi öz ustadına: 

"Hər əmrin qəbuldur, - söylədi ona, - 

Taxtımla, tacımla olsam padişah

Ərəstu vəzirim olacaq, billah! 

Sözündən, fikrindən dönməz İskəndər, 

Onun hər əmrinə bağlaram kəmər." 

Elə ki, taleyi oldu ona yar, 

İskəndər sözündə qaldı bərqərar. 

Ustadı bilirdi: bir gün bu uşaq 

Dünya şahlarına fərman yazacaq. 

Bir şəkil çəkdi o, həndəsi hərfdən, 

Qalibi, məğlubu etdi müəyyən. 

Dedi: "Al, bir qəza üz versə sana, 

Hərfi say, həm düşmən, həm öz adına. 

Adın dairədə qalsa müzəffər

Əmin ol bəxtinə, sənindir zəfər. 

Bu sayda üstünlük göstərsə düşman, 

O qalib kişidən çəkin hər zaman." 

İskəndər qocadan o şəkli aldı, 

Bu faydalı işdən sevincə daldı. 

Yazanda həndəsi hərfi İskəndər, 

Hər zaman zəfərdən tutardı xəbər. 

Əqliylə bəxtiyar yaşardı hər an, 

Onun hər elmindən qaynardı qazan. 

Tədbirli, bilici olmaqla yenə 

Baş əydi bilici şəxsin fikrinə. 

Alimlər sözünü tutaraq getdi, 

Əqliylə özünü bəxtiyar etdi. 

Ustadın oğlu da alim bir kəsdi, 

Onunla həm yaşıd, həm də həmdərsdi. 

Şahzadə daima ona mehriban

O da şahzadədən ayrılmaz bir an. 

Ərəstu razılıq verməzsə işə, 

İskəndər bir quş da taxmazdı şişə. 

O tədbir vermədən tutmazdı bir iş, 




_______________  

Milli Kitabxana

  ________________ 

72 

 

Hər işdə alardı ondan göstəriş. 



Bu çarxın pərgarı döndü çox zaman. 

Dünya çox seyr etdi dağdan, səhradan. 

Feyləqus dünyanı tərk etdi daha, 

Taxtını tapşırdı gənc padişaha. 

Gəl, qorx bu dünyanın fitnə, felindən, 

Qurtar öz canını onun əlindən. 

Ağacdır, dörd kökü, altı böyrü var, 

Çoxunu boğmuşdur bu qorxulu dar

92



Şiddətli küləklər qopduğu zaman 



Düşər yarpağımız bir-bir ağacdan. 

Bu bağda əbədi yaşamaz bir kəs, 

Hər gələn burada çəkər bir nəfəs. 

Yetişər bu bağda hər gün bir nobər, 

Birisi gəlirkən o biri gedər. 

Dünyadan gedərsən istər-istəməz, 

Bu tədbir, bu təlaş bir şeyə dəyməz. 

Bu dünya mülkündə yox belə bazar 

Varını özilə alsın tamahkar. 

Dünya salmış tora, çünki borclusan, 

Borcunu tez ol ver, qurtul bu tordan. 

Nalbəndlə palançı eşşəyə bir gün: 

- Nal, palan pulunu ver,- dedi,- bütün, 

Topal ayağından, yağır dalından 

Nalını, palanı atdı o heyvan. 

Eşşək öz borcundan olunca azad, 

Olduqca dincəldi, qəlbi oldu şad. 

Sən də, ey tozlara bulaşmış insan, 

Borcunu ver, qurtul bu toz-torpaqdan. 

 

 



İSKƏNDƏRİN TAXTA ÇIXMASI 

 

Ey saqi, dur məni qurtar mənlikdən, 



Işıqlı badəndən işıqlanım mən. 

Bir mey ki, dağıdar qəmi, kədəri, 

Sağaldar mumyatək bu xəstələri. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə