Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə20/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

81 

 

Kəskin qılıncını anlatsın ona, 



Qayıtsın bəlkə öz doğru yoluna. 

Zəncicə anlatsın, göstərsin tədbir, 

Atəşi gördükcə yumşalar dəmir. 

Gül üzlü, o şümşad boylu hünərvər 

Rumludan zənciyə apardı xəbər: 

"Təxti var, tacı var bəxtitək parlaq, 

Qılıncın gücüylə ucaltmış sancaq. 

Şövkətli, qüvvətli, həm də sərkəşdir, 

Bəzən də acığı yanar atəşdir. 

Maral buynuzuna göndən zeh çəkər, 

Qarışqa başını dırnağa tikər. 

Onunla müdara eylə, ey salar, 

Ağlayıb üzr istə, get ona yalvar. 

Inan ki, bu atəş olsa şöləvər, 

Sönməz, üzərinə dəniz töksələr. 

Dostluqla yaxınlaş, kinindən çəkil. 

Onunla düşmənlik faydalı deyil. 

Kin ilə, sülh ilə sınanmış cahan, 

Sülhündən xeyr almış, kinindən ziyan". 

Bu fikri qaralar şahı eşitcək 

Dəhşətdən qıvrıldı qara ilantək. 

Kininin atəşi beynini yaxdı, 

Şimşəkli buludtək gurladı, çaxdı. 

Acıqlı əmr etdi: Tutiyanuşu 

Kəssinlər, bədəndən ayrılsın huşu. 

Div kimi qapdılar o pəhləvanı, 

Necə ki, kəhrəba qapar samanı. 

Qızıl teşt içində kəsildi başı, 

Al qana bulaşdı şahın sirdaşı. 

Qızıl teşt qan ilə dolduğu zaman 

Zənci şah su kimi içdi o qandan. 

Onunla gedənlər gözlərində yaş 

İskəndər yanına qayıtdı birbaş. 

Həsrətlə döndülər şahın yanına, 

Bu qanlı xəbəri verdilər ona. 

O gözəl rumlunun zənci şahından 




_______________  

Milli Kitabxana

  ________________ 

82 

 

Gördüyü dəhşəti etdilər bəyan. 



İskəndər o şümşad rəngli sərv üçün 

Atəşdə ox kimi yandı ki, neçin 

Elə bir suçsuzun töküldü qanı? 

And içdi məhv etsin azğın düşmanı. 

Çatınca qoşuna bu dəhşətli iş, 

Rumlular qorxaraq etdilər təşviş. 

Bu işdən zəncinin dişi ağardı, 

Rumlunun qəlbini bir qorxu sardı. 

Gecənin dişləri örtülməlidir

Ancaq ölən zaman o gülməlidir. 

İskəndər susaraq üç gün, üç gecə, 

Kinini söndürdü parlaq düşüncə. 

Dağların üstünü alınca duman, 

Quşlar bu ahəngə düzdü bir dastan. 

Göylərin Harunu keşik çəkərək,  

Belinə asmışdı saysız qızıl zəng

106



Keşikçi zəng çalıb səsləndi birdən: 



"Yaşasın tacidar, qəhr olsun düşmən!" 

Dişarı çıxaraq kəşfiyyat qolu. 

Növbətlə qarovul güdərdi yolu. 

Ertəsi günü bu səbirsiz dövran 

Göstərdi günəşi dağ arxasından. 

Nay, təbil gurladı şah qapısından, 

Zənglərin səsindən titrədi cahan. 

Təbilçi sür ətlə qalın xam göndən 

Gecənin ağzına vurdu bir yüyən. 

Coşaraq inləyir neyin nəfəsi, 

Nağara əl çalır, yüksəlir səsi

107


Ordunun çəkisi elədikcə meyl, 

Bu gözdən o gözə axıdırdı sel. 

Süngülər kaftanı dələrək hər an 

Çıxırdı göbəyin tam ortasından. 

Qılınc, ox yağarkən şaraqhaşaraq 

Parça-parça oldu geyim və qalpaq. 

Qılıncın dəhşətlə çalhaçalından 

Buludun qəlbində su olurdu qan. 



_______________  

Milli Kitabxana

  ________________ 

83 

 

Üz-üzə gəlincə hər iki ordu 



Elə bil iki qoç üz-üzə durdu. 

Igidlər döyüşdü uzun bir zaman. 

Meydana sel kimi axıtdılar qan. 

Rumları zəncilər əzdiyi zaman 

Sanki bir maralı ovlardı aslan. 

Rumlara zəncilər verdi tələfat, 

Hər yeri bürüdü dəhşətli heyhat. 

Zəncinin etdiyi Tutiyanuşə 

Rumları salmışdı böyük təşvişə. 

Kasaya doldurmuş günahsız qanı, 

Su kimi başına çəkmiş kasanı. 

Zəncilər oynayan qorxunc oyundan 

Qorxaraq, rumlara daraldı meydan. 

İskəndər bildi rum, zəncidən ürkmüş, 

Əskərin qəlbinə bir qorxu çökmüş. 

Meydanda əskərə üz versə qorxu

Cəza bir iş verməz, dağılar ordu. 

Çağırdı bilikli böyük vəziri, 

Gizlincə anlatdı ona bu sirri: 

"Müzəffər ordumuz olmuş pərişan, 

Bir qılınc yemədən doymuş savaşdan. 

Döyüşə qəhrəman bir ordu gərək, 

Bir atlı od olsa, verməz bir kömək. 

Elçinin qanını içərkən düşman 

Əskərim məhv olur can qorxusundan. 

Orduda apardın qorxu izi var, 

Qorxaq kimsələrdən, söylə, nə çıxar? 

Meydanda düşməndən qorxarsa ordu, 

Su gətir, zəfərdən əllərini yu. 

Zəncilər hər yanda meydan sulayır, 

Qızmış fillər kimi hey baş bulayır. 

Yaratmaq gərəkdir elə bir dəstan

Zəncinin ordusu məhv olsun ondan. 

Ortaya elə bir sağlam fikir at, 

Bizə bu qorxudan versin bir nicat". 

Sınanmış, ağıllı, hünərli vəzir 




_______________  

Milli Kitabxana

  ________________ 

84 

 

Azacıq düşündü, tökdü bir tədbir: 



"Sərvərim, kamalın olsun sənə yar, 

Zəfər dostun olsun, düşmənlərin xar. 

Üzünü çevirsən dağ-daşa belə, 

Fələkdən səadət alasan ələ. 

Dünyanın pənahı ulu yaradan 

Pənahın olsun, ey böyük hökmüran. 

Qaralar zəhərli ilandır, ilan, 

Bir divdir, şeytandır, deyil bir insan. 

Yeri var rumlular etsə qorxaqlıq, 

Zəncilər nəhəngdir, rumlular balıq. 

Qan içmək olduqca qorxulu bir iş, 

Insanı yeməksə ondan da müdhiş. 

Onlardan bir həya gözləsən, inan, 

Bizə söyləməzlər ağıllı insan. 

Meydanı düşmənə versək bu sayaq, 

Zəncilər göylərə sovurar torpaq. 

Rumlardan qorxsaydı vəhşi zəncilər 

Elçinin sözləri edərdi əsər. 

Elçi nə edəydi o vəhşilərə, 

Elçi yeyən desək yetər bir kərə. 

Düşünmək gərəkdir elə bir fikir

Insanı yeməkçin olsun bir tədbir. 

Yollardan bir neçə zənci tutaraq 

Onları dərgahda eylədi dustaq. 

Sən otur yerində acıq, təmkinlə, 

Onları torpağa yıxsınlar kinlə. 

Birinin başını dərhal üzsünlər, 

"Yemək bişsin" deyə mətbəxə göndər. 

Zəncilər dililə hökm et durmadan: 

"Bu başı al, bişir, yesin hökmüran!" 

Gizlində aşpaza başqa tövr anlat: 

"Bu başı güm yerə, torpaqlara qat!" 

Qara qoyun başın bişirsin bir az, 

Sümüksüz hüzura gətirsin aşpaz, 

Bişməmiş dərini hiddətlə, kinlə 

Tez götür, parçala, çeynə dişinlə: 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə