Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə12/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

48 

 

Qapına qiymətlə gəlsə müştəri, 



Buraxma, sat ona, qaytarma geri. 

Dənizlər soltanı alsa bir gövhər, 

Hər daşa bir gəmi cavahir verər. 

Xəzinə gizlətmə belə dənizdən, 

Ondan dürr alaraq, cavahir ver sən. 

Ol doğru miyançı, düzəlsin hər iş, 

Ortada nə kabab yansın, nə də şiş. 

Xızrın sözlərini eşidincə mən, 

Beynimdə bir xəyal doğdu yenidən. 

Qəlbimdə yer tutdu, qəbuldur, deyə, 

Ürəkdən doğan söz yatar ürəyə. 

Mənə bu saf öyüd əsər edincə, 

Inciyə dil açdım incədən-incə. 

Yaratmaq fikriylə yeni "Şahnamə", 

Açdım hər şivədən böyük həngamə. 

O heyrət verici əfsanələrdən 

Şahların adına qitə çəkirkən 

Zehnimdə hər güzgü parlatdımsa mən 

İskəndər xəyalı keçdi önümdən. 

Boş baxma sən buna, uca şəhriyar 

Həm qılınc vurandır, həm də tacidar. 

Xalq ona taxt-tac sahibi deyir

Ölkələr fəth böyük cahangir. 

Vəziri həkim bir şəxs olduğundan 

Ona da hikmətdən yazıldı fərman. 

Baxanlar görüncə onu dinpərvər, 

Ona da peyğəmbər adı verdilər. 

Bilənlər əkdiyi üç toxumdan mən 

Bir ağac əkərəm həm uca, həm şən

63



Öncə söz açaram padşahlığından, 

Cahangirliyini edərəm elan. 

Hikmətlə bəzəkli söz yazaram mən

Köhnə tarixləri tazalaram mən. 

Döyərəm qapını peyğəmbərliyə, 

Tanrı da bəyənmiş "peyğəmbər" deyə. 

Üç qapı tikdim, üç xəzinə demək, 



_______________  

Milli Kitabxana

  ________________ 

49 

 

Çəkdim hər qapıda ayrıca əmək



64

Üç qapı, ya bu üç inciylə yenə 



Tökərəm dünyaya ağır xəzinə. 

Vuraram elə rəng, elə bir zivər, 

Bütün ölkələrdən işığı gələr. 

Dəftərlər topladım incidən parlaq, 

Hayıfdır üstünə çöksün toz, torpaq. 

Bir dövlət sarayı göstərin barı, 

Vurum divarına bu naxışları. 

Bu naxışlarımla durduqca dövran

Qurtarın onu bu dünya tozundan. 

Şerimlə yaradım elə bir dastan, 

Əbədi həyata yaratsın imkan. 

Adını naməmlə edərəm uca, 

Adıyla yaşayım dünya durunca. 

Bu taxtdan sazlayım elə oturaq, 

Onunçun olsun bir əbədi otaq. 

Adına bağlayım elə naxışlar, 

Dövran dövr etdikcə qalsın bərqərar. 

Zehnindən silməsin onu bu fələk, 

Yumasın, pozmasın yağış və külək. 

Bu şərtlə dünyada tutunca aram, 

Başını günəşə, aya ucaltsam, 

Mənə də qurulsun elə bir dəsgah, 

Başım ölçüsündə verilsin külah. 

Işığı günəşdən mümkündür almaq

Bu işdən kölgənin yolu çox uzaq. 

Qarğaya göyərçin olarmı şikar, 

Bu ovu padşahın əl quşu ovlar. 

Nizami işidir incə söz düzmək, 

Incilər yaratmaq ona yarar tək. 

Vurar bu naməyə elə naxışlar, 

Bu naxış hər qəlbə işıq bağışlar. 

Dostların qəlbinə nur damar ondan, 

Düşmənin gözündən qaçsın hər zaman. 

Bülbültək ötsə də düşmənin səsi, 

Qəlbini dələn bir oxdur tənəsi. 



_______________  

Milli Kitabxana

  ________________ 

50 

 

Mən bu dastanıma vurarkən bəzək, 



Öz ulu tanrımdan istədim kömək. 

Versin dastanıma əzizlik, şöhrət, 

Əziz tutanlara göstərim şəfqət. 

Açsın bu naməmə elə qol-qanad, 

O faldan doğsun ən uğurlu həyat. 

Ürəkdən sevinsin hər bir oxuyan

Zövq alsın fikrimi dərindən duyan. 

Hər qəlbi qırığa yeni can olsun. 

Hər ağır dərdliyə əl tutan olsun. 

Hər xəstə ürəyə göstərsin şəfqət, 

Hər bağlı qapını açsın bu sən ət. 

Oxumaq istərsə aciz bir nəfər, 

Haqq olsun ona bu diləkdə rəhbər. 

Əlinə alsa hər ümidsiz kimsə, 

Hər dilək, hər ümid gülsün o şəxsə. 

Hər dilək istədim, verdi, çox şükür, 

Öz uca tanrıma etdim təşəkkür. 

Bu namə mübarək olacaq, bişəkk. 

Şahın məclisində olsa mübarək

65



 

 

NÜSRƏTƏDDİN ƏBUBƏKR  



PADŞAHIN TƏRİFİ 

 

Yaquta bənzəyən suyu, saqi, dur, 



Bu yaqut yağdıran qədəhə doludur. 

Bu saxsı cama mey həyat axıdır, 

Onun reyhanının öz torpağıdır

66



 

Ey uca günəş, dur, bayrağını aç, 

Ey xuraman bulud, müşkin ətir saç. 

Gurla, ey ildırım, şahın təblitək, 

Dan dodağı kimi gül, gül, ey şimşək. 

Sən də saf qətrəni yağdır, ey bulud, 

Ey sədəf, qətrəni qucağında tut. 

Ey inci, üzə çıx söz dənizindən, 




_______________  

Milli Kitabxana

  ________________ 

51 

 

Sultanın tacında get elə məskən



67

Şah ki, yüksəlməni eyləyir arzu, 



Sənə şanlı tacdır yolunun tozu. 

İskəndər qurduğu dövlət, əzəmət, 

Ona verilmişdir indi o şövkət. 

Yerlərə, göylərə odur can verən, 

Böyük cahangirdir, düşmən devirən. 

Məğribdə mərdlikdə hökmü rəvandır, 

Məşriqdə hünərlə o qədərxandır. 

Cahan pəhləvandır, Nüsrətəddindir, 

Hökmü düşmənlərə qılınc təkindir. 

Düşmən son düşünən, ürəyində kin, 

Istiqbal görəndir, ləqəbi Bişkin

68



Qılınc sahibidir, tac verən şahdır, 

Üç növbət vurandır, beşə pənahdır

69



Atını Rüstəmlər üstünə sürər



Həm taxtı bəzəyər, həm də tac verər. 

Adətdir, dünyanın ulu şahları 

Xəznəyə dəmirdən vurar açarı. 

Bunun tək qılıncdan xəzinəsi var, 

Dəmirdir xəznəsi, qızıldır açar. 

Fərattək səmimi bir dostluğu var, 

Nil kimi düşməni gizlində boğar

7



Günəşə salsa o öz kölgəsini, 

Suyuyla söndürər od çeşməsini. 

Bir nəzər salsa o yeni hilalə, 

Bədirlənib o da yetər kəmalə. 

Onun bəxşişini sayan bir nəfər 

Nə qədər ömrü var ona şükr edər. 

Ona şükr etməklə neməti artar, 

Belə nemət verən, söylə, harda var? 

Fələktək hər kəslə girsə meydana

Atar qalxanını torpaqtək suya

71



Döyüşdə buluddur, elə ki, kükrər 



Dağların başını qılıncla sökər. 

Meydanda açdığı hünərlər ki, var, 

Nə Rüstəm göstərmiş, nə İsfəndiyar. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə