Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

40 

 

Sözünə almasan layiqli cavab, 



Dəyərli sözləri eləmə xarab. 

Boş söz söyləməkdən saxla özünü, 

Ağzına qıfıl vur, yandır sözünü. 

Sən ki zövq alırsan yemək, yatmaqdan, 

Nə deyim sənə, ey qulaqsız insan. 

Bu gözəl sənətim məlumun deyil, 

Nə də ki, qapımda vurulan təbil. 

Ən ağır qiymətli mətahlarım var, 

Istəyən olmasa, etməm aşikar. 

Inciyə sədəftək göz yummuş alan, 

Bu kasad bazara çıxarmı satan. 

Belə bir dəyərli gövhərlə, dostlar, 

Bir gövhər sevənə ehtiyacım var. 

Müəllimim mənə açan sirləri 

Istərəm danışım, dinləsin biri. 

Ondakı almazla qazım mədəni, 

Canına bağlayım can gövhərini. 

Belə alver geniş dünyada çox var, 

Biri inci alar, o biri satar. 

O hansı könüldür kədər almasın? 

O hansı kəmənddir qarşılanmasın? 

Xəzinə üstündə yatmışdır ilan, 

Gözətçilik deyil məqsədi, inan. 

Xurmanın ağacı olmazsa uca, 

Uşaqlar çox ziyan verər ağaca. 

Yolu gözətçiylə olar qorumaq, 

Odsa gül içində saxlanar ancaq. 

Tinətim olduqca yumşaqdır, bundan 

Tarlama hər yandan yetişər ziyan. 

Sərt təbiətilə başqa adamlar 

Özünü əyridən, oğrudan saxlar. 

Uşağı yolundan qaçırmaq üçün 

Üzü zənci kimi qaraltmaq neçin? 

Hansı bir səfərə görsəm hazırlıq, 

Xoş təbiətimi alaram azıq. 

Bəzənmiş ruhun bu təbiətimlə, 




_______________  

Milli Kitabxana

  ________________ 

41 

 

Mən belə yaşadım, ölərəm belə. 



Hər kəsi mədhlə etdim sərəfraz, 

Indi də özümdən söyləyim bir az. 

Nə qədər şair var, söz var, şer var, 

Dünyada onlardan mənəm yadigar. 

Mənimlə canlandı, söz tapdı qüvvət, 

Yenə də mənimlə edər qiyamət. 

Mən söz gülşəninin sərv ağacıyam, 

Sərv ağacı kimi xidmətdə varam. 

Həsudun əlçatmaz fələyi mənəm

Başçıyam hamıya, ayaq öpənəm. 

Kim mənə kin etsə düşmən olaraq, 

Bərcistək oxum var, atmaram ancaq

52



Zöhrətək çəkiyə qoyaram dirhəm



53

Bəxşişə nə çəki, seltək tökərəm. 



Dərdliyə gülmərəm şimşək kimi mən, 

Canıma od düşər öz şimşəyimdən. 

Tikana gül kimi saçaram ətir, 

Hər yara ney kimi məni inlədir. 

Ürəyim odmudur, nədir ki, yanır, 

Tikanı yedikcə hey alovlanır. 

Mənəm dərya kimi hər eybi yuyan, 

Deyiləm güzgütək göstərən nöqsan. 

Elə mal verərəm istəyən şəxsə

Zəhmətə düşməyim geri verərsə. 

Arpanı göstərsəm buğda verərəm, 

Arpanı buğdatək satan deyiləm. 

Günəşəm, ön, arxam birdir, fərqi yox, 

Azdır aldatmağım, işığımsa çox. 

Kimsənin dalınca demərəm yaman, 

Utanım üz-üzə gəldiyim zaman. 

Yamanlar sözünü almaram dilə, 

Peşiman edərəm mükafat ilə. 

Düşmənə kinli söz demərəm, inan. 

O sözlə özümə olaram düşman. 

Pisdən yaxşılıqla qorunmaq mümkün. 

Dünyada yaxşılıq hər şeyə üstün. 




_______________  

Milli Kitabxana

  ________________ 

42 

 

 



Yaxşılığım üçün hər bir diyardan 

Salamdır hey gəlir namidarlardan, 

Yaxşılıqla atsam mən bu dəzgahı, 

Olaram yaxşılar ziyarətgahı. 

Bir dirhəm verənə inci ataram

Dikbaşlıq edənə qürur sataram. 

Bucağa girmədim hünərsizlikdən, 

Dünya yeldir, narınc qorxar küləkdən. 

Dünya şahlarından, bax, hansı biri 

Tapmışdır mən kimi incə şairi? 

Bağçada, söyləyin, hansı qızılgül 

Görmüşdür mən kimi xoş səsli bülbül? 

Mənəm hər bilikdə dəftər bəzəyən, 

Hər incə nüktədə qələm işlədən. 

Bilikdən dünyada nur alaram mən, 

Mənəm hər bilikdə başlıca bir fənn. 

Istəsəm, hər kəsi mən güldürərəm, 

Bəzən də gözlərdən gülab çəkərəm. 

Hər kimi buludtək ağlatsam, yəqin, 

Günəştək güldürrəm, qoymaram qəmgin. 

Şer dövlətindən əldə var kəsər

O, bəzən ağladar, bəzən güldürər. 

Istəsəm, mümkündür bu zöhdü atmaq, 

Hər bir yığıncaqda məclis parlatmaq, 

Neyləyim, ağacım bitmişdir yandan, 

Tərpətsəm kökünə yetişər ziyan. 

Hər çillə qırx gündür, xəlvəti mindir, 

Bu yerdən məclisə girmək çətindir

54



Daşqın sel gəlirkən ağıllı kəslər 



Reydən Buxaraya eyləməz səfər. 

Bu kəskin küləkdən budur məsləhət, 

Gül kimi pərdədə eyləyə xəlvət. 

Az bələdçilik et xalqa, dur kənar, 

Humay az görünsə humayun olar. 

Yatmaqdan, çapmaqdan başım dönərkən, 

Başqa bir çarəm yox, gərəkdir ki, mən 

Hər sözdən yaradım incə bir çiçək, 




_______________  

Milli Kitabxana

  ________________ 

43 

 

O gülə ağlayım dərdli bülbültək. 



Görsəydim özümdən gözəl bir gülşən, 

Al, sarı gülünü dərməzdimmi mən? 

Hazıram budumdan kabab yeməyə

Günəştək getməyim dilənçiliyə

55



Simurğtək çəkilim xəlvət bucağa. 



Şerimdən nəşələr verim qulağa. 

Məndən bu dünyanı aldı qəm, kədər, 

Mənimçün rahətdir xəlvət guşələr. 

Göy kimi qapıma qıfıl vuraraq, 

Oldum xalqdan uzaq, dünyadan uzaq. 

Bilmirəm nə sayaq keçir bu cahan, 

Dünyada nə vardır yaxşı-yamandan? 

Mən ölü olsam da, ən mərd kəsəm, 

Karvanda gedərəm, karvansız şəxsəm

56



Min könül dərdilə nəfəs alıram, 

Yatmayım deyə hey zəngi çalıram. 

Elə dost varmıdır, qızğın ürəklə 

Əziz tutsun məni canından belə? 

Vəfasız kəslərdən çəkərək ayaq

Öz kimsəm özümü gördüm mən ancaq. 

Aşiqlər yanında olsa da yaman, 

Özümü sevməyim yaxşıdır ondan. 

Ruzi gəlməyirsə yadlar eşqindən, 

Ruzini o böyük tanrıdır verən. 

Daha ehtiyacım qalmasın xalqa, 

Məni incitməsin qapıçı, darğa. 

Elə bir ixtiyar olsaydı məndə, 

Qoymazdım bəndəyə möhtac bir bəndə. 

Tilsimli torpaqda qandan qorxaraq. 

Cızıqdan qırağa qoymaram ayaq. 

Elə bir tilsimdə yaşarmı insan, 

Olsun qanlı cızıq ona bir zindan. 

Xalq ilə söhbəti, ülfəti atdım, 

Dünyada dincliklə dövlət yaratdım. 

Nəfsin noxtasını bərk tutdum qırx gün, 

Qırx günün içində hazır olur gön

57




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə